Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ammian Marsellin
Ammian Marsellin (təq. 330[…], Antioxiya – təq. 395, Roma[…]) — Roma tarixçisi. IV əsrin ortalarında Roma-Əhəməni müharibələrində iştirak etmiş, eyni zamanda imperiyanın qərb hissəsində xidmət etmişdir. Suriya əsilli Marselin yeganə əsəri olan "Əməllər"i (lat. Res gestae), latın dilində yazmışdır. Bu əsər "Tarix" və ya "Roma tarixi" olaraq da bilinir. Tarixi əsərin qalan hissəsi (kitablar XIV-XXXI) 353-378-ci illəri əhatə edir, lakin ümumilikdə povest imperator Nervanın hakimiyyəti ilə başlamışdır (96). Ammian Marcellin bəzən son böyük Roma və ya hətta qədim Yunan tarixçisi kimi də xarakterizə olunur. == Həyatı == Qədim dövrün bir çox müəllifləri kimi Ammian Marsellin özü haqqında bu günümüzə gəlib çatan yeganə əsərində olduqca az məlumat verib.
Euphorbia ammak
Euphorbia ammak (lat. Euphorbia ammak) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Amvrak
Amvrak (q.yun. Άμβρακας; Άμβραξ) — qədim yunan mifologiyasında fesprotiyalıların əcdadı Fesprotun oğlu. Ambrax öz adını qədim Amvrakiya, o da öz növbəsində Amvrakikos körfəzinə vermişdir. Qədim dövrlərdə Amvrak bu şəhərdə mövcud olan Afrodita ilahəsinin məbədinin, eləcə də Eneyə həsr olunmuş Heronun banisi hesab olunurdu.
Ammal
Ammal (ərəb. عمال‎)— Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 102 metr yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 62 kilometr (39 mil) şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 28 kilometr (17 mil) cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 8505 nəfər idi.
Amman
Amman — İordaniyanın paytaxtı, Amman muhafazasının inzibati mərkəzi. == Tarixi == Amman şəhəri ölkənin şimal-qərbində Zerka vadisində, Ölü dənizdən 40 km şimal-şərqindədir. Şəhər Bibliya əsatirlərinə əsasən Rabbat-Ammon kimi tanınır. Aşşur və Əhəmənilər dövlətlərinin tabeliyində olmuşdur. Ellinizm və Roma imperiyası dövründə Filadelfiya adlanırdı. Roma imperiyasının, Selevkilər və Ptolemey dövlətlərinin tərkibinə daxil idi. 635-ci ildən Ərəb xilafətinin tərkibində olmuşdur. Xilafətin süqutundan sonra (10-cu əsr) müxtəlif dövlətlərin ərazisinə qatılmış və tənəzzülə uğramışdır. 1516-cı ildən Birinci Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasının tərkibində idi. 1921-ci ildən Transiordaniya əmirliyinin, 1946-cı ildən Haşimi Krallığının (İordaniya), 1950-ci ildən isə İordaniya Haşimi Krallığının paytaxtı olmuşdur.
Ammit
Ammit (q.misir ꜥm-mwt , "ölüləri yeyən"; həm də Ammut və ya Ahemait olaraq tərcümə olunur) — qədim Misir mifologiyasında şirin ön hissəsi, begemotun arxa hissəsi və timsahın başı olan ilahə. Qədim misirlilərə məlum olan üç ən böyük "insan yeyən" heyvan. Cənazə tanrısı, onu "Ölüləri yeyən", " Ürək yeyən" və "Böyük ölum"də adlandırırdılar. == Təsviri == Ammit adətən timsahın başı, aslanın ön ayaqları və yuxarı bədəni (bəzən bəbir və ya pələngin yuxarı bədəni kimi də təsvir olunur) və begemotun arxa ayaqları və aşağı bədəni ilə təsvir olunur. Bu üç ölümcül yırtıcı birləşməsi onu göstərir ki, heç bir pis ruh Ammitin məhvindən xilas ola bilməz. Ammit də digər Misir tanrıları ilə birlikdə, insan öldükdən sonra onun ürəyini çəkərək təsvir edilmişdir və insanın taleyi burada həll olunur. Əgər bir insan pis hesab edilərsə, Ammit qəlbi məhv edər və insan məhv olar. Ammit Misirin yeraltı dünyası olan Duatda "ədalət tərəzisinin" yanında yaşayırdı. "İki Həqiqət Salonu"nda Anubis insanın ürəyini dəvəquşu lələyi kimi təsvir edilən, həqiqət ilahəsi Maatın tükü ilə ölşərdi (lələk tez-tez Maatın baş geyimində təsvir olunurdu). Ürəyin murdar olduğu mühakimə edilsəydi, Ammit onu yeyərdi və mühakimə olunan şəxsin Osiris və ölümsüzlüyə doğru səyahətini davam etdirməsinə icazə verilməzdi.
