Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əbu Bərzə əl-Əsləmi
Əbu Bərzə əl-Əsləmi (ərəb. أبو برزة الأسلمي‎) — müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri. Əlinin dövrünün daxili çəkişmələrində Əlinin yanında olmuş, Nəhrəvan və Siffeyn döyüşlərində onunla bərabər vuruşmuşdur. Hüseynin kəsilmiş başı Yezidin hüzuruna gətiriləndə o, orada idi. O, Məhəmməd peyğəmbərdən 64 hədis nəql etmişdir.
Ələm (xalça)
Haşiyə (yelən, şam, ələm) — bəzəkli çərçivə, mətn ətrafında bəzəkli naxışlar. Haşiyə adlanan enli və ensiz zolaqlar Azərbaycanın şimal-şərqində "şam", "ələm", Qarabağda "yelən", Cənubi Azərbaycanda isə "haşiyə" adlanır.
Ələm Hüseynov
Ələm Sərvər oğlu Hüseynov (3 yanvar 1996, Saatlı rayonu – 31 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hüseynov Ələm Sərvər oğlu 03.01.1996-cı ildə Saatlı rayonu Azadxan kəndində anadan olub. == Hərbi xidməti == 31.10.2020-ci il tarixdə Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub.
Slem
Slem yaxud Poetri slem (ing. Partlayış) — əyləncəli, müxtəlif şairlər tərəfindən ədəbiyyatın hər cür kateqoriyasına aid, dinləyici və eyni zamanda tamaşaçıları da onlara qərar haqqı tanıyaraq olan prosesin içinə qatan, stendap, tamaşa, monoloq, komediya və s. qarışığı bir aktdır. == İştirak == İştirakçılar Slemer adlanır. Hər iştirakçının 5 yaxud 7 dəqiqə vaxtı olur, bu vaxt ərzində öz yazmış olduğu və ədəbiyyatın istənilən kateqoriyasına aid olan yazısını oxuyur. Yazının özü tərəfindən yazılmış olması, yəni oğurlanmış olmaması, yazısını tamaşaçı ilə paylaşarkən iştirakçının hər hansı bir kostyum geyməmiş olması və başqa kömək vasitələrindən istifadə etməməsi və özünə verilən müddəti keçməməsi şərtdir. Hər bir çıxışdan sonra münsiflər heyəti səs verir və ilk dörd yerə çıxan slemer növbəti tədbirə qoşulmağa haqq qazanır. Hazırda slem İrlandiya, Nepal, Kanada, Almaniya, İsveç, Avstriya, İsrail, Ukrayna, Rusiya, İsveçrə, İspaniya, Meksika, Fransa, Azərbaycan və s. ölkələrdə keçirilir.
Əşlə
Əşlə — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd.
Eşlə bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ədləs
Ədləs (ərəb. أدلس‎) — Əlcəzairin cənub-şərq hissəsində, Tamanrasset vilayətində kiçik şəhər və kommuna. Təzruk dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsinin cənub-şərqində, Böyük Səhranın mərkəzi hissələrində, Əhəqqar Milli Parkında, paytaxt Əlcəzairdən təxminən 1450 kilometr cənub-cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 1391 metrdir.Ədləs kommunası Fəqarət-əz-Zua, İn-Amgel, Tamanrasset, Təzruq kommunaları, həmçinin İllizi vilayətinin ərazisi ilə həmsərhəddir. Sahəsi 54,125 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 38 mm). Orta illik temperatur 21,1 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,8°C, ən isti ayın (iyul) isə 29,2°C-dir. .
Əhlət
Əhlət (türk. Ahlat) — Van gölünün şimal-qərb sahilində, əhalisi 35 000 nəfər olan, Bitlis ilinin tərkibində bir ilçə. Şimalında Muş ilinə bağlı Bulanıq və Malazgirt ilçələri, qərbində Muş ili, cənubunda Van gölü, şimal-qərbində Tatvan və Bitlis, şərqində isə yenə Van gölü və Adilcəvaz ilçəsiylə həmsərhəddir. Şəhərin ən qədim sakinləri urartlar buranı Halads adlandırarkən, türklər və iranlılar "Əxlat", kürdlər "Xelat", ermənilər "Şaleat", suriyanlar "Kelat", ərəblər isə "Hilat" adlandırmışlar. İslam aləmində "Qübbət-ül islam" kimi də tanınır.
