Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Koramal
Koramal (lat. Anguis) — Koramallar fəsiləsinə aid cins. Ayaqsız ilana bənzər kərtənkələlərdir. == Növləri == Bu cinsə 6 növ daxildir: Anguis cephallonica Anguis colchica Anguis fragilis — Cılız koramal Anguis graeca Anguis incomptus Anguis veronensisCılız koramal Avropada, həmcinin Türkiyə, Əlcəzir və Tunis ərazilərində yayılmışdır. A. cephallonica növü cənubi Yunanıstanın emdemik növü sayılır. A. incomptus növü isə 2010-cu ildəOphisaurus cinsinə daxil edilmişdir. 1758-ci ildə Karlos Linneaus Koramal cinsinə bir cox kərtənkələ və ilan növü daxil etmişdi.
Koramaz
Koramaz — çiy südlə qatığın qarışığından ibarət ağartı, yaxud sərinləşdirici içki. Ənənəvi sərinlədici içkilərin az təsadüf edilən tipoloji növlərindən biri də südə qatıq qarışdırmaq yolu ilə hazırlanan koramaz (körəməz) olmuşdur. Turşməzə tama malik olan və bir növ məzəiçkisi sayılan koramaz (körəməz), əsasən isti yay aylarında düzəldilib içilirdi. Koramaz (körəməz) Azərbaycanın qərb bölgəsində daha geniş yayılmışdı.
Zorlama
Zorlama — bir və ya bir neçə şəxsin digər şəxslə onun razılığı olmadan cinsi əlaqəyə girməsi. Zorlama cinsi cinayətlərdən biridir, dəqiq tərifi müxtəlif dövlətlərin qanunlarında fərqlidir. Adətən zorlama qurban köməksiz vəziyyətdə (şüursuz, güclü sərxoş, psixi pozğunluq, azyaşlı və s.) olduğu zaman həyata keçirilir. Əksər hallarda təcavüz edən kişi, təcavüz edilən isə qadındır. Ancaq kişinin kişiyə yaxud qadının qadına təcavüzü də müşahidə olunur. Zorlama insanlıq əleyhinə cinayətlərdən biri hesab olunur. Zorlama və digər cinsi təhqir formaları Nürnberq Tribunalı Nizamnaməsinin 6-cı maddəsində və Tokio Tribunalının Nizamnaməsinin 5-ci maddəsində insanlıq əleyhinə cinayət kimi göstərilməmişdir. Hər iki nizamnamədə zorakılıq və digər cinsi təhqir formaları "digər qeyri-insani hərəkətlər" adı altında verilmişdi. Zorlama 1976-cı ildə Kiprdə Avropa İnsan Hüquqları Komissiyası tərəfindən insan ləyaqətinə qarşı yönəlmiş qeyri-insani davranış kimi qiymətləndirilmişdi, lakin bu sənəddə də zorlama konkret olaraq insanlıq əleyhinə cinayətin tərkibini yaradan əməl kimi göstərilməmişdi. Təbii ki, hər cür zorlamanı insanlıq əleyhinə cinayət hesab etmək olmaz.
Korlaşma (roman)
Korlaşma — Almaniya yazıçısı və Nobel mükafatı laureatı Elias Kanettinin 1935-ci ildə yazdığı roman. == Haqqında == "Korlaşma" romanında yazılıdığı dövrə aid izlərə rast gəlmək mümkündür. Əsər 1930-cu illərdə, hələ nasistlərin hakimiyyətə yenicə gəldiyi dövrdə yəhudi əsilli alman Elias Kanetti tərəfindən yazılmışdır. Bu ilk romanında Kanettinin hakimiyyətə olan marağı hiss ediliməkdədir. Kanetti bu romanını 26 yaşında yazmışdır. Roman Birinci dünya müharibəsi ilə İkinci dünya müharibəsi arasındakı dövrdə Almaniyadakı vəziyyəti, Almaniyanın Birinci dünya müharibəsindəki məğlubiyyətinin təsirini qaldırmaq üçün nasistlərin fəaliyyətindən bəhs edir. Kitabın anti-qəhrəmanı olan Kin kitablara və elmə bağlıdır. Evində 25.000 kitabı olan Kin xarici dünyadan soyumuş, evindən qıraqda olan hər kəsə cahil, savadsız gözü ilə baxır. == Hekayə == Roman 3 hissədən ibarətdir: Dünyasız bir baş : Evindəki kitabları ilə yaşayan Kinin evindəki həyatından bəhs edən bu bölümdə xidmətçisi Terezaya kitablarını göstərən Kinin onunla evlənməsi də danışılır. Kin xarici dünyadan ayrı yaşayır.
