Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alkoqol
Alkoqol — Etanol
Alkoqol deliriyası
Alkoqol deliriyası — titrəmə ilə müşahidə olunur və xəstənin çox həyəcanlı bir vəziyyəti kimi ortaya çıxır. Alkoqolik şəxsin belə bir vəziyyəti yuxarıda izah edilən və alkoqoldan irəli gələn fiziki asılılıqdan ibarətdir. Demək olar ki, bütün alkoqolik şəxslərdə içkinin ardı kəsildikdən sonra müşahidə edilir. Xəstə bu zaman gözünün qarşısında qorxunc heyvanların, o cümlədən ilan və əqrəbin göründüyünü iddia edir. Əgər həmin vəziyyətdə olan bir içki düşkününə dərhal uyğun tibbi müdaxilə göstərilməzsə xəstə ölə bilər.
Alkoqol paranoidi
Alkoqol paranoidi — ruh pozulmasının əsas əlamətlərindən biri olub, özünü şiddətli qısqanclıq şəklində büruzə verir. Xəstə şəxs hamının onu aldatdığı qənaətinə gəlir. Eyni zamanda öz qızı və ya ona xidmət edən şəfqət bacısı haqqında da fikirləşir. Bundan başqa belə xəstə ailəsi içərisində də ona pis gözlə baxıldığını, onu öldürmək istədiklərini zənn edir.
Avropanın alkoqol kəmərləri
Avropanın alkoqol kəmərləri — Avropanı ənənəvi spirtli içkilərinə görə üç yerə bölür: pivə, şərab və ya likorlar. Onlar mütləq mövcud içmə vərdişləri ilə uyğun gəlmir, məsələn, pivə dünyada ən populyar alkoqollu içkidir. Ona görə də kəmərlər tamamilə obyektiv deyildir.
Qaraciyərin alkoqol xəstəliyi
Qaraciyərin alkoqol xəstəliyi — Qaraciyərin alkoqol xəstəliyi qaraciyər hüceyrələrinə etanolun zədələyici təsiri ilə xarakterizə olunur. Bəzi ölkələrdə qaraciyərin alkoqol mənşəli xəstəliyinin yayılma dərəcəsi qaraciyərin başqa xəstəlikləri, məsələn, B və C virus hepatitlərinin rastgəlmə səviyyəsi ilə müqayisə edilə bilər. Qaraciyərin alkoqol mənşəli piy distrofiyası (steatozu) Alkoqol mənşəli hepatit Alkoqol mənşəli sirroz Bəzən alkoqol mənşəli hepatitləri kəskin və xroniki hepatitlərə ayırırlar, ancaq bu nozoloji formalar bir-birindən ciddi şəkildə fərqlənmirlər. Gün ərzində 40 q-dan artıq etanol qəbulu qaraciyərin alkoqol xəstəliyinin yaranma riskini artırır. 10 ildən artıq müddətdə gün ərzində 80 q-a qədər təmiz etanol qəbulu qaraciyərin sirrozunun yaranması ilə nəticələnə bilər . Qaraciyərin alkoqol mənşəli xəstəliyinin ağır formalarının yaranmasında genetik meyllilik, qadın cinsi, B və C virus hepatitləri ilə yoluxma, qidalanmanın çatışmazlığı, qida disbalansı və s. etioloji amillər əhəmiyyətlidir. Qaraciyərin alkoqol mənşəli steatozu əksər hallarda simptomsuz keçir və təsadüfi müayinə nəticəsində aşkara çıxır. Bəzən xəstə ürəkbulanma, qarnının sağ yuxarı kvadrantında küt ağrılardan, ümumi diskomfort hislərindən şikayətlənir. Qaraciyərin alkoqol mənşəli hepatitinin əlamətləri başqa etiologiyalı qaraciyər çatışmazlığı zamanı yaranan klassik simptomlara uyğundur.
Ən çox alkoqol qəbul edən ölkələr
Ən çox alkoqol qəbul edən ölkələr — 2010-cu ilin nəticələrinə görə Moldovanın yaşından asılı olmayaraq hər bir sakininə adambaşına il ərzində 18 litr qəbul edilmiş alkoqol düşür. Bu dünya üzrə göstəricilərdən üç dəfə çoxdur. İkinci yerdə Çexiya durur. Orada bu rəqəm 16,45 litrdir. Siyahıda üçüncü yeri Rusiya tutur. Burada il ərzində adambaşına 15,76 litr alkoqol düşür. Onluğa bu ölkələrdən başqa Ukrayna, Estoniya, Rumıniya, Sloveniya, Belarus və Böyük Britaniya daxildir.
