Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aracı dağı
Aracı dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 3071,6 m). Zəngəzur silsiləsinin suayırıcısında zirvə. Naxçıvançayın Şahbuzçay və Əlincəçayın Ərəfsəçay qollarının mənbə hissəsində, Keçili kəndidən 6,5 km şərqdədir. Alt Pliosen yaşlı dolerit və andezit-dasit tərkibli uzunsov ştok formalı subvulkanik kütlənin əmələ gətirdiyi günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. Şimal-şərq və şimal-qərb istiqamətli qırılmaların kəsişmə düyününə aid edilir.
Adaçi
Adaçi rayonu (足立区, Adaçi-ku) — Tokionun şimali hissəsində yerləşən xüsusi rayon. Adı tarixi Adaçi qəzasından irəli gəlir (足立郡, adaçi koori).
Arali
Arali Tiflis quberniyasının Axalsix qəzasında (indi Adıgün rayonunda) kənd adı. == Toponimkası == Arali - Tiflis quberniyasının Axalsix qəzasında (indi Adıgün rayonunda) kənd adı. Axısqa türklərindən ibarət əhalisi 1944-cü ildə deportasiya olunmuşdur.Azərbaycanda Ərəş qəzasında Aral kənd, Şimali Qafqazda Kaytak-Tabasaran dairəsində Arallar - Göytəpə kənd, Dağıstan dairəsinin Kürə nahiyəsində Aral (Yenkicə) kənd və Teymurxan şura dairəsində Aral dağ və kənd adları ilə mənaca eynidir. XVII əsrdə Tiflis əyalətinin Ağcaqala nahiyəsində Aral tayfasının adı çəkilir. Mənşəcə Afşar tayfasının bir qoludur. Azərbaycanda Aral kəndi (Ağdaş rayonu), qaraqalpaqlarda isə Aral tayfası vardır.
Arançı
Arançı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Arançı (Üskü) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd.
Arazi
Movses Melikoviç Harutunyan (erm: Մովսես Մելիքի Հարությունյան) və ya Arazi (erm: Արազի; 20 mart (1 aprel) 1878, Şüləver, Tiflis quberniyası – 21 dekabr 1964, İrəvan[…]) — erməni yazıçı. == Həyatı == Movses Harutunyan və ya təxəllüsüylə desək Arazi, 1 aprel 1878-ci ildə indiki Gürcüstan Respublikası ərazisində olan Şaumyani kəndində anadan olmuşdur. 1925-ci ilə qədər bu kəndin adı Şuləver (Şulaver) olmuşdur. Orta təhsilini Tiflisdə tamamladıqdan sonra, 1898-ci ildə Peterburq Texnologiya İnstitutunda təhsil almağa başlayır. Tələbə hərəkatlarına qoşulduğu üçün həbs edilərək 1901–1905-ci illərdə Şimali Qafqaza sürgün edilir. 1906-cı ildən etibarən isən aktiv olaraq yazıçı kimi fəaliyyətə başlayır. Erməni proletar nəsrinin banilərindən hesab edilən Arazinin "Son yuxu" (1912), "Günəş", "Yaralı quş" (1913), "Qanlı çiçək"(1916) kimi hekayələrində burjua cəmiyyəti tənqid edilir. O, "Yoldaş Mukuç" (1924), "Qorxudulmuş Hanes" (1927), "Minbaşlı" (1931) kimi əsərləri sosializm quruculuğundan bəhs edən əsərlər yazmışdır. Arazinin 1959-cu ildə yazdığı "İsrael Ori" tarixi romanı XVII–XVIII əsrdə ermənilərin azadlıq mübarizəsindən, erməni-rus münasibətlərindən bəhs edir. Arazinin 1925-ci ildə yazdığı "Düşmənin mahnısı" hekayəsində isə azərbaycanlı kəndlilərinin inqilabdan əvvəlki ağır həyatından bəhs edilir.
Arazı
Arazı — Araz ətrafı rayonlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Babək və Kəngərli rayonlarının toy şənliklərində ifa olunan qədim yallı növlərindəndir. Bu yallının digər adı Papuro da adlanır. Asta və sürətlə ifa olunmaqla iki hissədən ibarət bu yallını qadınlar və kişilər qarışıq şəkildə çeçələ barmaqları ilə çiyin səviyyəsində bir-birindən tutaraq ifa edirlər. İfaçılar sağ ayaqlarını daban üstə qarşıya sola qoyur, sağ ayağı da cəld çox da hündür olmayaraq qarşıya sola atırlar. Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Sədərək, Babək rayonlarında, eləcə də Naxçıvan şəhərində keçirilən mədəni-kütləvi tədbirlərdə toy və bayram mərasimlərində folklor rəqs kollektivləri tərəfindən maraqla ifa olunur.