Cılız koramal
Cılız koramal (lat. Anguis fragilis) — Pulcuqlular dəstəsinin koramallar fəsiləsinə aid növ. Bu, ayaqsız kərtənkələdir. Kərtənkələnin uzunluğu 50 sm-ə çatır ki, bunun da 30 sm-i bədəninin uzunluğudur. Erkəklərin quyruğu dişilərə nisbətən uzun olur. Erkəkləri qəhvəyi, boz və ya bürünc rəngində olur. Dişilərin rəngi erkəklərə nisbətən solğun olur. Dişilərdən fərqli olaraq, erkəklərin qarnında tünd ləkə və zolaqlar olur.
Koramal (dəqiqləşdirmə)
Koramal
Koramal (roman)
Koramal — Rövşən Abdullaoğlunun 2022-ci ildə nəşr olunan 4-cü romanı.Kitabın təqdimat mərasimi Gəncədə baş tutub. İşıq üzü gördükdən cəmi bir neçə gün sonra artıq birinci nəşri tükənib. == Məzmun == Bitməyən savaşlar, yuyulmuş beyinlər, insanlarla manipulyasiya edən imperialist qüvvələr, xəyanət, müəmmalı siyasi oyunlar, sirli qəhrəmanlar… – Bu xalq igid doğmaqdan heç vaxt qısır olmayıb, olmayacaq da. – Bəs, görəsən, xainlərin adı tarixə xain kimi düşməyəcək? Bu müharibədə yaşadığımız dəhşətlərdən gələcək nəsillərin xəbəri olmayacaq?.. Beşguşəli qızıl ulduzun parlaması uğrunda sevdiyi hər şeyi tərk etmək, silaha sarılıb yad diyarlara getmək asan deyildi, ancaq zaman iki cəbhə yoldaşına dönüşün daha çətin olduğunu göstərdi. Əfqanıstanda birgə vuruşduqları, uğrunda canlarını təhlükəyə atdıqları ermənilərlə öz vətənlərində, doğma Qarabağda alovlanan hərb meydanında üz-üzə gəldilər. Bu dəfə iki dost qarşısındakına duyduğu saxta nifrətdən deyil, arxada qoyduqlarına olan sonsuz sevgidən silaha sarıldı. Yaşatmaq və məhv etmək istəyi, heyvani instinktlər və ali dəyərlər, cəsarət və cinayət – qəhrəmanlar mürəkkəb mənəvi dilemmaların öhdəsindən necə gələcəklər? “Qırmızı imperiya”nın qanlı oraq-çəkici altına cəm olmuş sadə insanların kədərli aqibətinə, Əfqanıstan və Qarabağ müharibələrinin pərdəarxası məqamlarına işıq salan yeni roman: böyük bir tarixi dönəmi əhatə edən hadisələrdən bu dəfə quru, rəsmi faktlar deyil, çətin və şanlı illərdən ruhən qalib çıxmış, hər birimizə tanış və doğma olan insanlar danışır.
Koramar (Talış)
Koramar (az.-əbcəd کورامار‎, fars. كبودمهر‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (13 ailə).
Sarı koramal
Sarı koramal(lat. Pseudopus apodus) — Koramallar fəsiləsinə aid ayaqsız kərtənkələ növü. == Xariçi görünüş == Koramallar ayaqlara malik olmurlar, halbuki kərtənkələdirlər. Sarı koramal öz sinfinə daxil olan ilanlar arasında ən irisidir. Onlar bəzən 1,5 m təşkil edir. Uzun quyruğa malik olular və təhlükə zamanı onu atırlar. == Yayılması == Onların arealı Cənub-şərqi Avropa, Orta və cənub-qərbi Asiya, Qafqaz və Krım ərazilərini təşkil edir. == Qidalanması və çoxalması == Əsasən molyusklar və Cücülərlə qidalanır. Bəzən onurğalılarlada qidalanması müşahidə edilib. 8–10 olmaqla yumurta qoyur.
Korama (Uçalı)
Korama (başq. Ҡорама, rus. Курама) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Tunqatar kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 50 km, kənd sovetliyindən (Komsomolsk): 5 km. ən yaxın dəmiryol stansiyasından (Korama stansiyası): 0 km.
