Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adres-kalendar
Adres-kalendar (rus. Адрес-календарь; mənası – ünvan-təqdim) — Rusiya imperiyasında rəsmi illik nəşr (1765–1916), bütün dövlət qurumlarının (mərkəzi və yerli) vəzifəli şəxslərinin siyahısı. Hazırda ünvan təqvimləri qiymətli elmi məlumat mənbəyidir, xüsusən də tarixi, genealoji, statistik sahədə. Rusiya Dövlət Kitabxanasının yaddaqalan kitabların axtarışı layihəsi çərçivəsində Rusiya imperiyasının rayon və quberniyalarında nəşr olunan məlum və itirilmiş adres-kalendarın siyahısı tərtib edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Адресные книги // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Andres
Andres — ad. Andres İnyesta — İspaniyalı futbolçu. Andres Eskobar — Kolumbiyalı futbolçu. Andres de la Mora — bir Meksikalı aktyor. Andres Manuel Lopes Obrador — Milli Yeniləşmə Hərəkatının (Morena) lideri.
Ares
Ares — Yunan mifologiyasında cəsarət və müharibə ilahı. Zevs və Heranın oğludur. Simvolu kərkəsdir. 12 Olimp ilahından biridir. Afrodita ilə sevgi macəraları ilə məşhurdur. Qədim Roma mifologiyasında Mars kimi tanınır. Spartalılar ona sitayiş edir, afinalılara qarşı onlara kömək etməsini istəyirdilər. == Ares və Afrodita == Apollon Ares və Afroditanı sekslə məşğul olarkən gördü. Apollon bunu Afroditanın əri Hefestə xəbər verdi. Onları bu vəziyyətdə görən Hefest onları biabır etmək qərarına gəldi.
Arəş
Arəş Ləbaf (23 aprel 1977, Tehran) — Iran əsilli İsveç müğənnisi, bəstəkar, prodüser. == Həyatı == Arəş Ləbafzadə 1977-ci ildə İranın paytaxtı Tehran şəhərində anadan olub. Babası Ərdəbildən olan azərbaycanlı idi. Avroviziya Mahnı Müsabiqəsində çıxış edən ilk iranlı olduğu bildirilir. 10 yaşına qədər Tehranda yaşayıb. Sonra ailəsi ilə birlikdə İsveçin Uppsala şəhərinə köçüb. Burada Arəş dostları ilə birlikdə yaşıdları üçün mahnılar oxumağa başlayır. Soyadını da elə o zaman dəyişib Ləbaf (isv. Labaf) edir. 5 il sonra isə Malmöyə köçür.
Abrəs (Sərab)
Abrəs (fars. ابرس‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 318 nəfər yaşayır (70 ailə). == Coğrafi yerləşməsi == Sərab şəhristanının Mərkəzi bölgəsinin Razılıq kəndistanında, Sərab şəhərindən şimalda, Sərab-Təbriz avtomobil yolunun 5 kilometrliyindədir.
Adris grupa
"Adris grupa d.d." ― mərkəzi Rovin şəhərində yerləşən Xorvatiya şirkəti.. Müəssisə 8,000-dən çox işçi qüvvəsinə sahib olmaqla yanaşı, həm də illik gəliri 5 milyard kunadan (təxminən 1 milyard dollar) çox olmaqla bölgənin aparıcı şirkətlərindən biridir. "Tvornica duhana Rovinj"-in (TDR) 2015-ci ilin sentyabr ayında "British American Tobacco"-ya satılmasından sonra əsas xidmət göstərdiyi sahələr "Maistra" (turizm və otellər), "Cromaris" (qida sənayesi) və Xorvatiya osiguranje (sığorta) oldu. Şirkətin fəaliyyət göstərdiyi digər sahələr siyahısına "Adrisdə gələcək" adlı dövlət təcrübə və məşğulluq proqramı daxildir, bundan başqa da şirkət təqaüd və ianələr verən "Adris" fondu ilə də aktiv işlər görür. == İstinadlar == == Xarici keçidlər == adris.hr — Rəsmi saytı (xorv.) (ing.) "Adris grupa d.d." poslovni.hr (xorvatca). Poslovni dnevnik. İstifadə tarixi: 26 fevral 2016.
