Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adsız adası
Adsız adası — Bakı arxipelaqında Azərbaycana məxsus ada. Heç bir yaşayış əlaməti yoxdur. Maksimum uzunluğu 0,1 km təşkil edir. Sahildən 17,5 km uzaqlıqda yerləşir Ada Səngi-muğan və İqnat daşı (Daşlı adası) adasının arasında yerləşir.
Adsız adası (Laptevlər dənizi)
Adsız adası — Laptevlər dənizidə, Krasnoyarsk diyarı ərazidində yerləşən elədə böyük olmayan ada. Taymır yarımadasının Pyotr boğazı, Şimal adasından isə Omulev boğazı ilə ayrılır. Adanın şərqində 11 metr olan ən hündür nöqtəsi yerləşir. Pyotr adaları qrupunun tərkibinə daxildir.
ARDSK
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi — Azərbaycan Respublikasında statistika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən və ölkədə sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyət ilə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran mərkəzi icra hakimiyyəti orqanı. == Fəaliyyəti == statistika sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; statistik məlumatların vaxtında toplanmasını və onların ölkədə baş verən sosial-iqtisadi proseslərə uyğunluğunu təmin edir; statistika sahəsinin inkişafını təmin edir; iqtisadi, sosial, demoqrafik və ekoloji sahələrin vəziyyətinə dair statistika tədqiqatlarını təşkil edir və aparır; statistik vahidlərin dövlət registrini aparır; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Adaçi
Adaçi rayonu (足立区, Adaçi-ku) — Tokionun şimali hissəsində yerləşən xüsusi rayon. Adı tarixi Adaçi qəzasından irəli gəlir (足立郡, adaçi koori).
Aditi
Aditi (sanskr. अदिति – nəhayətsiz) — hinduizmdə Veda ilahəsi, sonsuzluğun təcəssümü. Veda tanrıları Varuna, Surya, Puşan, Mitra, Savitar, İndra, Vinşu və başqaları "tanrılar anası" hesab edilən Aditinin oğulları sayılır. == İstinadlar == == Əlavə ədəbiyyat == Aditi (Hindu deity) // Encyclopædia Britannica. Ancient Religions & Mythology. 1998-06-20. 5981. İstifadə tarixi: 2021-06-30. Gopal, Madan. Gautam, K.S. (redaktor).
Adişi
Adişi Kutaisi quberniyasının Leçxum qəzasında (indi Mesti rayonunda) kənd adı. == Toponimkası == Adişi- Kutaisi quberniyasının Leçxum qəzasında (indi Mesti rayonunda) kənd adı. Əsli Edişə. Azərbaycanda Hadrut və Cəlilabad rayonlarında Edişə, Qars əyalətində Edişa kənd adları ilə mənşəcə eynidir. XIX əsrdə Şimali Qafqazda noqaylar içərisində Edişə tayfası vardı.
Adsız
Arşaki
Arşakilər sülaləsi — Bizim eradan əvvəl 250-ci ildən eranın 224-cü ilinədək Parfiyada iqtidarda olmuş, Parna əsilli xanədan. == Tarixi == E.ə. 53-cü ildə Roma sərkərdəsinin Azərbaycana uğursuz yürüşündən sonra Artaşeslər öz hakimiyyətini qısa müddətə bərpa edirlər, lakin E.ə. 36-cı ildə Mark Antoni Azərbaycandan keçib, onu dağıdaraq İrana hücum etdi. Antoni II Artavazdı öldürtdürdü. 63 il ərzində Azərbaycanı ələ keçirmək üçün Roma ilə İran ara-sında müharibələr getmiş və nəhayət, qarşılıqlı sazişə görə hər iki dövlət Ermənistanı öz nüfuz dairəsində saxlamışdı. Azərbaycan Romanın tərkibində qalmış, lakin oranı Parfiya Arşakilər sülaləsinin nümayəndələri idarə etməyə başlamışdı. Sülalənin başcısı İran hökmdarı Vologezin qardaşı Tiridat olmuşdur. 224-cü ildə İranda yeni Sasanilər sülaləsi hakimiyyəti ələ keçirir, lakin Arşakilər sülaləsi Azərbaycanda hakimiyyəti Sasanilərə vermək istəməyərək müharibəyə başlayır. Nəhayət, 297-ci ildə Roma imperiyasının köməyi ilə Arşakilər qələbə qazanır.
Atsik
Atsik — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Badəki
Badəki (Çaypara) — İranda kənd. Badəki (Urmiya) — İranda kənd.
Dayki
Dayki — Yaponiya adı. Dayki Niva — Yaponiya futbolçusu. Dayki İvamasa — Yaponiya futbolçusu. Dayki Takamatsu — keçmiş Yaponiya futbolçusu. Dayki Sakamoto — Dayki Kamikava — Yaponiya cüdoçusu.
