Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arşa
Arşa Tiflis quberniyasının Duşet qəzasında kənd adı. == Toponimkası == Arşa- Tiflis quberniyasının Duşet qəzasında kənd adı. Azərbaycanda Quba qəzasında Arşalı (yenə orada) və Dağıstanın Darqin dairəsində Arşi, Şimali Qafqazın Ter əyalətinin Sunca dairəsində Arşiti (yenə orada) kənd adları ilə eynidir. Türk mənşəli Arşa tayfasının adındandır.
Assa
Assa Tiflis quberniyasının Tioneti qəzasında çay adı. == Toponimkası == Assa - Tiflis quberniyasının Tioneti qəzasında çay adı. Dağıstanın Qunib dairəsində Assa kənd adı (yenə orada) ilə ehtimal ki, eynidir. Türk dillərində as "çayın ağzı" sözündəndir.
Avşa
Avşa adası (türk. Avşa Adası, yun. Αφουσία) — Müasir Türkiyə ərazisində, Mərmərə dənizinin cənubunda yerləşən ada. Cənubi Mərmərə arxipelaqına daxil olan bu ərazi Balıkəsir ilinin Mərmərə ilçəsinə aiddir. Sahəsi 36 km² olan ada 2005-ci ilə qədər ada "Türkeli" adlansada, sonradan dəyişdirilib Avşa adlandırıldı. == Coğrafiyası == Avşa adası böyüklüyünə görə arxipelaqın 3-cü adasıdır.(Mərmərə və Paşalimanı adalarından sonra) Ümumilikdə ada yerləşən arxipelaqda 12 ada var. Geoloji baxımdan adalar materikin, Kapıdağ yarımadasının suda olan davamıdır. Dördüncü dövürdə dəniz səviyyəsinin qalxması nəticəsində ərazi adaya çevrilmiş. Ada yaşı 570–225 milyon il arasında dəyişən qranit, qneys və mərmər süxurlardan təşkil olunub. Ərazidə qumsal və qumlu ərazilər üstünlük təşkil edir.
Ayaş
Ayaş - Ankarada mahal. Ankaranın 55 km qərbindədir. Mərkəzdəki bir neçə evdən sonra ümumiyyətlə çöldür. Əkinçiliyə əlverişlidir, bəzi fermalar burada yerləşir.Çeşmələri ilə məşhurdur. Ayaşın uzun bir tarixi vardır və Övliya Çələbinin əsərləri ilə folklor mahnılarında da adı keçər. Ayaş, Eyvaz, Ayas.Ayaz adını xatırladar. Ayaşa yerləşənlər Oğuz boylarıdır və müxtəlif kənd adlarının Bayat, Əfşar, Pəçənək, Qıpcak və Qarğın olması da bundandır. 1554-də, Ayaş Bayraq mərkəzi, və 1864-də Ankaranın Qəzası oldu. Osmanlı dövründə, təhsil olaraq Ayaş irəli idi. 1900-də, 8 Mədrəsə, 2 İbtidai məktəb və 1 Rüşdiyə vardı.
Ayka
Ayka (mac. Ajka) — Macarıstanın Vesprem medyesində şəhər. Alüminium kombinatı, böyük İES var. Şüşə və odadavamlı kərpic istehsal olunur. Yaxınlığında boksit və qonur kömür çıxarılır.
Ayla
Ayla — qadın adı. Ayla Erduran — Türk skripkaçı. Ayla Fişer — Avstraliyalı aktrisa və yazıçı. Ayla Çəlik — Türkiyəli müğənni və söz yazarı. == Həmçinin bax == Ayla (film, 2017) — rejissoru Can Ulkay, ssenaristi Yiğit Güralpın 2017-ci il Türkiyə və Cənubi Koreyanın birgə istehsalı olan film.
Ayna
Ayna (qəzet) — həftəlik ictimai-siyasi Azərbaycan qəzeti. Ayna TV — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli internet televiziya kanalı.FilmlərAyna (film, 2000) — qısametrajlı bədii televiziya filmi. Ayna (film, 2006) — qısametrajlı cizgi filmi.
