Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alboran dənizi
Alboran dənizi (isp. mar de Alborán, ərəb. بحر البوران‎) — Aralıq dənizinin qərb qutaracağında yerləşirdi. Dənizi Atlantik okeanından Cəbəllütariq boğazı ayırır. Qərbdən-şərqə doğru onun uzunluğu 400 km, şimaldan-cənuba eni isə 200 km təşkil edir. Dənizin orta dərinliyi 1000–1500 m arasıdır. Bu coğrafi obyektin ən dərin yeri 2507 metr olaraq dənizin şərq qutaracağında yerləşir. Dib relyefi sualtı dağlar və dərələrdən üstəlik düzənliklərdən ibarətdir. Sualtı dağların ən böyüyü Alborandır, şimal-şərqdən başlayaraq cənub-qərb istiqamətində uzanır. Bəzi yerlərdə suyun üzərinə çıxır və burada Alboran adlı vulkan məşəlli ada əmələ gətirir.
Pablo Alboran
Pablo Alboran (isp. Pablo Alborán; 31 may 1989, Malaqa, Əndəlüs) — İspaniya müğənnisi. Ən məşhur ispandilli musiqiçilərdən olan artist karyerası boyunca "Ən Yaxşı Orijinal Mahnı" üçün "Qoya" mükafatı, doqquz "LOS40 Music Awards", iki "Qaviota de Oro" və iki "Premios Dial" mükafatlarının sahibidir. Bu illər ərzində Alboran dörd "Qremmi" mükafatına, eləcə də iyirmi səkkiz dəfə Latın "Qremmi" mükafatına namizəd görülmüşdür.
Algorand
Algorand — blokçeyn kriptovalyutası və kripto platformu. Platformanın şəxsi kriptovalyutası ALGO adlanır. == Tarixi == Algorand 2017-ci ildə MTİ-də proffesor işləyən Silvio Mikali tərəfindən quruldu. Algorand şirkət və fonddan ibarətdir. Protokolun inkişafını mərkəzi Bostonda yerləşən özəl şirkət Algorand Inc. dəstəkləyir. Algorand test şəbəkəsi 2019-cu ilin aprelində quruldu. Əsas şəbəkə isə 2019-cu ilin iyununda bazara çıxarıldı.
Allofan
Allofan X Al2O3 · YSiO2 · H2O; X:Y=1:1 — kolloidal mineraloiddir; Rentgenoamorfdur. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən == Növ müxtəliflikləri == Fosforlu allofan ( ~10 %-dək və daha çox P2O5), ferri-allofan – tərkibində Al < Fe3+ olan allofan. == Xassələri == Rəng – rəngsiz, ağ, mavi, çəhrayı, yaşıl, qonur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından yağlıyadək; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 1,9; Sərtlik – 3; Çox kövrəkdir; Əllə toxunduqda qurudur; Sınıqlar – qabıqlı; Morfologiya – Mineral aqreqatları: massiv, böyrək- və salxımvarı, stalaktitəoxşar, torpaqvari kütlələr, opalabənzər qaysaqlar. == Mənşəyi və yayılması == Allofan əsasən ekzogen mənşəlidir və adətən vulkanik məhsulların – kül və şüşənin aşınması zamanı əmələ gələn torpaqlarda toplanır. Həmçinin sulfatlı meteor mənşəli suların təsiri ilə silikat və alümosilikatların parçalanması nəticəsində əmələ gəlir. Oksidləşmə zonasında qeyd edilir. Hidrotermal mənşəli allofanın əmələ gəlməsi başqa mineralların hidrotermal dəyişilməsi ilə bağlıdır. Birlikdə rast gəldiyi minerallar: halluazit, gibbsit, fosfatallofan. Mineralın tapıldığı yerlər: Qrafental (Almaniya); Banska-Ştyavnitsa (Çexiya); Juravlinski (Rusiya); Kiviklar-Köy (Türkiyə); İndiana ştatında Laurens dairəsi (ABŞ). Azərbaycanda Gədəbəy mis-kolçedan və Daşkəsən dəmir filizi yataqlarında, Tutqunçay hövzəsinin qızıl filizi zolağında, Balakən, Göy-Göl rayonlarında və b.
