Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azaru
Azaru — Azərbaycan Respublikasının Astara rayonunun Asxanakəran kənd inzibati ərazi dairəsində kənd. Azaru Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. == Etimologiyası == Talış dilində azu (asu) "sürətli" və rud "çay" sözlərindən olub "iti axan çay" (İtiçay) və ya çay kənarındakı kənd mənasındadır. == Tanınmış şəxslər == === Şəhidləri === Pəncəli Teymurov (1981–2016).
Acarlı
Acarlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Novruzlu kənd inzibati ərazi dairəsində qəsəbə. Dağətəyi ərazidədir. Toponimiyada atsa/aca coğrafi termin kimi "iti uclu qaya; yüksəklik; dağətəyi yer" mənalarını ifadə edir. Acarlı kəndində gedən döyüşlərdə bir çox şəhid verilmişdir. Bunlardan biridə Sadiq Hümbətovdur. O, 1990-cı ildə hərbiyə çağırılmış və müxtəlif kəndlərində ermənilərə qarşı uğurla vuruşmuşdu. 4 illik döyüşdən sonra Acarlı üzərində gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş və mart ayının 15-də, yaralanmış Azərbaycan əsgərini qurtarmaq istəyərkən mənfur düşmənin snayper gülləsinə tuş gəlmiş və qəhrəmancasına həlak olmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Apaklu
Apaklu —Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Stepanovan rayonunda) dağ adı. == Toponimkası == Apaklu- Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Stepanovan rayonunda) dağ adı. XX — əsrin 30-cu illərində ermənicə Apakesar idi. Qazax qəzasında Apaqe-Kar dağ adı məlumdur (yenə orada). İrəvan əyalətinin Göyçə mahalında Apaxe adlı kənd vardı. Musa Kalankatlının "Alban tarixi" əsərində Albaniyada Apaxe məntəqə adı çəkilmişdir.
Avsarlu
Əfsərli — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə yerləşir. 1960-cı ildə ləğv edilmişdir. Toponim əfşar qədim türk tayfasının adına mənsubluq bildirən -li şəkilçisinin artırılması əsasında əmələ gəlib "əfşar tayfasına mənsub olan yer, ərazi, kənd" mənasını ifadə edir. ş~s və a~ə səs dəyişməsi Azərbaycan dili üçün qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Oxçu çayının sahilində, dağlıq ərazidə yerləşmişdir. Kəndin digər adı "Əvsərli"dir. Kənddə 1897-ci ildə 92 nəfər, 1926-cı ildə 76 nəfər 1959-cu ildə 101 nəfər azərbaycanlı yaşamışdır.
Azaflı
Azaflı (əvvəlki: Azaplı) — Azərbaycan Respublikasının Tovuz rayonunun Azaflı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Azaplı kənd inzibati ərazi dairəsi tərkibindəki Azaplı kəndi Azaflı kəndi adlandırılmış, Azaplı kənd inzibati ərazi dairəsi Azaflı kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Kənd sakinləri arasında oykonim "Azaflı" kimi tələffüz olunur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsinin yaxınlığında, Köhnəqala adlı yerdə zindan (əzabxana) olmuş və kənd öz adını buradan götürmüşdür; başqa bir sözlə, kəndin adı "Əzablı" sözünün yerli əhalidəki tələffüzündən gəlmişdir. Türk Osmanlı ordusunda "azaplar" piyada, oxçu əsgərlərə deyilirdi. Rumıniyada eyni adlı kənd vardır. == Tarixi == === Tarixi abidələri === Azaflı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Əsrikçayın sol sahilində, dağ ətəyində, Tovuz-Böyük Qışlaq yolunun sağında yerləşir. Bayramlı, Aşağı Quşçu və Dondar Quşçu kəndləri ilə həmsərhəddir. == Əhalisi == == İqtisadiyyatı == Kənd əhalisi əsasən heyvandarlıq və əkinçiliklə məşğuldur. Kəndin ərazisi əkinçilik və maldarlıq üçün əlverişlidir.