Aymak
Aymak (monq. аймаг, mon. ᠠᠶᠢᠮᠠᠭ, qırğ. аймак) — türk və monqollarda nəsli-tayfa birliyi forması, müasir dövrdə Monqolustanda və Çin Xalq Respublikasının Daxili Monqolustan adlanan ərazisində muxtar rayon. == Tarixi == Monqol mənşəli Şimali Yuan sülaləsi və Tzin sülaləsi dövründə Xarici Monqolustan 4 aymaka (Tuşetu-xan, Sayn-Noyon-xan, Dzasaqtu-xan və Setsen-xan) bölünürdü. Rusiyada kalmık qəbilələrinin və Çində Tzin sülaləsinin əraziləri də aymaklara bölünürdü. P. İ. Rıçkovun 1762-ci ildə nəşr edilən "Orenburqun topoqrafiyası" əsərində XVIII əsrdə başqırdlarda da aymak inzibati ərazi bölgüsünün mövcud olması haqqında məlumatlar vardır. Buryatiya Respublikasının müasir rayonları da 1917–1977-ci illərdə aymaklar adlanırdı.. 1922–1963-cü illərdə Dağlıq Altay muxtar vilayətinin rayonları da aymak adlandırılmışdır. == Müasir dövrdə == Müasir Monqolustanın ərazisi 21 aymaka bölünür.
Ammnad (Şəbüstər)
Ammnad (fars. امند‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,282 nəfər yaşayır (605 ailə).
Ammi
Dişqurtlayan (lat. Ammi) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Amlia adası
Amlia adası (ing. Amlia Island, aleut. Амлаҳ) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan ada. İnzibati baxımından Alyaska ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Adada yaşayış yoxdur. == Coğrafiya == Atka və Siquam adaları arasında yerləşirt. Uzunluğu 74, eni isə 14 km təşkil edir. Sahəsi 445,7 km²-dir. Ada dağlıqdır, maksimal hgündürlüyü 616 metrdir.
Amman (botanik)
İohann Amman (ing. Johann Amman; 22 dekabr 1707 – 4 dekabr 1741, Sankt-Peterburq) — Böyük Britaniya botaniki. == Elmi fəaliyyəti == İohann Amman toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Stirpium rariorum in Imperio Rutheno sponte provenientium icones et descriptiones / Collectae ab Joanne Ammano, M. D. Acad. Imper. scient. membro et botanices professore, Regiae Societatis Londinensis sodali; Instar supplementi ad Commentar. Acad. scient. Imper.
Amman sarmaşığı
Amman sarmaşığı (lat. Convolvulus ammanii) - sarmaşıq cinsinə aid bitki növü.
Amrak xaqan
Amrak xaqan - Taspar xaqanın oğlu idi. Qurultay tərəfindən xaqan seçilmişdi. Lakin elə həmin il İşbara xaqanın lehinə taxta iddia etməkdən əl çəkdi. == Həyatı == Amrak xaqan VI əsrdə hökm sürmüş Göytürk yabqusu və xaqanıdır. Hakimiyyət dövrü çox qısadır. Siyasi təzyiqlər onu xaqanlıqdan öz xoşu ilə əl çəkməyə məcbur etmişdir. Amrak şəxsi adıdır, xaqanlıq adı bilinməməkdədir. Çin qaynaqlarında adı Anluo Xaqan deyə keçməkdədir. Amrakın atası Taspar xaqan imperiyanın dördüncü xaqanı idi. Amrak 581-ci ildə atasının ölümü ndən sonra taxta keçdi.
