Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aleksandra Antonova
Aleksandra Antonova (d. 22 noyabr 1991) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Aleksandra Antonova, Rusiya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 15:16 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını altıncı pillədə başa vurdu.
Diana Antonova
Diana Antonova (d. 17 yanvar 1993) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Diana Antonova, Rusiya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 15:16 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını altıncı pillədə başa vurdu.
Aronovka
Əzizli (əvvəlki adı: Aronovka) — Azərbaycan Respublikası Xaçmaz rayon inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Xaçmaz rayonunun Aronovka kəndi Əzizli kəndi adlandırılmışdır.
Antonov
Antonov — soyad. Aleksey Antonov — Sovet hərbi komandiri, ordu generalı. Oleq Antonov — Sovet təyyarə dizayneri.
Nataşa Andonova
Nataşa Andonova (mak. Наташа Андонова; 4 dekabr 1993) ― Makedoniya milli futbol komandasının kapitanı olmuş futbolçu. O, başqa Makedoniya oyunçusu Siyçe Andonovanın kiçik bacısıdır. O, Makedoniya yığması tarixinin ən yaxşı bombardiridir. Andonova karyerasına Makedoniyanın "ZFK Tikveşanka" klubunda başladı. O, ilk dəfə beynəxalq diqqəti özünə 2010-cu ildə 19-yaşlılar arasında Makedoniyada keçirilən Avropa çempionatında çəkdi. Yarışmada ən zəif komandada çıxış etməsinə baxmayaraq, Andonova turnirin ən yaxşı oyunçusu seçildi. O vaxta qədər futbolçu artıq Makedoniya millisinin əsas komandasının heyətində çıxış etmişdir. 2010-cu ilin yayında Andonova 2010–11 Çempionlar Liqasının ilkin mərhələsində oynayan "ZFK Borets" klubuna transfer oldu və qış transfer bazarında bacısı Siyçe ilə birlikdə Avropa çempionu olan "Turbine Potsdam" klubu ilə müqavilə imzaladı. Fevral ayında əsas komandanın üzvü oldu və ilk Bundesliga matçına elə həmin ay çıxdı.
Aleksey Antonov
Aleksey İnnokenteviç Antonov (15 (27) sentyabr 1896, Qrodno, Litva general-qubernatorluğu[d] – 18 iyun 1962, Moskva) — Sovet hərbi komandiri, ordu generalı. 1945–1946-cı illərdə Ali Qərərgah rəisi. 1942-ci ilin dekabrında Böyük Vətən müharibəsində sovet qoşunlarının demək olar ki, bütün qoşunlarında iştirak edib. Üç dəfə "Lenin" ordeni, Dörd dəfə Qırmızı Bayraq ordeni, "Qələbə" ordeni və s. laueratıdır. == Həyatı == Aleksey Antonov 28 sentyabr 1896-cı ildə Belorusiyanın Qrodno şəhərində anadan olub. Atası—İnnokenti Alekseyviç Antonov kapitan, artilleriya zabiti, anası—Terez Ksaverevnı Antonov evdar qadın idi. Antonovun atası Sibirdə Aleksandrov Hərbi Məktəbini bitirib. 1904-cü ildə ailəsi Ukraynaya—Ostroq şəhərinə köçür. Burada Aleksey gimnaziyaya daxil olur.
Annovka (Baltas)
Annovka (rus. Анновка) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 71 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 20 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 90 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (50%) tatarlar (35%) üstünlük təşkil edir.
