AZOTLU

s. kim. nitrous

AZOTLAŞDIRMAQ
AZSAVADLI
OBASTAN VİKİ
Azotlu gübrələr
Tərkibində azot qida elementi olan gübrələrə - azotlu gübrələr deyilir. Bitkilərin qidalanmasında azot xüsusi rol oynayır. O, xlorofil və zülalların tərkibinə daxildir. Bitkidə azot çatışmamazlığı yaşıl kütlənin əmələ gəlməsini çətinləşdirir, bitkilər pis inkişaf edir və yarpaqları saralır. Bitkilər azotu onun birləşmələri, əsasən ammonium NH4+ və nitrat NO3- ionları şəklində mənimsəyir. == Növləri == Azotlu gübrələr sadə, mürəkkəb və qarışıq olur. === Sadə azotlu gübrələr === Sadə azotlu gübrələrə misal olaraq natrium-nitratı, ammonium nitratı, maye ammonyakı, ammonyaklı suyu, sidik cövhərini CO(NH2)2 göstərmək olar. === Mürəkkəb azotlu gübrələr === Mürəkkəb azotlu gübrələrə misal olaraq ammofosu NH4H2PO4 (ammoniumdihidrofosfat), diammofosu (NH4)2HPO4 (ammoniumhidrofosfat), kalium şorasını KNO3 və s. göstərmək olar. === Qarışıq azotlu gübrələr === Qarışıq azotlu gübrələrdən ammofoskanı (NH4)2HPO4 + NH4H2PO4 + KCl) və nitrofoskanı (NH4H2PO4+ NH4NO3 + KCl) == Digər qrupları == Digər təsnifata əsasən azotlu gübrələri aşağıdakı qruplara bölürlər: === Şoralar === Bunlara - KNO3, NaNO3, NH4NO3 aiddir.
Azotlu əsas
Azot əsasları — nuklein turşularının tərkibinə daxil olan,pirimidin və purin törəməli heterotsiklik üzvi birləşmələrdir. Qısaldılmış şəkildə böyük latın hərfləri ilə işarə olunur. Beş növ azotlu əsaslar var — Adenin, Quanin, Sitozin, Timin, Urasil. Azotlu əsaslardan Adenin (A), Quanin (Q), Sitozin (S), həm DNT-nin və həm də RNT-nin tərkibinə daxildir. Timin (T) tək DNT-nin hissəsidir, Urasil (U) isə yalnız RNT-də olur. Adenin və Quanin — purin törəmələridir, Sitozin, Urasil və Timin isə — pirimidin törəmələridir. Yalnız DNT-də mövcud olan Timin və yalniz RNT-də aşkar olunan Urasil kimyəvi strukturlarına görə oxşardır. Urasilin timindən fərqi 5-ci karbon atomunda metil qrupunun olmamasıdır. Azot əsasları — kovalent rabitə vasitəsilə riboza və dezoksiribozanın 1 atomu ilə birləşərək N-glikozidləri yaradirlar ki, bunlarıda nukleozidlər adlandırırlar. Nukleozidlərdə olan şəkərin 5'-hidroksilli qrupuna bir və ya daha çox fosfat qrupları birləşir ki,bunlara nukleotidlər deyilir.
Azotlu üzvi birləşmələr
Azotlu üzvi birləşmələr - azot tərkibli birləşmələrə deyilir. Azotlu üzvi birləşmələr mühüm birləşmələrdən biridir.

Digər lüğətlərdə

-аш- арболи́товый верста́ние дохо́дишко исструга́ть отню́дь пото́ком приме́рщица успока́ивать энциклопеди́ст великоду́шие да́ун заготпу́нкт ме́нее всего надво́дник подво́зный кабы стаксель capnomancy horseflesh ore speckle interferometry unedifying unrevoked vandalism доменщик