Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əzimxanlı (Sulduz)
Əzimxanlı (fars. عظيم خانلو‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 163 nəfər yaşayır (34 ailə).
Əzimcan Əskərov
Əzimcan Əskərov (özb. Azimjon Asqarov, Азимжон Асқаров; 17 may 1951, Bazar-Korqon[d], Qırğızıstan SSR, SSRİ – 25 iyul 2020, Bişkek) — polis zorakılığını araşdırmaq üçün 2002-ci ildə "Vozdux" qrupunun əsasını qoymuş özbək əsilli qırğızıstanlı siyasi fəal. Əsasən milliyətcə özbək olan əhaliyə yönəlmiş 2010-cu il Cənubi Qırğızıstan etnik toqquşmalarında Əskərov vəhşiliyi sənədləşdirməyə çalışmışdır.O, bunun ardınca həbs edildi və kütləvi narahatlıq yaratma, etnik nifrətə təhrik etmə və qətldə iştirak etmə maddələri ilə ittiham edildi. Beynəlxalq insan hüquqları qruplarının qanunsuzluqlar — iddiaya görə işgəncə vermə və məhkəmə zalında şahidlərə polis tərəfindən hədə-qorxu gəlinməsi səbəbindən məhkəmə prosesinə etiraz etməsindən sonra Əskərova ömürlük həbz cəzası verildi. 2010-cu ilin noyabrında həbsi nəticəsində Əskərovun səhhətinin sürətli şəkildə pisləşdiyi bildirildi. "Human Rights Watch", "Reporters Without Borders", "People In Need", "Committee to Protect Journalists" və "Amnesty International" daxil olmaqla, çox sayda təşkilat onu müdafiə etdi və "Amnesty International" onun vicdan məhbusu olduğunu bildirdi.ABŞ 2015-ci ildə 2014 İnsan Hüquqları Müdafiəçisi Mükafatını Əskərova verdi. Qırğızıstan hökuməti bu qərara etiraz etdi və ABŞ və Qırğızıstan arasında əməkdaşlıq haqqında imzalanan 1993-cü il razılaşmasını ləğv etdi. 2016-cı ilin 12 iyulun Qırğızıstan Ali Məhkəməsi Əskərovun ömürlük həbsini ləğv etdi və işə yenidən baxılması üçün Çui Vilayət məhkəməsinə göndərdi. O, 24 yanvar 2017-ci ildə yenidən ömürlük həbsə məhkum edildi. 2017-ci ildə Qırğızıstan Cinayət Məcəlləsindəki dəyişikliklərdən sonra, hansı ki 2019-cu ildə qüvvəyə minmişdi, Əskərovun vəkilləri onun məhbusluğuna yenidən baxılması üçün müraciət etdi.
Əzizxan Tanrıverdi
Əzizxan Tanrıverdi (1 yanvar 1959, Aşağı Qarabulaq, Dmanisi rayonu – 18 iyul 2018, Bakı) — Azərbaycan dilçisi, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, filologiya elmləri doktoru. == Tərcümeyi-halı == Əzizxan Vəli oğlu Tanrıverdiyev 1959-cu il yanvarın 1-də Gürcüstan Respublikasının Başkeçid rayonunun Aşağı Qarabulaq kəndində anadan olub. 1973-cü ildə Aşağı Qarabulaq kənd səkkizillik, 1975-ci ildə isə Kirovisi kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1977-ci ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU) filologiya fakültəsinə qəbul olunub, tələbəlik illərində "C.Cabbarlı" adına təqaüdlə oxuyub, 1981-ci ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirib. 1985-ci ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU) əyani aspiranturasına (Azərbaycan dilçiliyi kafedrası üzrə) qəbul olunub. 1987-ci ildə aspiranturanı vaxtından 1 il 6 ay əvvəl qurtararaq "XVII-XIX əsr Azərbaycan antroponimləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. "Türk mənşəli Azərbaycan antroponimlərinin tarixi-linqvistik tədqiqi" adlı doktorluq dissertasiyasını isə 1998-ci ildə müdafiə etmişdir. ADPU-nun Azərbaycan dilçiliyi kafedrasında laborant (1987), baş laborant (1988), müəllim (1990), baş müəllim (1992), dosent (1994), professor (1999…) vəzifələrində işləyib. 30 sentyabr 2011-ci ildə Azərbaycan dili və onun tədrisi metodikası kafedrasına müdir təyin olunub və dünyasını dəyişənədək həmin vəzifədə çalışıb. 31 kitab, 8 proqram, 250-dan artıq tezis və məqalənin müəllifidir.