Antonov (zavod)
Antonov zavodu — Kiyevdə yerləşən Ukrayna aviasiya sənayesi dövlət müəssisəsi. Hal-hazırda Antonov ASTC im-ə bağlıdır. O. K. Antonov adına ASTC Dövlət Müəssisəsinin filialı adlandırılır. == Tarix == === 1920—1991 === 12 saylı Dövlət Aviasiya Zavodu (QAZ-12) 1920-ci il sentyabrın 9-da Hərbi Sənaye Şurasının 15178 saylı qərarı ilə kiçik təmir sexləri əsasında qurulmuşdur. Zavodun ilk direktoru və əslində onun təşkilatçısı professor V.Bobrov olmuşdur. İlk illərdə zavodun əsas fəaliyyəti istismarda olan xarici istehsallı təyyarələrin təmiri və onlar üçün ehtiyat hissələrinin istehsalı olur. 1923-cü ildə zavodda K. Kalinin rəhbərlik etdiyi konstruktor bürosu qurulur. 1925-ci ildə zavod 4 yerlik sərnişin təyyarəsi K-1 olan orijinal dizaynlı ilk təyyarənin istehsalını mənimsəyir. Bundan əlavə, zavod planerlər və hidroplanerlər istehsal edir, 1931-ci ildə avtojirlərin istehsalına da yiyələnir. 1932-1934-cü illərdə zavod yüksək sürətli altı oturacaqlı XAI-1 sərnişin təyyarəsini inkişaf etdirir (istehsal 1934-cü ildə mənimsənilir).
Antonov (şirkət)
Antonov, və ya Antonov ASTC (Ukr: Авіаційний науково-технічний комплекс імені Антонова, АНТК ім. Антонова), köhnə adı ilə Antonov Dizayn Bürosu, Ukraynada yerləşən (1952-ci ildən bəri) təyyarə istehsalı və xidməti firmasıdır. Xüsusilə çox geniş gövdəli təyyarə modelləri istehsal etməkdə olan firma bir dövlətə məxsus müəssisədir. Antonov (model prefiksi An-) firması təxmini olaraq 22000 təyyarə modeli istehsal etmişdir və bunlardan minlərcəsi Şərq bloku ölkələrində və inkişaf etməkdə olan ölkələrdə istifadə edilməkdədir.
Boris Antonov
Boris Alekseyeviç Antonov (24 sentyabr 1913, Tatarıstan – 1981, Bakı) — Azərbaycanın geomorfoloqu, coğrafiya elmləri doktoru (1964), professor. == Haqqında == 1936-cı ildə Kazan Dövlət Universitetini bitirmişdir. 1936–40-cı illərdə Azərbaycan Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı Stansiyasında, 1940–45-ci illərdə SSRİ EA Azərbaycan Filialının coğrafiya sektorunda, 1945-ci ildən isə Azərbaycan SSR EA Coğrafiya İnstitunun geomorfologiya şöbəsində (1963-cü ildən şöbə müdiri) işləmişdir. B. Antonov Azərbaycan relyefinin tədqiqatçılarındandır. Onun Azərbaycanın və Qafqazın geomorfologiya xəritələrinin və eyni adlı monoqrafiyaların hazırlanmasında mühüm xidməti var. Kiçik Qafqazın geomorfologiyasını və yeni tektonik hərəkətlərini, Talış təbii vilayətinin yeni tektonikasını, relyefinin inkişaf tarixini, formalaşmasını, paleocoğrafiyasını, qədim buzlaşmalarını, həmçinin Samur-Dəvəçi ovalığının müasir relyefinin formalaşmasını öyrənmişdir. 100-dən çox elmi əsərin, o cümlədən bir monoqrafiyanın müəllifidir.