Armik Karamyan
Armik Aleksandroviç Karamyan (erm. Արմիկ Ալեքսանդրի Քարամյան; 3 avqust 1918, Kerki – bilinmir) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR meşə və ağac emalı sənayesi naziri (1971–1972). == Həyatı == Armik Aleksandroviç Karamyan 1918-ci ildə Buxara əmirliyinin (hazırda Türkmənistan) Kerki şəhərində kəndli ailəsində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun geologiya-kəşfiyyat fakültəsinə daxil olmuş, 1934-cü ildən Lenin komsomolu fəalı olmuşdur. Böyük Vətən müharibəsinin başlanğıcında Sovet Ordusu sıralarınanda hərbi xidmətə çağırılmış və 1943-cü ildə hərbi topçular məktəbini bitirərək 1945-ci ilədək müharibə cəbhələrində vuruşmuşdur. Müharibədən sonra Armik Karamyan Bakıya qayıdaraq Azərbaycan Sənaye İnstitutunda diplomunu müdafiə etmişdir. 1946–1950-ci illərdə "Orconikidzeneft" idarəsinin mədənlərində baş geoloq vəzifəsində çalışmış, eyni zamanda buradakı ilk partiya təşkilatının katibi olmuşdur. 1950-ci ildə partiya işlərində irəli çəkilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı, sonralar isə neft sənayesi şöbəsi rəisinin müavini vəzifələrində işləmişdir. 1952–1953-cü illərdə Azərbaycan KP Bakı Vilayət Komitəsinin ağır sənaye şöbəsinin müdiri olmuş, 1953-cü ildə Azərbaycan KP Bakı Komitəsinin neft sənayesi şöbəsinin rəisi, 1954-cü ildə isə bu komitənin katibi seçilmişdir. Armik Karamyan 1963–1971-ci illərdə Bakı Şəhər Xalq Nəzarəti Komitəsinin sədri, Azərbaycan SSR Xalq Nəzarəti Komitəsi sədrinin müavini olmuşdur.
Aziak adası
Aziak adası (ing. Aziak Island) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan ada. İnzibati baxımından Alyaska ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. == Coğrafiya == Böyük Sitkin adasından cənubda yerləşir. 1,8 km uzunluğa malikdir. İlk dəfə 1852-ci ildə Mixail Tebenkov tərəfindən xəritəyə salınmışdır. Aleut dilində ha-azax sözündən törəmişdir, tərcümədə "on" deməkdir. Adanın maksimal hündürlüyü 117 metrdir.
Kelvin Amian
Kelvin Amian Adou (8 fevral 1998-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Tuluza klubunda müdafiəni sağ cinahında çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Tuluza === Amian Tuluza akademiyası ilə inkişaf etmişdir. Liqa 1-də debütünü 14 avqust 2016-cı ildə Marsel klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır.
Maykl Ammar
Maykl Ammar (ing. Michael Ammar; 25 iyun 1956) — sehrbaz. == Haqqında == 1956-ci ilcə Qərbi Virciniyada, Loqanda dünyaya gəlmişdir. Dünyanın ən məşhur sehrbazlarından biridir.
İohann Amman
İohann Amman (ing. Johann Amman; 22 dekabr 1707 – 4 dekabr 1741, Sankt-Peterburq) — Böyük Britaniya botaniki. İohann Amman toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. Stirpium rariorum in Imperio Rutheno sponte provenientium icones et descriptiones / Collectae ab Joanne Ammano, M. D. Acad. Imper. scient. membro et botanices professore, Regiae Societatis Londinensis sodali; Instar supplementi ad Commentar. Acad. scient. Imper.
