Şayrat aviabazasının bombardman edilməsi
Şayrat azviabazasının bombardman edilməsi (ing. 2017 Shayrat missile strike) — ABŞ Hərbi-Dəniz Qüvvələrinin Suriya müharibəsi çərçivəsində Suriyada dövlətə məxsus Şayrat aviabazasını 59 Tomahauk raketləri ilə bombardman etməsi. Hücum əmrini ABŞ Prezidenti Donald Tramp 4 aprel 2017-ci il Xan-Şeyxunda kimyəvi silahdan istifadəyə cavab olaraq verib. Bu hadisə Suriya müharibəsi başlayandan ABŞ-nin Suriya dövlətinə məxsus obyektə ilk hücumudur.
Avstraliya, İsrail, Yaponiya, Polşa, Səudiyyə Ərəbistanı, Birləşmiş Krallıq və Türkiyə hökumətləri hücumu kimyəvi hücuma cavab olaraq qiymətləndirib və müsbət dəyərləndirib.
Rusiya və İran hücumu tənqid edərək, bunu suveren bir ölkənin hüquqlarının pozulması kimi qiymətləndiriblər.
Xan-Şeyxunda kimyəvi silahdan istifadə
"ABŞ Suriya hərbi bazasına zərbə endirdi, nə baş verir? - TƏHLİL" ( (az.)). islamazeri. 2017-04-07.