Oleq Antonov
Oleq Konstantinoviç Antonov (7 fevral 1906 - 4 aprel 1984) — məşhur Sovet təyyarə dizayneri, Ukraynada yerləşən dünyaca məşhur olan təyyarə şirkəti Antonovun (sonralar onun şərəfinə adlandırılıb) ilk rəhbəri. Antonov Sovet təyyarələrinin və həm hərbi, həm də mülki istifadə üçün nəzərdə tutulmuş planerlərin çox uğurlu layihələndirilməsinə cavabdeh olan şəxs idi. Antonov 7 fevral 1906-cı ildə Rusiya imperiyasının Troisa kəndində (indi Moskva vilayətinin Podolski rayonu) anadan olub. 1912-ci ildə Antonov Saratova köçüb və burada orta məktəbə gedib. Erkən yaşlarında aviasiya onu çox maraqlandırdığı üçün asudə vaxtının xeyli hissəsi yerli aerodromda keçirirdi. 17 yaşı olanda Antonov "Həvəskar Aviasiya Klubu" yaratdı və sonralar Hərbi Hava Qüvvələrinin Dostları Təşkilatı ilə birləşdi. Daha sonralar o, OKA-1 "Göyərçin" adlı planeri hazırladı və Moskvada keçirilmiş yarışda iştirak etdi. O, bu yarışda iştirak edən digər 12 iştirakçını qabaqlayaraq, birinci yeri tutdu. 1930-cu ildə Antonov Leninqradda yerləşən Kalinin Politexnik İnstitutunu bitirdi. O, planerlər üzərində işlərini davam etdirərək və 1931-ci ildə Moskva Planer Zavodunda rəhbər konustruktor oldu.
Antonov körpüsü
Antonov körpüsü — Ukraynada Dnepr çayı üzərindən Antonovka kəndini (Xerson şəhərətrafı) sol sahildəki Alyoşki (keçmiş Syurupinsk) şəhəri ilə birləşdirən avtomobil və piyada körpüsü. 11 noyabr 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanı qismən dağıdılmışdır. Körpünün ümumi uzunluğu 1366 m, eni 25 m, yolun hərəkət hissəsinin eni 20,5 m, piyada səkiləri hər iki tərəfdən 1,5 m-dir. Körpü 30 aşırımlıdır. Gün ərzində oradan on min beş yüz avtomobil keçirdi. Körpünün tikintisinə qədər Xerson vilayətinin sol sahilindəki nəqliyyat vasitələri ya Kaxovskaya su elektrik stansiyasının bəndindən, ya da Xerson - Qolaya Pristan bərəsi ilə keçə bilərdi. Körpünün açılması Xerson və sol sahilin cənub rayonları arasındakı yollarda hərəkəti 80-100 km azaldıb, bir ton yükün daşınması xərcləri beş dəfə azalıb. Əvvəlcə körpünün üzərindən Xersondan Syurupinska trolleybus xəttinin işə salınması planlaşdırılırdı, lakin bu layihə heç vaxt tamamlanmayıb. == Tarix == === Tikinti === 1977-ci ilin əvvəlində Dnepr çayının sağ sahilində kəşfiyyat işləri başa çatdırılır. 1977-ci ilin may ayında 1 saylı körpütikinti trestinin Lenin ordenli 73 saylı Nikolayev dəstəsinin körpü inşaatçıları briqadası körpünün tikintisinə başlayır.
Antonov (dəqiqləşdirmə)
Antonov (şirkət)
Karl Antonoviç Meyer
Karl Antonoviç fon Meyer (belar. Карл Антонавіч Меер, rus. Карл Антонович фон Мейер; 1 aprel 1795, Vitebsk, indiki Belorus — 24 fevral 1855, Sankt-Peterburq, Rusiya) — rus botanik-sistemçidir. == Bəzi tanınmış əsərləri == «Verzeichnis der Pflanzen, welche wahrend der 1829—1830 unternommenen Reise im Kaukasus und in Provinzen am westliehen Ufer des kaspischen Meeres gefunden und gesammelt worden sind» (1831) «Verzeichnis der im Jahre 1833 am Saisang Nor und am Irtysch gesammelten Pflanzen» (1841) «Florula provinciae Tambow» (1844) «Versuch einer Monographie der Gattung Ephedra» (1846, 8 cədvəllə) «Florula provinciae Wiatka» (1848).