Aysar
Aysar - türk və anadolu xalq inancında dəyişən xarakterli adam və onun dəyişən xarakteri. Aya (ayın hərəkətləri ilə mərhələlərində və bəlkə də dünyaya olan məsafəsinə) bağlı olaraq xarakteri və xasiyyəti dəyişən adam və onun yaşadığı psixoloji vəziyyət. Aysamak hərəkəti də eyni şəkildə bu dəyişən ruh halını və nəticələrini izah etməkdə istifadə edilər. Qərb mifologiya və nağıllarında iştirak edən və dolunayda qurda çevrilən Erbörü "Qurd Adam" (Canavar adam) motivi bu anlayışın bir dışavurumudur. Ayın hərəkətləri və mərhələləri insanoğlunun həmişə marağını çəkmiş və bunlara dəyişik mənalar yüklənmişdir. == Ayın təsirləri == Qədim dövrlərdə insanların ayın hərəkətləriylə əlaqədar gördükləri təsirlərin böyük bir qisminin boş inanclar olduğu dəqiqləşmiş vəziyyətdədir. Qədim sivilizasiyalarda və xalq inanclarında insanların yuxularında gəzişməyə bütöv ay işığı tərəfindən çəkilmələrində bağlanmışdır. Bütöv ayın işığının pəncərədən içəri girməsinin yuxuları belə təsir etdiyinə, dolunayda cinsi instinktlərin, tarlaların bereketlerinin artdığına hətta Canavar adama dönüşüldüğüne belə inanılmışdır. İndiki vaxtda isə ayın mərhələlərini bağlı olaraq zəlzələlərin, qasırğaların artdığı, hətta cinayətlərin, intiharların, qəzaların çoxaldığı; qadınların aybaşları və xəstələrin keşikləri ilə ayın cazibə qüvvəsi arasında əlaqə olduğu irəli sürülür. Ancaq ay ilə ilə bəhs edilən hadisələr arasında hələ elmi bir əlaqə müəyyən oluna bilməmişdir.
Qaysa
Qaysa — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Balakən rayonunun Qaysa kənd Soveti Qaysa kəndinin ərazisinin bir hissəsi Qabaqçöl qəsəbə Sovetinin tərkibinə verilmişdir.
Yasa
Yasa (monq. Их засаг хууль) — Çingiz xanın dövründən başlayaraq monqolların qanunlar məcəlləsi belə adlanırdı. Böyük Yasa da deyilirdi. == Tarixi == Böyük öndər Çingiz xan (1162-1227) tərəfindən monqol mədəniyyətinə aşılanmışdır; indiki anlamda demokratik cəmiyyət qurmasa da, məhz Çingiz xan həmin dəyərləri monqolların şüuruna hopdurmuşdur. Çingiz xan monqolları demokratiyaya necə yönləndirmişdir? Birincisi , o, xalqın hökuməti idarə edə bilməsinin iki ilkin zəruri şərtini institutlaşdırmışdır. Monqol tayfalarını vahid və müstəqil bir dövlət şəklində birləşdirməklə öz xalqına öz qanunlarını hazırlamaq hüququ vermiş, özündən əvvəlki uyğur əlifbasını monqol dilinə tətbiq etməklə isə öz oğlanlarını və rəsmi dövlət məmurlarını xarici katiblərin asılılığından xilas etmişdir. Bunun da nəticəsində onlar hamının riayət etməli olduğu qanunları yazıya ala və öz tarixlərinin yazılmasına nəzarət edə bilmişlər. Demokratiyanın ilkin şərtləri üçün lazımi şərait yaradan Çingiz xan liberal demokratiyanın bir sıra dəyərlərini praktik surətdə öz hökumətinə də tətbiq etmişdir. Bu dəyərlərdən bir çoxu sonralar ənənəvi monqol mədəniyyətinin tərkib hissəsinə çevrilmişdir.
Aysu
Aysu — qadın adı. Aysu Devrişova — peşəkar Azərbaycan kikboksçusu.
Ayşə
Aişə binti Əbu Bəkr (ərəb. عائشة بنت أبي بكر‎; 614[…], Məkkə – təq. 13 iyul 678, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, xəlifə Əbu Bəkr'in qızıdır. Qureyş qəbiləsindəndir. Əhli-sünnəyə görə "Möminlərin Anası" olaraq qəbul edilir. Aişə dövrümüzə qədər gəlib çatan bir çox hədisin mənbəyi olaraq da qəbul edilir. == Haqqında == Aişə binti Əbu Bəkr ibn Əbu Quhafə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir. Qüreyş qəbiləsindəndir və atası məşhur səhabə Əbu Bəkrdir. Aişənin uşaqlıq illəri Məkkədə keçmişdir. 17 yaşında Məhəmməd ibn Abdullahla evlənmişdir.
Ulad-Aysa (Adrar)
Ulad-Aysa (ərəb. أولاد عيسى‎)) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində şəhər və kommuna. Şərüin dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Böyük Səhranın şimal-qərb vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 855 kilometr cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 344 metrdir.Uled-Aysa kommunasının sahəsi 4030 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 20 mm-dir). Orta illik temperatur 23,8-dir °C. Ən soyuq ayın (yanvarda) orta temperaturu 11,4°C, ən isti ayda (iyulda) 36,3°C-dir.