Elimxan Cəfərov
Elimxan Cəfərov Süleyman oğlu - Azərbaycan alimi, biologiya elmlər doktoru == Həyatı == 9 aprel 1955-ci ildə Ermənistan SSR Kalinino rayonunun Soyuqbulaq kəndində ziyalı ailəsində anadan olmuşdur. 1972-ci ildə orta məktəbi qızıl medal ilə, 1977-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirmişdir. O, 1981-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Bioloji Tədqiqatlar Elmi Mərkəzində elmi fəaliyyətə başlamış və həmin ildə də təcrübəçi – tədqiqatçı qismində SSRİ EA-nın Kimyəvi-fizika İnstituna (Moskva ş.) ezam edilmişdir. Ezamiyyət müddəti bitdikdən sonra E.Cəfərov həmin İnstitutun əyani aspiranturasına daxil olmuş və 1986-cı ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək namizədlik dissertasiyası müdafiə etmişdir. E.Cəfərov aspiranturanı bitirdikdən sonra öz elmi fəaliyyətini Azərbaycan SSR EA-nın Fizika İnstitunun “ Fiziki – kimyəvi biologiya” sektorunda kiçik elmi işçi kimi davam etdirmişdir. İşlədiyi sektorun Azərbaycan EA-nın Botanika İnstitunun tabeçiliyinə verilməsi ilə əlaqədar olaraq, 1988-ci ildən həmin İnstitutun "Radiobiologiya və radiokimya" şöbəsində əvvəlcə böyük, sonra isə aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarına əsasən "Radiobiologiya və radiokimya" şöbəsi yeni yaradılmış Radiasiya Problemləri İnstitutunun strukturuna daxil edilmiş və E.Cəfərov həmin tarixdən İnstitutun aparıcı elmi işçisi olmuşdur. Elmxan Cəfərov 1 mart 2003-cü il tarixindən etibarən İnstitutun "Radiobiologiya" laboratoriyasının rəhbəri vəzifəsində çalışır. == Əsas elmi fəaliyyəti == E.Cəfərovun rəhbərlik etdiyi laboratoriya kiçik dozalı radiasiyanın bioloji təsir mexanizminin araşdırılması ilə məşğul olur. Onun elmi işlərinin nəticələri bir çox nüfuzlu beynəlxalq konfranslarda dinlənilmiş və beynəlxalq jurnallarda çap edilmişdir.
Zəlimxan
Zəlimxan — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 iyun 1999-cu il tarixli, 680-IQ saylı Qərarı ilə Ağstafa rayonunun Zəlimxan kəndi Aşağı Kəsəmən kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Zəlimxan kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == == Tarixi == == Əhalisi == Əhalisi 1163 nəfərdir.
Fatih Əmirxan
Fatih Əmirxan - əsil adı isə Muhəmmədfatih Zarif oğlu Əmirxanovdur. Tatar dilində isə adı tatar. Fatıyx Əmirxan-dır. O, 1 yanvar 1886 Kazanda anadan olub və 9 mart 1926 həmin şəhərdə rəhmətə gedib. Fatih Əmirxan Tatarıstanın məşhur yazıçısı və publisistidir == Tərcümeyi-halı == Fatih Əmirxan 1 yanvar 1886-cı ildə Yeni Tatar kəndində anadan olub. Onun atası "İske Taş" məscidinin imamı idi. Yazıçı ö dövr üçün məşhur olan medresede təhsil almışdır. 1905-1907-ci illərdə Moskvada çap olunan "Tərbiyə-ətfal" (Cavanları maarifləndirək) qəzetinin baş katibi olmuşdur. 1907-ci ildə o Kazanda gündəlik qəzet olan "EL-İslax" nəşr elətdirir. 1909-cu ildə tatar dilində bir çox kiablarının tərcüməsi ilə məşğul olur.