Azərsu
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti — Azərbaycan Respublikasında su təchizatı sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. 5 noyabr 2020-ci ildən 30 mart 2023-cü ilə qədər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olub. ASC 30 mart 2023-cü ildə əmlakları ilə birlikdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib. == Tarixi == Bakı şəhəri icməli su ilə XX əsrin müxtəlif dövrlərində tikilmiş kəmərlər vasitəsilə 4 mənbədən təchiz olunur – Şollar və Xaçmaz yeraltı suları, Ceyranbatan su ambarı və Kür çayı, lakin 80 illərin sonu – 90-cı illərin əvvəllərində baxımsızlıq nəticəsində su təchizatı sistemində ciddi çətinliklər yaranmışdır. 1993-cü ildə ölkədə sabitlik bərqərar olunduqdan sonra qarşıda duran əsas vəzifə iqtisadiyyatın bir çox sahələrində olduğu kimi, su təchizatı sistemindəki çətinlikləri də aradan qaldırılmaqdan ibarət idi. İlk növbədə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrinin içməli su ilə təchizatının yaxşılaşdırılmasına imkan verə biləcək bir qurumun yaradılmasına başlandı. Bununla əlaqədar olaraq, iki sabiq dövlət qurumu olan "Kommunsənayesutəchizatı" İstehsalat Birliyi və "AzSuGEO" Elmi-Tədqiqat İnstitutunun əsas və dövriyyə vəsaitlərinin zəminində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 1995-ci ildə Abşeron Regional Səhmdar Su cəmiyyəti yaradılmışdır. Həmin dövrdə MDB ölkələri arasında ilk dəfə olaraq "Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması layihəsi" üçün beynəlxalq maliyyə institutlarından su sektoruna güzəştli şərtlərlə kredit ayrılmasına nail olundu və bu layihə uğurla həyata keçirildi. İqtisadiyyatın digər sahələrində olduğu kimi, su təchizatı sisteminin yaxşılaşdırılması istiqamətində aparılan islahatlar bu gün də uğurla davam etdirilir və daha da genişləndirilir.
Aşurlu
Aşurlu — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Bədəlan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Aşurlu kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Əhalisi 1956 nəfərdir.
Azart
[[Fayl:Dice.jpg|thumb|[[Zər]] ən qədim şans oyunlarından biridir.]] Azart — bir şeydə uğur gözləməsi ilə əlaqəli emosiya (reallığa adekvat deyil). Çox vaxt şans, oyun, risk, təhlükə ilə əlaqələndirilir. Azart anlayışının özü onunla əlaqəli riski və müəyyən maddi sərvət qazanmaq istəyini izah edir. Azart yaşamaq üçün daimi ehtiyacla əlaqəli bir xəstəlik var – ludomaniya. V. P. Serbski adına Dövlət Sosial və Məhkəmə Psixiatriya Elmi Mərkəzinin alimlərinə görə, ludomaniyaya qapılmaq riski sağlamlıqdan, sosial və ya bəzi bioloji parametrlərdən deyil, xarakter və temperamentdən asılıdır.
Abdarlu (Əbdərli)
Axurlu (Çaypara)
Axurlu (fars. اخورلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Qara Ziyəddin bölgəsinin Çaypara kəndistanında, Qara Ziyəddin qəsəbəsindən 14 km şimal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (17 ailə).
Ayarlı (Üçkilsə)
Ayarlı, Lernamerdz — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km şimal-şərqdə, Abaran çayının qolunun yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «öz təşkilatı olan və varlılar hesabına kasıblara köməklik məqsədini güdən şəhər yoxsullarından ibarət təbəqə» mənasını bildirən ayarı sözü əsasında əmələ gələn ayarlı nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Erm.SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Lernamerdz qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 38 nəfər, 1873 - cü ildə 265 nəfər, 1886-cı ildə 252 nəfər, 1897-ci ildə 355 nəfər, 1904 - cü ildə 353 nəfər, 1914 - cü ildə 373 nəfər, 1916-cı ildə 339 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanla sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba yurdlarına dönə bilmişdir.
Azadlı (Germi)
Azadlı (fars. ازادلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı, Azadlı kəndistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il siyahıya alınmaya görə kənddə 416 nəfər yaşayır (83 ailə).