Alkan
Alkanlar (Doymuş karbohidrogenlər və ya Parafinlər) — yalnız karbon (C) və hidrogen (H) elementlərindən təşkil olunmuş və CnH2n+2 formuluna cavab verən doymuş karbohidrogenlərdir. Məsələn bir karbonu olan metanın formulu CH4 Alkanlardan bir hidrogen çıxarılması ilə əldə edilən grupa alkil grupu (radikal qrup) deyilir ve 'R' ilə göstərilir. Məsələn metandan bir hidrogen çıxarılırsa metil (CH3), etandan bir hidrogen çıxarılırsa etil (C2H5) əldə edilir. Bu molekullar daha bir rabitə yaradaraq karbohidrogen zəncirinə bağlanır. CnH2n+2 kimi yazılır. Alkanların şaxələnməsi üçün, formuldakı n ədədi 3-dən böyük (n>3), halqalı (tsiklo) halında ola bilməsi üçünsə 2-dən böyük olmalıdır (n>2). == Alkanlarda izomerlik == Üç karbondan artıq karbonu olan alkanlarda izomerilik xüsusiyyəti vardır. Ən sadə izomer, şaxələnməmiş olan normal (n-) izomerdir. Bu izomer şaxələnərək çox saylı izomerlər yarada bilər. Karbonun sayı artdıqca şaxələnmə növü və sayı artdığından izomer sayı da artar.
Alatoran (roman)
Alatoran (ing. Twilight) — Stefani Mayer tərəfindən yazılmış vampir-sevgi romanıdır. Alatoran romanlar seriyasının birinci kitabı olan əsərdə Feniks, Arizonadan Forks, Vaşinqtona köçən on yeddi yaşlı İzabella “Bella” Svonun vampir Edvard Kallenə aşiq olmasından sonrakı həyatı təsvir olunur. “Alatoran” romanındakı hadisələr “Yeni ay”, “Tutulma” və “Sübh” romanlarında davam etdirilir. 2005-ci ildə ilk dəfə sərt üz qabığında nəşr edildikdən sonra, satışa çıxarılmasının bir ayında, roman New York Times Best Seller siyahısında beşinci yerdə qərarlaşır, qısa müddət sonra isə birinci yerə kimi yüksəlir. Həmin il, “Alatoran” “Publishers Weekly” tərəfindən 2005-ci ilin Ən Yaxşı Uşaq Kitabı adlandırılır. Roman həmçinin 2008-ci ilin ən çox satılan kitabı, 2009-cu ilin ikinci ən çox satılan kitabı olmaqla, yalnızca davamı olan “Yeni ay” romanından geri qalır. Roman 37 dilə tərcümə edilib. İlk nəşr edildiyi dövrdə roman tənqidçilər tərəfindən əsasən müsbət qarşılanır. Tənqidçilər romanı tez-tez “insanın ruhunun daxilinə sızan qaranlıq romantika” kimi təsvir edirlər və "yeniyetmələrin seksual hisslərini və yalnızlıqlarını yaxşı əks etdirməsi”ni qeyd edirlər.
Almaran (Sərdəşt)
Almaran (fars. ‎ال مران‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 107 nəfər yaşayır (16 ailə).
Balsoran possumlar
Tarsipes rostratus (lat. Tarsipes rostratus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin balsoran opossumlar fəsiləsinin tarsipes cinsinə aid heyvan növü.
Floran Maluda
Floran Maluda (fr. Florent Malouda; d. 13 iyun 1980) — Çelsi tərəfindən Fransanın Lion komandadan transfer edilmiştir. Sürətli, texniki bacarıqlı və yaxşı zərbələr çıxaran bir futbolçudur.Fransa milli futbol komandası ilə 2006 FİFA Dünya Kubokunda oynadığı futbol ilə adamları heyran etdi.
Alatoran: Sübh (dəqiqləşdirmə)
Alatoran. Saqa: Sübh (I hissə) (ing. Twilight Saga: Breaking Dawn — Part 1) Alatoran. Saqa: Sübh (II hissə) (ing. Twilight Saga: Breaking Dawn — Part 2) Alatoran romanlar seriyasın dördüncü cildin — Sübh kitabın əsasında çəkilən 2 film. Birinci hissəsi artıq 2011-ci ilin noyabrın 17-də, ikincisi isə 2012-ci ilin noyabrın 16-da ekranlara çıxdı.