Əhrəm
Əhrəm — İranın Buşehr ostanının şəhərlərindən və Təngistan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,182 nəfər və 2,710 ailədən ibarət idi.
Əllər
Əl — insan və meymunun yuxarı ətrafları. İnsan bir əlində 5 barmaq olmaqla 10 barmağa sahibdir. Əl tutma, dartma, itələmə, vurma, yazma kimi onlarla funksiyanı yerinə yetirir. Baş barmağın tutuş zamanı digər barmaqlardan əks tərəfdə yerləşməsi tutma qüvvətini xeyli artırır. Əlin hissetmə qabiliyyəti çox yüksəkdir. Görmə qabiliyyətini itirmiş şəxslərin əllərindəki hissiyat daha güclü olur. == Anatomiya == Əldə 27 dənə sümük var. Bir əlin barmaqlarında isə 14 sümük var. Baş barmaqda 2, qalan barmaqların hərəsində 3 sümük var. == Əllər haqqında maraqlı faktlar == iz hər gün əllərimizdən istifadə edirik və həyatımızı onlarsız təsəvvür edə bilmirik.
Əmləş
Əmləş — İranın Gilan ostanında yerləşən şəhər. Əmləş əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Əsgər
Əsgər — ən kiçik hərbi rütbə. Əsgər sözü latınca, exercitus - ordu sözündən yaranmışdır və bütün türkdilli xalqlarda eynilə işlənir. == Haqqında == Əsgər orduda vəzifəsi olan, xüsusi qanunlarla silahlı qüvvələrə qatılan şəxsdir. Əsgərlik insanlıq tarixindəki ən qədim sənətlərdən biridir. Əsgərlərin vəzifələri ölkəsinin torpağını xarici və daxili təhdidlərdən qorumaqdır. Əsgərlər asılı vəzifələrinin yanında - ehtiyyaca bağlı olaraq - əməliyyat axtarış, tibbi yardım, yanğın söndürmə, əsayişin qorunması kimi çox geniş yayılmış vəzifələri yerinə yetirirlər.
Islam
İslam (ərəb. الإسلام‎, əl-'islām) — monoteist ibrahimi dinlərdən biri.. == İslam dini == "İslam" adı, s-l-m (سلم) kökündən törəmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır: sülh (salam da bu kökdəndir); boyun əymək, itaət etmək (Allaha təslim olmaq).İslam tək olan Allaha (ərəb. الله‎) itaət etmək deməkdir. İslamın əsas ehkamı tövhid, nübuvvət və məaddır. Tövhid – Allahı ibadətə layiq olan yeganə haqq, məbud bilməkdir. Bu özündə həmçinin Allahın adil (ədalətli) olmasını ehtiva edir, yəni O, hər bir şeyi hikmət üzündən yaradır. Nübuvvət – sonuncusu Məhəmməd peyğəmbər olmaqla 124 000 peyğəmbərin Allah tərəfindən insanları haqqa dəvət etmək üçün seçdiyinə, eləcə də mələklərə və onların peyğəmbərlərə gətirdiyi vəhyə və bu kitablara iman gətirməkdir. Məad – hər bir insanın dünyasını dəyişməsinə və Qiyamət günü dirildilərək Allah qarşısında hesab verməsinə iman gətirmək.İslam dinini qəbul edənlər müsəlman adlanırlar.
Kələm
Kələm (lat. Brassica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. == Xalq təbabəti == Kələmin elmi cəhətdən təsdiqlənmiş digər faydası da mədə və on iki barmaq bağırsaqda əmələ gələn yaralara müsbət təsir etməsidir. Bunun üçün 4-5 həftə ağ kələm suyunu içmək lazımdır. Kələm suyunu əldə etmək üçün təzə kələm yarpaqları yaxşıca yuyulur, suyu süzülür, nazik şəkildə doğranır və mətbəx robotundan keçirilir. Mədədə yaranan yanma və ağrı hissləri kələm suyunu içdikdən sonra demək olar ki, yox olacaq. Gündə bir litr kələm suyu yeməkdən sonra içilməlidir. Amma kələm suyunun təzə olmasına diqqət yetirilməlidir ki, tərkibindəki maddələr organizmə müsbət təsir göstərsin. Bəzi insanlarda kələm suyu qarında şişmə və köp əmələ gətirir. Buna görə də 1 fincan qaynar suya 1 çay qaşığı zirə qatmaq, üstünə qapaq örtmək və 10 dəqiqədən sonra içmək lazımdır.
