Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avtoqəza
Avtomobil qəzası — bir quru yolu nəqliyyat vasitəsinin digər bir, piyadaya, heyvana ya da hər hansı bir əşyaya dəyməsidir. Avtomobil qəzaları nəticəsində yaralanma, maddi zərər və ölüm meydana gələ bilər. Avtomobil qəzaslarının baş verməsinə başda sürücü, avtomobil və yol olmaqla bir çox şey səbəb ola bilər. Quru yolunda ölümlü bir avtomobil qəzası ilk dəfə 31 Avqust 1896-cı ildə baş vermişdir. İrlandiyalı səma cisimləri alimi Mary Ward, qohumunun buxarlı avtomobilindən düşmüş və avtomobil tərəfindən əzilərək vəfat etmişdir.
Aviabaza
Hərbi aerodrom və ya aviabaza — mövcud aviasiya hissələrinə xidmət göstərən təmir və təchizat orqanı. Təmir sexləri və anbardan ibarətdir. Səyyar aviabazaların təmir sexləri xüsusi uyğunlaşdırılmış "Foks-Arbel" qatar vaqonlarında yerləşir və təyyarələrin, mühərriklərin, avtomobillərin və bəzi silahların və bort avadanlıqlarının kiçik və lazım gəldikdə orta həcmli təmirini yerinə yetirmək üçün nəzərdə tutulmuşdur. Daimi aviabazaların emalatxanaları xüsusi uyğunlaşdırılmış binalarda təşkil olunur və yuxarıda sadalanan əmlakın orta və bəzi hallarda əsaslı təmirini həyata keçirmək üçün nəzərdə tutulmuşdur == İstinadlar == == Əlavə ədəbiyyat == Воздушный кодекс Российской Федерации — России, утверждён 19.03.1997 года, № 60-ФЗ. Федеральные авиационные правила производства полётов государственной авиации.
AvtoVAZ
AvtoVAZ (rus. АвтоВАЗ)- Rusiyada ən iri avtomobil şirkəti. Samara vilayəti, Tolyatti şəhərində yerləşir. Əvvəlki adı VAZ (rus. ВАЗ- Волжский автомобильный завод) olmuşdur. İlkin dövrlər "Jiquli", "Niva", "Sputnik", "Samara", "Oka" markalı maşınlar istehsal etmişdir. Bu markaları ilə Azərbaycanda və digər post-sovet ölkələrində məşhurlaşmışdır. Hal-hazırda "Lada" markası ilə istehsal etdiyi maşınlar belə əksər avtomobil həvəskarları tərəfindən VAZ kimi adlandırılır. 1993-cü ildə Vyaçeslav Zubarev tərəfindən qurulan" TTS " 1992-ci ildə AvtoVAZ ilə müqavilə imzaladı. 1995 — ci ildə Naberejnıe Çelnı şəhərində ilk tam hüquqlu Avtomobil Mərkəzi-Lada salonu açıldı və avtomobil zavodundan birbaşa çatdırılma üçün gəldi.