Araçın
Araçın -Qərbi Azərbaycanın Talin rayonunda kənd adı. == Tarixi == Araçın -Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Talin rayonunda kənd adı. XX əsrin 30-cu illərində kənd ermənicə Davidaşen adlandırılmışdır. Həmçinin Araçın Ermənistanda Zəngəzur dağ silsiləsində zirvələrdən birinin adıdır. == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh.
Avaci
Avaci (yap. 淡路島) — Yaponiyaya məxsus olan ada. Avaci adası Daxili Yapon dənizində, Osaka körfəzinin şərqi və Kii boğazının cənubunda yerləşir. Onun sahəsi 592,17 km² təşkil edir. Avaci adası şimaldan Honşu adası ilə Asaki-Kayke, Şikoku adası ilə isə cənubdan Naturo körpüsü ilə birləşir. Adada dəmir yol nəqliyyatı mövcud deyildir. Yeganə nəqliyyat vasitəsi avtomobildir. == Tarixi == VII əsrdən XIX yüz illiyinə qədər ada ayrıca Avaci vilayəti tərkibinə daxil idi. Avaci sözü tərcümədə Ava vilayətinə gedən yol mənasını verir. == İnzibati bölgü == İzibati cəhətdən ada Hyoqo prefekturasına daxildir.
Açaçı
Açaçı — İranın Şərqi Azərbaycan ostanının Miyana şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,777 nəfər və 1,020 ailədən ibarət idi.Açaçı xalqı Azərbaycanlı dır və Azərbaycan Türkcəsində Danışırlar. Azərbaycanın iki böyük çayı bu şəhərdə qovuşur, biri Qızılüzən, digəri isə Miyanaçaydır. Şəhərin Güney hissəsində Qaflantı dağ silsiləsi və onun tunelləri, eləcə də Qız Qalası və Qız Körpüsü hər bir tamaşaçının beyinin məşğul edən gözəl təbiət yaradıb. Bu şəhər Batı Qaflantının (Qaflankuh-e Gharbi) mərkəzidir. Tehran-Təbriz-Avropa tranzit yolu bu şəhərin mərkəzindən keçir.Yol boyu çoxsaylı supermarketlərin olması bu şəhəri Azərbaycanın quru meyvələri, süd məhsulları və suvenirlər bazarına çevirib. Açaçı sakinlərinin məşğuliyyəti əsasən kənd təsərrüfatıdır. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Mərkəzi bölgəsində, Miyanə şəhərindən 8 km cənub-şərqdə, Miyanə-Tehran avtomobil yolunun 2 kilometrliyindədir..
Karaçi
Kəraçi — Pakistanda şəhər.
Qaraçı
== Xalq ==
Adəm ağacı
Pavlovniya (lat. Paulownia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin pavlovniyakimilər fəsiləsinə aid bitki cinsi.
Alma ağacı
Arami dili
Arami dilləri, həmçinin aram dili və ya aramey dili (Arāmāyā; qədim arami: 𐤀𐤓𐤌𐤉𐤀; imperiya aramicəsi: 𐡀𐡓𐡌𐡉𐡀; iudeoaramey אַרָמָיָא, klassik Suriya: ܐܪܡܝܐ) —— sami dilləri tərkibində qrup (mərkəzi qol). Qədim dövrlərdə imperator aramicəsi Yaxın Şərqin böyük bir hissəsində "lingua franca" kimi xidmət edirdi. Eramızın VII əsrində arami dilinin yerini ərəb dili aldı. == Tarixi == Arami dilinin tarixi qədim, orta və yeni arami dövrlərinə ayrılır (alman alimi K. Bayerin təsnifatı).Qədim arami dövrü e.ə. II minilliyin sonu – I minilliyin əvvəlindən başlayır. Dövrümüzə qədər gəlib çatan ən qədim nümunələri e.ə. IX–VII əsrlərə aid epiqrafik abidələrdir. Müxtəlif mərhələlərdə Aşşur (e.ə VII əsr) və Babilistan (e.ə. VII–VI əsrlər), Əhəməni (e.ə. VI–IV əsrlər) dövlətlərinin rəsmi dili olmuşdur.
Arançı (Germi)
Arançı (fars. ارانچي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 604 nəfər yaşayır (123 ailə).
Arançı (Üskü)
Arançı (fars. ايرنچي‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 7 nəfər yaşayır (4 ailə).
Arpaci günbəzi
Arpaci günbəzi - Cəbrayıl rayonunda təpə adı. Tovuz rayonunda Arpaçökəği və Qubadlı rayonunda Arpaçüxuru adları ilə mənaca eynidir.