Andres Eskobar
Andres Eskobar (isp. Andrés Escobar Saldarriaga; 13 mart 1967[…] – 2 iyul 1994, Medellin) — Kolumbiyalı futbolçu. 1994-cü ildə Amerika Birləşmiş Ştatlarında keçirilən Futbol üzrə dünya çempionatının iştirakçısı. Həmin çempionatda ABŞ millisi ilə oyun zamanı öz qapısına vurduğu qol səbəbindən mundialdan sonra ölkəsində Humberto Kastro adlı şəxs tərəfindən qətlə yetirilmişdir.
Andres İniesta
Andres İniesta (11 may 1984[…], Albasete, Kastiliya-La-Mança) — İspaniyalı futbolçu.
Andres İnyesta
Andres İniesta (11 may 1984[…], Albasete, Kastiliya-La-Mança) — İspaniyalı futbolçu.
Ardeş (departament)
Ardeş (fr. Ardèche, oks. Ardecha) — Fransa cənubunun mərkəz hissəsindəki departament. Overn—Rona—Alp bölgəsinin bir hissəsi. İdarəetmə Mərkəzi - Priva. == Coğrafiya == Sahəsi - 5529 km². Departament Ronanın qərbindəki dağlıq ərazidə yerləşir. == Tarix == Ardeş, 1790-cı ilin mart ayında qurulan ilk 83 departamentlərdən biridir. Keçmiş Vivari əyalətinin ərazisində yerləşir.
Buenos-Ayres
Buenos Ayres (isp. Ciudad de la Santísima Trinidad y Puerto de Nuestra Señora de Santa María de los Buenos Aires, tərc. "Müqəddəs Üç Üqnum şəhəri və Bizim Xanımımız, Xoş küləklərin Müqəddəs Məryəminin limanı") — Cənubi Amerika materikində şəhər, Argentinanın paytaxtı. Şəhərin əsası 1536-cı ildə (bəzi mənbələrə görə 1535) ispan konkistadoru Pedro Mendosa tərəfindən qoyulmuşdur. Buenos Ayres ölkənin mərkəzi-şərq hissəsində, Cənubi Amerikanın ikinci ən uzun çayının — Parananın mənsəbinin davamı olan ən böyük körfəz Rio-de-la-Plata çayının qərb sahilində yerləşir. Şəhər 17-ci əsrdən bəri müasir qısaldılmış adını — "Buenos Ayres" adını daşıyır. Argentinada paytaxtı bəzən "müxtəlif adlara malik şəhər" adlandırırlar. Adı "Kapital Federal" (isp. Capital Federal) — "Federal paytaxt" ən çox istifadə edilən şəhər adlarından biridir."Buenos Ayres şəhəri" (İspan: Ciudad de Buenos Aires) və ya sadəcə olaraq "Buenos Aires" termini də tez-tez istifadə olunur, baxmayaraq ki, bu ad bəzən eyniadlı əyalətə görə yanıltıcıdır. Şəhərin adı "Buenos-Ayresin Muxtar Şəhəri" (İspanca: Ciudad Autónoma de Buenos Aires, qısaldılmış CABA) 1996-cı ildə şəhər nizamnaməsi ilə rəsmi olaraq qəbul edilmişdir.