Sleim Ammar
Şleim Ammar (ərəb. سليم عمار‎; 30 iyun 1927[…], Sus – 6 noyabr 1999) — tunisli psixiatr və psixoloq və şair. O, Məğrib psixiatriyasının yaradıcılarından biri və eyni zamanda Dəməşq Ərəb Akademiyasının müxbir üzvü idi. 30 iyun 1927-ci ildə Sus şəhərində anadan olub, 1954-cü ildə Paris Universitetinin tibb fakültəsini tibb dərəcəsi alıb. Daha sonra 1984-cü ildə Tunis Tibb Fakültəsinin psixiatriya və tibbi psixologiya üzrə fəxri professoru olub. Şleim Ammar Şimali Afrika psixiatriyasının qabaqcıllarından biri hesab olunur və fransız və ərəb dillərində yazdığı şeirləri ilə tanınır. O, İbn Sinanın tədqiqatçısı idi. Poème de la médecine arabe, Tunis, Alif, 1990, 153 p. (ISBN 978–9973716187). Autopsie de la guerre, Tunis, L'Art de la composition, 1992, 168 p.
Amak adası
Amak adası (ing. Amak Island) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Amerika Birləşmiş Ştatlarının Alyasaka ştatına daxildir. == Coğrafiya == Alyaska yarımadasının qərb qutaracağından şimalda yerləşir. Adada fəaliyyətdə olan Amak vulkanı vardır. Sahəsi 15,094 km². Makimal hündürlüyü 488 metrdir. Ərazisi əsasən tundra bitkiləri, mamır və şibyə ilə örtülmüşdür. Yaşayışı olmayan bir qayalıq adadır.
Amma ulusu
Amma ulusu (saxa Амма улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Amma kəndidir. == Coğrafiyası == Mərkəzi Yakutiyanın cənub-şərqində yerləşir. Şimaldan Çurapçı ulusu, şərqdən və cənub-şərqdən Ust-Mayski ulusu ilə, cənubdan və qərbdən Aldan ulusu ilə, şimal-qərbdən Xanqalas və Meqino-Kanqalas ulusları ilə həmsərhəddir. Rayonun sahəsi 29,4 min km²-dir. === Təbii şərait === Amma çayının orta axarında, Prilenski yaylasında yerləşir. Yanvarda orta temperatur −38 … — 42 ° C, iyulda + 16 … + 18 ° C təşkil edir. Yağıntı ildə 200–250 mm-dir. == Tarixi == Ulusun mərkəzi 1652-ci ildə rus kəndli fermerləri tərəfindən Amqinskaya qəsəbəsi olaraq qurulan Ammadır. Saxalıların yerli sakinlərinin əkinçilik mədəniyyətinə qoşulduğu ilk rayonlardan biridir.
Ammi glaucifolium
Böyük dişqurtlayan (lat. Ammi majus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dişqurtlayan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik ot bitkisi olub, kiçik ağ çiçəkləri olmaqla, iri çiçəklərınin diametri 15 sm, çiçək qrupu isə mürəkkəb çətirdir. Düz, çılpaq, şırımlı gövdəli, hündürlüyü 100-140 sm-dir. Yuxarı hissəsi budaqlanan, gövdə budağındakı yarpaqları orta saylıdır. Yarpaq lövhəcikləri iki, hətta üç lələkvari bölünmüş olur. Meyvəsi sallaq, kiçik, uzunluğu 2-3 mm, eni isə 1 mm-dir. Yetişmiş və qurudulmuş mədəni birillik ot bitkisi olan böyük amminin meyvələri xammal olaraq toplanılır. Meyvələrini bitki ölüşkəyən zaman toplanılır. Mərkəzi çətirindəki meyvələri yetişməyə başladıqda bitki toplanılmalı və qurudulmalıdır.