Qədimxan (Bicar)
Qədimxan (fars. قديم خان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 170 nəfər yaşayır (39 ailə). Əhalisini kürdlər təşkil edir.
Rəhimxan (Bukan)
Rəhimxan (fars. رحيمخان‎) - İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,738 nəfər yaşayır (311 ailə).
Səlimxan Bayramov
Səlimxan Bayramov (Bayramov Səlimxan Vüqar oğlu; 13 iyul 1998 - 19 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra, "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı və "Cəsur döyüşçü" medalı ilə təltif edilib. == Həyatı == Bayramov Səlimxan Vüqar oğlu 13 iyul 1998-ci il tarixində Sumqayıt şəhərində dünyaya göz açıb. 2005-2015-ci illərdə həmin şəhərin 3 nömrəli orta məktəbində təhsil alib. Məktəbi bitirdikdən sonra təhsilini xaricdə davam etdirmək qərarına gələn Səlimxan, 2015-2019-cu illərdə Gürcüstan Dövlət Texniki Universitetinin tələbəsi olub. == Hərbi xidməti == Təhsilini bitirib doğma Azərbaycana qayıtdıqdan sonra, vətənpərvərlik və milli dəyərlərimizə olan sevgisi ilə hərbi xidmətə yollanır. 2019-cu ilin oktyabrın 28-i Sumqayıt şəhərindən hərbi xidmətə yollanan Səlimxan, Qusarda xidmətin davam elətdirir. Əsgər yoldaşlarının tez bir zamanda sevimlisinə çevrilən Səlimxan, zabitlərin yanında da özünə məxsus hərəkətləri ilə, hamının sevgisini qazanır. 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gədən döyüşlərə yollanmış və Füzüli, Cəbrayıl, Xocavənd rayonlarında gədən döyüşlərdə çox yüksək şücaətlə iştirak etmiş, 3 nəfər döyüş yoldaşları ilə erməni təcavüzkarlarından post almış və o posta oz doğma şəhəri Sumqayıtın adın vermişdir.19 oktyabr 2020-ci il tarixində Xocavənd rayonu uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Azərbaycan Respublikası prezidenti İlham Əliyev tərəfindən "Füzuli uğrunda", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
Zəlimxan (ad)
Zəlimxan — Azərbaycanlı adı. Zəlimxan Yaqub — Azərbaycanın xalq şairi Zəlimxan Məmmədli — Haqq Ədalət Partiyası Ali Məclisinin sədri Zəlimxan Əhmədov — Zəlimxan YandarbiyevDigərZəlimxan — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd.
Zəlimxan Məmmədli
Zəlimxan Adil oğlu Məmmədli və ya Zəlimxan Adil oğlu Məmmədov (17 iyul 1957, Kosalı, Qardabani rayonu) — Haqq Ədalət Partiyası Ali Məclisinin sədri, Borçalı İctimai Cəmiyyətinin sabiq sədri, Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sabiq sədri, Azərbaycan Sambo Federasiyasının sabiq prezidenti, Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Azərbaycan Xalq Cəbhəsinin sabiq sədr müavini. == Həyatı == Zəlimxan Məmmədli 17 iyul 1957-ci il tarixində Gürcüstan Sovet Sosialist Respublikasının Qardabani rayonunun Kosalı kəndində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1996-cı ildə isə Qərb Universitetinin Beynəlxalq siyasət və iqtisadiyyat fakültəsini bitirmişdir. 1982-ci ildən etibarən 6 saylı şəhər poliklinikasında həkim-stomatoloq olaraq çalışır. Ailəlidir, 2 qızı və 1 oğlu var. == Elmi fəaliyyəti == 1998-ci ildə ABŞ-nin Beynəlxalq Elm, Təhsil, İncəsənət və Sənaye Akademiyasının üzvü seçilmişdir. 2017-ci ildə Gürcüstanın Cumber Lejava adına Beynəlxalq Akademiyasının akademiki seçilmişdir. Zəlimxan Məmmədli "Vraç pokarivşiy Kafkaz miloserdiem" – "Qafqazı xeyirxahlıqla fəth etmiş həkim"(rus dilində), "İdman böyük diplomatiyadır", "Borçalı dastanı", "İnsan" kitablarının müəllifi, "Başkeçid qolunu saldı boynuma" kitabının həmmüəllifi, prof. Camal Mustafayevin "Fəlsəfi tarixi araşdırmalar" kitabının redaktorudur.
