ARSA

tikinti üçün ayrılmış torpaq sahəsi
sahə
ARPA
ARSIZ
OBASTAN VİKİ
Arsace arborea
Erica arborea (lat. Erica arborea) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin erika cinsinə aid bitki növü. == Sinonimləri == Arsace arborea Fourr. Erica acrophya Fresen. Erica arborea subsp. parviflora Spirlet Erica elata Hoffmanns. & Link Erica procera Salisb. Erica scoparia Thunb. Erica stylosa Rudolph Ericoides arboreum (L.) Kuntze == Yarımnövləri == Erica arborea subsp.
Arsak
Arsak (erm. Արցախ) və ya Orxistena (yun. Ὀρχιστηνή) – Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə tarixi Arsak vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının Kəlbəcər, Tərtər, Xocavənd, Xocalı, Cəbrayıl və Şuşa rayonlarının ərazisini əhatə etmişdir. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti qərbdən və cənub-qərbdən Sünik vilayəti, şimaldan və şimal-şərqdən Uti vilayəti, cənub-şərqdən isə Paytakaran vilayəti ilə sərhədlənirdi. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri qeyri-Hind-Avropa dillərində danışan tayfalar olmuşlar. E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. X əsrdə Arsak ərazisində Xaçın knyazlığı yaranmışdır.
Arsan Dolay
Arsan Dolay — türk və yakut mifologiyasında acgözlük tanrısı. Dulay xan və ya Doğulay xan olaraq da bilinir. Sərhədsiz sərvətə malikdir. Şər ruhların bir qisiminin rəhbəri mövqesindədir. Buynuzlu və saqqallıdır. Kölgəsi yoxdur. Arvadı və yeddi oğulu vardır. Şeytanı güclərlə əlaqəsinin bir simvolu olaraq, buynuzlu və saqqallı düşünülən və hesabsız sərvətə sahib olan Arsan Dolay Xan, yeraltı dünyasının ən dərin qatında yaşayan bir varlıqdır. Özünün diqqətinin çəkilməsindən qorxulduğu üçün adının deyilməsindən çəkinilər. Oğullarından hər biri, bir pis ruh komandasının başında olur.
Arsax
Arsak (erm. Արցախ) və ya Orxistena (yun. Ὀρχιστηνή) – Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə tarixi Arsak vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının Kəlbəcər, Tərtər, Xocavənd, Xocalı, Cəbrayıl və Şuşa rayonlarının ərazisini əhatə etmişdir. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti qərbdən və cənub-qərbdən Sünik vilayəti, şimaldan və şimal-şərqdən Uti vilayəti, cənub-şərqdən isə Paytakaran vilayəti ilə sərhədlənirdi. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri qeyri-Hind-Avropa dillərində danışan tayfalar olmuşlar. E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. X əsrdə Arsak ərazisində Xaçın knyazlığı yaranmışdır.
Arsax krallığı
Aslanbek Arsayev
Aslanbek Arsayev (1966, Açxoy-Martan rayonu, Çeçen-İnquş MSSR) — Çeçen hərbçisi və dövlət xadimi, tanınmayan Çeçen İçkeriya Respublikasının Şəriət dövlət təhlükəsizliyi naziri, İçkeriya milli ordusunun bölmə generalı, ÇİR Silahlı Qüvvələrinin Cənub Cəbhəsinə komandanlıq etmişdir. Çeçen İçkeriya Respublikasının Prezidenti Aslan Masxadovun silahdaşı olmuşdur. ÇİR-nIn ən yüksək mükafatlarına layiq görülmüşdür: "Millət şərəfi", "Xalq qəhrəmanı" və "Qroznı şəhərinin müdafiəçisi" medalı. == Bioqrafiyası == 1966-cı ildə Açxoy-Martan rayonu, Orexovo kəndində anadan olmuşdur (digər məlumatlara görə Şali şəhərində). O, milliyyətcə çeçendir. O, 1988–1991-ci illərdə Novosibirsk şəhərində Ali Polis Məktəbində təhsil almış, daha sonra Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1990-cı ildə ÇİR Daxili İşlər Nazirliyinin 6-cı idarəsinin böyük əməliyyatçısı vəzifəsinə keçir. ÇİR Silahlı Qüvvələrində 1994-cü ildən xidmət edir. Birinci Çeçenistan müharibəsi zamanı, əsas qərargahın üzvü olaraq Aslan Masxadovun komandanlığı altında döyüşür. Döyüş zamanı üç dəfə yaralanır.