Avaçi buxtası
Avaça körfəzi (rus. Авачинская бухта) — Sakit okeanda, Kamçatka yarımadasının cənub-şərqində buxta. Uzunluğu 24 kilometr, eni (girişində) 3 kilometr, dərinliyi 26 metrdir. Avaça körfəzinin şimal sahilində Petropavlovsk-Kamçatski şəhəri (portu) var. Liman balıçılıq və yük daşımalarında istifadə edilən gəmiləri qəbul edir.Buxta ilk dəfə 1729-ci ildə Vitus Berinqin təşkil etdiyi Birinci Kamçatka ekspedisiyası zamanı kəşf edilmişdir. == Qısa təsvir == Dünyanın ən böyük buxtalarından biridir. Dünyanın istənilən tip gəmilərini qəbul edir. Avaçi körfəzinin qapalı hissəsini təşkil edir. Buxta 24 km uzunluğa və 3 km enə malikdir (girəcəkdə). Su səthinin sahəsi 215 km2-dir.
Avaçi körfəzi
Avaçi körfəzi — Sakit okean sahillərində yerləşən körfəz. Körfəz öz növbəsində iki hissədən ibarətdir ki, burada açıq hissə Avaçi körfəzi, qapalı hissə isə Avaçi buxtası adlanır. Daxilində bir çox buxtalar yerləşir: Tarya, Tixoya, Rakovata, Babiya, Petrovavlovskaya, Seroqlazka, Moxovaya və s. Körfəz və buxta ilk dəfə 1729-ci ildə Vitus Berinqin təşkil etdiyi Birinci Kamçatka ekspedisiyası zamanı kəşf edilmişdir. Avaçi körfəzinə Avaça və Paratunka çayları tökülür. Körfəzdə yerləşən Kraşennikov və Stariçkov adaları quş koloniyalarının əsas düşərgəsi olduğundan xüsusi qorunan ərazi elan edilmişdir. == Mənbə == История плавания В. Беринга на боте «Св.
Açaçı (Miyanə)
Açaçı — İranın Şərqi Azərbaycan ostanının Miyana şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,777 nəfər və 1,020 ailədən ibarət idi.Açaçı xalqı Azərbaycanlı dır və Azərbaycan Türkcəsində Danışırlar. Azərbaycanın iki böyük çayı bu şəhərdə qovuşur, biri Qızılüzən, digəri isə Miyanaçaydır. Şəhərin Güney hissəsində Qaflantı dağ silsiləsi və onun tunelləri, eləcə də Qız Qalası və Qız Körpüsü hər bir tamaşaçının beyinin məşğul edən gözəl təbiət yaradıb. Bu şəhər Batı Qaflantının (Qaflankuh-e Gharbi) mərkəzidir. Tehran-Təbriz-Avropa tranzit yolu bu şəhərin mərkəzindən keçir.Yol boyu çoxsaylı supermarketlərin olması bu şəhəri Azərbaycanın quru meyvələri, süd məhsulları və suvenirlər bazarına çevirib. Açaçı sakinlərinin məşğuliyyəti əsasən kənd təsərrüfatıdır. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Mərkəzi bölgəsində, Miyanə şəhərindən 8 km cənub-şərqdə, Miyanə-Tehran avtomobil yolunun 2 kilometrliyindədir..
Balzam ağacı
Kommifora (lat. Commiphora) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin burserkimilər fəsiləsinə aid bitki cinsi.
Berqamot ağacı
Berqamot ağacı (lat. Citrus bergamia) - sitrus cinsinə aid bitki növü.
Broun ağacı
Broun ağacı — 1990-ci illərdə populyar olan kompüter incəsənətinin formasıdır. Broun ağacı ağacabənzər strukturların riyazi modelidir. Broun ağacının kompüterdə düzəldilməsi üçün əvvəllər saatlarla vaxt sərf edilirdi, lakin bir neçə saniyədə Borun ağacını düzəltmək mümkün oldu. Broun ağacı əsas üç faktordan asılı olaraq müxtəlif formaya malik olur.
Buynuz ağacı
Buynuzcuqlu seratoniya (lat. Ceratonia siliqua) - seratoniya cinsinə aid bitki növü. İngilis dilində "carob" deyilsə də, ümumiyyətlə "St.Johns Bread" kimi tanınır. Alman dilində "johannisbrot" deyilir. Hər iki dildə də "Yaqub Peyğəmbərin çörəyi" mənasına gəlir. Yaqub peyğəmbərin səhrada çörək yerinə istifadə etdiyi bir meyvədir. Təqribən 5000 ildir ki, tanınır. Bir neçə yüz il bundan əvvələ kimi şəkər əvəzinə və ya hazırlanan şirniyyatlarda istifadə olunurdu. Dövrümüzdə ağ şəkər istehsalının başlaması ilə bu mədəni və sağlam qida yox olmuşdur. Keçibuynuzu ağacı ilk 15 il heç meyvə verməyən bir ağacdır.
Caraci (Urmiya)
Caraci (fars. ژراژي‎‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 642 nəfər yaşayır (113 ailə).