Azarol yemişan
Azarol yemişan (lat. Crataegus azarolus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Fransanın cənubunu və İtaliyanı əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 6 m-ə çatan, cavan zoğları bozumtul tükcüklü, yayın axırlarında təxminən çılpaqlaşan ağac və ya koldur.Tikanları çox və ya azsaylı, bəzən isə tikansızdır, uzunluğu 0,5-1,5 sm-dir. Yarpaqları tünd yaşıl, uzunluğu 3-7 sm, eni 2,5- 6,5 sm, çılpaq və ya üstü sıx olmayan yapışıq tükcüklüdür, əks-yumurtavaridən rombvariyədək dəyişir, kənarları bütöv və ya ucunda bir-üç dişli pərlidir. Çiçək qrupunun diametri 3-5 sm çoxçiçəklidir, çiçək saplağı yaxşı inkişaf etmiş tükcüklüdür. Çiçəklərin diametri 1,5 sm, kasayarpaqları enli-üçkünc, tükcüklüdür; sütüncuqları iki, bəzən bir-üçdür. Mayda çiçəkləyir. Meyvələri təxminən şarşəkilli, diametri 12–15 mm, açıq qırmızı, yeməlidir. Çəyirdəkləri iri, bəzən bir, uzunluğu təxminən 10 mm, diametri 8 mm, arxa tərəfdən çox qabarıq və şırımlı, ön tərəfdən hamar və bir az batıqdır.
Azotlu gübrələr
Azotlu gübrələr tərkibində azot qida elementi olan gübrələrə deyilir. Bitkilərin qidalanmasında azot xüsusi rol oynayır. O, xlorofil və zülalların tərkibinə daxildir. Bitkidə azot çatışmamazlığı yaşıl kütlənin əmələ gəlməsini çətinləşdirir, bitkilər pis inkişaf edir və yarpaqları saralır. Bitkilər azotu onun birləşmələri, əsasən ammonium NH4+ və nitrat NO3- ionları şəklində mənimsəyir. == İstehsal tarixi == Azot gübrələri hәlә çox qәdimdәn tәtbiq edilmәkdәdir. Bu gübrәlәrdәn ilk dәfә 19-cu әsrin ortalarında Çilinin tәbii pora yataqlarından çıxarılan natrium porası tәtbiq olunmuşdur. Sonralar sәnaye ammonium-sulfat, kalsium-sianamid vә kalsium porası istehsal edilmәyә başlanmışdır. 1913-cü ildә dünyada Azot gübrələri istehsalı tәqribən 700 min tona (xalis azot) çatmışdır. Sәnaye miqyasında atmosfer havası azotundan vә hidrogendәn ammonyakın sintezi dünyada azot gübrəsi istehsalının xeyli artmasına imkan vermişdir.
Azotlu əsas
Azot əsasları — nuklein turşularının tərkibinə daxil olan,pirimidin və purin törəməli heterotsiklik üzvi birləşmələrdir. Qısaldılmış şəkildə böyük latın hərfləri ilə işarə olunur. Beş növ azotlu əsaslar var — Adenin, Quanin, Sitozin, Timin, Urasil. Azotlu əsaslardan Adenin (A), Quanin (Q), Sitozin (S), həm DNT-nin və həm də RNT-nin tərkibinə daxildir. Timin (T) tək DNT-nin hissəsidir, Urasil (U) isə yalnız RNT-də olur. Adenin və Quanin — purin törəmələridir, Sitozin, Urasil və Timin isə — pirimidin törəmələridir. Yalnız DNT-də mövcud olan Timin və yalniz RNT-də aşkar olunan Urasil kimyəvi strukturlarına görə oxşardır. Urasilin timindən fərqi 5-ci karbon atomunda metil qrupunun olmamasıdır. Azot əsasları — kovalent rabitə vasitəsilə riboza və dezoksiribozanın 1 atomu ilə birləşərək N-glikozidləri yaradirlar ki, bunlarıda nukleozidlər adlandırırlar. Nukleozidlərdə olan şəkərin 5'-hidroksilli qrupuna bir və ya daha çox fosfat qrupları birləşir ki,bunlara nukleotidlər deyilir.