Zəlimxan Məmmədov
Zəlimxan Adil oğlu Məmmədli və ya Zəlimxan Adil oğlu Məmmədov (17 iyul 1957, Kosalı, Qardabani rayonu) — Haqq Ədalət Partiyası Ali Məclisinin sədri, Borçalı İctimai Cəmiyyətinin sabiq sədri, Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sabiq sədri, Azərbaycan Sambo Federasiyasının sabiq prezidenti, Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Azərbaycan Xalq Cəbhəsinin sabiq sədr müavini. == Həyatı == Zəlimxan Məmmədli 17 iyul 1957-ci il tarixində Gürcüstan Sovet Sosialist Respublikasının Qardabani rayonunun Kosalı kəndində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1996-cı ildə isə Qərb Universitetinin Beynəlxalq siyasət və iqtisadiyyat fakültəsini bitirmişdir. 1982-ci ildən etibarən 6 saylı şəhər poliklinikasında həkim-stomatoloq olaraq çalışır. Ailəlidir, 2 qızı və 1 oğlu var. == Elmi fəaliyyəti == 1998-ci ildə ABŞ-nin Beynəlxalq Elm, Təhsil, İncəsənət və Sənaye Akademiyasının üzvü seçilmişdir. 2017-ci ildə Gürcüstanın Cumber Lejava adına Beynəlxalq Akademiyasının akademiki seçilmişdir. Zəlimxan Məmmədli "Vraç pokarivşiy Kafkaz miloserdiem" – "Qafqazı xeyirxahlıqla fəth etmiş həkim"(rus dilində), "İdman böyük diplomatiyadır", "Borçalı dastanı", "İnsan" kitablarının müəllifi, "Başkeçid qolunu saldı boynuma" kitabının həmmüəllifi, prof. Camal Mustafayevin "Fəlsəfi tarixi araşdırmalar" kitabının redaktorudur.
Zəlimxan Yandarbiyev
Zəlimxan Əbdülmüslüm oğlu Yandarbiyev (çeç. Яндарбин Абдулмуслиман-кIант Зелимхан Yandarbin Abdulmusliman-khant Zelimxan, rus. Зелимхан Абдулмуслимович Яндарбиев; 12 sentyabr 1952 – 13 fevral 2004, Doha) — Çeçenistan İçkeriya Respublikasının 1996-1997-ci illərdəki prezidenti, yazıçı. Yandarbiyev 2004-cü ildə Qətər Respublikasının paytaxtı Doha şəhərində sui-qəsd nəticəsində öldürülmüşdür. == Həyatı == Əvvəlcə ədəbiyyatşünas alim, şair və uşaq ədəbiyyatı yazarı Yandarbiyev Sovet İttifaqı dağılmağa başladıqda çeçen millətçi hərəkatının lideri oldu. 1989-cu ilin iyulunda Qafqaz etnik qruplarının "Rus imperializminə" qarşı birliyini təbliğ edən dünyəvi demokratik bir partiya olan Bart (Birlik) Partiyasını qurdu. 1990-cı ilin mayında müstəqil Çeçenistana bağlı olan ilk çeçen siyasi partiyası olan Vaynax Demokratik Partiyasını (VDP) qurdu və rəhbərlik etdi. VDP Çeçenistanın Rusiya Sovet Federativ Sosialist Respublikasından müstəqilliyini elan etməsindən sonra parçalanana qədər həm çeçen, həm də inquşları təmsil edirdi. 1990-cı ilin noyabrında Cövhər Dudayevin rəhbərlik etdiyi və Sovet dövründəki rəhbərliyi devirən Çeçen Xalqının Ümummilli Konqresinin sədr müavini oldu. Dudayevlə birlikdə inquş liderlər ilə Çeçen-İnquş respublikasını ikiyə bölən müqavilə imzaladı.