Alatoran: Sübh (film)
Alatoran. Saqa: Sübh (I hissə) (ing. Twilight Saga: Breaking Dawn — Part 1) Alatoran. Saqa: Sübh (II hissə) (ing. Twilight Saga: Breaking Dawn — Part 2) Alatoran romanlar seriyasın dördüncü cildin — Sübh kitabın əsasında çəkilən 2 film. Birinci hissəsi artıq 2011-ci ilin noyabrın 17-də, ikincisi isə 2012-ci ilin noyabrın 16-da ekranlara çıxdı.
Alatoran (film, 2008)
Alatoran (ing. Twilight) — 2008-ci ildə Stefani Mayerin eyni adlı romanı əsasında romantik fentezi janrında çəkilmiş ABŞ filmidir. Ketrin Hardvikin rejissorluğu ilə çəkilmiş filmin əsas rollarını Kristen Stüart və Robert Pattinson canlandırmışdır. Alatoran filmi Alatoran filmlər seriyasının ilk filmidir. Filmdə əsas hadisələr Bella Svon (yeniyetmə qız) və Edvard Kallenin (vampir) romantik münasibətlərindən və vampir Kallenlər ailəsinin Bellanı ovçu vampirlərdən qoruması ətrafında cərəyan edir. Layihə üç il ərzində Paramount Pictures tərəfindən inkişaf etdirilirdi və bu zaman filmin məzmunu romanın məzmunundan əhəmiyyətli dərəcədə fərqlənirdi. Layihənin üç il ərzində eyni vəziyyətdə saxlanmasından sonra Summit Entertainment romanın istifadə hüquqlarını ələ keçirə bilmişdi. Melissa Rozenberq 2007-2008-ci il Amerika Yazıçılar Gildiyası tətilindən əvvəl romanın yeni ekran adaptasiyasını tamamlamışdır. Filmin əsas çəkilişləri 44 gün davam etmiş və 2 may 2008-ci ildə tamamlanmışdır. Çəkilişlər əsasən Oreqon ştatında aparılmışdır.
Alatoran (film musiqisi)
"Twilight: Original Motion Picture Soundtrack" — Alatoran filminin 2008-ci ildə satışa çıxarılmış rəsmi film musiqisi albomudur. Film musiqisi bəstəkar Karter Byurvel tərəfindən bəstələnmiş, digər mahnılar isə Aleksandra Patsavas tərəfindən seçilmişdir. Albom 4 noyabr 2008-ci ildə Patsavasın Chop Shop leyblı və Atlantic Records tərəfindən satışa çıxarılmışdır. İlk həftəsində 165,000 nüsxə ilə satılmış albom Billboard 200 hit paradına 1-ci yerdən daxil olmuşdur. Satışların 29%-i online satışın payına düşürdü. “Twilight: The Score” albomu 25 noyabr 2008-ci ildə onlayn satışa çıxarılmış, 9 dekabr 2008-ci ildən isə marketlərdə satışına başlanmışdır. Çikaqo filminin musiqi albomundan sonra, Alatoran filminin musiqi albomu ABŞ-də ən çox satılan film musiqisi albomu olmuşdur. Musiqi albomlarının hər ikisi, həmçinin əsas sinql olan Paramore’un “Decode” mahnısı 2010-cu ildə Qremmi mükafatına nominant göstərilmişdir. == Twilight: Original Motion Picture Soundtrack == Rejissor Ketrin Hardvik MTV-yə müsahibəsində alternativ rok qrupu Muse’un mahnısının filmdə istəfadə olunacağını bildirmiş, daha sonra isə həmin mahnının "Supermassive Black Hole" mahnısı olduğunu açıqlamışdı. Həmçinin filmdə Paramore’un iki mahnısı, Mutemath’ın yeni bir mahnısı və Perri Farrellin xüsusi olaraq film üçün yazdığı mahnı da istifadə olunmuşdu.
Alatoran (romanlar seriyası)
Alatoran (ing. Twilight) — məşhur romanlar seriyası, amerikan yazıçı Stefani Mayer tərəfindən yazılıb. == Kitablar == 1. Qanunsuz nəşrin ili.