Eltac Azadlı
Gülarə Azaflı
Gülarə Azaflı (tam adı:Zeynalova Gülarə Mikayıl qızı; 21 mart, 1959, Azaflı, Tovuz rayonu, Azərbaycan SSR) — Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü, Aşıq Pəri Məclisinin sədri (2000). == Həyatı == Gülarə Azaflı 21 mart 1959-cu ildə Tovuz rayonunun Azaflı kəndində aşıq Mikayıl Azaflının ailəsində anadan olub. 1976-cı ildə Tovuz rayonu Azaflı kənd tam orta məktəbini, 1983-cü ildə Tovuz Kənd Təsərrüfatı Texnikumunu bitirib. 1983-1994-cü illərdə Gəncə Pedaqoji İnstitutunda "Çeşmə" folklor ansamblının bədii rəhbəri olub. 1985-ci ildə Gənc ozanların Gəncə şəhərində keçirilən 3-cü ümumittifaq festivalının laureatı adını qazanıb. 1984-cü ildən Aşıq Pəri Məclisinin üzvü, 2000-ci ildən isə sədridir. Azərbaycanın bir sıra incəsənət xadimləri ilə birlikdə 1989-cu ildə İraqda, 1991-ci ildə isə Almaniyada dostluq görüşlərində iştirak etmişdir. Sonrakı 1995-1996-cı illərdə İran, İraq, Türkiyədə keçirilən müxtəlif tədbirlərdə və festivallarda iştirak edib. 2005-ci ildə Amerikanın San-Fransisko şəhərində keçirilən Dünya folklor festivalında müvəffəqiyyətlə çıxış etmişdir. 2006-cı ildə Çıldırda keçirilən "Aşıq Şenlik" festivalında, Karsda keçirilən "Akyaka Tarım" festivalında iştirak edib, ən yüksək mükafat və fəxri diplomlar alıb.
Maharlu gölü
Maharlu gölü (fars. دریاچه مهارلو‎‎) — İranın Fars ostanında, Şirazın mərkəzindən 27 km aralı duzlu göl. Yüksək duzluluq balıqların yaşamasına imkan vermir. Maharlı gölünün ətrafındakı bataqlıqlarda çoxlu su quşu yaşayır. Göldə qızılqazlar qışlayır.
Mikayıl Azaflı
Aşıq Mikayıl Azaflı (doğum adı: Mikayıl Cabbar oğlu Zeynalov; 21 mart 1924, Traubenfeld, Qazax qəzası – 12 oktyabr 1990, Tovuz rayonu) — aşıq, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1989). Mikayıl Azaflı 1924-cü ildə Tovuz rayonunun Azaflı kəndində anadan olub, burada yazıb-yaradıb, burada dünyasını dəyişib və doğma kəndində dəfn edilib. Mikayıl Azaflı böyük coşqunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad aşıq idi. Erkən yaşlarında "Coşğun" təxəllüsü ilə şeirlər yazan aşıq-şair az sonra öz doğma kəndinin adını təxəllüs götürüb. Professor Məhərrəm Qasımlının haqlı olaraq göstərdiyi kimi, Azaflı aşıq poeziyasının bütün şəkillərində əsl sənət nümunələri yaradan, klassik aşıq ənənələrini layiqincə davam etdirən sənətkarlardandır. Onun yaratdığı "Azaflı dübeyti", "Azaflı gözəlləməsi", "Azaflı sənəti", "Azaflı dünyası", "Azaflı gəraylısı", "Azaflı himni", "Mikayılı", "Azaflı dağları", "Azaflı bəhri", "Məzahiri", "Azaflı müxəmməsi", "Şah sarayı" kimi saz havaları dillər əzbəri olmuşdur. Azaflının Ümumittifaq Musiqi Cəmiyyətinin Rəyasət Heyətinə üzv seçilməsi təsadüfi deyildi. Bu, Azaflı Mikayılın musiqi istedadına qiymət və ehtiram idi. Aşığın arxivində Cəmiyyətin sədrinin birinci müavini V. M. Sameylenkonun 12 noyabr 1987-ci il tarixli rəsmi məktubu var. Azaflı Cəmiyyətin birinci Plenumunda iştirak etmək üçün Moskvaya dəvət olunurdu.