Zəlimxan Yaqub
Zəlimxan Yaqub (azərb. Zəlimxan Yusif oğlu Yaqubov‎; 21 yanvar 1950, Kəpənəkçi, Bolnisi rayonu – 9 yanvar 2016, Bakı) — Azərbaycanın xalq şairi (2005), ictimai xadim. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı (2000–2005) == Həyatı == Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur.1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirmişdir.1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.1995–2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur. İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti "Qələbə bayrağı"nda dərc edilib. 1983-cü ildən AYB-nın üzvüdür.2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvüdür. Rəsmi nümayəndə heyətinin tərkibində 1995–2000-ci illərdə Çində, Səudiyyə Ərəbistanında, Almaniyada, ABŞ-də, İsveçdə, İsveçrədə, Qırğızıstanda, Türkiyədə, Fransada və İraqda işgüzar səfərlərdə olub. Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. Türkiyə, Almaniya kimi ölkələrdə müalicə kursu keçib. Hər iki böyrəyi olmayan ictimai xadim ömrünün son illərində dializ qəbul etməklə yaşayıb. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.
Zəlimxan Yaqubov
Zəlimxan Yaqub (azərb. Zəlimxan Yusif oğlu Yaqubov‎; 21 yanvar 1950, Kəpənəkçi, Bolnisi rayonu – 9 yanvar 2016, Bakı) — Azərbaycanın xalq şairi (2005), ictimai xadim. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı (2000–2005) == Həyatı == Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur.1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirmişdir.1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.1995–2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur. İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti "Qələbə bayrağı"nda dərc edilib. 1983-cü ildən AYB-nın üzvüdür.2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvüdür. Rəsmi nümayəndə heyətinin tərkibində 1995–2000-ci illərdə Çində, Səudiyyə Ərəbistanında, Almaniyada, ABŞ-də, İsveçdə, İsveçrədə, Qırğızıstanda, Türkiyədə, Fransada və İraqda işgüzar səfərlərdə olub. Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. Türkiyə, Almaniya kimi ölkələrdə müalicə kursu keçib. Hər iki böyrəyi olmayan ictimai xadim ömrünün son illərində dializ qəbul etməklə yaşayıb. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.
Zəlimxan bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zəlimxan Əhmədov
Zəlimxan Əhmədov (1970, Urus-Martan – 2001, Qroznı) — 1994-2002-ci illərdə (ölümünə qədər) Çeçenistan Respublikasında birinci və ikinci müharibələrin fəal iştirakçısı. İkinci Çeçen müharibəsi illərində Qroznı camaatının əmiri. O, yüzlərlə adam öldürülməsi üçün məsuliyyət daşıyır, o cümlədən 18 2002-ci ilin aprel ayında qətlə çeçen polis. == Bioqrafiyası == Zəlimxan Əhmədov 1975-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Urus-Martan şəhərində anadan olmuşdur. Əhmədovlar nəslinin ən kiçiyi idi. Birinci Çeçenistan müharibəsi başlayandan sonra o, çeçen separatçılarına qoşulur və qardaşı Ramzanın komandanlığı altında Urus-Martan Cəbhəsinin tərkibində döyüşür. Müharibələrarası dövrdə Əhmədov qardaşları Urus-Martan şəhərini nəzarətə götürürlər. Onlar şəhərinin meri Zərqan Malsaqov ilə yanaşı, şəhər kadısını vəzifəsindən azad edirlər. İkinci Çeçen müharibəsi zamanı, qardaşının ölümündən sonra, Qroznı camaatı başçılıq edir. Burada rus qoşunları ilə mübarizə aparır..
Zərimxan Həsənli
Zərimxan Rafiq oğlu Həsənli (7 dekabr 2001; Bəyimsarov, Tərtər rayonu, Azərbaycan — 11 oktyabr 2020; Hadrut, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zərimxan Həsənli 7 dekabr 2001-ci ildə Tərtər rayonunun Bəyimsarov kəndində anadan olmuşdur. == Hərbi xidməti == Zərimxan Həsənli 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Əvvəlcə, Ağcabədi rayonunda, sonra isə Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Zərimxan Həsənli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində artilleriya komandasında iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə qumbaraatan olaraq vuruşmuşdur. 11 oktyabr 2020-ci ildə Füzuli-Hadrut istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qarşı tərəfin atdığı minaatan nəticəsində beyin qanaxması keçirərək həlak olmuşdur.