Alatoran. Saqa: Tutulma
Alatoran. Saqa. Tutulma (ing. The Twilight Saga: Eclipse) daha çox “Tutulma” kimi tanınan, 2010-cu ildə Stefani Mayerin “Tutulma” romanı əsasında romantik-fentezi janrında çəkilmiş ABŞ filmidir. Alatoran filmlər seriyasından üçüncü film olan “Tutulma” 2008-ci ildə çıxarılmış “Alatoran” və 2009-cu ildə çıxarılmış “Yeni Ay” filmlərinin davamıdır. “Summit Entertainment” filmin çəkiləcəyini 2009-cu ilin fevralında elan etmişdi. Devid Sleydin rejissorluğu ilə çəkilmiş filmdə Kristen Stüart, Robert Pattinson və Teylor Lotner müvafiq olaraq Bella Svon, Edvard Kallen və Ceykob Blek obrazlarını canlandırmışlar. “Alatoran” və “Yeni Ay” filmlərində olduğu kimi “Tutulma” filminin də ssenarisini Melissa Rozenberq yazmışdır. Filmin çəkilişləri 17 avqust 2009-cu ildə “Vancouver Film Studios”da başlamış və oktyabrda tamamlanmışdır, çəkilişdən sonrakı istehsala isə növbəti ay start verilmişdir. Brays Dallas Hovard əvvəlki filmlərdə Viktoriya obrazını canlandırmış Raşel Lefevreni əvəz etmişdir.
Loran Blan
Loran Rober Blan (fr. Laurent Robert Blanc; d. 19 noyabr 1965, Ales, Fransa) — Fransa futbolçusu və baş məşqçisi. == Klub karyerası == Loren Blan karyerasına yarımmüdafiəçi kimi çıxış etdiyi "Monpelye"də başlamışdır. O, klubun qol vuran futbolçularından biri olmuşdur. Blanın çıxış etdiyi komanda 1987-ci ildə 1-ci liqadan ən yüksək səviyyəyə yüksəlmiş və 1990-cı ildə Fransa kubokunu qazanmışdır. O, 1991-ci ildə "Napoli"yə keçmişdir. Blan burada 31 oyun keçirmiş və 6 qol vurmuşdur. O, millidə oynamaq istədiyinə görə mövsümün sonunda komandadan ayrılmışdır.
Loran Fabius
Loran Fabius (fr. Laurent Pierre Emmanuel Fabius; 20 avqust 1946[…], Parisin 16-cı dairəsi[d]) — fransız siyasətçisi, Fransa Xarici İşlər naziri və Sosialist Partiyasının üzvü vəzifələrində çalışmış, 1984-1986-cı illərdə (37 yaşında) Fransanın Baş Naziri olmuşdur. == Həyatı == Loran Fabius 1946-cı ildə Parisdə sadə bir sənətkar ailəsində anadan olmuşdur. Fransanın ən nüfuzlu ali təhsil müəssisələrindən birini bitirdikdən sonra Fabius Dövlət Şurasının auditoriasında çalışdı. 1978-ci ildə ilk olaraq Sosialist Partiyasından Milli Məclisə üzv seçildi. Tezliklə Fabius Sosialist lideri Fransua Mitteranın daxili dairəsinə daxil oldu. 1981-ci ildə Mitteran prezident seçildikdə Fabius da Büdcə naziri oldu və iki il sonra Baş nazir oldu. O, bazar iqtisadiyyatına açıq olan "yeni" bir Fransız sosializmi müdafiə etdi. 1986-cı ildə parlament seçkilərində Sosialistlərin məğlubiyyətindən sonra təqaüdə çıxdı. 1988-ci ildə 41 yaşında Milli Məclisin sədri seçildi.