Daşlı
Daşlı (Laçın)
Jarski
Şirvanlı (əvvəlki adı: Yarski) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi vahidi tərkibindəki Yarski kəndi Şirvanlı kəndi adlandırılmışdır. == Təhsil == Kənddə İbrahim İsmayıl oğlu Babayev adına orta ümumtəhsil məktəbi yerləşir. == Din == Kənddə "Həsənağa" məscidi dini icması fəaliyyət göstərir.
Kəski
Kəski - materialların torna dəzgahında kəsmə ilə emalında tətbiq olunan alətdir. Kəski normal halda üzərində möhkəm və ya hərkətli bərkidilmiş kəsici lövhələr olan tutqacdan ibarətdir. Tutqacın en kəsiyi dördbucaqlı və dairəvi olur. Kəski ən geniş yayılmış metalkəsən alətdir. O metal qatını əsas tilinin köməyi ilə kəsir. Əsas til düz və ya fasonlu ola bilərlər. Veriş həmişə kəsmə hərəkətinə perpendikulyar aparılır. Kəaskilər torna, yonma dəzgahlarında tətbiq olunurlar. ==== Kəsici materialı ==== Kəsici material kimi dəyişiləbilən lövhələrdən istifadə edilir. Bu lövhələr üzərinə örtük çəkilmiş bər xəlitədən, keramikadan, almazdan və ya polikristal bornitriddən hazırlanır.
Liski
Liski (rus. Лиски) — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Mayski
Mayski adaları
Nuşki
Nuşki — Bəlucistan əyalətində şəhər.Şəhər Dəniz səviyyəsindən 880 m yüksəklikdə, Kvettadan cənub-qərbdəki düzənlikdə yerləşir. Nuşki şimaldan Bəlucistan çölünə qərbdən Helmand çayına uzanır.
Tiski
Tiksi (saxa Тиксии) — Saxa Respublikasının Bulun ulusunun mərkəzi olan, şəhər tipli qəsəbə. Rusiyanın ən ucqar şimal ərazisində yerləşən dördüncü yaşayış mənyəqəsidir (Dikson, Xatanqa, Dikson). == Coğrafiya == Şəhər qütb en dairəsi daxilində, Lena deltası yaxınlığında, Laptevlər dənizinin Tiksi buxtasında yerləşir. == Tarixi == Şimal dəniz yolu üzərində dayanacaq məntəqəsi kimi 1933-ci ildə əsası qoyulmuşdur. Bir il öncə isə Tiksinin yaxınlığında 1932-ci ildə Qütb stansiyası istifdəyə veilmişdir. 1957-ci ildə Qütb qeokosmofizik abservatoriya istifadəyə verilir. 1939-ci ildə yaşayış məntəqəsinə şəhər tipli qəsəbə statusu verilir. 1941—1944-ci illərdə burada SSRİ-nin daxili konvoy məntəqəsi rolunu oynayırdı. Halbu ki, bu ərəfələr ərazidə almanların sualtıqayıqları və torpedo katerləri yerləşirdi (gizli baza). == Nəqliyyat == GəmiçilikGəmiçilik üçün cəmi 3 aydan az müddətdə yararlı olur.
Viski
Viski (gel dilindən uisge beatha - hərfi mənada həyat suyu) həcmcə 40-50% spirtdən ibarət tünd alkoqollu içki, Böyük Britaniya və ABŞ-də çox işlədilir. Dənli bitki xammalından hazırlanan qıcqırdılmış qatı mayenin distilləsi yolu ilə alınır. Hazır viski distillə olunmuş spirt, bəzi hallarda şərab, ətirli maddələrin ekstraktları və s. ilə qarışdırılır. == Şotland viskisi == Şotland viskisi yüksək keyfiyyəti və qiyməti ilə daima seçilmişdir, xüsusən özünəməxsus dadı, qoxusu və qədim ənənələri vardır. Dünyada ən bahalı və qədim viskilərdən biri Mortlach 70 hesab olunur. Bu viski Gordon & MacPhail kompaniyası tərəfindən hazırlanmışdır, qiyməti isə tam 15,2 min dollar sayılır. == Mortlach 70 viskisi == Mortlach 70 viskisi 1938 – ci ildən etibarən hazırlanmağa başlanılmışdır, bir neçə on illər keçməsinə baxmayaraq hələ indiyə kimi öz zəngin qoxusunu və dadını itirməmişdir. Hazırlanma zamanı viskinin tərkibinə əncir və üzüm qatışdırılır. Şotland viskisini dadmış və onun dəyərindən məlumatı olan hər bir kəs bilməlidir ki, Mortlach 70 viskisi necə orijinal və dəyərlidir.