Əlimran Şirvanski
Dəmirov (Şirvanski) Əlimran Müslüm oğlu — rejissor, aktyor, Azərbaycan SSR-in əməkdar mədəniyyət işçisi (1978). 1918 ildən Bakı teatr truppalarında həvəskar aktyor kimi çıxış etmiş, dram dərnəklərinə rəhbərlik etmişdir. 1924-cü ildə Ə. Bayramov adına qadınlar klubunda Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" tamaşasında rejissor köməkçisi, həmçinin Vəli rolunun ifaçısı olmuşdur. 1939-1948-ci illərdə Azərbaycan Musiqili Komediya Teatrında aktyor və rejissor vəzifələrində çalışarkən Üseyir bəy Hacıbəyovun bir sıra əsərlərinin quruluşunu vermiş və bu tamaşalarda aktyor kimi iştirak etmişdir. Qoçu Əsgər, Həsənqulu bəy, Rza bəy və s. yadda qalan obrazlar yaratmışdır.Əli İmran Şirvanski Fəhlə-Gənclər Dram Dərnəyinin rəhbəri idi.
Əmirxan Babayev
Əmirxan Mirilham oğlu Babayev (28 noyabr 1998, Yeni Suraxanı – 18 oktyabr 2020, Hadrut, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əmirxan Babayev Mirilham Oğlu 28 noyabr 1998-ci ildə Bakı şəhəri Yeni Suraxanı qəsəbəsində dünyaya göz açmışdır. İlk təhsilini Suraxanı Rayon 89 nömrəli tam orta məktəbdə almışdır. == Hərbi xidməti == 18 yaşında həqiqi hərbi xidmətə yollanıb və hərbi xidmətini başa vurub. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində iştirak edib. Fəallığına görə fərqlənən Əmirxan, 18 oktyabr 2020-ci ildə Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O böyüyüb boya-başa çatdığı Yeni Suraxanı qəsəbəsində dəfn edilib.
Əmirxan Xəlilov
Əmirxan Xəlilov — professor. == Həyatı == 23 fevral 1937-ci ildə Gürcüstan Respublikasının Marneuli (Sarvan) şəhərində anadan olmuşdur. Orta məktəbi Marneuli (Sarvan) şəhərində bitirmiş, 1956-1961-ci illərdə BDU-da təhsil almışdır == Təhsili elmi dərəcə və adları == 1961-ci ildə BDU-nu bitirmişdir 1968-ci ildə “Cəfər Cabbarlının ədəbi-tənqidi görüşləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1987-ci ildə “Azərbaycan-rus ədəbi əlaqələrinin inkişaf mərhələləri (1920-1980)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir 1971-ci ildən dosent, 1988-ci ildən etibarən professor elmi adlarını almışdır == Əmək fəaliyyəti == 1965-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuş və 1968-ci ildə bitirmiş, elmi işçi vəzifəsində işləmişdir. 1970-ci ildən BDU-da “Rus ədəbiyyatı tarixi”, “Türk və şərqi slavyan xalqları ədəbiyyatı”, “Dünya ədəbiyyatı” kafedralarında çalışmışdır “Rus ədəbiyyatı” və “dünya ədəbiyyatı” fənlərindən mühazirələr oxuyur. 170-dən artıq məqalə, 5 monoqrafiya, 8 kitab müəllifidir. 3 elmlər namizədi yetişdirmişdir. Məmməd Araz adına “İti qələm” mükafatı laureatı adını almışdır. == Tədqiqat sahəsi == Filologiya, tənqid və ədəbiyyatşünaslıq == Beynəlxalq seminar və simpoziumlarda iştirakı == Riqa və Daşkənddə (1975-1976-cı illər) ədəbi-elmi konfranslarda məruzə ilə çıxış etmişdir == Seçilmiş əsərləri == "Məmməd Araz və çağdaş Azərbaycan poeziyası" "Sergey Yesenin şərq-qərb kontekstində" "Əliağa Kürçaylının poetik tərcümələri" "Asif Asimanın söz asimanı" "Şair Zəlimxan Yaqub və müasir Azərbaycan poeziyası" == Kitablar == "Cəfər Cabbarlı: sənət və sənətkarlıq". Bakı.
