Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abazlı
Abazallı (əvvəlki adı: Abasali) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Təklə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Təklə kənd inzibati ərazi dairəsi tərkibindəki Abasali kəndi Abazallı kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin adı 2001-ci ildən Abazallı kimi rəsmiləşdirilmişdir. Yardımlı rayonunda yerləşən Abasallı kəndi ilə əlaqəyə malik olduğu düşünülür. Biləsuvar rayonundakı Novomixaylovka (indiki Zəhmətabad) kəndinin adı da 1840-cı ilədək Abazallı olmuşdur. Bu oykonimlər xəzər və peçeneqlərin tərkibində Azərbaycana gəlmiş abaza (avaz/abas/abaz) tayfasının adı ilə bağlıdır. Türkmənistanda Avaza, Xakas MV-də Abaza, Gürcüstanda Abaşa, Abazlar toponimlərinin, Azərbaycanda isə Avazlar, Avaz, Abbazlı (Qazax rayonunun İkinci Şıxlı kəndində tayfa) toponim və etnonimlərinin qeydə alınması bu fikri təsdiq edir. Digər bir fikrə görə kəndin adı əslində Abasalılıdır (Abasəlikənd). Keçmişdə bu ərazidə iki Abasəlikənd olmuşdur: biri Aşağı Qaramanlı, digəri isə indiki Abbasəlli kəndi. == Coğrafiyası və iqlimi == Kənd Burovar silsiləsinin ətəyində yerləşir.
Arhavi
Arhavi (türk. Arhavi; gürc. არქაბი/Arkabi) —Türkiyənin Qara dəniz regionuna daxil olan Artvin ilinin rayonlarından biri və həmin rayonun inzibati mərkəzi. 2021-ci ildə aparılmış əhalinin siyahıyaalınmasına əsasən distriktdə 21.661 nəfər yaşayır. Arhavi Artvin ilinin dördüncü ən böyük rayondur. Şəhər əhalisinin sayına görə Artvin ilində Artvin və Hopadan sonra ən böyük üçüncü şəhər sayılır. Arhavi əhalisinin mütləq əksəriyyətini lazlar və etnik gürcülər təşkil etməkdədir. Relyefi dərə və dağlıqdır. Rayon mərkəzinin sahəsi təqribən 6 km², ümumi rayon sahəsi isə 314 km²-dir. Sahil xəttinin uzunluğu 9,69 km-dir.
Abraziv material
Abraziv material abraziv alətlərin kəsici hissəsini təşkil edirlər. Kəsici dənəciklər şəklində istifadə edilən bu materiallar kifayət qədər bərk, istiyədavamlı, çoxlu tillərə malik olurlar. Onlar iki qrupa bölünürlər: təbii materiallar (kvars, sumbata, korund, təbii almaz) və süni abraziv materiallar (normal və az elektrokorund, monokorund, silisum karbidi, bor karbidi, bor nitridi və sintetik almaz). Abraziv materiallar əsasən maşın hissələrinin təmiz emalında istifadə edilirlər. Məqsədi pardaqlamada, honalamada, cilalamada emal olunan səthin kələkötürlüyünü azaltmaqdır. == Növləri == === Təbii abraziv materiallar === Təbiətdə rast gələn süxurlar və minerallar (kvars, sumbata, korund və almaz) aiddir. Kvars iri kristallı silisium 4-oksiddən ibarət olub aşağı kəsmə xassələrinə malikdir. Qum itiləyiciləri, bülöv daşları və pardax sumbata kağızı hazırlanmasında istifadə olunur. Sumbata və təbii korund alüminium oksidi kristallarından və (AL2O3) qatqılardan (sumbatada 25-30%, korundda 95%-ə qədər) ibarətdir. Sumbata qara və qara-boz, korund isə qəhvəyi rəngdədir.
Abraziv materiallar
Konstantin Abxazi
Konstantin (Kote) Nikolaeviç Abxazi (gürc. კონსტანტინე (კოტე) ნიკოლოზის ძე აფხაზი; 25 sentyabr 1867, Kardaxani[d], Tiflis quberniyası – 20 may 1923, Tiflis Rusiyada Abxazov) — Gürcüstan hərbi və siyasi lideri, Rusiya imperator Ordusunun (1916) və Gürcüstan Demokratik Respublikasının Milli Ordusunun (1918) general-mayoru, Tiflis əyalətinin zadəganlarının lideri. == Həyatı == Knyaz Konstantin (Kote) Abxazi 1867-ci il sentyabrın 25-də Kaxeti bölgəsinin Kardenaxı kəndində varlı və zadəgan ailəsində anadan olub. O, knyaz Nikoloz Abxazinin və görkəmli gürcü yazıçısı və ictimai xadimi İlya Çavçavadzenin bacısı knyaginya Nino Çavçavadzenin oğlu idi. == Hərbi xidmət == Konstantin Abxazi Tbilisi Kadet Korpusu və Sankt-Peterburqdakı 1-ci Pavlovsk Hərbi Məktəbini (1886) bitirib. Hərbi məktəbi bitirdkdən sonra 1890-cı ildə Rusiya imperiyası ordusuna xidmətə qəbul edilmişdir. Polkovnik -leytenant (1908). Qafqaz Qrenadyorr Topçu Briqadasının 4-cü batareyasının komandiri. 21 mart 1911-ci ildə polkovnik rütbəsi verilərək istefaya göndərildi. Xidmətini başa vurduqdan sonra bir çox sosial və iqtisadi layihələrdə, o cümlədən Gürcüstanda dəmir yolunun çəkilişində iştirak etmişdir.
III. Leon (Abhazya kralı)
III Leon (gürc. ლეონ III; bilinmir – ən tezi 967) — II Giorgidən sonra taxta çıxan və 960-969-cu illər arasında ölkəni idarə edən Abxaziya çarı. == Həyatı == 926-cı ildə Leon sonuncu uğursuz üsyandan sonra II Georgi tərəfindən kor və kastrasiya edilmiş böyük qardaşı Konstantini Kartli çarı kimi əvəz etmişdir. II Georgi hökmdarı həmçinin Kartliyə iddia qaldıran II Kvirikenin hakimlik etdiyi ən şərqi gürcü knyazlığı olan Kaxetiyə qarşı kampaniyasını davam etdirmişdir. Georgi və Leonu Kvirikenin qardaşı olan kürəkəni Şahzadə Şurta dəstəkləmiş, ardınca Ucarma qalasını abxazlara vermişdir. Kvirike məğlub olmuş və həbs edilmiş, yalnız Abxaziya çarına tabe olduqdan sonra azad edilmişdir. Tezliklə Kvirike yenidən hücuma keçmiş və Kartlidə üsyana səbəb olmuşdur. 957-ci ildə Georgi oğlu Leonun başçılığı ilə böyük bir ordu göndərmiş, lakin çar ekspedisiyada ölmüş və Leon Kvirike ilə sülh bağlamaq məcburiyyətində qalmış, nəhayət kampaniyasını başa vurmuşdur. Kvirike oğlu Davidin qızı Leonla evlənməsinə razılıq verməyə məcbur qalmışdır. Sülh uzun sürmədi, çünki şahzadə tezliklə vəfat etmiş və iki tərəf arasında inamsızlıq yaranmışdı.