Fatimə Arsanova
Fatimə Arsanoviç Arsanova (çeç. Арсановa, Петима́т Арсанович ;1898, Vladiqafqaz – 1918, Qroznı, Terek vilayəti) — hərbi tibb bacısı, Rusiyada vətəndaş müharibəsinin iştirakçısı. Çeçenistanın Xalq Qəhrəmanı. == Həyatı == Fatimə Arsanova 1898-ci ildə Vladiqafqazda Köhnə Atağı kəndindən olan milliyətcə çeçen Arsanbekin və Səlimənin (beno qəbiləsinin nümayəndəsi) ailəsində anadan olub. Onun qardaşı məşhur çeçen yazıçısı Səid bəy Arsanovdur. Fatimə Arsanovanın atası Arsanbek tez-tez inqilabi mübarizədə iştirak etdiyinə görə həbs olunurdu. Gənc Fatimə atası kimi inqlabçılara rəğbət göstərirdi. O, 1917-ci ildə tibb bacısı kurslarını bitirərək, könüllü Qırmızı Ordu sıralarına qatılmışdır. 1917-ci ildə Fatimə özünümüdafiə dəstəsinə üzv götürülür. Gizli fəaliyyət göstərən dəstədə o, ən çətin tapşırıqlarını öz üzərinə götürür və əlaqələndirici rolunu icra edirdi.
Lyuba Arsaliyeva
Lyuba Arsaliyeva (10 oktyabr 1979, Axçoy-Martan, Çeçen-İnquş MSSR) — Çeçen şairəsi, Rusiya Federasiyası Yazıçılar Birliyinin üzvü, Rusiya Federasiyası Jurnalistlər Birliyinin üzvü, "Qroznı" televiziya və radio şirkətinin baş redaktoru. Əsərlərini rus və çeçen dillərində yazır. == Bioqrafiya == === Gənclik dövrü === 10 oktyabr 1979-cu ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Açxoy-Martan rayonunun Açxoy-Martan kəndində anadan olmuşdur. Lyuba 2 nömrəli orta məktəbdə oxuyur, sonra Çeçenistan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur. Eyni zamanda Gənc Müxbirlər Məktəbində oxuyur. Sonra 7 nömrəli Axçoy-Martan orta məktəbində uşaqlara rus dili və ədəbiyyatından dərs deyir. == Karyerası == Məktəb illərindən şeir yazmağa başlayır. Ruh halının incə bir şəkildə köçürülməsi romantizminə qapılır. Əvvəlcə düşüncələrini kağıza köçürmək qorxunc olur. Daxili təcrübələri, xəyalları və xəyalları haqqında əsasən qızcığaz lirik sətirlər yazır.
Sədri Maqsudi Arsal
Sədri Maqsudi Arsal (23 iyul 1878, Taşsu[d], Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 20 fevral 1957, İstanbul) Türk-Tatar dövlət adamı, hüquq profesoru, alim və filosof. Sədrəddin Nizaməddin oğlu Maqsudov, hazırkı Rusiya içindəki Tatarıstan Respublikasının paytaxtı Kazanın ətrafındakı Taşşu kəndində doğulmuşdur. Atası kəndin mollası Molla Nizaməddin idi. Kənd məktəbindən sonra 1888-ci ildə Allamiyə Mədrəsəsi'nə getdi. Böyük qardaşı Əhməd Hadi (1868–1941) də eyni mədrəsədə oxumuş, arxasından orada müəllim olmuşdu. Daha sonra ünlü bir pedaqoq və Kazanın bəlli-başlı cədidçilərindən biri olacaq Əhməd Hadi Maqsudi, 1895-ci ildə bir Bağçasaraydaki Zincirli Mədrəsədə dərs verməyə gedərkən, qardaşını bərabərində götürdü. Sədrəddin, bu qurumda müəllimlik edəm İsmayıl bəy Qaspıralı (1851–1914)yla tanış oldu və onun fikirləriylə yaxından qarşılaşdı. Dönüşündə Rus Müəllimlər Məktəbi'nə girərək həyatında devrim, dönüş olmasına bir qərar aldı. Bu kararı nədəniylə o zamanlar Türk camaatinca tənqid edildi. Müəllimlər Məktəbini bitirdiktən sonra təhsilinə İstanbul'da davam etmək istədi.
Səidbəy Arsanov
Səidbəy Arsanoviç Arsanov (çeç. Арсанов, Саидбей Арсанович ;2 oktyabr 1889 – 12 iyul 1968) — Çeçen yazıçı və dramaturqu. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası Yazıçılar İttifaqının sədri. 1889-cu il oktyabrın 2-də Novı Ataqi (indiki Çeçenistanın Şali rayonu) kəndində kəndli ferması fəhləsinin ailəsində anadan olub. Bacısı Çeçenistanın qəhrəmanı Fatimə Arsanovadır. Səidbəy ilk təhsilini Vladiqafqazda alıb. O, orada dördillik məktəbi bitirib. Sonra Odessa Elektrotexnika Məktəbində, Sankt-Peterburqda Politexnik İnstitutunda təhsil alıb. Səidbəy Arsanov tələbə iğtişaşlarında iştirak etdiyinə görə institutdan xaric edildi və Vyatka vilayətinə sürgünə göndərildi. Oradan Səidbəy Almaniyaya qaçdı.
Uta Arsakidze
Uta (Konstantin) Arsakidze (gürc. არსუკისძე; v. 1029, Mtsxeta) — gürcü memarı. Arsakidze orta əsr gürcü memarlığının ən monumental abidələrindən olan, Msxetada yerləşən Svetitsxoveli kafedralını (1010–1029) tikmişdir.
Şayxi Arsanukayev
Şayxi Əbdülmüslümoviç Arsanukayev (çeç. Арсанука́ев, Шайхи́ Ӏа́бдулмусли́ман воӀ; 15 aprel 1930, Dışne-Vedeno[d], Şimali Qafqaz diyarı[d] – 13 mart 2012, Qroznı, Çeçenistan, Rusiya) — məşhur çeçen yazıçısı, şairi, Çeçenistan-İnquşetiya Yazıçılar İttifaqı və SSRİ Yazıçılar İttifaqının üzvü. Çeçenistanın Xalq Yazıçısı. Şayxi Arsanukayev 1930-cu il aprelin 15-də Çeçenistanın Vedeno rayonunun Dışne-Vedeno kəndində anadan olub. 1944-cü ilin fevralında qohumları ilə birlikdə çeçenlərin və inquşların deportasiyası zamanı Qazaxıstana sürgün edilib. Orta məktəbi Qazaxıstanda Semipalatinsk vilayətinin Novopokrovsk rayonu, Batnay kəndində bitirib. Şayxi Arsanukayev 1955-ci ildə Semipalatinsk Maliyyə Texnikumundan məzun olub. Şayxi Arsanukayev yaradıcılığına məktəb illərindən şeir yazmaqla başlayıb. Onun ilk əsərləri 1957-ci ildə "Leninski put" qəzetində, "Drujba" və "Orqa" almanaxlarında çap olunub. Çeçen-İnquşetiya Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir.
Arsakion
Arsakion (Аrsakeon, yun. Αρσάκειον ή Αρσάκειο) — Yunanıstan və Albaniyada qeyri-kommersiya "Təhsil Dostları Cəmiyyəti" (Φιλεκπαιδευτική Εταιρεία) tərəfindən idarə olunan bir qrup özəl birgə təhsil məktəbinin adı. Buraya Afina, Psixiko, Aniksis, Saloniki, Patras, Yanina şəhərlərində və Albaniyanın paytaxtı Tirana şəhərində ümumi sayı 9 mindən çox şagirdi olan altı məktəb daxildir. Komotini və Kiprdə də kampusların tikilməsi nəzərdə tutulub. == Tarixi == Təhsil Dostları Cəmiyyəti 1836-cı ildə Yunanıstan krallığı qurulduqdan sonra təhsildəki boşluğu qız məktəblərinin çatışmazlığını doldurmaq üçün yaradılıb. "Cəmiyyət"in yaradılmasının təşəbbüskarları arxeoloq və müəllim İohan Kokkonis, pedaqoq Georgios Gennadios və arximandrit Misail (Apostolidis) idi. “Təhsil Dostları Cəmiyyəti”nə Yunanıstan İstiqlaliyyət müharibəsinin veteranları, yepiskoplar, siyasətçilər, nazirlərin məsləhətçiləri, hakim və alimləri daxil idi. İlk iştirakçılar arasında hakim Anastasios Polizoides, yazıçı Aleksandros Rangavis, müəllim İohann Vouros, nomarx Georgios Enian, Afina Universitetinin birinci rektoru Konstandin Sxinas, Nikolaos Kostis, general Theodoros Kolokotronis, general Dimitri Plaputas, Kanellos Delnis, Andreas Londos, milli himnin müəllifi Dionisios Solomos və s. var idi. Arsakion məktəbi Apostol Arsak tərəfindən idarə edilirdi və 1850-ci ildə onun adını alıb.
Arsava
Arsava — e.ə. XV əsrin sonundan XII əsrin əvvəllərinə qədər qərbi və cənub-qərbi Anadoluda (indiki Türkiyə) mövcud olmuş qədim dövlət. == Tarixi == Arsava het yazılarında Het dövlətinin əsas əleyhdarlarından biri kimi qeyd olunur. Paytaxtı (ən azı krallığın son illərində) Apaşa (indiki Efes) şəhəri idi. Axeylərlə müttəfiq olan Arsava hökmdarı Uhhasiti hetlərə məğlub oldu və axeylərin nəzarətindəki adalara (ehtimal olunur ki, Krit) qaçmışdır. Kritdə Minoy və sonra Mikena sivilizasiyalarının dağılmasından sonra Arsava "dəniz xalqları" tərəfindən məhv edilmişdir.