Mikelancelonun əsərlərinin siyahısı
Məqalədə İntibah dövrünün məşhur heykəltaraş, rəssam, memar və şairi olmuş Mikelancelo Buanarottinin əsərlərinin siyahısı göstərilmişdir. Siyahıya həmçinin sənətkarın itirilmiş və müəllifliyi mübahisəli olan əsərləri haqqında da məlumat əlavə edilmişdir. Mikelancelonun yaradıcılığından dövrümüzə 300-ə yaxın şeir, 600 rəsm əsəri, 1400-ə qədər ona yazılmış və ya onun yazdığı məktublar, həmçinin 300 səhifəyə qədər xüsusi qeydlər (ricordi) çatmışdır.Mikelancelonun sağlığında onun əsərləri nəşr edilməmişdir. Bu səbəbdən də siyahı rəssamlıq, heykəltaraşlıq və memarlıq əsərlərinin ayrıca göstərilməsi vasitəsiylə və əsərlərin sıralanmasında xronoloji ardıcıllığa istinad etməklə təqdim edilir. Mikelancelo yuxarıda qeyd edilən hər üç sənət sahəsində, hələ özünün sağlığında İntibah mədəniyyətinin ən gözəl nümunələri kimi dəyərləndirilən əsərlər yaratmışdır. Sənətkarın Santa-Kroçe kilsəsindəki məzarını həmin üç sənət sahəsinin muzalarının heykəlləri bəzəyir.. == Heykəllər == === Heykəl modelləri === Mikelancelonun məşhur heykəllərini yaratmamışdan əvvəl model kimi işlədiyi, təcrübi xarakterli bəzi işləri də dövrümüzə çatmışdır. Onlar sənətkarın yaradıcılığının Florensiya dövrünə (təxm. 1500—1505 illər və təxm. 1513—1534 illər) aiddirlər və Kaza Buonarotti muzeyində saxlanılırlar.
Koramal (film, 2009)
== Məzmun == Filmdə iki kordan və onlar arasındakı konfliktdən bəhs olunur. Hər kor özlüyündə böyük bir kütləni təmsil edir. Filmin adı özlüyündə süjet haqqında çox şey deyir. Koramal sözünü 2 hissəyə bölmək olar: kor və amal. Bu birləşmədən koramal sözü əmələ gəlir ki, bu da sürünən heyvandır. Heç bir yerə getməyən, sonu olmayan ideyasını ifadə edir. == Film haqqında == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2008-ci il yanvarın 10-dan aprelin 10-a qədər "Bu meydan, bu ekran 2008" kinolayihələr müsabiqəsi keçirilib. Müsabiqə gənc nəslə vətənpərvərlik ruhu aşılayan yüksək səviyyəli bədii filmlər yaratmaq, Qarabağ müharibəsi mövzusunu kino vasitəsilə əks etdirmək, eləcə də kinematoqrafiya sahəsində çalışan gənclərə özlərini sınamaq üçün imkan yaratmaq məqsədilə təşkil olunmuşdu. Müsabiqədə iştirak etmək üçün 45 layihə təqdim olunub, onlardan 7-si seçilib. "Koramal" da bu 7 qalibdən biridir.
Fikrət Əmirovun əsərlərinin siyahısı
Fikrət Əmirovun yaratdığı əsərlərin siyahısı — Azərbaycanlı bəstəkar, SSRİ xalq artisti, SSRİ dövlət mükafatı laureatı , Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR dövlət mükafatı laureatı Fikrət Əmirovun əsərlərinin verildiyi ümumi bir siyahı. Fikrət Əmirov 1942-1984-cü illərdə fəaliyyət göstərmiş, bu illər ərzində opera, simfoniya, simfonik muğam, konsert üslublarında əsərlər yaratmışdır. O, bir çox orkestr üçün bəstələr, kamera əsərləri, uşaq mahnıları, biblioqrafiyalar yazmışdır. Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Gəncədən anadan olub. 1948-ci ildə Bakı Konservatoriyasını Üzeyir Hacıbəyov və Boris Zeydmanın sinifində bitirib. Gəncə Dövlət Filarmoniyası və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı vəzifələrində çalışıb. SSRİ Bəstəkarlar İttifaqının katibi seçilmişdir. Fikrət Əmirovun yaradıcılığı geniş və çoxşaxəlidir. O, musiqinin bir çox janrlarında əsərlər bəstələmişdir. Bəstəkarın “Sevil” operası, “Min bir gecə”, “Nəsimi dastanı”, “Nizami” baletləri, “Şur”, “Kürd Ovşarı”, “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamları, “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu”, skripka və fortepiano üçün “Muğam-poema”sı, suitaları, instrumental konsertləri, mahnı və romansları, dram tamaşalarına və kinofilmlərə yazdığı musiqi Azərbaycan mədəni irsinin qiymətli əsərlərindəndir.