Ulad-Aysa (Bumerdes)
Ulad-Aysa (ərəb. أولاد عيسى‎, fr. Ouled Aïssa) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 355 metr yüksəklikdə yerləşir.Kommuna paytaxt Əlcəzairdən təqribən 79 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 43 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 7685 nəfər idi.
Aya
Aya (Türk mifologiyası)
Aşa
Əşə (tatar. Әшә, Əşə, başq. Әшә, Əşə, rus.
Aksa (kanton)
Aksa fr. Axat — kanton, Fransanın Langedok-Russilyon bölgəsində yerləşən Od departamentinə tabedir. Limu rayonuna daxildir. Kantonun INSEE kodu 1103-dir. Aksa, kantonunda əsas olan 14 kommuna mövcuddur.
Ayla Alqan
Ayla Alqan (türk. Ayla Algan; 29 oktyabr 1937, İstanbul) — Türkiyə kino və teatr aktrisası, müğənnisi. == Həyatı == Ayla Alqan İstanbulda anadan olmuşdur. O, uşaqlığını Fransada keçirmişdir. O, Fransada Sion İstanbul liseyində və Versal liseyində təhsil almışdır. Alqan bundan sonra ABŞ-yə köçmüş və orada Nyu-York Aktyorlar studiyasına aktrisa kimi qoşulmuşdur. O, ardınca sonra Türkiyədə Dil və Mədəniyyət Mərkəzinə daxil olmuş, teatr aktrisası və təlimatçı kimi fəaliyyət göstərmişdir. Alqan kino və teatrdan sonra müğənnilik karyerasına başlamışdır.
Ayla Erduran
Ayla Erduran - (22 sentyabr 1934, İstanbul) - Türk skripkaçı. == Haqqında == Karl Bergerin tələbəsi olan Ayla Erduran 10 yaşındaykən ilk konsertini səsləndirdi. 1946-cı ildən 1951-ci ilə qədər Paris Beynəlxalq Konservatoriyasında Benedetti və Benvenutidən təhsil almağa başladı. Məzun olduqdan sonra da 1995-ci ilə qədər ABŞ-də qaldı. Bu müddətdə İvan Qalamian və Zino Francescatti ilə birlikdə oxudu. 1957-ci ildən 1958-ci ilə qədər o, Moskva Konservatoriyasında David Oystraxın nəzarəti altında təhsil aldı. Erduran 1973-cü ildən 1990-cı ilə qədər İsveçrədə skripka müəllimliyi etdi. O, 1971-ci ildə dövlət sənətçisi adını aldı. O, həmçinin Ankarada Sevda Cenap Və Musiqi Fondundan (SCVMF) qızıl medal almışdır. Bir tərəfdən konsertlərlə karyerasını davam etdirərkən, digər tərəfdən 1973-cü ildən 1990-cı illərə qədər İsveçrədəki Conservatoire Populaire'də və Lozan Konservatoriyasında ustalıq sinifində müəllimlik edib.
Ayla Fişer
Ayla Lenq Fişer (ing. Isla Lang Fisher; 3 fevral 1976, Maskat) — Avstraliyalı aktrisa və yazıçı. Omanda şotland ailədə anadan olmuş və altı yaşında Avstraliyaya köçərək televiziya reklamlarında yer almışdır. Avstraliya istehsalı "Home and Away" opera tamaşasında 1994–1997-ci illər aralığında Şannon Rid rolunu canlandıraraq tanınmışdır. Bu roluna görə iki dəfə Logie mükafatına namizəd göstərilmişdir. Hollivuda keçərək Skubi-Du (2002) filmi ilə uğur qazanmışdır. Burada həmçinin Toy qəzaları (2005), Hot Rod (2007), Böyük Qetsbi (2013), Alış-veriş etirafları (2009) və Yalan illuziyası (2013) filmlərində rol almışdır. == Həyatı == Fişer Omanın Maskat şəhərində Espet Reid və Brayn Fişerin ailəsində anadan olmuşdur. 6 yaşı olarkən ailəsi ilə birlikdə Avstraliyaya köçmüşdür. == Filmoqrafiya == == Kitabları == Fisher, Isla; Reid, Elspeth.
Ayla Çəlik
Ayla Çəlik (29 oktyabr 1973, İstanbul) — Türkiyəli müğənni və söz yazarı.
