ADƏMİ

ə. 1) bax adəmiyyət; 2) insan, bəşər.

ADƏMFİRİB
ADƏMİYYƏT
OBASTAN VİKİ
Adəmilər
Adəmilər — Adəmin yaradılış zamanı içində olduğu məsumluq vəziyyətinə qayıdış haqqında xristian bidət təliminin davamçıları. Onlar məclislərinə çılpaq şəkildə gəlir, ailə və evlilik anlayışlarını rədd edir, təbiətin günahsız olduğunu iddia edirdilər. Sodomit nudist icmalar II əsrdə Şimali Afrika qnostikləri arasında, XIV–XV əsrlərdə Bolqarıstanda, Husçular hərəkatı dövründə Çexiyada geniş yayılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Vikianbarda Adəmilər ilə əlaqəli mediafayllar var.
Adəmin yaradılması
Adəmin yaradılışı və ya Adəmin yaradılması (it. La creazione di Adamo) — təxminən 1511–1512-ci illərdə Mikelancelo tərəfindən Sikstin kapellasının tavanında çəkilmiş freska rəsmlərindən biridir. Freskoda Bibliyanın Yaradılış kitabındakı insanın yaradılması hekayəsinə əsasən Tanrının ilk insan olan Adəmə nəfəs verməsi təsvir edilib. Kompleksin ikonaqrafik cədvəlinin tərkib hissəsi olan əsər xronoloji ardıcıllığa görə kapellanın tavanında təsvir edilmiş Yaradılış təsvirləri sırasında dördüncü yer tutur. "Adəmin yaradılması" əsəri Sikstin kapellasının fresko panelləri arasında ən məşhur olanıdır və məşhurluğuna görə bu əsər yalnız Leonardo da Vinçinin "Mona Liza" əsəri ilə müqayisə edilə bilər. Əsərdə Adəm və Tanrının barmaqlarının toxunması detalı insanlıq tarixinin ikonik səhnələrindən biri olmaqla bir çox reproduksiyalar və parodiyalara malikdir. Leonardo da Vinçinin "Sonuncu şam yeməyi" və Mikelancelonun "Adəmin yaradılması" freskoları bütün zamanlarda ən çox replikası işlənmiş dini rəsmlərdir. == Təsvir == Tanrı yaşlı, ağ saqqalı, ağ plaşa bürünmüş kişi kimi, Adəm isə ondan solda və bir qədər aşağıda tamamilə çılpaq kişi kimi göstərilmişdir. Tanrının sağ əli Adəmə həyat qığılcımı vermək üçün bir qədər irəli çıxır, onun qarşısında isə Tanrının güzgüdə əksi təəssüratı yaradan formada Adəmin əli qabağa uzanır. Bu Yaradılış kitabından aşağıdakı ayəni əks etdirir: Başqa bir mövqeyə görə isə Tanrı və Adəmin barmaqları toqquşmur.
Adəmin yaranması (film, 1993)
Adəmin yaranması filmi rejissor Yuri Pavlov tərəfindən 1993-cü ildə ekranlaşdırılmışdır. Kinopovest ilahi məhəbbət haqqındadır. Film "Cavanşir Kamandar" kinostudiyası (Borçalı) və "Neva" kinostudiyası (Sankt-Peterburq) tərəfindən istehsal edilmişdir. Filmdə əsas rolları Saulyus Balandis, Sergey Vinoqradov, İrina Metlitskaya, Anjelika Nevolina, Aleksandr Strijenov, Yuri Ovsyanko, İlya Şakunov və Aleksey Palçek ifa edirlər. == Məzmun == Film Andreylə onun qoruyucu mələyi Filippin münasibətlərindən bəhs edir. Andrey Filippin mələk olduğunu bildikdə ona inanmır və ondan qaçır. Sonda mələk həmişəlik yoxa çıxır. Film ilahi məhəbbət haqqındadır. == Festival və mükafatlar == 1993-cü ildə Sankt-Peterburqda "Bəyaz Gecələr" devizi altında keçirilən "Festivallar Festivalı" beynəlxalq kinofestivalı filmə kino tənqidçilərinin Prizi verilmişdir. 1994-cü ildə ABŞ-nin San-Fransisko şəhərində "Tamaşaçı prizi" almışdır.
Firudin Adəmiyyət
Firudin Abbasqulu xan oğlu Adəmiyyət (1920–2008) — İran tarixçisi. == Həyatı == Abbasqulu xan Qəzvinin oğlu olan Firudin xan 1920-ci ildə Tehranda doğulmuşdu. Əslən Qəzvinlidir. İran İslam inqilabından sonra fəaliyyətinə və kitablarının çapına məhdudiyyət qoyulan, hətta İran Xarici İşlər Nazirliyindən aldığı təqaüdü kəsilən alim son 29 ildə Tehranın Yusifabad məhəlləsindəki evində sakit və tənha bir ömür sürmək məcburiyyətində qalıb. Bu müddətdə onun evinin qapısı bəzi yaxın dost-tanışlarından, tanıdığı yazıçı, şair və jurnalistlərdən savayı heç kimin üzünə açıq olmayıb. F.Adəmiyyət ömrünün böyük hissəsini müasir İran tarixi, xüsuilə Məşrutə inqilabı, bu inqilabın məzmun, hədəf və ideyaları, onda iştirak etmiş şəxsiyyətlərin fəaliyyəti barədə tədqiqatlara həsr edib. O, "İran Məşrutə hərəkatında ictimai demokratiya təfəkkürü", "Mirzə Fətəli Axundovun düşüncələri", "Talıbov düşüncələri", "Mirzə Ağaxan Kirmaninin düşüncələri", "Tarixi məqalələr toplusu", "Şeyx Fəzlullah Nurinin əqidə və düşüncələri", "İranda tarixçiliyin tənəzzülə uğraması" və s. kitabların müəllifidir. ABŞ-nin Stenford Universitetinin siyasi elmlər üzrə müəllimi Abbas Milani "Azadlıq" radiosunun fars redaksiyasına açıqlamasında F.Adəmiyyəti müasir İran tarixini araşdıran ən böyük və etibarlı tarixçilərdən olduğunu deyib: "Mən tam qətiyyətlə deyə bilərəm ki, Əhməd Kəsrəvidən sonra heç kəs Məşrutə tarixini Firudin Adəmiyyət qədər işıqlandırmayıb".
Adəmin yaradılışı