Buenos Ayres
Buenos Ayres (isp. Ciudad de la Santísima Trinidad y Puerto de Nuestra Señora de Santa María de los Buenos Aires, tərc. "Müqəddəs Üç Üqnum şəhəri və Bizim Xanımımız, Xoş küləklərin Müqəddəs Məryəminin limanı") — Cənubi Amerika materikində şəhər, Argentinanın paytaxtı. Şəhərin əsası 1536-cı ildə (bəzi mənbələrə görə 1535) ispan konkistadoru Pedro Mendosa tərəfindən qoyulmuşdur. Buenos Ayres ölkənin mərkəzi-şərq hissəsində, Cənubi Amerikanın ikinci ən uzun çayının — Parananın mənsəbinin davamı olan ən böyük körfəz Rio-de-la-Plata çayının qərb sahilində yerləşir. Şəhər 17-ci əsrdən bəri müasir qısaldılmış adını — "Buenos Ayres" adını daşıyır. Argentinada paytaxtı bəzən "müxtəlif adlara malik şəhər" adlandırırlar. Adı "Kapital Federal" (isp. Capital Federal) — "Federal paytaxt" ən çox istifadə edilən şəhər adlarından biridir."Buenos Ayres şəhəri" (İspan: Ciudad de Buenos Aires) və ya sadəcə olaraq "Buenos Aires" termini də tez-tez istifadə olunur, baxmayaraq ki, bu ad bəzən eyniadlı əyalətə görə yanıltıcıdır. Şəhərin adı "Buenos-Ayresin Muxtar Şəhəri" (İspanca: Ciudad Autónoma de Buenos Aires, qısaldılmış CABA) 1996-cı ildə şəhər nizamnaməsi ilə rəsmi olaraq qəbul edilmişdir.
Emil Andres
Emil Andres (ing. Emil Andres; 22 iyul 1911 – 20 iyul 1999) — amerikalı idmançı, avtoidman yarışlarının iştirakçısı, xüsusən 30–40-cı illərdə İndianapolisdə 500 mil yarışında iştirak etməsi ilə tanınmışdır. On iki il ərzində çıxışlarına görə ən yaxşı beşinci yeri, 1946-cı ildə isə dördüncü yeri tutdu. == Bioqrafiya == İllinoys əyalətindən olan Emil, 1930-cu illərdə Birləşmiş Ştatlarda müxtəlif yarışlarda bir araya gələn avtomobil yarışçı qrupuna üzv idi. Qrup ʻʻChicago Gangʼʼ adlanır və Tony Bettenhausen, Cowboy O'Rourke, Paul Rousseau, Jimmy Snyder və Wally Zeil kimi üzvləri var idi. Əsas ölkə çempionatına AAA Championship Car drivers qatılaraq, ilk olaraq 1935-ci ildə İndianapolisin 500 mil iştirak etməyə cəhd göstərdi. O, bu cəhddə müvəffəqiyyətli olmadı, amma Springfield şəhərində keçirilən torpaq ovalı yarışında, üçüncü oldu. Növbəti il, cəhd daha yaxşı idi — sonuncu olaraq başlayıb, 18-ci sırada qərarlaşdı. 1940-cı il keçirilən yarışda, Andres 12-ci yeri əldə etməsinə baxmayaraq, düşən yağış səbəbiylə oyun dayandırıldı. 1941-ci ildə o, xüsusilə keyfiyyətli oyun nümayiş edərək 15-ci yeri qazandı.
San Andres
San Andres (isp. San Andrés) — Kolumbiyanın şəhərlərindən biri, San Andres və Providensiya departamentinin inzibati mərkəzi. Şəhər, Karib dənizinin cənub-qərb hissəsində, Nikaraqua sahilinin yaxınlığında, ölkənin paytaxtı Boqota şəhərindən təxminən 1203 kilometr şimal-qərbindəki məsafədə yerləşən adasının şimal hissəsində yerləşir. Mütləq yüksəkliyi, dəniz səviyyəsindən 0 metr yüksəklikdədir. Şəhərin sahəsi 26 km² dir. Kolumbiya Milli Statistikasına əsasən 2012-ci ildə şəhərdə ümumi əhali 69.463 nəfər idi. İl ərzində şəhər əhalisinin statistik göstəricisi: 2005-ci il əhalinin siyahıya alınmasına əsasən, şəhər əhalisinin 51,2% -i kişilər, qadınlar isə müvafiq olaraq 48,8% olmuşdur. Əhalinin etnik tərkibində, təxminən 40% Risalzlardır.