Minayə Azaflı
Minayə Azaflı (Zeynaova Minayə Mikayıl qızı; d. 1952, Azaflı kəndi, Tovuz rayonu, Azərbaycan) — Azərbaycan aşığı. Zeynalova Minayə Mikayıl qızı (Dilarə Azaflı) 1952-ci ildə Tovuz rayonunun Azaflı kəndində aşıq Mikayıl Azaflının ailəsində anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsini bitirib. 2000-ci ildə isə Yenidən Hazırlanma Bakı Baş İnstitutunda təhsilini davam etdirmiş, psixoloq ixtisasına yiyələnmışdir. Hazırda filoloq-psixoloq kimi fəaliyyət göstərir. Ailəlidir, dörd övladı var. İlk şeirləri dördüncü sinifdə oxuyanda "Azərbaycan pioneri" qəzetində çap olunub. "Aşıq Pəri" şeirlər kitabında şeirləri nəşr olunub. Bir çox televiziya verilişlərində çıxışları olub.
Uzarlı (Urmiya)
Uzarlı (fars. ‎اوزرلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 217 nəfər yaşayır (62 ailə).
Zabil Azadlı
İsrafil Aşurlu
İsrafil Əli oğlu Aşurlı (16 yanvar 1969, Bakı) — alpinist, Azərbaycan Alpinizm Federasiyanın Baş katibi (2022-ci ildən). Azərbaycan Alpinizm Federasiyasının prezidenti (2010–2016), dünyanın ən hündür zirvəsi hesab olunan Everesti, Antarktida və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlı. 2007-ci ildə Everest (8848 m), 2009-ci ildə Qələbə (Pobeda 7439 m), 2011-ci ildə isə Kanqçencanqa (8586 m), 2019-ci ildə isə Lxotze (8516 m), Manaslu (8163 m), 2022-ci ildə Broud-Zirvəsi (8051 m) və 2023-ci ildə Makalu (8485 m) zirvələrlərinə çıxmış ilk azərbaycanlıdır. İsrafil Aşurlı 1969-cu ilin 16 yanvarında Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhərində yerləşən 6 saylı məktəbdə almışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasının Energetika fakültəsinə daxil olmuşdur. İsrafil Aşurlı 1991-ci ildə "İnsol" şirkətinin əsasını qoymuşdur. Şirkət 1998-ci ildən Rusiyada simli və simsiz rabitə üçün telekommunikasiya avadanlıqlarının quraşdırılması və işə salınması ilə məşğuldur. Öz şirkətini yaratdıqdan sonrakı dövrdə İsrafil Aşurlının alpinizmə qarşı marağı artmışdır. Onun dediyinə görə, bu həvəs təsadüfən meydana gəlmişdir.
Ronaldo Nazariu
Ronaldu Luis Nazariu di Lima (port. Ronaldo Luís Nazário de Lima; 22 sentyabr 1976[…]) və ya qısa olaraq Ronaldo — Mərkəz hücumçusu mövqeyində çıxış etmiş braziliyalı futbolçu. Bir çoxlarının fikrinə görə tarixin ən yaxşı futbolçularından biri.. 3 dəfə FİFA Dünyada İlin Oyunçusu və 2 dəfə Ballon d'Orun qalibi. Ronaldo 1990-cı illərə damğasını vuran futbolçudur. Onu müasir futbolun inqilabçısı saymaq olar. Performansının ən yüksək nöqtəsində olduğu 90-cı illərdə dizindən arxa-arxaya zədələnməsi onu futboldan bir neçə il kənarda tutdu. Ronaldo Avropanın böyük klublarında çıxış etdi, qollar vurdu. 1993-cü ildə başladığı klub karyerası (Kruzeyro, PSV, Barselona, İnter), 2000-ci illərdə Real Madrid və Milan ilə davam etdi. Milanda yenidən zədələnməsi futbolu onun üçün çətinləşdirdi.
Abdarlu (Ərdəbil)
Abdarlu (fars. آبدارلو‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 25 km şimaldadır.