Abruka adası
Аbruka adası (est. Abruka, alm. Abro‎) — Riqa körfəzində yerləşən Estoniya adasıdır. Saaremaa adasından 4 km cənubda yerləşmişdir.. == Coğrafiyası == Qonşu bir neçə kiçik ada (Vahase, Kasselaid, Linnusitamaa və Kirjurahu) ilə birlikdə Laane-Şaar Parisin bir parçası olan Abruka kəndini meydana gətirirlər. 34 adamın yaşadığı kəndin ümümi sahəsi 10.1 km²-dir. Abruka adasının ümumi sahəsi 8,78 км², qonşu kiçik adaların ümumi sahəsi isə 1,3 км²-dir.. == Təbiət == Abruka adası nadir hesab olunan Orta Avropa tipli enliyarpaqlı meşələrinin olduğu bir adadır. Bu təbiət ehtiyatı 1937-ci ildə qoruma altına alınıb və qoruq kimi fəaliyyət göstərir. Abruka adasında bir kitabxana (Liman binasında olan) və adanın ən köhnə binası olan bir malikanə (Abruka Evi) yerləşmişdir.
Adak adası
Adak adası (ing. Adak Island, aleut. Адаҳ) — Aleut adaları qrupuna daxil olan Andreyanov adaları qrupunun ən böyük adasıdır. Ada inzibati cəhətdən ABŞ-nin Alyaska ştatının tərkibinə daxildir. 2010-cu il əhalinin siyahıya alınma məlumatlarına əsasən adanın əhalisi 326 nəfərdən ibarətdir. == Coğrafiyası == Adak adasının ümumi sahəsi 711,18 km²-dir. Sahəsinin böyüklüyünə görə ada ABŞ-nin ən böyük 25-ci adasıdır. Adak adasının uzunluğu təxminən 54,5 km, eni isə 35 km-dir. Adanın ən yüksək nöqtəaı (Moffett dağı) dəniz səviyyəsindən 1196 m hündürlükdə yerləşmişdir. Dağ adanın şimal-qərb qurtaracağında yerləşib.
Adalar adası
Adalar adası (Аdalar, Ağ daşlar, ukr. Адалари, Білі Камні, krımtat. Ada — ada)- Gurzuf yaxınlığında Qara dənizə məxsus iki qayalıqdan ibarət adadır. == Etimologiya == Bu söz Krımtatar dilindəki adalar və türk dilindəki ada sözlərindən əmələ gəlmişdir. Adalar kimi də tərcümə olunur. == Coğrafiya == Ada sahildən təxminən 250 m məsafədə yerləşmişdir. Diametri 20–30 m arasındadır. Qayalıqların hündürlüyü — 35 və 48 metrdir. Onların arsındakı məsafə təxminən 40 m-dir. Qayalıqların yerləşdiyi dəniz hissəsinin dərinliyi 14 m-dən 38 m-ə qədərdir.
Adelaid adası
Adelaid adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi 48 metr təşkil edir və adanın cənub-şərqində yerləşir. == Yerləşməsi == Ada arxipelaqın şimal-şərqində, Sars boğazı sularında yerləşir. Ağ Torpaq adaları qrupuna daxildir. 3,5 km şimal-şərqdə Yeva-Liv adası, 3,3 km cənubda isə Freden adası yerləşir. == Təsviri == Dairəvi formaya malikdir. Diametri 2 km-dir. Üzəri buzla örtülüdür. Frityof Nansenin anasının şərəfinə adlandırılmışdır.
Adeleyd adası
Adelreyd (ing. Adelaide Island, isp. Isla Adelaida или Isla Belgrano) — Antarktida sahilində yerləşən ada. 121 km uzunluğa, 32 km enə malik ada Antarltidanın sahəsinə görə orta ölçülü adasıdır. == Coğrafiya == Antarktik yarımadasının şimal-qərbində, Marqarita körfəzinin isə şimalında yerləşir. Buzlaqların hesabına materika birləşmişdir. Bütünlüklə buzla örtülüdür. Adanın sahəsi 4463 km²-dir Qaudri dağı adanın ən hündür nöqtəsidir (2315 m) == Tarixi == Ada ilk dəfə Con Bisko tərəfindən 14 fevral 1832-ci ildə kəşf edilmişdir. Ada öz adını kraliça Adeleydin şərəfinə adlandırılmışdır. Cənub hissəsində Qütb stansiyaları fəaliyyət göstərir.
Adeli pinqvini
Adeli pinqivini (ing. "Adélie penguin") (Pygoscelis adeliae), pinqvinlər (Spheniscidae) fəsiləsindən olan Antarktida mənşəli pinqivin növüdür. Boyu 45–75 sm aralığında, çəkisi təxminən 5 kiloqramdır. İmperator pinqivini ilə yanaşı Antarktida qitəsinin əsas hissəsində görülən tək pinqivin növüdür. Növün adı, fransız tədqiqatçı Cu les Dumontun həyat yoldaşı Adelidən alır. == Özəllikləri == Bu pinqvinin üst qisimi qara, alt qisimi ağ rəngdədir. Ağ göz çevrəsi və sarı ayaqlar xarakteristik xüsusiyyətidir. == Yaşayışları == Adeli pinqvinləri, sıxlıqla, koloniyalar halında yaşayır və çoxalırlar. Ross adası üzərində təxminən yarım milyon fərddən ibarət Adeli pinqvini koloniyası var. Yerlərinə çox bağlıdırlar.