Zaha Hadidin əsərlərinin siyahısı
Aşağıdakı siyahıda İraq mənşəli Böyük Britaniya dizayner və memarı Zaha Hadidin əsərləri göstərilmişdir. Hadid 1950-ci ildə Bağdadda yüksək təhsilli ərəb ailəsində doğulmuşdur. 2004-cü ildə Pritsker mükafatına layiq görülmüş ilk ərəb qadın olmuşdur. 2010-2011-ci illərdə Hadid Britaniya Memarları Kral İnstitutunun Stirlinq mükafatına layiq görülmüşdür. 2012-ci ildə Britaniya İmperiyası Ordeninə layiq görülmüş Hadid, 2015-ci ildə Kral Qızıl Medalı almış ilk qadın olmuşdur.Müasir həyatın xaos və axınını əks etdirən ifadəli, bir neçə prespektivə malik geniş axıcı formalar və parçalanmış həndəsi elementlər yaratmaqla Zaha Hadid memarlığı ənənəvi həndəsi formalardan azad etmişdir. Parametrisizmin pionerlərindən biri olan Hadid, həm də neo-futurizmin ikonik təmsilçilərindəndir.Siyahıda həyata keçirilmiş layihələr yaşıl fonda, inşa edilməmiş və ya hazırlanmamış layihələr isə ağ fonda verilmişdir. == Memarlıq layihələri == === İctimai binalar === === Mülki binalar === === İnteryer dizaynı === == Digər dizayn layihələri == === Sərgi pavilyonları === === İnstaltasiyalar === === Ev əşyaları dizaynı === === Dəb dizaynı === == Başqa işləri == == İstinadlar == == Ədəbiyyat == Philip Jodidio - Zaha Hadid: Complete Works, 1979-2009, TASCHEN America Llc, 2009, 500 səh. Zaha Hadid, Aaron Betsky - Zaha Hadid: The Complete Buildings and Projects, Rizzoli, 1998, 176 səh. Aaron Betsky - The Complete Zaha Hadid, Thames & Hudson, 2016, 288 səh.
İohann Edelin əsərlərinin siyahısı
Aşağıdakı siyahıda memar və mülki mühəndis İohann Edelin əsərləri göstərilmişdir. Edel 1863-cü ildə Çerniqov quberniyasının Borznyan qəzasındakı Bilovaç koloniyasında alman ailəsində doğulmuşdur. Moskva Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq Kollecində təhsil aldığı dövrdə onun layihəsi əsasında Bakıda onun layihəsi əsasında yüvangelik-lüteran kilsəsi tabeliyində məktəbin binası inşa edilir. Təhsilini başa vurduqdan sonra İohann da atası və əmisinin işlədiyi Bakı şəhərinə köçür. 1888-ci ildən Edel Madam Sofi Valdenin şəxsi mülkündə təşkil edilmiş Mariinski qız gimnaziyasında tədris etməyə başlayır.Memarın müəllifi olduğu binalardan altısı dövrümüzə çatmamışdır. Onlardan ikisi hələ memarın özünün sağlığında sökülmüş Müqəddəs Varfolomey və Rəbbin çevrilməsi kilsələridir. Digər üç abidə isə 2010-cu illərdə Mərkəzi parkın inşası zamanı sökülmüş Mirzə Ağa Əliyev küçəsi 126 ünvanında yerləşən iki mərtəbəli yaşayış binası, Füzuli küçəsi 33 ünvanında yerləşən Rzayevin üç mərtəbəli evi və Çingiz Mustafayev küçəsi 89 ünvanında yerləşən iki mərtəbəli ev olmuşdur. Lev Tolstoy küçəsi, 128 ünvanında yerləşən iki mərtəbəli bina isə 2000-ci illərdə sökülmüş və yerində çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Siyahıda sökülmüş binalar qırmızı fonda göstərilmişdir. Memarın müəllifi olduğu, lakin bədii və memarlıq əhəmiyyəti daşımayan taxta tikililər (Bakı qalası yaxınlığında ticarət sıraları, Balaxanıda Müqəddəs Makariya kilsəsi yaxınlığında, kilsənin inşasından əvvəl quraşdırılmış müvəqqəti taxta kilsə) siyahıda göstərilməmişdir.