Melani Loran
Melani Loran (fr. Mélanie Laurent; 21 fevral 1983-cü il, Paris, Fransa) — Fransa aktrisası, rejissor, müğənni, Sezar mükafatı laureatı (2006). Melani Loran yəhudi ailəsində anadan olmuşdur. Uşaqlıq illərini Parisin 9-cu dairə adlanan ərazisində keçirmişdir. Gənclik illərində kinematoqrafla maraqlanmışdır. Kinoda ilk rolunu "İki çay arasında körpü" filmində ifa etmişdir. Melani Loran bu rolu "Asteriks və Obeliks Sezara qarşı" filminin çəkilişlərində təsadüfən tanış olduğu Jerar Depardyenin sayəsində əldə edə bilir. 1999-2009-cu illərdə 20 filmdə çəkilmişdir. Melani Loran rejissor Filipp Liorenin "Narahat olma, mən yaxşıyam" filmində itmiş əkiz qardaşı üçün darıxan və buna görə ruh düşkünlüyünə məruz qalan 19 yaşlı qəhrəmanı ifa etmişdi. Bu rola görə aktrisa Ən yaxşı ümidverici aktrisa kimi "Sezar" mükafatına layiq görülmüşdü.
Qran-Koran
Qran-Koran (fr. Grand-Corent) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Seyzeyra kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01177. 2010-ci ildə əhalinin sayı 161 nəfər təşkil edirdi.
Banu Alkan
Banu Alkan (1 aprel 1958, Dubrovnik) — xorvat əsilli türk aktrisa və müğənnidir. Türkiyə səhnəsinin Afroditası sayılır. == Həyatı == "Afrodita" ləqəbli Liz Remka Rebronja 1958-ci il aprelin 1-də (o zaman Yuqoslaviya) Xorvatiyanın Dubrovnik şəhərində anadan olub. 1966-cı ilin dekabrında ailəsi ilə birlikdə Balıkəsir vilayətinin Edremit mahalına köçdü. Rebronja ailəsi Türkiyə vətəndaşlığını qəbul edərək "Alkan" soyadına keçdilər. Xorvatca "yabanı gül" mənasını verən Remka əvvəl Yaprak, sonra isə adını Banu olaraq dəyişmişdir. İstanbula köçüb Kartalda yaşayıblar və təhsilinə Kartal Maltəpə Liseyində başlayıb. Gəncliyində arzusu olan modelliyə 16 yaşında LCC kurslarına qatılaraq başlayıb. Daha sonra Vakkodan təlim aldı. Aydan Adan — Füsun Özben Model Agentliyinin heyətinə qatılaraq bəzi reklamlarda rol alıb.
Alatoran:Tutulma (film musiqisi)
“The Twilight Saga: Eclipse (Original Motion Picture Soundtrack)” Alatoran. Saqa: Tutulma filminin film musiqisi albomudur. Bu, filmlər seriyasının üçüncü musiqi albomu olmaqla 8 iyun 2010-cu ildə çıxarılmışdır. Bu dəfə də əvvəlki iki filmdə olduğu kimi film musiqisi Aleksandra Patsavasın prodüserliyi ilə hazırlanmışdır. Alboma daxil olacaq musiqilərin siyahısı 12 may 2010-cu ildə xüsusi MySpace açıqlaması ilə elan edilmişdir. 146.000 nüsxə ilə satılan albom “Billboard 200” hit-paradında ikinci yerdə debüt etmişdir. == Kompozisiyaların siyahısı == Kompozisiyaların siyahısı albomun MySpace səhifəsində xüsusi bütün gün tədbiri zamanı açıqlanmışdı. Filmdə istifadə olunmuş mahnılardan, sırf film üçün yazılmış musiqilərə kimi, hər şeydə əvvəlki iki filmdə istifadə edilmiş təcrübəyə əsaslanılmışdır. Sia, The Black Keys və Si Lo Qrin kimi musiqiçilərlə yanaşı, əvvəlki iki filmdə olduğu kimi bu filmdə də Muse qrupunun mahnılarından istifadə olunmuşdur. Tutulma filminin musiqisi Oskar mükafatı laureatı olan bəstəkar Hovard Şor tərəfindən yazılmışdır.