Antonov A-40
Antonov A-40 Krılya tanka (ru: Антонов А-40 Крылья танка, “qanadlı tank”) - Antonov şirkəti tərəfindən hazırlanmış Sovet tanklı playner layihəsi idi. Layihə, hər hansı bir tankın hava qüvvələrini və ya partizanları dəstəkləmək üçün bir təyyarənin köməyi ilə döyüş bölgəsinə endirilməsini nəzərdə tuturdu. Bir prototipi 1942-ci ildə sınaqdan keçirildi və istifadəsi imkansız olduğu üçün layihə ləğv edildi.
Antonov An-225
Antonov An-225 Mriya (ukr. Мрія — "arzu"; NATO kod adı: Cossack — "Kazak") — dünyanın ən böyük yük təyyarəsi. 1984–1988-ci illərdə Ukrayna SSR-də Antonov konstruktor bürosu tərəfindən Kiyev Mexaniki Zavodunda istehsal edilmişdir. Təyyarənin ilk uçuşu 1988-ci il dekabrın 21-də baş tutmuşdur. Əsas məqsəd böyük raketlərin, kosmik gəmilərin daşınması olmuşdur. Təyyarənin uzunluğu 84 metr , hündürlüyü 18,1 metr, qanadlarının ucları arasındakı məsafə 88,4 metrdir. Yük kabinəsinin eni 6,4, hündürlüyü 4,4, uzunluğu isə 43 metrdir. Heyətin sayı 7, sərnişin tutumu isə 88 nəfərdən ibarətdir. Təyyarənin maksimal qalxış çəkisi 640 ton olub. == Təyyarənin vurulması == 27 fevral 2022-ci ildə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Antonov An-225-in Rusiya-Ukrayna müharibəsi zamanı Rusiya ordusu tərəfindən vurulduğunu bildirdi.
Antonov An-26
Antonov "AN-26" — hərbi nəqliyyat təyyarəsi (NATO kod adı: Curl) cütmotorlu, yüngül, turbopərvanəli nəqliyyat təyyarəsidir və baza modeli Antonov An-24 təyyarəsindən formalaşdırılmışdır və hərbi məqsədlər üçün istifadə edilir. İlk dəfə 1969-cu ildə görülüb, geniş yük rampası ilə bərabər gövdəsinin arxa hissəsində dəyişikliklər həyata keçirilmişdir. Bununla belə An-26 Çində Xian Təyyarə Zavodu tərəfindən lisenziya altında Y-14 adı ilə istehsal edilir. Çinlilər hal-hazırda Y-14 adını Y-7 adı ilə dəyişdirmişdirlər.
Antonov An-70
Antonov "AN-70" hərbi nəqliyyat təyyarəsi (Ukraynaca: Антонов Ан-70) Antonov şirkəti tərəfindən istehsal olunan Ukrayna mənşəli orta mənzilli turbopərvanəli (turboprop) hərbi nəqliyyat təyyarəsidir. 1980-ci illərin sonunda SSRİ dönəmində Antonov Layihə Bürosu tərəfindən Antonov An-12 təyyarələrinin yerini almaq məqsədilə yaradılmışdır. 1990-cı illərin əvvəllərində SSRİ-nin dağılmasından sonra, layihə Rusiya və Ukrayna arasında müştərək oldu. İlk prototipin uçuşu 1994-cü ilin dekabr ayında baş tutmuşdur. Təyyarənin çoxsaylı problemləri səbəbindən istehsalını yenidən həyata keçirmək üçün baş tutan cəhdləri uğursuzluğa düçar olmuşdur.