İosif Ploşkonun əsərlərinin siyahısı
Aşağıdakı siyahıda memar və mülki mühəndis İosif Ploşkonun əsərləri göstərilmişdir. Ploşko 1866-cı ildə Varşavada polyak ailəsində doğulmuşdur. O, əvvəlcə Peterburq İmperator İncəsənət Akademiyasına daxil olmuş, sonradan isə I Nikolay adına Mülki Mühəndislər İnstitutunda təhsilini davam etdirmişdir. İnstitutu qurtardıqdan sonra o, Kiyev şəhərinə göndərilmiş, oradan isə iş imkanlarının daha çox olduğu, həmçinin kifayət qədər tanış həmvətən memarların da fəaliyyət göstərdiyi Bakıya gəlmişdir. Dini və ictimai binalar istisna olmaqla, Bakıda Ploşkonun layihələndirib inşa etdiyi on yeddi yaşayış binasının olması məlumdur.Memarın müəllifi olduğu binalardan ikisi dövrümüzə çatmamışdır. Onlardan biri memarın özünün də vəfat etdiyi 1931-ci ildə sökülmüş Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi, digər abidə isə Atlantlı ev kimi tanınan binadır. Siyahıda sökülmüş binalar qırmızı fonda göstərilmişdir.
İvan Edelin əsərlərinin siyahısı
Aşağıdakı siyahıda memar və mülki mühəndis İohann Edelin əsərləri göstərilmişdir. Edel 1863-cü ildə Çerniqov quberniyasının Borznyan qəzasındakı Bilovaç koloniyasında alman ailəsində doğulmuşdur. Moskva Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq Kollecində təhsil aldığı dövrdə onun layihəsi əsasında Bakıda onun layihəsi əsasında yüvangelik-lüteran kilsəsi tabeliyində məktəbin binası inşa edilir. Təhsilini başa vurduqdan sonra İohann da atası və əmisinin işlədiyi Bakı şəhərinə köçür. 1888-ci ildən Edel Madam Sofi Valdenin şəxsi mülkündə təşkil edilmiş Mariinski qız gimnaziyasında tədris etməyə başlayır.Memarın müəllifi olduğu binalardan altısı dövrümüzə çatmamışdır. Onlardan ikisi hələ memarın özünün sağlığında sökülmüş Müqəddəs Varfolomey və Rəbbin çevrilməsi kilsələridir. Digər üç abidə isə 2010-cu illərdə Mərkəzi parkın inşası zamanı sökülmüş Mirzə Ağa Əliyev küçəsi 126 ünvanında yerləşən iki mərtəbəli yaşayış binası, Füzuli küçəsi 33 ünvanında yerləşən Rzayevin üç mərtəbəli evi və Çingiz Mustafayev küçəsi 89 ünvanında yerləşən iki mərtəbəli ev olmuşdur. Lev Tolstoy küçəsi, 128 ünvanında yerləşən iki mərtəbəli bina isə 2000-ci illərdə sökülmüş və yerində çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Siyahıda sökülmüş binalar qırmızı fonda göstərilmişdir. Memarın müəllifi olduğu, lakin bədii və memarlıq əhəmiyyəti daşımayan taxta tikililər (Bakı qalası yaxınlığında ticarət sıraları, Balaxanıda Müqəddəs Makariya kilsəsi yaxınlığında, kilsənin inşasından əvvəl quraşdırılmış müvəqqəti taxta kilsə) siyahıda göstərilməmişdir.
Ərəblərin Anadoluya yürüşü (782)
Ərəblərin 782-ci ildəki Anadoluya yürüşü — Abbasilər xilafətinin Bizans imperiyasına qarşı həyata keçirdiyi ən böyükhəcmli yürüşlərdən biri. Bu yürüş Bizansın hərbi uğurlarına bir cavab olaraq, Abbasi ordusunun hərbi gücünü nümayiş etdirmək üçün həyata keçirilmişdir. Abbasilər xilafətinin şərti vəliəhdi, gələcək xəlifə Harun ər-Rəşidin öndərliyindəki Abbasi ordusu Bizansın paytaxtı olan Konstantinopol (indiki İstanbul) şəhərindən Bosforun digər sahilindəki Krisopol (indiki Üskudar) şəhərinə qədər çatmışdır. Eyni zamanda, ikinci dərəcəli qüvvələr isə Anadolunun qərb hissələrinə basqınlar təşkil etmiş, oradakı Bizans qoşunlarını darmadağın etmişdir. Ər-Harun Konstantinopol şəhərini mühasirə almaq istəmədiyindən və bunun üçün yetərli dəniz gücünə malik olmadığından ordusunu geri çəkmişdir. Bu vaxt Abbasi ordusunun arxa hissəsini qorumaq üçün Frigiyada yerləşdirilən dəstəsi Bizans ordusu tərəfindən məhv edilmişdir. Beləliklə, onlar ər-Harunu tələyə salmışdır. Buna baxmayaraq, erməni əsilli sərkərdə Tatsatın Bizansa dönüklük etməsi ər-Harunun yenidən üstünlük əldə etməsinə gətirib çıxarmışdır. Abbasi taxtının vəliəhdi Konstantinopola atəşkəs təklifi göndərimiş və Bizansın aralarında imperatriça İrinanın baş naziri Stavrakinin də olduğu yüksək vəzifəli diplomatik nümayəndələrini əsir götürmüşdür. Bu, İrinanın üçillik atəşkəs imzalamağa və ağır bir illik xərac ödəməyə məcbur etmişdir.
