Ambrosia elatior var. artemisiifolia
Yovşanyarpaq ambroziya (lat. Ambrosia artemisiifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ambroziya cinsinə aid bitki növü.
== Botaniki xarakteristikası ==
Birillik, gövdəsi düz, sadə və ya budaqlanan, 25-80 sm hündürlükdə bitkidir. Yarpaqları qarşı-qarşıya və ya növbəli düzülmüş, saplaqlı, aşağı yarpaqlar ikiqat, yuxarı yarpaqlar dərin lələkvari bölünmüş, bölümləri uzunsov-lansetvari, iti, tam və ya dişli, hər təfərdən qısa və sıx tükcüklü, aşağıda bozumtuldur. Səbətləri uzun və nazik sünbülvari çiçəkqrupunda toplanıb. Erkəkcik çiçəkləri sarı, səbətləri yarımşarvari, 3-5 mm enindədir. Sarğı yarpaqcıqları yaşıl rənglidir. Toxumcaları 3 mm uzunluqda, yumurtavari-uzunsov, incə burunludur. Tozcuqları allergiya xüsusiyyətlidir.
== Yayılması ==
Böyük Qafqazın qərbi, Abşeronun rayonlarında aran və dağətəyi ərazilərdə yayılmışdır.