Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Antipin–Şabalin ekspedisiyası
Antipin–Şabalin ekspedisiyası – 1778–1780-ci illərdə İvan Antipin və Dmitri Şabalinin başçılıq etdiyi rus ekspedisiyası. Ekspedisiyanın məqsədi Kuril adalarını tədqiq etmək, yerli xalq olan aynuları ruslaşdırmaq və Yaponiya ilə ticarət əlaqələri qurmaq idi. == Zəmin == XVIII əsrin ikinci yarısında Rusiya imperiyası Kuril adalarını tədqiq etmək və Yaponiya ilə ticarət əlaqələri qurmaqla maraqlanırdı. Kuril adalarını Rusiyaya tabe etmək istəyən hökumət İrkutsk qubernatoru Adam Brilə adaları ətraflı tədqiq etmək barədə göstəriş vermişdir. 28 noyabr 1772-ci ildə Bril Kamçatka komandiri Maqnus fon Bemi adaları tədqiq etməklə vəzifələndirmiş, ona "mülki, amma çox böyük olmayan, guya balıqçılıq və ovçuluqla məşğul olan bir gəmini Kuril adalarının cənubundakı yaşayış məntəqəsi Akkeşiyə, hətta Hokkaydoya göndərmək" missiyası vermişdir. Bemin əsas vəzifəsi yerli əhalinin adətlərini, adaların, çayların, meşələr, balıqçılıq və ovçuluq ərazilərinin coğrafiyasını təsvir etmək, adaların tam xəritəsini çıxarmaq idi. Ekspedisiya aynulara lazım olan rus malları və materiallarını, eləcə də, bunun qarşılığında aynulardan ala biləcəkləri şeyləri müəyyənləşdirməli, yaponlarla dostluq və ticarət əlaqələri qurmalı idi. Ekspedisiyanın digər məqsədi Kuril adalarında yaşayan yerli əhaliyə Rusiya vətəndaşlığını qəbul etdirmək və rus adətlərini öyrətmək üçün bir neçəsini Rusiyaya aparmağı təklif etmək idi. == Ekspedisiya == 1774-cü ildə yakut tacir Pavel Lebedev-Lastoçkin ekspedisiyanı maliyyələşdirmiş, ekspedisiya üçün "St. Ekaterina" gəmisini Kamçatkaya göndərmişdir.
Yanacağın qiymət artımına görə İran etirazları (2019)
2019-cu ildə yanacağın qiymət artımına görə İran etirazları — İlk başda yanacaq qiymətlərindəki 200%-lik bir artışla başlayan, ancaq daha sonra İrandakı mövcud rejimə və Ali Rəhbər Əli Xameneinin istefasına yönələn, İranın bir çox şəhərlərində baş tutan sivil etirazlardır. Etirazlar 15 noyabr axşamında başladı və internətdə nümayişlərin videosu yayılmağa başladıqca üsyanlar saatlar içərisində 21 şəhərə sıçradı. Şiddətli etirazların şəkilləri beynəlxalq səviyyəli etirazlarla birlikdə internetdə paylaşıldı. Etirazlar ilk başda dinc toplanmalar kimi başlasa da, hökumətin sərt tədbirləri iğtişaşları bütün İran rejiminə qarşı yönəltməyə təşviq etdi. İran hökuməti etirazları susdurmaq üçün ölkə səviyyəsində interneti kəsmək, binalardan, vertolyotlardan, yaxın məsafədən pulemyotla etirazçılara atəş açmaq kimi ölümcül üsullardan istifadə etdi. İran hökuməti, həmçinin, etirazları basdırarkən ölənlərlə bağlı real rəqəmlərin gizli qalması üçün öldürülən nümayişçilərin cəsədlərini yaxınlarına vermirdi. Öldürülənlər ailələri KİV-lərə məlumat verməsin və ya yas mərasimi keçirməsin deyə hökumət tərəfindən təhdid etdilmişdi. Ölənlərlə bağlı hələ də tam dəqiq bir rəqəm olmasa da, bəziləri mühafizə qüvvələrinin 1000-dən çox İran vətəndaşını öldürdüyünü təxmin edir. Hökumətin etirazçılara qarşı sərt tədbirlər almağı etirazçıları daha şiddətli reaksiya verməyə təşviq etdi. İran mərkəzi bankı daxil olmaqla ölkə səviyyəsində 731 banka, 9 dini mərkəzə hücumlar oldu, antiamerikanizm və Ali Lider Əli Xameneiyə aid olan plakatlar, həmçinin abidələr dağıdıldı, yandırıldı.