Qələm
Qələm - yazı yazmaq və şəkil çəkmək üçün istifadə edilən, içərisində mürəkkəbli sterjen və ya qrafit mili olan incə çubuq formalı vasitə. Aşağıdakılar qələm nümunələridir: Diyircəkli qələm Mürəkkəbli qələm Uclu qələm Divit Stres == Tarixi == İlk yazılar – Şumerlərin gil kitabələri iti əşya ilə cızılırdı. Az qala 3 min il istifadə olunan bu alət (təxminən, indiki mıx formasında) nə qədər naqolay olsa da, ayrı çarə tapa bilmirdilər. Uzun müddət – eramızın ilk minilliyi ərzində ucu itilənmiş qamış-qələmlərdən istifadə olunduğu da iddia olunur. Həmçinin lifdən düzəldilən ilk kağızın yaranması ilə quş lələyindən istifadə də gündəmə gəldi: daha rahat olan bu vasitə müxtəlif rəngli məhlullara batırılmaqla yazılırdı. Paralel olaraq həm də dəmir ucluqlu ağac-qələmdən də istifadə olunurdu. 1780-ci ildə isə polad ucluğu (pero) kəşf etməklə Harrison öz adını tarixə yazdırmağı bacardı. 19-cu əsrdə isə artıq özü yazan qələmlər (avtoqələm) ixtira edildi. Karandaşın yaranması tam təsadüfdən (yəqin ki, zərurət vardı) doğub: 18-ci əsrdə laboratoriya üçün qablar hazırlayan çex əsilli Yozef Hartmutun əlindən fincan düşüb sınır və «günahkar» sınan əşyanın kağız üzərində qara cızıq açdığını görür. Nəticədə qrafit tozu ilə gil lövhələrin qarışığından təcrübələrə başlayan Hartmut karandaşın əcdadını yaradır.
Əyləc
Əyləc — fırlanan (val, çarx) və ya düzxətli hərəkətdə olan maşın və ya maşın hissələrinin hərəkətini ləngidən və ya dayandıran mexaniki, hidravlik, pnevamtik və ya elektrik işləyən qurğudur. Əyləc xarici (mexaniki) və daxili sürtünmə (mayelərdə) və ya elektrik enerjisini (burulğanlı cərəyanlı əyləc) istifadə etməklə yaradılır. Ümumi şəkildə əyləclərin aşağıdakı funksiyaları vardır: Hərəkətli hissələrin dayandırılması, Hərəkətli hissələrin sürətinin tənzimlənməsi, Hərəkət edən maşın gücünün ölçülməsi üçün onun əylənməsi, Sükutda olan hissənin vəziyyətininin saxlanması.Əyləclərin növləri onların işləmə prinsipindən asılı olaraq təyin edilir . Məsələn, sürtünmə əyləci kimi dodaqlı, barabanlı, diskli və çox diskli əyləclər; burulğanlı elektrik cərəyanla işləyən, müqavimət və cərəyanın əksinə; su ilə işləyən əyləc; hava müqaviməti (təyyarələrdə enmədə istifadə edilən lövhə) və təzyiq əleyhinə (buxar maşınlarında) işləyənlər mövcuddurlar. Mexaniki prinsiplə işləyən əyləclərdə hərəkətli hissədə olan kinetik enerji mexaniki enerjiyə, çox hallarda isə istilik enerjisinə çevrilir. Aşağıda bunlardan bir neçəsinin quruluşu təsvir edilmişdir. Diskli əyləclə hərəkət edən hissəyə bərkidilmiş disk bir və ya iki tərəfli olaraq üzərinə qat çəkilmiş kötüklər arasında sıxılır . Kötüklərin disk üzərində sıxılması hidravlik olaraq yerinə yetirilir. Təzyiq götürüldükdə kötüklər yaylar vasitəsilə geriyə dartılırlar. Onlar sərt və ya hərəkətli olaraq bərkidilirlər.
DSLAM
Digital subscriber line access multiplexer və ya qısaca DSLAM — çox vaxt telefon stansiyalarında yerləşən və çoxsaylı müştəri rəqəmsal abunəçi xətti (DSL) interfeyslərini multipleksləşdirmə üsullarından istifadə edərək yüksək sürətli rəqəmsal rabitə kanalına birləşdirən şəbəkə cihazı. Onun kabel interneti (DOCSIS) analoqu CMTS-dir. == Rolu == DSLAM avadanlığı bir çox modem portlarından məlumatları toplayır, onların səs və məlumat trafikini multipleksləmə vasitəsilə bir mürəkkəb kompozit "siqnalda" birləşdirir. Cihazın arxitekturasından və quraşdırılmasından asılı olaraq, DSLAM öz ATM, Frame Relay və/və ya İP şəbəkəsi, PTM-TC protokol toplusundan istifadə edən IP-DSLAM üzərindən DSL xətlərini birləşdirir. Daha sonra birləşmiş trafik 10 Gbit/s-ə qədər sürətdə NSP adlanan giriş şəbəkəsi vasitəsilə telekommunikasiya şirkətinin magistral sviçə yönəldilir. DSLAM şəbəkə sviçi kimi fəaliyyət göstərir, çünki onun funksionallığı OSI modelinin ikinci qatındadır. Buna görə də, o çoxlu IP şəbəkələri arasında yalnız ISP cihazları və son istifadəçi əlaqə nöqtələri arasındakı trafikin istiqamətini dəyişdirə bilməz. DSLAM trafiki BRAS-a (broadband remote access server) yönləndirilir, burada son istifadəçi trafiki daha sonra ISP şəbəkəsi vasitəsilə İnternetə yönləndirilir. Qoşulduğu DSLAM ilə yaxşı əlaqə quran Customer-premises equipment (CPE) təkmilləşdirilmiş telefon səsi və məlumat xətti siqnalizasiya xüsusiyyətlərindən, onun dəstəklədiyi bant genişliyinə nəzarət və kompensasiya imkanlarından istifadə edə bilər. DSLAM telefon stansiyasında yerləşə və ya yerləşməyə bilər.
Eşem-elək (Bakalı)
Eşem-elək (başq. Емеш-еләк, rus. Плодоягодная) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Bakalı kənd şurasının tərkibindədir. 10 sentyabr 2007-cu ilə qədər Plodoyaqodnaya kənd kolxozu adlanırdı. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 6 km, kənd sovetliyindən (Bakalı): 6 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 78 km.
Əsgər Məmmədov (əsgər)
Əsgər Zaur oğlu Məmmədov (25 mart 2002; Edişə, Cəlilabad rayonu, Azərbaycan — 23 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əsgər Məmmədov 25 mart 2002-ci ildə Cəlilabad rayonunun Edişə kəndində Zaur Məmmədovun ailəsində anadan olmuşdur. 2008–2019-cu illərdə orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Əsgər Məmmədov 10 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Əsgər Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əsgər Məmmədov 23 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Cəlilabad rayonunda dəfn edilmişdir.
Əsgər Məmmədov (əsgər, 1972)
Əsgər İsmayıl oğlu Məmmədov (8 yanvar 1972, Bərdə rayonu, İmirli – 26 aprel 1994, Ağdam)— Birinci Qarabağ döyüşlərində şəhidi olmuşdu. == Həyatı == Əsgər Məmmədov 1972-ci il 08 yanvar tarixində, Bərdə rayonunun İmirli (Əmirli) kəndində anadan olub. 1979-cu ildə ilk təhsilini imirli kəndində almışdı. 1989-cu ildə təhsilini bitirmişdi. == Hərbi xidməti == 1990-cı ildə həqiqi hərbi xidmətə gedib. Moskvada Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçib. 26 aprel 1994-cü ildə Ağdam Atçılıq Zavodu yaxınlığında bir neçə gün davam edən döyüşlərdə şəhid olub.
"Qızıl qələm"
"Qızıl qələm" mükafatı — Azərbaycan SSR-də ədəbiyyat mükafatı. Mükafat 1970-ci ildən 1991-ci ilə qədər Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən ən yaxşı, fəal, peşəkar jurnalistlərə təqdim olunmuşdur. == Hazırkı dövrdə == 2000-ci illərdə eyni adlı mükafat Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (KİVHİ) adlı qurum tərəfindən təqdim edilir. Həmin dövrdə mükafat pulla satıldığına görə Azərbaycan mətbuatı və siyasi-ictimai xadimlər tərəfindən ciddi tənqid olunub. Əvvəlki mükafatdan tamamilə fərqlidir. Yalnız ad oxşarlığı var.
Anqolada islam
Anqolada islam (ing. Islam in Angola) — islam dini Anqola ərazisində. == Müsəlmanların sayı == Əhalisinin sayı təxminən 16 milyon olan Anqolada təxminən 90 min nəfər müsəlman var. Onlar əsasən Qərbi Afrika ölkələrindən və Livandan köçənlərdən ibarətdir. == Tarixi == === Qadağan olunması === Anqola hökuməti 2 illik hazırlıq prosesindən sonra 2015-ci ildə ölkə ərazisində islam dinini tamamilə qadağan edib. Anqola prezidenti Joze Eduardu duş Santuş bu qadağadan sonra islam dininin ölkədəki hadisələrə təsir edə bilməyəcəyini qeyd edib.Ölkənin mədəniyyət və turizm naziri Roza Kruz Silva qərarın Ədliyyə Nazirliyi tərəfindən verildiyini bildirmişdir. Hazırda Anqola dünyada məscidi olmayan yeganə dövlətdir. "İslamın rəsmi qadağası vacib idi. Çünki bu din Anqolanın mədəniyyətindəki ənənələrə qarşı çıxır".
Aqus Səlim
Aqus Səlim (8 oktyabr 1884, Bukittinqqi[d], Qərbi Sumatra – 4 noyabr 1954, Cakarta) — İndoneziyanın milli qəhrəmanı, İndoneziya siyasi xadimi. İndoneziyanın müstəqillik uğrunda mübarizənin fəal iştirakçısıdır. 1945-ci ildə İndoneziya Konstitusiyasının hazırlanmasında iştirak etmiş, 1947-ci ildən 1949-cu ilədək İndoneziyanın xarici işlər naziri vəzifəsində çalışmışdır. Sarekat İslam partiyasının liderlərindəndir.
Avstraliyada islam
Avstraliyada islam (ing. Islam in Angola) — islam dini Avstraliya ərazisində. == Tərəfdarları == 2015-ci ilin noyabrında Sidney şəhərində Avstraliya Müsəlman Partiyası adlı siyasi qurum yaradılıb. Bu ölkədə ilk müsəlman partiyasıdır. Partiyanın qurucusu Diaa Mohameddir. == Əleyhdarları == Avstraliyada 6 antiislam partiyası fəaliyyət göstərir. Onlar məscdilərin bağlanmasını, halal məhsulların qadağan olunmasını tələb edirlər.
Avstriyada islam
Avstriyada islam (alm. Islam in Österreich‎) — islam dini Avstriya ərazisində. == Tarixi == === İslam haqqında qanun === 1912-ci ildə qəbul edilmiş qanun ilə Avstriyada islama rəsmi din statusunu vermişdir. Həmin qanuna Avropada islamla bağlı nümunə kimi baxılıb. 2015-ci iln fevral ayında Avstriya parlamenti ölkənin islam haqqında yüzillik bu qanununa dəyişikləri qəbul edib. Yeni dəyişikliklərə əsasən, islamçı radikallıq problemilə mübarizə aparmağı nəzərdə tutan qanun müsəlmanlara daha çox hüquqi təhlükəsizlik versə də, eyni zamanda məscidlərin və imamların xaricdən maliyyələşməsini qadağan edir.
Bais (islam)
Əl-Bais (ər. الباعث) — Allahın adlarından biri. "Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəldikcə) yenə öldürəcək, sonra (qiyamətdə) yenə də dirildəcək və daha sonra siz (əməllərinizin haqq-hesabı çəkilmək üçün) Ona tərəf (Onun hüzuruna) qaytarılacaqsınız.". Şübhəsiz yer üzündə indiyədək yaşayan və bundan sonra da yaşayacaq olan bütün insanlar ölümlüdür. Hər kəs bir gün ölər və məzara qoyular. Ancaq bu açıq-aşkar gerçəyə baxmayaraq insanların böyük bir əksəriyyəti ölümü düşünməzlər və məzara qoyulduqdan sonra təkrar dirildiləcəkləri gerçəyini də görməməzlikdən gələrlər. Quranda bu kəslərin vəziyyətləri belə xəbər verilir: (Qiyaməti inkar edən kafirlər dünyada istehza ilə) deyirlər: "Doğrudanmı biz (öləndən sonra dirilib) əvvəlki vəziyyətimizə qaytarılacağıq?! Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!" Quranda insanların qəflətlə soruşduqları bu suala ən açıq şəkildə cavab verilmişdir: "Öz yaradılışını unudub: "Çürümüş sümükləri kim dirildə bilər?!" – deyə, hələ Bizə bir məsəl də çəkdi. (Ya Peyğəmbər!) De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir.
Bayraqdar əsgər
Bayraqdar - mənası:Bayraq tutan, bayraq daşıyan adam. Tarix boyu döyüşlərdə ordunun ön hissəsində həmin ordunun rəmzi sayılan Döyüş Bayrağını daşıyan əsgərlər mövcud olub. Müasir dövrdədə bayraqdar əsgər hərbi birləşmənin və ya qurumun Döyüş Bayrağını daşıyır. Bayraqdar əsgər fəal,çevik və cəsur əsgərlərdən təyin olunur.O,hər zaman bayrağı göz bəbəyi kimi qorumalıdır. == Bayrağın daşınma qaydası == Farağat vəziyyətində - bu zaman bayraqdar əsgər bayrağın tutacağından sol əl ilə yuxarıdan sağ əl ilə aşağıdan tutaraq bayrağı sinəsindən qolları bükülmüş qədər məsafədə aralı tutur. Səfərli kalona vəziyyətində - komanda verilən zaman müxtəlif birləşmələrin (bölük, dəstə, briqada və s.)bayraqdarları müəyyən olumuş məsafədə (bölük bayraqdarı - 4 addım, dəstə bayraqdarı - 8 addım və s.)addımlayaraq çıxır.Bu zaman bayraqdar bayrağı sağ əl ilə aşağıdan sol əl ilə yuxarıdan özünün sağ tərəfində tutaraq irəliləyir. Diqqət !!! mərkəzə vəziyyətində - zamanı isə Bayraqdar bayrağı sol əlin köməyi ilə onun tutacağını sağ qolun dirsəkdən bükülmüş vəziyyətinə uyğun önə uzadır və sol əl yana sıxılır.Əgər əsgər addımlamağ vəziyyətində məs: farağat,diqqət !!! sağa verilibsə,bu zaman bayraqdar əsgər sadəcə komanda verilmiş tərəfə(sağa vəya sola)baxır. Azad (komanda) - komandası zamanı isə bayrağın tutacağının aşağı hissəsi sağ ayağın pəncəsinə biləşdirilir və bayrağın yuxarı hissəsi isə sağ qolun tam açılması ilə önə uzadılır.
Baş əsgər
Baş əsgər — Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçulara verilən rütbədir. Belə ki, bu rütbələr MAXE hərbi qulluqçular və müddətli hərbi qulluqçulara verilir. Əsasən hərbi xidmətdə şücaəti, idarəçiliyi və fədakarlığı ilə yoldaşlarından seçilən hərbi qulluqçulara verilir. Bu rütbə ilə təltif olunmuş hərbi qulluqçular kiçik komandir heyəti kateqoriyasına aiddirlər.
Başqırdıstanda islam
Başqırdıstanda monoetik dünyəvi dinlər yayılıb. Onlardan biri və geniş yayılmışı İslamdır. Başqırdıstanda islamın Hənəfi əqidəsi yayılıb. == Tarixi == İslamın Başqırdıstanda gəlməsində VIII-IX əsrlərdə müsəlman ölkələri ilə yaradılmış ticarət və iqtisadi əlaqələr böyük rol oynamışdır. Uraldakı ilk müsəlman arxeloji abidəsi Başqırdıstanın İşimbay rayonundakı Levaşov məzarlığındakı tapıntılardır. == Ədəbiyyat == Аминев З. Г., Л. А. Ямаева. Региональные особенности ислама у башкир. — Уфа, 2009. В память столетия Оренбургского Магометанского Духовного Собрания, учрежденного в г. Уфе.
Elşən Abbasov (əsgər)
Elşən Qurban oğlu Abbasov (1992, Birinci Şahsevən, Beyləqan rayonu – 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşən Abbasov 30 dekabr 1992-ci ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur. == Hərbi xidməti == Elşən Abbasov 28 sentyabr 2020-ci ildə Füzulinin azad edilməsi zamanı şəhid olub.
Elşən Hüseynov (əsgər)
Elşən Əvəz oğlu Hüseynov (12 sentyabr 1973 - 26 yanvar 1994) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşən Hüseynov 12 sentyabr 1973-cü ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdur. Orta təhsilini 1980-1988-ci illərdə Muğanlı kənd məktəbində almışdır. == Hərbi xidməti == 1990-cı ildən etibarən Elşən də atası Əvəz, qardaşı Müşviq ilə birlikdə Qarabağ müharibəsində iştirak etmişdir. Yaşının az olmasına baxmayaraq, ən təhlükəli döyüşlərdə vuruşmuşdur. 18 yaşında Milli Ordu sıralarına yazılmışdır. O, "N" saylı hərbi hissədə qulluq edirdi. Elşən Hüseynov 26 yanvar 1994-cü ildə Xocavənd rayonunun Nərgiztəpə adlanan ərazisi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Elşən Məmmədov (əsgər)
Elşən Vaqif oğlu Məmmədov (d. 1992; Bolnisi, Gürcüstan — ö. 25 sentyabr 2015; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2015-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Elşən Məmmədov 1992-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Zol Güvəc kəndində anadan olub. Elşən Məmmədov 2010-cu ildə 640 balla Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Kommersiya" fakültəsinə daxil olub. == Hərbi xidməti == Əsgər Elşən Məmmədov 2015-ci ildə, sentyabrın 25-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Sentyabrın 28-i isə Elşən Məmmədov doğulduğu Bolnisi rayonunun Zol-Güvəc kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Məmmədov torpağa tapşırıldı.
Elşən Orucov (əsgər)
Elşən Ehtiram oğlu Orucov (6 avqust 1991, Musaköy, Qazax rayonu – 5 noyabr 2020, Şuşa rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşən Orucov 1991-ci il avqustun 6-da Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Atası Ehtiram Orucov Birinci Qarabağ müharibəsində şəhid olub. Elşən Orucov 1997-2008-ci illərdə Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı, bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Elşən Orucov 2009-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Elşən Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib.
Elşən Məmmədov (əsgər, 1992)
Elşən Vaqif oğlu Məmmədov (d. 1992; Bolnisi, Gürcüstan — ö. 25 sentyabr 2015; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2015-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Elşən Məmmədov 1992-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Zol Güvəc kəndində anadan olub. Elşən Məmmədov 2010-cu ildə 640 balla Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Kommersiya" fakültəsinə daxil olub. == Hərbi xidməti == Əsgər Elşən Məmmədov 2015-ci ildə, sentyabrın 25-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Sentyabrın 28-i isə Elşən Məmmədov doğulduğu Bolnisi rayonunun Zol-Güvəc kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Məmmədov torpağa tapşırıldı.
Elşən Məmmədov (əsgər, 1996)
Elşən Dağıstan oğlu Məmmədov (6 fevral 1996, Hacıqərvənd, Tərtər rayonu, Azərbaycan – 19 oktyabr 2020, Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşən Məmmədov 6 fevral 1996-cı ildə Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elşən Məmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 19 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Belém
Belen — Braziliya da yerləşən şəhər. Para vilayətinin mərkəzi şəhəri.
Deyləm
Deyləm (ərəb. ديلام‎, fars. دیلمان‎) — Xəzər dənizinin qərbindəki dağlıq bölgənin tarixi adı. Şərqindəki Təbəristan (bugünkü Mazandaran) qərbindəki Gilanda geniş anlamla tarixi Deyləm bölgəsini əhatə edir. == Tarixi == Deyləm (Gilan) hakimi Mərzban ibn Məhəmməd axırıncı Saci hökmdarı Deysəmə (Sacilər dövlətində hakimiyyəti ələ keçirən qulam) 941-ci ildə qalib gəlib ölkənin paytaxtı Ərdəbili ələ keçirdi. Mərzban ibn Məhəmməd Salarilər (941-981) sülaləsindən olduğu üçün bu dövlət Azərbaycan tarixində Salarilər dövləti kimi tanınır. Mərzban ibn Məhəmməd çətin mübarizə şəraitində Sacilər dövlətinin hakimiyyəti altında olan Azərbaycan torpaqlarına sahib olaraq öz səltənətini möhkəmləndirməyə çalışırdı. Onun məqsədi Azərbaycanın qədim sərhədlərinin bütövlüyünə nail olmaq idi. Salarilər dövlətinin paytaxtı Ərdəbil şəhəri idi. Salarilər, çox keçmədən, Azərbaycanın şimal-qərb torpaqlarını və Şirvanşahlar dövlətini də özlərindən asılı hala saldılar, Dərbəndi ələ keçirdilər.
Ellər
Abovyan, — Ermənistan Respublikasında şəhər, Ellər bələdiyyəsini (erm.: e. Աբովյանի համայնք, l. Abovyani hamayank) təşkil edir. Ellər rayonunun mərkəzi. == Tarixi == Ellər şəhəri mühüm nəqliyyat qovşaqlarından biridir. 1963-cü ildən respublika tabeli şəhərdir. Erməni yazıçısı Xaçatur Abovyanın adı verilməklə tarixi adı dəyişdirilib. == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı == İstinadlar == == Həmçinin bax == Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
Elşən
Elşən — Kişi adı. Elşən Həşimov — Milli təhlükəsizlik və hərbi elmlər doktoru (2019), professor (2017). Elşən Abuzərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi. Elşən Aslanov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Elşən Həmidov — Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan əsgəri, Vətən müharibəsinin şəhidi. Elşən Həmzəyev — Azərbaycanlı deputat. Elşən Səmədli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Emblem
Emblem (q.yun. ἔμβλημα)—yunan sözü olub, "nişan", yaxud. "qabarıq bəzək" deməkdir. Müəyyən ideyanı və anlayışı ifadə edən şərti simvolik təsvirdir. Məsələn, Bakının emblemi 3 simvolik alov şöləsi və qağayı təsvirindən ibarətdir. Ağ göyərçin sülh rəmzidir. Burada dəniz dalğası ifadə olunur.
Essen
Essen (alm. Essen‎ [ˈɛsən]) — Almaniyanın qərbinə, Şimali Reyn-Vestfaliya federal torpağında torpaq tabeli şəhər. Əhalisi 579,8 min nəfər (2009); 2000-ci ildə 599,5 min. Ölkənin ən böyük 6-cı şəhəridir. XX əsrlərdə Almaniyanın ən önəmli dəmir və daş kömür mərkəzi idi.
Eşşək
Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir. Eşşəkləri hündürlükləri 1-1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar. == Ulaq nəqliyyat vasitəsi kimi == Atlar cinsindәn tәkdırnaqlı mәmәli heyvan yarımcinsi. Uzun vә hәrәkәtli qulaqlarının, ensiz dırnaqlarının vә ucunda uzun tüklәrdәn ibarәt fırçası olan nazik quyruğunun olması ilә әsl atlardan fәrqlәnir. Rәngi boz, ağ, qara, qәhvәyi olur. Vәhşi Ulaq Afrikada, Ön, Orta vә Mәrkәzi Asiyada yayılmışdır.
Əlley
Əlley - türk və altay mifologiyasında ilk insan. Adəm. Törüngəy (Türüngəy) olaraq da bilinər. Yer üzündə yaradılan ilk adamdır. İnsanların atasıdır. Göydə yaşamaqdadır. Nə bir millətə, nə də bir boya (qəbiləyə) sahib deyildir. İlk əvvəllər yoldaşı da yoxdur. Sonradan yer üzünə göndərilmişdir. Yer üzünə göndərilərkən Uluqayın (və ya Ulu Ata) tərəfindən özünə Su, Atəş və Dəmir verilmişdir.