Əmirxan türbəsi
Culfa rayonun Xanəgah kəndində zəmanəmizədək gəlib çatan memarlıq abidələrindən biri də Əmirxan türbəsidir. == Coğrafi mövqeyi == Əlincəqalanın yerləşdiyi Əlincə dağının şərq yamacında XV yüzillikdə inşa edilmiş türbə zaman keçdikcə yağış və qar sularının yuyub gətirdiyi lillə dolmuş və demək olar ki, torpağın altında qalmışdı. Abidə 1978-ci ildə ərazidə təsərrüfat işləri aparılarkən təsadüfən aşkar olunmuş, içərisi və ətrafı torpaqdan təmizlənmişdir. Abidə kiçik istisnalar nəzərə alınmazsa demək olar ki, tamamilə salamat vəziyyətdə qalmışdır. == Memarlıq quruluşu == Bina planda dördbucaqlı formasındadır. Üstü iri həcmli günbəzlə örtülmüşdür. Elə abidənin əhəmiyyətli hissəsi də qırmızımtıl rəngli bişmiş kərpicdən inşa edilmiş bu günbəzli örtmədir. Azərbaycan memarlığının Naxçıvan məktəbinə mənsub usta tərəfindən inşa edilmiş abidənin kvadrat əsasdan günbəzə keçid sistemi çox yüksək səviyyədə həll olunmuş, bu zaman memarın yüksək sənətkarlığı və məharəti özünü qabarıq şəkildə göstərmişdir. Memar bunu künc trompları vasitəsi ilə həll etməklə, bu adi künc trompların daxili quruluşunun mükəmməl formasına nail ola bilmişdir. Trompları birləşdirən yelkənlər müəllif tərəfindən olduqca orijinal halda – stalaktitə bənzər həll olunmuşdur.
Ərziman Əliyev
Ərziman Mikayıl oğlu Əliyev — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru. == Həyatı == Ərziman Əliyev 2004–2007-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisidir. Ərziman Əliyev Mikayıl oğlu Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməmişdən əvvəl Göycay Rayon polis idarəsinin rəisi vəzifəsində işləyib. Polis general-mayor rütbəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə rəis təyin edilən zaman verilib.
Zəlimxan Hüseynov
Zəlimxan Teci oğlu Hüseynov (13 iyul 1981; Xasavyurt, Rusiya SFSR) — 1999–2001-ci illərdə Rusiyanı, 2008–2013-cü illərdə isə Azərbaycanı təmsil edən sərbəst güləşçi, 2009-cu il Avropa Çempionatının qalibi. == Karyerası == Zəlimxan Hüseynov 1999-cu ilin fevralında Rusiya Çempionatının qalibi olub. Həmin ilin aprelində Belarusda baş tutan Avropa Çempionatında mübarizə aparsa da, turniri 16 idmançı sırasında 15-ci pillədə başa vurdu. İyunda isə Zəlimxan Hüseynov Riqa şəhərində (Latviya) baş tutan gənclər arasında Dünya Çempionatının qızıl medalına sahib oldu.Daha sonra Zəlimxan Hüseynov 2000-ci ildə Rusiya Çempionatını gümüş medalla başa vurdu. 2001-ci ildə isə Zəlimxan Hüseynov gənclər arasında Dünya Çempionatının bürünc medalına sahib oldu. Noyabrda isə o, Dünya Çempionatlarında debüt elədi və turniri 33 idmançı sırasında 8-ci pillədə başa vurdu.Həmin illərdə Rusiya yığmasının lideri Afina Olimpiadasının qalibi Mavlet Batirov idi və Zəlimxan Hüseynov nüfuzlu beynəlxal turnirlərdə mübarizə apara bilmirdi. 2008-ci ildə Azərbaycan Güləş Federasiyası (AGF) Zəlimxan Hüseynovu Azərbaycan yığmasına dəvət elədi. Nəticədə Zəlimxan Hüseynov həmin dəvəti qəbul elədi və 2008-ci ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə aparmağa başladı.Zəlimxan Hüseynov 2008-ci ildə İsveçrədə Dünya Olimpiya Təsnifat Turnirini gümüş medalla başa vurdu və olimpiya lisenziyasına sahib oldu. Olimpiadadan əvvəl o, Qızıl Qran-Pri beynəlxalq turnirini beşinci pillədə başa vurdu.Zəlimxan Hüseynov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Zəlimxan Hüseynov olimpiadanın təsnifat mərhələsində 2007-ci il Dünya və Avropa Çempionatlarının qalibi, 2004-cü il Afina Olimpiadasının çempionu Rusiya nümayəndəsi Mövlud Batirov ilə üz-üzə gəldi.