IP adresi
IP ünvanı (aypi-ünvan, ingilis dilindəki Internet Protocol address sözlərinin qısaltmasıdır) — internet şəbəkəsinə qoşulmuş hər bir kompüterin rəqəmlərdən ibarət elektron ünvanı. İnternet sistemində kompüterlər iki variantda ünvana malikdirlər: rəqəm IP ünvanı və simvolik domen ünvanı. İnternetə qoşulan hər bir kompüterin öz IP ünvanı olur. Digər bütün kompüterlər bu IP ünvanla əlaqə saxlayırlar. İki ayrı kompüter eyni şəbəkədə olmasalar da IP ünvanları onların bir-biri ilə əlaqə qurmasına imkan verir. Hal-hazırda ən çox istifadə edilməkdə olan IPv4 üçün 32 bit həcmində IP ünvanları istifadə edilir və nöqtələr ilə ayrılmış 4 ədəd 8 bitlik rəqəmlərlə göstərilir. Məsələn, 212.85.102.14. Belə işarələmə IP ünvanı forması adlanır. İnternet şəbəkəsinin istifadəçiləri üçün ünvanları bu sistemlə yadda saxlamaq çətin olduğu üçün mütəxəssislər istifadəçilərin ünvanlarının yaradılmasında "domen adları sistemi"ni (DNS) təklif etdilər. == Funksiyası == IP ünvanı iki əsas funksiyaya xidmət edir: hostu, daha dəqiq desək, onun şəbəkə interfeysini müəyyən edir və şəbəkədə hostun yerini və həmin hosta yol yaratmaq qabiliyyətini təmin edir.
Arəş (müğənni)
Arəş Ləbaf (23 aprel 1977, Tehran) — Iran əsilli İsveç müğənnisi, bəstəkar, prodüser. == Həyatı == Arəş Ləbafzadə 1977-ci ildə İranın paytaxtı Tehran şəhərində anadan olub. Babası Ərdəbildən olan azərbaycanlı idi. Avroviziya Mahnı Müsabiqəsində çıxış edən ilk iranlı olduğu bildirilir. 10 yaşına qədər Tehranda yaşayıb. Sonra ailəsi ilə birlikdə İsveçin Uppsala şəhərinə köçüb. Burada Arəş dostları ilə birlikdə yaşıdları üçün mahnılar oxumağa başlayır. Soyadını da elə o zaman dəyişib Ləbaf (isv. Labaf) edir. 5 il sonra isə Malmöyə köçür.
Avelyaneda (Buenos-Ayres)
Avelyaneda (isp. Avellaneda) — Argentinada, Böyük Buenos-Ayres ərazisində şəhər. La-Plata körfəzi sahilində yerləşən liman şəhəri dəmiryol qovşağı rolunu da daşıyır. Avelyanedada ət emalı, toxuculuq, dəri-ayaqqabı, neft emalı sənayesi müəssisələri var. 2010-cu ilin məlumatına görə, şəhərin 342,677 nəfərlik bir əhalisi var.
Buenos-Ayres Universiteti
Buenos-Ayres Universiteti (isp. Universidad de Buenos Aires və ya qısaca UBA) — Argentinanın paytaxtı Buenos-Ayres şəhərində yerləşən ali təhsil müəssisəsi. == Fakültələri == Hüquq fakültəsi; Tibb fakültəsi; Psixologiya fakültəsi; İqtisadiyyat fakültəsi və s. == Muzeyləri == 28 aprel 2005-ci il tarixində universitetin İqtisadiyyat fakültəsində Argentina Xarici Borc Muzeyi fəaliyyətə başlamışdır.
Buenos-Ayres minaçiçəyi
Buenos-Ayres minaçiçəyi (lat. Verbena bonariensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin minaçiçəyi cinsinə aid bitki növü.