Antonov An-124 Ruslan
Antonov An-124 Ruslan (rus. Антонов Ан-124 "Руслан"; NATO kod adı: Condor) SSRİ-nin Antonov aviaşirkəti tərəfindən istehsal olunmuş strateji hərbi nəqliyyat təyyarəsidir. Təyyarə 1980-ci illərdə Ukrayna SSR ərazisində yerləşən Antonov dizayn bürosu tərəfindən istehsal olunmuşdur. Boinq 747-8F təyyarəsi istehsal olunana qədər otuz il ərzində dünyanın ən böyük yük götürmə qabiliyyətinə sahib nəqliyyat təyyarəsi hesab olunurdu. Buna baxmayaraq, An-124 hələ də dünyanın ən böyük hərbi nəqliyyat təyyarəsi olaraq qalmaqdadır. Hazırda Volqa-Dnepr Hava Yollarında Texniki Direktor vəzifəsində xidmətini davam etdirən Viktor Tolmaçev An-124 təyyarəsinin baş dizayneri olmuşdur. == Variantları == An-124 Ruslan Ağır strateji nəqliyyat təyyarəsi An-124-100 Ticari nəqliyyat təyyarəsi An-124-100M-150 Qərb ölkələrinin istehsalı olan avionika ilə təchiz olunmuşdur An-124-102 EFIS göyərtə sistemi ilə təchiz olunmuşdur An-124-115M "Rockwell Collins" şirkətinin istehsalı olan avionika ilə təchiz olunmuşdur An-124-130 Təklif olunan variant An-124-135 Təyyarənin arxa tərəfində bir ədəd oturacaq olan təyyarənin qalan yeri karqo üçün nəzərdə tutulmuşdur An-124-150 Artırılmış yükgötürmə qabiliyyətinə (150 ton) sahibdir An-124-200 Hər biri 263 kN gücündə olan General Electric CF6-80C2 mühərriki ilə təchiz olunmuşdur An-124-210 Hər biri 264 kN gücündə olan Rolls-Royce RB211-524H-T mühərrik və Honeywell avionikası ilə təchiz olunmuş bu variant Böyük Britaniyaya təklif olunmuş, lakin 1999-cu ilin avqustunda qarşı tərəf bundan imtina etmişdir. An-124-300 Yeni avionika və əyləc sistemi ilə təchiz olunmuş bu variant Rusiya Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuşdur. == İstifadəçiləri == === Hərbi === Rusiya === Mülki === 2013-cü ilin iyul ayına olan məlumata əsasən 26 ədəd An-124 təyyarəsi kommersiya məqsədilə istifadə olunur.
2017 Cənubi Sudan Antonov An-26 qəzası
2017 Cənubi Sudan Antonov An-26 qəzası, Cənubi Sudanda baş vermiş aviasiya olayı. 20 mart, 2017-ci il tarixində Cənubi Suprem Hava yollarına məxsus Antonov An-26 tipli təyyarə Yuba Beynəlxalq Havalimanından, Vau Havalimanına daxili uçuş həyata keçirərkən qəzaya uğrayıb. Təyyarə Vau Havalimanına endikdən sonra alışmağa başlayıb. == Təyyarə == Qəzaya uğramış təyyarənin növü Antonov An-26.
2016 Silk Way Airlines Antonov An-12 qəzası
Silk Way Airlines Antonov An-12 qəzası — 18 may 2016-cı ildə Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Silk Way Airlines-ə məxsus Antonov An-12 yük təyyarəsi Cənubi Əfqanıstandakı Duayer hava limanından Türkmənistandakı Meri Beynəlxalq hava limanı getmək üçün havaya qalxarkən qəza edib. 1963-cü ildə hazırlanan bu təyyarənin etibarlılıq müddəti artıq 2016-cı il oktyabr ayında bitməli idi. Təyyarə əsaslı təmirdən sonuncu dəfə 1991-ci ildə keçib. Tez-tez texniki qulluğa ehtiyacı olan bu təyyarələrin istehsalı dayandırılmışdır və bu cür təyyarələri Asiyanın bir çox ölkələrində, Avropa ölkələrində istehsal və istismarına qadağa qoyulmuşdur. Azərbaycan Respublikasının Mülki Aviasiya Administrasiyasından araşdırma üzrə komissiya qəza yerinə getmişdir. Komissiya tərəfindən texniki qulluğun düzgün göstərilməməsi nəticəsində mühərrikin imtina etməsi müəyyən edilmişdir.