Mirzə Qədim İrəvaninin əsərlərinin siyahısı
XIX əsr Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin yaradıcılıq irsinə portretlər, rəsm-trafaretlər, divar rəsmləri, zinət əşyaları və şüşə üzərində rəsmlər daxildir. Yalnız üç ölkənin - Azərbaycan, Gürcüstan və Rusiya - muzeyləri öz kolleksiyalarında İrəvaninin əsərlərini saxlayır. Aşağıdakı siyahının tərtib edilməsi zamanı istifadə edilmiş əsas mənbə Natalya Miklaşevskaya tərəfindən yazılmış və "Azərbaycan incəsənəti" (Bakı, 1954) toplusunda çap edilmiş "XIX əsr rəssamları: Mirzə Qədim İrəvani və Mir Möhsün Nəvvab" (rus. «Художники XIX в. Мирза Кадым Эривани и Мир Мохсун Навваб») adlı məqalə olmuşdur. Məqalədə İrəvaninin 23 əsəri haqqında məlumat verilir ki, onlardan da iyirmisi Azərbaycan Milli İncəsənət Muzeyində, ikisi Ermitajda, biri isə Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. Həmçinin məqalədə XIX əsrin 50-ci illərində İrəvandakı Sərdar sarayı üçün çəkilmiş və hazırda Güsrcüstan Dövlət Muzeyində saxlanan bir neçə böyük portretdə İrəvaninin imzasının olması təsdiq edilir.. == Siyahı == == Mənbələr == === Qeydlər === === İstinadlar === == Ədəbiyyat == Эривани / Под ред. Б. В. Иогансона. — Искусство стран и народов мира (краткая художественная энциклопедия): Советская энциклопедия, 1962.
Uilyam Somerset Moemin əsələrinin siyahısı
Vilyam Somerset Moem (1874 – 1965) — Böyük Britaniya dramaturqu, romançısı və qısa hekayə müəllifidir. Atasının işlədiyi Böyük Britaniyanın Parisdəki səfirliyində anadan olan Somerset Moem 10 yaşında yetim qalmışdır. Buna görə də onun qayğısına əmisi qalmışdır. Əmisi Moemin keşiş və ya mühasib olmasını istəmişdir. Lakin o, özünü həkim kimi sınamağa qərar vermişdir. Heç vaxt peşəkar səviyyədə həkimlik etməsə də, ilk romanının ("Lambetli Lizası") nəşr olunduğu 1897-ci ildə həkim olmağı bacarmışdır.İlk romanının nəşrindən bir il sonra Moem jurnallara və dövri nəşrlərə töhfə verməyə başlamışdır. Əvvəlcə qısa hekayələr yazsa da, daha sonra öz fikirlərinin əks olunduğu məqalələrə, qeyri-bədii və avtobioqrafik əsərlərə, məktublara keçmişdir. Qeyri-bədii əsərlərinin çoxu kitab şəklində nəşr olunmuşdur və müxtəlif mövzuları əhatə etmişdir: səyahət, aktual hadisələr, avtobioqrafiya və belles-lettres. Moem bir çox kitabların redaktoru olmuşdur. 1903-cü ildə ilk pyesi "Şərəf insanı" Londondakı İmperiya teatrında tamaşaya qoyulmuşdur.