Alatoran: Tutulma (film musiqisi)
“The Twilight Saga: Eclipse (Original Motion Picture Soundtrack)” Alatoran. Saqa: Tutulma filminin film musiqisi albomudur. Bu, filmlər seriyasının üçüncü musiqi albomu olmaqla 8 iyun 2010-cu ildə çıxarılmışdır. Bu dəfə də əvvəlki iki filmdə olduğu kimi film musiqisi Aleksandra Patsavasın prodüserliyi ilə hazırlanmışdır. Alboma daxil olacaq musiqilərin siyahısı 12 may 2010-cu ildə xüsusi MySpace açıqlaması ilə elan edilmişdir. 146.000 nüsxə ilə satılan albom “Billboard 200” hit-paradında ikinci yerdə debüt etmişdir. == Kompozisiyaların siyahısı == Kompozisiyaların siyahısı albomun MySpace səhifəsində xüsusi bütün gün tədbiri zamanı açıqlanmışdı. Filmdə istifadə olunmuş mahnılardan, sırf film üçün yazılmış musiqilərə kimi, hər şeydə əvvəlki iki filmdə istifadə edilmiş təcrübəyə əsaslanılmışdır. Sia, The Black Keys və Si Lo Qrin kimi musiqiçilərlə yanaşı, əvvəlki iki filmdə olduğu kimi bu filmdə də Muse qrupunun mahnılarından istifadə olunmuşdur. Tutulma filminin musiqisi Oskar mükafatı laureatı olan bəstəkar Hovard Şor tərəfindən yazılmışdır.
Alatoran. Saqa: Yeni Ay
Alatoran. Saqa. Yeni Ay (ing. The Twilight Saga: New Moon) — həmçinin "Yeni Ay" kimi tanınan, 2009-cu ildə, yazıçı Stefani Mayerin 2006-cı ildə nəşr olunmuş “Yeni Ay” romanı əsasında çəkilmiş romantik fentezi filmidir. Alatoran filmlər seriyasının ikinci filmi olan “Yeni Ay” 2008-ci ildə çəkilmiş “Alatoran” filminin davamıdır. Alatoran filminin qazandığı böyük uğurdan sonra, 2008-ci ilin noyabrında “Summit Entertainment” “Yeni Ay” filmi üçün yaşıl işıq yandırmışdı. Kris Veytz tərəfindən çəkilmiş filmdə Edvard Kallen, Bella Svon və Ceykob Blek obrazlarını müvafiq olaraq Robert Pattinson, Kristen Stüart və Teylor Lotner canlandırmışdır.“Alatoran” filmində olduğu kimi, “Yeni Ay” filmində də ssenarinin yazılması işini Melissa Rozenberq öz öhdəsinə götürmüşdür. Çəkilişlər 2009-cu ilin martında Vankuverdə başlamış, may ayında isə İtaliyanın Montepulçiano şəhərində davam etdirilmişdir. Film, 20 noyabr 2009-cu ildə dünyanın bir çox ölkələrində vizyona girmiş, ilk həftəsində 26.3 milyon $ toplayaraq daxili baxış miqdarına görə rekord qırmış və onun rekordu yalnız, Alatoran filmlər seriyasından olan növbəti film, Alatoran. Saqa.
Jak Loran Aqas
Jak Loran Aqas (fr. Jacques-Laurent Agasse) — İsveçrəli rəssam. Loran Aqas əsasən mənzərə və heyvan rəsmləri çəkməklə məşhurlaşmışdır. == Həyatı == 1767-ci ilin 24 aprel tarixində Genuya şəhərində dünyaya gələn Aqas ilk rəssamlıq təhsilində bu şəhərdə almışdır. 20 yaşı olarkən təhsilini daha yüksək səviyyədə davam etdirə bilmək üçün Paris şəhərinə gedir. Atların və digər heyvanların anatomik quruluşu ilə gənclik illərindən maraqlanan İsveçrəli rəssam baytarlıq təhsili almağa başlayır. Bu müddət ərzində nəsil kökünün bağlı olduğu İsveçrəyə mütamadi gedirdi. Heyvanlara olan marağı səbəbindən bu mövzuda şəkillər çəkməyə başladı və elə qısa zamanda Avropada məşhurluq əldə etdi. Jak Loran Aqas eyni zamanda Osmanlı imperiyası ilə əlaqəli mövzularda rəsm əsərləri çəkmişdir. Rəssam 1849-cu ildə London şəhərində vəfat edib.
Pyer Loran Vantsel
Pyer Loran Vantsel (fr. Pierre Laurent Wantzel; 5 iyun 1814, Paris – 21 may 1848, Paris) — Fransa riyaziyyatçısı; ilk dəfə isbat etmişdir ki, pərgar və xətkeşin köməyi ilə bucağın üç bərabər hissəyə bölünməsini həyata keçirmək və kubu ikiqat artırmaq mümkün deyil.