Alloxol
Alagöl
Alagöl (Qazaxıstan) — Qazaxıstanda yerləşən ən nadir göllərdən biri. Alagöl — Şəki-Zaqatala zonasında göl; Alagöl — Yevlax rayonu ərazisində göl. Böyük Alagöl — Kiçik Alagöl — Böyük Alagöl — Kəlbəcər rayonu ərazisində dağ.
Alkoqollu içkilər
Alkoqollu içkilər (spirtli içkilər) — tərkibində etanol (etil spirti, sadə dildə — alkoqol) olan içki. == Alkoqollu içkilərin nümunələri == Araq Pivə Viski Rom Şərab Brendi Likör Vermut və s.
Almagöl (İğdır)
Almagöl — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1928-ci ildən bəri eyni adı daşıyır. Öncə Suveren kəndinə bağlı bir oba olan Almagöl, 1990-cı illərin sonlarında kənd statusu almışdır. == Coğrafiyası == İğdırdan 15 km uzaqlıqdadır.
Alagöl (Qazaxıstan)
Alagöl (qaz. Алакөл) — Qazaxıstanda yerləşən ən nadir göllərdən biridir. O, respublikanın cənub-şərq hissəsində Çin Xalq Respublikası ilə həmsərhəddir Alagöl gölü Alagöl gölləri sırasında ən böyük göldür. O, öz gözəlliyi və insan əli dəyməmiş təbiətinə görə nadirdir. Göl dəniz səviyyəsindən 347 metr yüksәklikdә yerləşir. Onun uzunluğu 104 km, eni isə 52 km-ə çatır. Gölün sahili nadir qara müalicəvi çınqıl örtüyə malikdir. Alagöl gölünün suyunun tərkibi dəniz suyunun tərkibi ilə eynidir: natrium sulfat-xloridi. Gölün suyu ilıqdır, suyun orta temperaturu 26 dərəcədir. Gölün suyu dəri xəstəliklərinin: psoriaz, ekzema, neyrodermit, örə müalicəsi üçün əhəmiyyətli olan faydalı xüsusiyyətlərə malikdir.
Alagöl gölü
Alagöl (Qazaxıstan) — Qazaxıstanda yerləşən ən nadir göllərdən biri. Alagöl — Şəki-Zaqatala zonasında göl; Alagöl — Yevlax rayonu ərazisində göl. Böyük Alagöl — Kiçik Alagöl — Böyük Alagöl — Kəlbəcər rayonu ərazisində dağ.
Böyük Alagöl
Böyük Alagöl — Qarabağ vulkanik yaylasında, Kəlbəcər rayonunda yerləşən şirin sulu göl. Kiçik Qafqazın göllərinə aid edilir və qərbdə Ermənistanla həmsərhəddir. == Tarixi == Kəlbəcər rayonunun mərkəzi 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edildiyindən, göl ermənilərin işğalı altında idi. 15 dekabr 2020 tarixindən Azərbaycan geri almışdır. == Haqqında == Dəniz səviyyəsindən 2729 m yüksəklikdə yerləşir, ən uzun yeri 3,7 km, ən enli yeri 9 m-dən artıqdır, gölün həcmi isə 24,3 mln m³. Gölün ətrafı qiymətli alp çəmənlikləridir. Sahəsi 5,1 km², uzunluğu 3670 m, maksimal eni 2875 m, orta eni 1365 m, sahil xəttinin uzunluğu 24,8 km, maksimal dərinliyi 9,4 m-dir. Böyük Alagölün yerləşdiyi ərazidə, yay vaxtı quruyan göllər də daxil olmaqla 30-a qədər göl var. Bunlardan ən böyüyü Kiçik Alagöl (sahəsi 0,9 km²), Cilligöl (sahəsi 0,3 km²), və Dikpiləkən çayının mənbəsində (3028 m) yerləşən Dikpiləkən gölüdür (sahəsi 0,06 km²). Böyük Alagölə 7 çay tökülür.