Uilyam Somerset Moemin əsərlərinin siyahısı
Vilyam Somerset Moem (1874 – 1965) — Böyük Britaniya dramaturqu, romançısı və qısa hekayə müəllifidir. Atasının işlədiyi Böyük Britaniyanın Parisdəki səfirliyində anadan olan Somerset Moem 10 yaşında yetim qalmışdır. Buna görə də onun qayğısına əmisi qalmışdır. Əmisi Moemin keşiş və ya mühasib olmasını istəmişdir. Lakin o, özünü həkim kimi sınamağa qərar vermişdir. Heç vaxt peşəkar səviyyədə həkimlik etməsə də, ilk romanının ("Lambetli Lizası") nəşr olunduğu 1897-ci ildə həkim olmağı bacarmışdır.İlk romanının nəşrindən bir il sonra Moem jurnallara və dövri nəşrlərə töhfə verməyə başlamışdır. Əvvəlcə qısa hekayələr yazsa da, daha sonra öz fikirlərinin əks olunduğu məqalələrə, qeyri-bədii və avtobioqrafik əsərlərə, məktublara keçmişdir. Qeyri-bədii əsərlərinin çoxu kitab şəklində nəşr olunmuşdur və müxtəlif mövzuları əhatə etmişdir: səyahət, aktual hadisələr, avtobioqrafiya və belles-lettres. Moem bir çox kitabların redaktoru olmuşdur. 1903-cü ildə ilk pyesi "Şərəf insanı" Londondakı İmperiya teatrında tamaşaya qoyulmuşdur.
Vilyam Somerset Moemin əsərlərinin siyahısı
Vilyam Somerset Moem (1874 – 1965) — Böyük Britaniya dramaturqu, romançısı və qısa hekayə müəllifidir. Atasının işlədiyi Böyük Britaniyanın Parisdəki səfirliyində anadan olan Somerset Moem 10 yaşında yetim qalmışdır. Buna görə də onun qayğısına əmisi qalmışdır. Əmisi Moemin keşiş və ya mühasib olmasını istəmişdir. Lakin o, özünü həkim kimi sınamağa qərar vermişdir. Heç vaxt peşəkar səviyyədə həkimlik etməsə də, ilk romanının ("Lambetli Lizası") nəşr olunduğu 1897-ci ildə həkim olmağı bacarmışdır.İlk romanının nəşrindən bir il sonra Moem jurnallara və dövri nəşrlərə töhfə verməyə başlamışdır. Əvvəlcə qısa hekayələr yazsa da, daha sonra öz fikirlərinin əks olunduğu məqalələrə, qeyri-bədii və avtobioqrafik əsərlərə, məktublara keçmişdir. Qeyri-bədii əsərlərinin çoxu kitab şəklində nəşr olunmuşdur və müxtəlif mövzuları əhatə etmişdir: səyahət, aktual hadisələr, avtobioqrafiya və belles-lettres. Moem bir çox kitabların redaktoru olmuşdur. 1903-cü ildə ilk pyesi "Şərəf insanı" Londondakı İmperiya teatrında tamaşaya qoyulmuşdur.
Şihabəddin Yəhya Sührəvərdinin əsərlərinin siyahısı
Şihabəddin Yəhya Sührəvərdi orta əsrlərdə fəlsəfənin inkişafında böyük rolu olan filosof və şair, İşraqilik fəlsəfi məktəbinin yaradıcısıdır. Şihabəddin Yəhya Sührəvərdinin əsərlərinin və onlara yazılmış şərhlərin əlyazma nüsxələri dünyanın bir sıra fond və kitabxanalarında saxlanılır. Tədqiqatçılar həmin əsərləri yazıldığı mövzulara uyğun olaraq müxtəlif qruplara bölmüşlər. Şihabəddin Sührəvərdinin əsərlərinin mövzu etibarıya təsnifatı şərtidir. Mütəfəkkirin ayrı-ayrı fəlsəfi cərəyanlarla məşğul olduğu dövrlərə mütləq hədd qoymaq mümkün deyil. Məsələn, alim "İşraq fəlsəfəsi" kitabını yaza-yaza digər mövzular üzərində də işləmişdir. Şihabəddin Sührəvərdinin şeirləri isə mütəfəkkirin ümumi yaradıcılığının bir hissəsi olmaqla onun fəlsəfəsinin müəyyən cəhətlərini əks etdirir.Aşağıdakı siyahıda Şihabəddin Yəhya Sührəvərdinin əsərlərinin mövzulara uyğun qruplaşdırılması AMEA-nın müxbir üzvü Zakir Məmmədovun tədqiqatlarına istinadən hazırlanmışdır. Əsərlərin həm orijinal adı, həm də Azərbaycan dilində adı göstərilmiş, yazıldığı dil qeyd edilmişdir. Qeydlər bölməsində əsər haqqında qısa məlumat göstərilmişdir.