Buenos Ayres Konvensiyası
Buenos Ayres Konvensiyası (Üçüncü Panamerika Konvensiyası) — 11 avqust 1910-cu il tarixində Argentinanın Buenos Ayres şəhərində imzalanmışdır. Əsərdə hüquqların qorunub saxlanılması barədə bir bildiriş olduğu zaman müəllif hüquqlarının qarşılıqlı tanınmasını təmin edən müqavilədir (Maddə 3). Bu, adətən müəllif hüququ bildirişinin yanında "Bütün hüquqlar qorunur" (ispan dilində "Todos los derechos reservados", portuqal dilində "Todos os direitos reservados") ifadəsi ilə tətbiq olunurdu. ABŞ qanunvericiliyinə görə yalnız müəllif və nəşr ili tələb olunduğu üçün bu tətbiq üsulu dəyişdi. Konvensiyaya uyğun olaraq müəllif hüquqları qorunması, Konvensiyaya tərəfdaş olan ölkədə və əsərin nəşr edildiyi yerdə daha qısa müddətə verilir (Maddə 6, 7). Sınaq şərti tələbinin kifayət qədər qeyri-müəyyən olması, beynəlxalq müəllif hüququ qanunlarındakı inkişafa baxmayaraq davam edən daha mürəkkəb və qanunauyğun ifadələrin inkişafına səbəb oldu. Konvensiya, 6 sentyabr 1952-ci il tarixli Ümumdünya Müəllif Hüquqları Konvensiyası (Maddə 18 Cenevrə Qanunu) ilə xüsusi olaraq qorunub saxlanılır,[1] ən son formulaya ziddiyyət halında üstünlük verilir. Buenos Ayres Konvensiyası dəyişdirilmədiyindən, sadə müəllif hüququ bildirişinin olması, Ümumdünya Müəllif Hüquqları Konvensiyasının tərəfləri olan ölkələr arasında müəllif hüquqlarının qarşılıqlı tanınmasını təmin etmək üçün kifayət idi (yalnız Honduras qəbul etməmişdir). 23 avqust 2000-ci il tarixindən etibarən Buenos Ayres Konvensiyasının bütün tərəfləri, eyni zamanda müəllif hüquqlarının heç bir rəsmiləşdirilmə olmadan qarşılıqlı tanınmasını təmin edən Ədəbi və Bədii Əsərlərin Qorunmasına dair Bern Konvensiyasının tərəfdaşlarıdır. Buenos Ayres Konvensiyası, Bern Konvensiyasının 20-ci maddəsinə uyğun olaraq "xüsusi razılaşma" hesab edilir.
Buenos Ayres şəhəri
Buenos Ayres (isp. Ciudad de la Santísima Trinidad y Puerto de Nuestra Señora de Santa María de los Buenos Aires, tərc. "Müqəddəs Üç Üqnum şəhəri və Bizim Xanımımız, Xoş küləklərin Müqəddəs Məryəminin limanı") — Cənubi Amerika materikində şəhər, Argentinanın paytaxtı. Şəhərin əsası 1536-cı ildə (bəzi mənbələrə görə 1535) ispan konkistadoru Pedro Mendosa tərəfindən qoyulmuşdur. Buenos Ayres ölkənin mərkəzi-şərq hissəsində, Cənubi Amerikanın ikinci ən uzun çayının — Parananın mənsəbinin davamı olan ən böyük körfəz Rio-de-la-Plata çayının qərb sahilində yerləşir. Şəhər 17-ci əsrdən bəri müasir qısaldılmış adını — "Buenos Ayres" adını daşıyır. Argentinada paytaxtı bəzən "müxtəlif adlara malik şəhər" adlandırırlar. Adı "Kapital Federal" (isp. Capital Federal) — "Federal paytaxt" ən çox istifadə edilən şəhər adlarından biridir."Buenos Ayres şəhəri" (İspan: Ciudad de Buenos Aires) və ya sadəcə olaraq "Buenos Aires" termini də tez-tez istifadə olunur, baxmayaraq ki, bu ad bəzən eyniadlı əyalətə görə yanıltıcıdır. Şəhərin adı "Buenos-Ayresin Muxtar Şəhəri" (İspanca: Ciudad Autónoma de Buenos Aires, qısaldılmış CABA) 1996-cı ildə şəhər nizamnaməsi ilə rəsmi olaraq qəbul edilmişdir.