Əlixan Binnətoğlu
Əlixan Binnət oğlu Səmədov — azərbaycanlı ədəbiyyatşünas alim "Yeni yol" qəzetinin baş redaktoru. Tərcüməçi. Georgi Leonidzenin "Tar haqqında mahnı" adlı şeirləri Əlixan Binnətoğlu tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Əlixan Binnətoğlu 1991-ci ildə təsis edilən "Dayaq" Gürcüstan Azərbaycanlıları Assosiasiyasının yardılmasında Mirzə Maşov ilə birlikdə yaxından iştirak etmişdir və Mirzə Maşov təsis konfransında həmin Assosiasiyanın İçraçı katibi təyin seçilmişdir. Mirzə Maşov 1998-ci ilə qədər "Dayaq" Gürcüstan Azərbaycanlıları Assosiasiyasının İcraçı katibi vəzifəsini tutmuşdur.
Telimxan
Telim xan Teymur xan oğlu Türkman (1757, Mərağey[d], Mərkəzi ostanı – 1830, Savə, Mərkəzi ostanı) — el şairi. == Həyatı == Telim xan 1742-ci ildə Savə vilayətinin Mərağey kəndində anadan olmuşdur. 14-15 yaşlarında şeir yazmağa başlamışdır. Çox gözəl şeirlər yazdığı və mükəmməl aşıqlığından dolayı onun "Haqq aşığı" olduğuna inanılmışdır. Telim xan gənclik illərində əmisi qızı Mehri xanıma aşiq olmuş, onun ardınca Şiraza getmiş, orada yeddi il qalaraq yəhər-səmər işləriylə, sərraclıqla məşğul olmuşdur. O, nakam bir eşq yaşamış, çox sevdiyi Mehri xanıma qovuşa biməmışdir. Amma son nəfəsinə qədər Mehri xanımı sevmişdir. Telim xan bir şerində 60 yaşına, başqa bir şerində isə 90 yaşına çatdığına işarə etmişdir. Onun doxsan yaşında öldüyü qəbul edilsə də, şair hicri-qəməri 1245-ci ildə, yəni miladi 1829-cu ildə vəfat edib. Telim xanın oğullarından biri Qulamhüseyn bəydir.
Elmixan Məmmədov
Elmixan Məmmədov (9 yanvar 1994-cü ildə Tovuzda anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Turan Tovuz klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-17 milli futbol komandasında çıxış etmişdir. == Bioqrafiyası == Elmixan Məmmədov 1994-cü ildə Tovuz şəhərində anadan olmuşdur. O, Turan Tovuz klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasının məzunu olmuşdur. == Klub karyerası == Elmixan Məmmədov öz peşəkar futbolçu karyerasına 2010-cu ildə Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Turan Tovuz klubunda başlamışdır. O, Tovuz təmsilçisi ilə birlikdə Premyer Liqada üç mövsüm iştirak etdi. 2013–14 mövsümünün sonunda toplanılan xallar əsasında klub Birinci Diviziona endi, lakin digərlərindən fərqli olaraq, Elmixan klubu tərk etmədi. === Çempionat === Mövsümlər üzrə Azərbaycan çempionatında statistikası aşağıdakı kimidir: === Кубок === Mövsümlər üzrə Azərbaycan Kubokunda statistikası aşağıdakı kimidir: == Milli karyerası == 2010-cu ildə Elmixan Azərbaycan U-17 millisi ilə Moldova Futbol Federasiyası Kuboku turnirində iştirak etmək üçün milliyə dəvət almışdır.