Kiçik Alagöl
Kiçik Alagöl — Qarabağ vulkanik yaylasında, Kəlbəcər rayonunda yerləşən şirin sulu göl. Dəniz səviyyəsindən 2739 m yüksəklikdə yerləşir, səhtinin sahəsi 1,2 km², ən dərin yeri metrdir. Gölün ətrafı qiymətli alp çəmənlikləridir. == Tarixi == Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edildiyindən, göl ərazisi də işğal altına düşür. 10 noyabr 2020-ci ildə imzalanan atəşkəs bəyanatına əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir.. Müvafiq olaraq gölün yerləşdiyi ərazi də Azərbaycanın nəzarətinə keçir. == Haqqında == Kiçik Alagöl Böyük Alagöldən 2 km cənub-şərqdə yerləşir. Sahəsi 0,9 km², uzunluğu 2000 m, maksimal eni 825 m, orta eni 450 m, sahil xəttinin uzunluğu 5260 m-dir. Gölün çox hissəsi susevən bitkilərlə örtülmüşdür. Maksimal dərinliyi 4 m-dir.
Alcohol Is Free
Alcohol Is Free — (Azərbaycanca: Alkoqol Pulsuzdur) Yunanıstanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Sidr (alkoqollu içki)
Sidr və ya alma şərabı — ənənəvi olaraq, alma şirəsinin qıcqırdılmasından alınan spirtli içki. Sidr hər hansı alma növündən hazırlana bilər, fəqət sidr alması bu məqsəd üçün ən yaxşı sayılır. Əvvəl Böyük Karl (VIII—IX ə.) alma torbasına oturub, əzib, beləliklə ilk dəfə sidrı yaratdığını deyilirdi. Fəqət, almalardan hazırlanan spirtli içki hələ Böyük Plini (I ə.) tərəfindən qeyd olunur. Britaniya adambaşı ən çox sidr içən ölkə və eyni zamanda dünyanın ən böyük sidr istehsalçısıdır. Ordaki qanuna görə, sidr adlı içkinin tərkibi ən azı 35% alma şirəsindən (və ya konsentratından) ibarət olmalı. Eyni zamanda CAMRA (Campaign for Real Ale; ing. Əsl Pivə üçün Hərəkət), fikrinə görə əsl sidrda ən azı 90% təzə çəkilmiş alma şirəsi olmalı. Fransada alma yetişdirmə haqqında biliyi qal tayfaları və onlardan sonra gələn, Fransa ərazisini təxminən 500 il ərzində idarə edən, Romalılardan irsən alıblar. Ölkədə ən ərkən bilinən sidr qeydi yunan coğrafı Straboya aiddir: o, Qalliyada alma ağacların bolluğu olduğunu yazıb, sidr kimi içkiyi izah edir.
Algol dili
ALGOL (The ALGOritmick Language) – 1958-ci ildə Avropada bir konsorsium tərəfindən inkişaf etdirilmişdir. IBM Firması FORTRAN dilini öz təchizatlarında istifadə ediləcək ortaq proqramlaşdırma dili olaraq mənimsədiyindən, avropalılar da alternativ bir dil inkişaf etdirmək istəmişlər. ALQOL dilində inkişaf etdirilən bir çox prinsip müasir proqramlaşdırma dillərinin hamısında istifadə edilməkdədir. 1958-1960-cı illərdə riyazi düsturları proqram əmrlərinə rahat çevirməyə imkan verən ALGOL (ALGOrithmic Language) dili Algol-58, Algol-60 yaradılmış və 1964- 1968-ci illərdə Algol 68 təkmilləşdirilmişdir. İlk proqramlaşdırma dillərindən olan bu dil həm proqramların, həm də alqoritmlərin yazılma vasitəsi kimi yaradılmışdır. == Digər proqramlaşdırma dilləri == KOBOL Assembler Basic C C++ C# Fortran JAL Java LISP Object C Pascal Perl PHP Prolog Python Ruby Scheme Delphi == Ədəbiyyat == Роберт В Себеста, Concepts of Programming Languages, 2001. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Amaurornis akool
Qonur kiçik sufərəsi (lat. Amaurornis akool) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin kiçik sufərəsi cinsinə aid heyvan növü.