Ammi majus
Böyük dişqurtlayan (lat. Ammi majus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dişqurtlayan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik ot bitkisi olub, kiçik ağ çiçəkləri olmaqla, iri çiçəklərınin diametri 15 sm, çiçək qrupu isə mürəkkəb çətirdir. Düz, çılpaq, şırımlı gövdəli, hündürlüyü 100-140 sm-dir. Yuxarı hissəsi budaqlanan, gövdə budağındakı yarpaqları orta saylıdır. Yarpaq lövhəcikləri iki, hətta üç lələkvari bölünmüş olur. Meyvəsi sallaq, kiçik, uzunluğu 2-3 mm, eni isə 1 mm-dir. Yetişmiş və qurudulmuş mədəni birillik ot bitkisi olan böyük amminin meyvələri xammal olaraq toplanılır. Meyvələrini bitki ölüşkəyən zaman toplanılır. Mərkəzi çətirindəki meyvələri yetişməyə başladıqda bitki toplanılmalı və qurudulmalıdır.
Ammi visnaga
Diş dişqurtlayan (lat. Ammi visnaga) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dişqurtlayan cinsinə aid bitki növü. == Dişqurtlayan == Dişlərin arasına dolan yemək qalıqlarını təmizləmək üçün çırtlanmış tum qabığını xatırladan dişqurtlayan meyvələrinin çəyirdəyi bəlkə də ən təbii vasitədir. Ehtimal ki, bitkinin adının yaranmasında da bu amil əsas rol oynayıb. Əks halda nə bitkinin boy-buxunu, nə də ağappaq çiçəkləri ilə adı arasında heç bir əlaqə tapmaq mümkün olmazdı. Dişqurtlayan ağappaq çiçəklərinin başçatladan xoşagəlməz qoxusu olur və bu kəsif qoxu hər kəsi ondan aralı gəzməyə vadar edir. == Botaniki təsviri == 1 m-ə qədər hündürlüyü olan çoxbudaqlı ikillikot bitkisidir. Milşəkilli odunlaşmış incəbudaqlı kökə malikdir. Dikdayanan, incəşırımlı, en kəsiyində dəyirmi gövdəsi, növbəli düzülmüş, ayaları ikili və ya üçlü yarılmış və xətvarı paylar əmələ gətirmiş yarpaqları var. Xoşagəlməyən qoxusu olan, ağ rəngli xırda çiçəkləri gövdə və budaqların sonunda məskunlaşaraq çoxşüalı, diametri 6-10 sm olan mürəkkəb çətirşəkilli çiçək qrupunu əmələ gətirmişdir.
Corc Amik
Corc Amik (ing. George Amick) — 24 oktyabr 1924-cü ildə ABŞ-nin Oreqon ştatında anadan olmuş, 9 aprel 1959-cu ildə Floridada Daytona Beach-də keçirdiyi avtomobil qəza nəticəsində vəfat etmişdir. ABŞ-lı avtomobil yarışçısı, əsasən Amerika milli çempionatında çıxış etmişdir.38 qalibiyyət qazanmışdır. Yarışçı 1955-59-cu illərdə AAA, Usac,1957-58-ci illərdə Indianapolis 500 iştirak etmişdir. Formula 1ə daxil olan bu yarışlarda , Corc 6 xal qazanmış, 1958-ci ildə 15-ci yerdə qərarlaşmışdı. == Yarış karyerası == Amik, karyerasına ABŞ-nin şimal şərq ştatlarında başlayan yarışlarda çıxış edərək başlamış və sonralar Mitjet oyunlarına keçmişdir. Son 3 ildə 38 qalibiyyət qazanaraq hər üç mövsümdən bir ilk on ən yaxşı iştirakçı siyahısına daxil olurdu. 1958-ci ildə AAA yarışlarına, daha sonra USAC yarışlarına qatılmağa başladı. Burada 5 il ərzində 3 dəfə qalibiyyət qazanır.1956-cı ildə Indianapolis 500 yarışlarında iştirak üçün müraciət edir, lakin qəbul olunmur. 1957-ci ildə qəbul olunsa da, sürət aşağı olduğundan yarışa daxil ola bilmir.