AYŞAD

Aydan törəyən, Ay övladı; Ayın qızı; qəşəng.
AYSURƏT
AYŞAXATUN
OBASTAN VİKİ
Ayşad Məmmədov
Ayşad Məmmədov (tam adı: Ayşad Kamal oğlu Məmmədov; 6 dekabr 1954, Mərdəkan) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2000). == Həyatı == Ayşad Kamal oğlu Məmmədov 6 dekabr 1954-cü ildə Mərdəkanda anadan olub. İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində (1978–1982) təhsil alaraq, Nəsir Sadıqzadə və Vaqif Abbasov kimi sənətkarlardan sənətin sirlərini öyrənmişdir. Şəki Teatrında (1982–1989) çalışıb. 1989-cu ildən etibarən Gənclər Teatrında aktyor kimi fəaliyyət göstərib. 2011-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi çalışır. == Akademik Milli Dram Teatrındakı fəaliyyəti == Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır. Onun yaratdığı Romeo, Malkolm, Pek, Laert (V.Şekspir "Romeo və Cülyetta", "Maqbet", "Yay gecəsində yuxu", "Hamlet"), Müsyö Jordan (M.F.Axundov "Müsyö Jordan və dərviş Məstəli şah"), Aydın (C.Cabbarlı "Aydın"), İsgəndər (C.Məmmədquluzadə "Ölülər"), Təlxək (M.F.Axudov "Ox və hədəf"), Kral (Q.Qorin "Aktyor və kral"), Padşah (Anar "Yaxşı padşahın nağılı"), cəllad ("Generalın son əmri", Vaqif Səmədoğlu), Ocaqqulu ("Almaz", Cəfər Cabbarlı), Toğrul ("Qətibə İnanc", Məmməd Səid Ordubadi), kişi ("Bir, iki, bizimki", Kamal Abdulla), Belekurov ("Yaşar", Cəfər Cabbarlı) kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. == Mükafatları == Əməkdar artist (2000), prezident mükafatçısıdır. 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Ayşad Əzizov
Ayşad Qaryağdı oğlu Əzizov (5 sentyabr 1990, Əskipara, Mirbəşir rayonu – 27 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ayşad Əzizov 5 sentyabr 1990-ci il tarixində Azərbaycanın Tərtər rayonunun Əskipara kəndində anadan olmuşdur. Həyat yoldaşı Naibə ilə Yusif və Hüseyn adlı uşaqları var idi. == Hərbi xidməti == Ayşad Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Həmin gün Talış kəndi uğrunda gedən döyüşlərdə həlak olmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayşad Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayşad Əzizov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.