Kolatağ
Kolatağ — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Kolatağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Kolatağ kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Kəndin əsl adı Kolatəkdir. Oykonim kol (meşəlik, xırda meşə) və ətək komponentlərindən düzəlib, "meşə ətəyi" mənasındadır. Yaşayış məntəqəsi meşə ətəyində salındığı üçün belə adlandırılmışdır. Bəzi tədqiqatçıların fikrinə görə, toponim əslində Gulyataq olub, "güllü, çiçəkli yataq" mənasındadır. == Tarixi == Kolatağ kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Kolatağ kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin yamacında yerləşir.
Kolatağ monastırı
Kolatağ monastırı — Kəlbəcər rayonunun Kolatağ kəndində yerləşən tarix-memarlıq abidəsidir. Kolatağda yerləşən Böyük Arran monastırından fərqli olaraq sadə dizaynı və plan tərtibatına malikdir. == Tarixi == Tarixi Kolatağ kəndindən 8 km aralıda inşa edilmiş monastır böyük təpənin ətəyində yerləşir. Kompleks ərazisindəki çoxsaylı xaçdaşlar yüksək bədii, etnoqrafik və tarixi dəyər daşıyır. Ümumilikdə monastır ərazisindən XII–XIII əsrlərə aid iyirmi beş kitabə oxunaraq çap edilmişdir. Kitabələr 1179, 1181, 1186, 1191 və 1194-cü illərə aiddir. == Memarlıq xüsusiyyətləri == Kompleks qala divarları ilə əhatə olunmuş üç kilsə binasından ibarətdir. Divarların işində su hovuzu saxlanılmış, həmçinin su ötürmə sisteminin izləri aydın müşahidə edilir. Monastır həyəti iki hissəyə bölünür. Həyətin şimal hissəsində üç kilsə və onlar üçün ümumi olan üçtağlı narteks-sovməə binası yerləşir.Kompleksin şimal divarına bitişik yarımdağılmış vəziyyətdə olan düzbucaqlı tikilinin qədim yeməkxana olması güman edilir.
Ən bahalı rəsm əsərlərinin siyahısı
Aşağıdakı siyahıda bir rəsm əsərinə görə ödənilmiş bilinən ən böyük məbləğlər göstərilmişdir. Siyahıdakı ən erkən satış (Vinsent van Qoqun "Günəbaxanlar" əsəri) 1987-ci ilə aid olmaqla cəmi iki il əvvəl qeydə alınmış ən bahalı rəsm satışını dəfələrlə geridə qoymaqla, bahalı rəsm satışında yeni mərhələ başlamışdır. Bu satış həm də onunla diqqət çəkmişdir ki, "müasir" rəssamın (bu halda 1888-ci ilə aid) əsəri qədim ustadların adətən baha qiymətləndirilən əsərlərini geridə qoymuşdur. Hazırkı rekord qiymət Leonardo da Vinçinin "Dünyanın xilaskarı" əsərinin 2017-ci ilin noyabrında $450 milyona satılması ilə qeyd edilmişdir. == Tarix == Dünyanın ən məşhur əsərləri, xüsusilə qədim ustadların 1803-cü ildən əvvələ aid işləri adətən muzeylərdə və ya patronların nəzarətində saxlanılır. Muzeylər çox nadir hallarda belə əsərləri satırlar və buna görə də onlar qiymətsiz hesab edilirlər. Leonardo da Vinçinin "Mona Liza" portreti ən böyük sığorta dəyəri olan əsər kimi Ginnesin Rekordlar Kitabına salınmışdır. Luvr muzeyinin daimi ekspozisiyasına daxil olan "Mona Liza" 14 dekabr 1962-ci ildə $100 milyona sığortalanmışdır. İnfilyasiya nəzərə alınmaqla 1962-ci ilin qiyməti 2016-cı ildə $620 milyona bərabər olmuşdur. Siyahıdakı ən erkən satış (Vinsent van Qoqun "Günəbaxanlar" əsəri) 1987-ci ilin martında həyata keçirilmişdir; £24.75 milyonla (2016-cı ildə £53.5 milyon) bu satış özündən əvvəlki ən yüksək nəticəni üç dəfə geridə qoymaqla bahalı rəsm satışında yeni mərhələ başlamışdır.
Bəhruz Kəngərlinin rəsm əsərlərinin siyahısı
Bəhruz Kəngərlinin rəsm əsərləri aşağıda qeyd olunmuşdur: