Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eyzenax
Eyzenax, Ayzenax (alm. Eisenach‎) — Türingiyada yerləşən (Almaniya) şəhər . Türingen meşəsinin şimal yüksəklikləri ilə Hayniq Milli Parkı arasında yerləşir. Əhali: 42,8 min nəfər (2010). == Tarixi == Eyzenaxın tarixi, əfsanəyə görə 1067-ci ildə qurulan Vartburq qəsri ilə bağlıdır. XII əsrin ikinci yarısında birinə qovuşan qala yaxınlığında ən azı üç yaşayış məskəni var idi. Yaranan şəhər Eyzenax, ilk dəfə 1180-ci ildə salnamələrdə xatırlandı. == İqtisadiyyatı == Eyzenax iqtisadiyyatının mühüm bir hissəsi avtomobil sənayesidir: Opel, General Motors-un xarici fəaliyyətlərindən biri olaraq, Vartburq avtomobil zavodunun 1989-cu ildə istehsalını dayandırmasından sonra şəhərin şimal-qərbində tamamilə yeni zavod inşa etdi. Zavod 1992-ci ildə açılmışdır. 1998-ci ilin may ayında Amerika Birləşmiş Ştatlarının Prezidenti onu ziyarət etdi Federal Kansler Helmut Kolun müşayiəti ilə Bill Klinton.
Eyfema
Eyfema (lat. Zegris eupheme) — zeqris cinsinə aid kəpənək növü. Cənubi Qafqaz endemidir. == Qısa təsviri == Sarımtıl-ağ rəngli gündüz kəpənəyidir. Ön qanadlarının zirvəsi bozumtul-qara rəngdə olub, narıncı-sarı, bəzən isə qırmızı ləkəlidir, arxa qanadlar üzərində isə şəffaf yaşılımtıl-mərməri naxışlar vardır. == Yayılması == Cənubi Qafqazda, Naxçıvan MR və Talışın (Zuvand) dağətəyi və dağlıq yerlərinin kserofil bitkilər bitən bölgələrində yayılmışdır. == Yaşayış yeri və həyat tərzi == Dağ kserofitləri ilə örtülü dərə və yamaclarda yaşayır. Kəpənəklərin qanadlarının eni açıq halda 40-45 mm-ə çatır. Mayda və iyunun əvvəlində uçurlar. Uçuşları xırıltılı və sürətlidir.
Eylean-Donan qəsri
Eylean-Donan qəsri, (keltcə - Eilean Donan), tərcümədə "Donanın adası", — Şotlandiyanın Lox-Duyx fyordunda yerləşən qayalı adada qəsr. Qəsr öz funda balı ilə məşhurdur. Qəsrin adı, VII əsrdə adada yaşamış tərki-dünya rahib Donanın adı ilə bağlıdır. XIII əsrdə, kral III Aleksandrın hakimiyəti vaxtı, adada ilk qala tikilir. 1263 III Aleksandr qəsri, Larqs döyüşündəki igidliyinə görə, Kolin Fitsjeraldın (Makkenzi klanının üzvləri onu öz əcdadları hesab edirlər) mülkiyətinə verir. Bu döyüşdə norveçli kral Xokon IV məğlub edilir və bunun nəticəsində Hebrid adaları və Men adası Şotlandiyaya birləşdirilir. Həmin vaxtdan qəsr, 1719 ildə dağıdılana qədər, Makkenzilərin vacib qalası olaraq qalır. 1911 Con Makray Gilstrap (Macrae-Gilstrap) qəsri alır və bərpasına başlayır. 20 ildən sonra qəsrin bərpa işləri qurtarır. 1983 Makray klanı xeyriyəçilik işinə başlayır.
Eylem Ertuğ Ertuğrul
Eylem Ertuğ Ertuğrul (1976, Zonquldak ili) — otorinolarinqoloq və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Eylem Ertuğ Ertuğrul 1976-cı ildə Zonquldak ilində anadan olub. 2000-ci ildə Gülhanə Təhsil və Araşdırma Xəstəxanasından (GATA) məzun olub. 2006-cı ildə GATA Haydarpaşa Təhsil və Araşdırma Xəstəxanasında qulaq, burun və boğaz (KBB) mütəxəssisi oldu. Diyarbəkirdə Hərbi Xəstəxanada və Karadeniz Ereğli ilçəsində özəl tibb müəssisəsində çalışıb. Yerli və xarici jurnallarda müxtəlif məqalələri dərc olunub. Cümhuriyyət Xalq Partiyasının üzvüdür. CHP il və ilçə şöbələrində İdarə Heyətinin üzvü vəzifəsində təmsil olunub. 2019-2022-ci illərdə CHP Karadeniz Ereğli ilçə şöbəsinin sədri vəzifəsində çalışıb. 2023-cü il mayın 14-də Cümhuriyyət Xalq Partiyasının namizədi olaraq Zonquldak ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.