Dienov Andres Koka
Dienov Andres Koka (2 avqust 1996) — Konqolu üzgüçü. Dienov Andres Koka Konqonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Dienov Andres Koka birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 28.00 saniyəlik nəticəsi ilə 82-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Lionel Andres Messi
Lionel Andres Messi (24 iyun 1987[…], Rosario, Sante Fe əyaləti[d]) — Argentina futbolçusu. Argentina milli futbol komandasının heyətində çıxış edir. 2004–2021-ci illərdə İspaniyanın "Barselona" klubunda çıxış etmişdir. Hücumçu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayır. Messi hələ 21 yaşında olarkən 2009-cu ildə özünün ilk Qızıl topunu və FİFA Dünyada İlin Oyunçusu mükafatlarını qazanıb. Növbəti 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə də Messi FİFA Qızıl Top mükafatını qazanıb. Messi həmçinin 2010–11 mövsümündə UEFA Avropada Ən Yaxşı Oyunçu mükafatını əldə edib. 24 yaşında Messi "Barselona"nın indiyə qədər bütün turnirlərdə ən çox qol vuran oyunçusu olub.25 yaşında La Liqa oyunlarında 200 qol həddini keçən ən gənc oyunçu olub. Dünyada Cristano Ronaldo ilə birlikdə ən yaxşı oyunçu hesab edilən və futbolçular, məşqçilər və şərhçilər tərəfindən futbol tarixinin ən yaxşı oyunçularından biri kimi qiymətləndirilən Messi Qızıl top mükafatını 8 dəfə qazanan ilk və hələlik yeganə futbolçudur, həmçinin Messi Avropada qızıl buts mükafatını 6 dəfə əldə edən ilk futbolçudur. Messi "Barselona"nın heyətində on dəfə İspaniya La Liqasının, altı dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun, dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.
Andres Manuel Lopes Obrador
Andres Manuel Lopes Obrador (anˌdɾes maˈnwel ˈlopes oβɾaˈðoɾ; isp. Andrés Manuel López Obrador; 13 noyabr 1953) — 2018-ci ildən Meksika prezidenti.
San Andres və Providensiya
San Andres və Providensiya (isp. San Andrés y Providencia) — Kolumbiyanın departamentlərindən biri, Bu ərazi San Andres, Providensiya adaları, Nikaraqua sahillərinin əksər hissəsi və Karib dənizi sahilləri az bir hissəsini əhatə edir. Departament Kolumbiyanın Karib dənizinin 750 kilometr şimal-qərbində yerləşir. İnzibati mərkəzi San Andres şəhəridir. 1631-ci ildə adalarda yerləşən raysalçılar, ingilis qulları İngilis Puritansların nəslindəndir. Onların danışma dili Raysal Kreole, ingilislər və ispanlar tərəfindən mükkəmməl danışılır. Hazırda 90 min əhalidən təxminən 30%-ni raysalçılar təşkil edir. 2015-ci ilin siyahıya alınmasına görə əhalinin sayı 76 442 çatmışdır. Kolumbiyanın inzibati bölgüsü Boqota Monteriya Kibdo Florensiya (Kaketa) İnirida San Xose del Quavyare Página oficial del Departamento de San Andrés, Providencia y Santa Catalina.
Abies abies
Adi küknar (lat. Picea abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Adi küknar Şimal yarımkürəsində geniş ərazini əhatə edir. Bu növə bəzən Avropa küknarı da deyilir. Hündürlüyü 50 m-ə, diametri 1,5 m-ə çatan konusvarı, yaxud enli piramidal çətirli qırmızımtıl-boz qabıqlı ağacdır. İynəyarpaqları parıltılı, tünd-yaşıl, dördbucaqlı və itiucludur, uzunluğu 10-25 mm, eni 2-3 mm-ə çatır və yarpaq yastığı üzərində oturaq vəziyyətdə budağa birləşir. Qozaları uzunsov silindrvarıdır, uzunluğu 15 sm, qalınlığı 4 sm olur. 500 ilə qədər yaşayır. Tumurcuqları sarımtıl-boz rəngdə olur, çılpaq və ya az tükcüklü, yumurtavarıdır. Adi küknarın qozaları may-iyun aylarının əvvəllərində yetişir, açıq-boz rəngli olur.
Alces alces
Sığın (lat. Alces alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin sığınkimilər cinsinə aid heyvan növü. Fəsiləyə daxil olan ən iri növ hesab olunur. Erkəyinin bədəninin uzunluğu 3 metrdək, süysününün hündürlüyü 2,3 metrədək, kütləsi 570 kq-dək olur. Dişisi erkəkdən nisbətən kiçikdir. Ayaqları uzun, dırnaqları ensiz və itidir. Başı uzun, burnu donqar, ətli üst dodaqı sallaqdır. Quyruqu qısadır. Erkayinin kürəşəkilli buynuzu var. Dişisi buynuzsuzdur.