Ayna.az
Ayna və ya ayna.az- 1990–2014-cü illərdə həftəlik ictimai-siyasi Azərbaycan qəzeti, 27 iyun 2015-dən Azərbaycan informasiya saytı. == Tarixi == 1990-cı ildə yaradılıb. Təsisçi və baş redaktor: Elçin Şıxlı. İnternet ünvanı: www.ayna.az"Ayna" qəzeti 1990-cı ilin avqustunda yaradılıb. Azərbaycan dilində çıxan "Ayna" həftəlik çap olunurdu. 2014-cü ilin may ayının əvvəlində ayda bir dəfə işıq üzü görməsi qərara alınmışdı. Ancaq nəşri bu yolla da saxlamaq mümkün olmamış, 2014-cü il iyunun 1-dən qəzetin nəşri dayanmışdır. 2014-cü il avqustun 27-də "Ayna" və "Zerkalo" qəzetlərinin kollektivlərinin ümumi toplantısı keçirilib. Toplantıda baş redaktor Elçin Şıxlı "Ayna" və "Zerkalo" qəzetlərinin fəaliyyətinin birdəfəlik dayandırıldığını elan edib.
Ayna (qəzet)
Ayna və ya ayna.az- 1990–2014-cü illərdə həftəlik ictimai-siyasi Azərbaycan qəzeti, 27 iyun 2015-dən Azərbaycan informasiya saytı. == Tarixi == 1990-cı ildə yaradılıb. Təsisçi və baş redaktor: Elçin Şıxlı. İnternet ünvanı: www.ayna.az"Ayna" qəzeti 1990-cı ilin avqustunda yaradılıb. Azərbaycan dilində çıxan "Ayna" həftəlik çap olunurdu. 2014-cü ilin may ayının əvvəlində ayda bir dəfə işıq üzü görməsi qərara alınmışdı. Ancaq nəşri bu yolla da saxlamaq mümkün olmamış, 2014-cü il iyunun 1-dən qəzetin nəşri dayanmışdır. 2014-cü il avqustun 27-də "Ayna" və "Zerkalo" qəzetlərinin kollektivlərinin ümumi toplantısı keçirilib. Toplantıda baş redaktor Elçin Şıxlı "Ayna" və "Zerkalo" qəzetlərinin fəaliyyətinin birdəfəlik dayandırıldığını elan edib.
Ayna Sultanova
Ayna Mahmud qızı Sultanova (1895, Pirəbədil, Quba qəzası – 3 iyul 1938, Bakı) — ictimai-siyasi xadim, Azərbaycan SSR-nin Maarif Xalq Komissarı, "Şərq qadını" jurnalının redaktoru, Azərbaycan tarixinin ilk qadın naziri, Xalq Ədliyyə Komissarı və Ali Məhkəmə sədri. Siyasi fəaliyyətinin böyük bir qismi Azərbaycanda Sovet hakimiyyətinin möhkəmləndirilməsi olmuşdur. Müəyyən müddətdən sonra yeni qurulmuş rejimin onun uğrunda çalışdığı rejim olmadığını görmüş, Stalinlə görüşüb şikayətlərini bildirmək üçün Moskvaya getmiş, elə vağzalda da həbs olunmuşdur. Xüsusi mühafizə dəstəsinin müşayiəti ilə Bakıya gətirilmiş və SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar Sessiyasının 1938-ci il 3 iyul tarixli hökmü ilə ən yüksək cəzaya — güllələnməyə məhkum edilmişdir. Ayna Sultanova istintaq zamanı çox alçaldılmışdır. SSRİ-nin dağılmasının sonra Ayna Sultanova olan ictimai münasibət digər dövrün marksist düşüncəli fəallarına olan münasibət kimi qarışıq olmuşdur. Ayna Sultanova Nəriman Nərimanov ilə birlikdə heykəli hələ də Bakı şəhərində mövcud olan solçu siyasətçidən biridir. == Həyatı == Ayna Sultanova 1895-ci ildə indiki Şabran (keçmiş adı Dəvəçi) rayonunun Pirəbədil kəndində doğulmuşdur. 1912-ci ildə Bakıda "Müqəddəs Nina" gimnaziyasını bitirib və həmin məktəbdə dərs deyib. 1917–1918-ci illərdə bolşeviklərlə sıx əməkdaşlıq edib, 1918-ci il Mart soyqırımı zamanı bolşevik mövqeyini dəstəkləmişdir.
Ayna TV
Ayna TV — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli internet televiziya kanalı. == Tarixi == Ayna TV 2017-ci ildən fəaliyyətə başlamışdır. Hazırladığı ilk verilişin adı "Ayna"dadır. Həmin veriliş 2016-cı ilin yekunlarına həsr olunmuş və müzakirə formatında çəkilmişdir. Müzakirəçilərin İbrahim Nəbioğlu, Arif Əliyev və Elçin Şıxlı olduğu bu verilişin ilk buraxılışı 27 dəqiqə 34 saniyədir və 8 yanvar 2017-ci il tarixdə "YouTube"un ayna.az kanalına yüklənmişdir. == Yayımlanan verilişlər == === "Ayna"da === 2017-ci ildən etibarən yayımlanır. Ayna TV-nin ilk verilişidir.