Alces
Şimal Sığını (lat. Alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Abrek
Abrek (ləzg. гъабрикI) — Çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə aparan şəxs. Abreklər sadə insanların zülmdən qurtarması uğrunda mübarizə aparmışlar. Əsasən dağlarda, bəziləri də şəhərlərdə həyatlarını təhlükə altında qoymaqdan çəkinməyərək rus kazakları ilə vuruşmuşlar. == Etimologiya == "Abrek" sözü iki hissəyə bölünür. Ab (ləzg. гъаб) yəni bir ovuc və ürək mənasında istifadə olunan rek (ləzg. рикI), bu söz ürəkli yənı cəsur kimi tərcümə edilə bilər. == Məşhur abreklər == == Qeydlər == == Ədəbiyyat == Малая Советская Энциклопедия. Том первый.
Adauş
Adauş — e.ə. IX əsrdə adı çəkilən Assuriya ərazisi. Aratsani çayının cənubunda və Van gölünün qərbində olduğu güman edilir. Alternativ olaraq Böyük Zab üzərində yerləşir. Kirruri ərazisinin bir hissəsidir. III Salmanasar bir kitabədə deyir: "Adauş ölkəsi mənim qüdrətli döyüşümün başlamasından qorxdu və onun sakinləri quşlar kimi qaçaraq evlərini dərələrə və dağlara buraxdılar; ağam Aşurun izzəti onları kədərləndirdi və onlar enib ayaqlarımın dibində dayandı". II Assurnasirpal qeyd edir: "Mən yıxdım, qazdım və yandırdım, Nimme ölkəsini tərk edərək Kirruri ölkəsinə enərək Kirruri, Simesi, Simera, Ulmaniya şəhəri və Adauş, muqriyalılar və murmiyalılar ölkələrindən xərac götürdüm. Atlar, qatırlar, öküzlər, qoyunlar, şərablar və dolu mis küplər onların xəracını təşkil edirdi. Mən onların üzərində bir vali təyin etdim. Mən Kirruridə olarkən öldürdüm və ağam Aşurun izzəti Qozan və Xupuşka (ehtimal olunur ki, bura Gilzan və Xubuşkiyadır) əhalisini kədərləndirdi.
Andrea
Andrea — ad. Andrea Mantea — tanınmış fotomodel, musiqiçi Andrea Boçelli — İtalyan tenor. Andrea Dyuar — Kanadanı təmsil edən su poloçusu. Andrea Tot — Macarıstanı təmsil edən su poloçusu. Andrea Blas — İspaniyanı təmsil edən su poloçusu. Andrea Şeriç — Xorvatiyanı təmsil edən həndbolçu.
Andreas
Andreas — ad. Andreas fon Bextolşeym — alman elektrik mühəndisi, sahibkar. Andreas Qurski — alman fotoqraf. Andreas Moqensen — Danimarka astronavtı. Andreas Qrifius — alman şairi, dramaturqu. Andreas Papandreu — Yunanıstan dövlət xadimi.
Adven
Adven (vall Adwen) və ya Advenna (vall Adwenna; VI əsr – VI əsr, Kornuoll[d]) — xristian bakirə və müqəddəsi. O, "Müqəddəs Nektanın korn həyatında" və Robert Hantın korn əfsanələri kolleksiyasında Cənubi Uelsin Brixeynioq kralı Brixan qızı kimi qeyd edilmişdir. Müqəddəsin bayram günü məlum deyil. Kornuollda Adven ənənəvi olaraq sevgililərin himayədarı idi.
Andre
Andre — ad. Andre Malro — fransız yazıçısı, mədəniyyətşünası. Andre Mişo — XVIII əsrin ikinci yarısında fransız səyyahı və botaniki. Andre Morua — Fransa yazıçısı. Andre Silva (futbolçu) — Portuqaliyalı futbolçu. Andre-Jak Qarneren — fransız ixtiraçı və aviator.