Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
ASK Arena
ASK Arena (keçmiş adı: Şəfa stadionu, İnter Arena) — Azərbaycanın paytaxtı Bakı şəhərində stadion. ASK Arena Heydər Əliyev prospekti, köndələn 5 ünvanında yerləşir. Meydançanın tutumu 8125 nəfərdir. Meydança süni ot örtüyü ilə döşənmişdir. == İnşası == Stadion əvvəllər "Termist" adlanan arenanın əsasında UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə AFFA tərəfindən əsaslı şəkildə yenidən qurulub və yenidənqurma işləri 4 milyon 500 min dollara başa gəlmişdir. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulmuşdu. Əsas meydançada milli çempionatın ilk dövrəsində Olimpik klubu ev oyunlarını keçirib. 2014-cü ildə stadion Bakının "İnter" klubuna 4 milyon 250 min manata satılmışdır. Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb.
Ask.fm
Ask.fm (həmçinin A SKfm kimi tanınır) — istifadəçilərin profillər yarada və bir-birlərinə suallar göndərə biləcəyi Latviya sosial şəbəkə saytıdır. Bir vaxtlar sualları anonim şəkildə təqdim etməyə təşviq edən anonim sosial media forması idi. Sayt 2010-cu ildə Latviyanın Riqa şəhərində yaradılıb. 2014-cü ildə IAC (həmçinin Ask.com-un sahibi olan) tərəfindən satın alındıqdan sonra onun baş ofisi Dublin, İrlandiyanın şəhərinə köçürüldü. 2016-cı ildə IAC onu Kaliforniyada yerləşən aktivlərin idarə edilməsi firması olan Noosphere Ventures-ə satdı.
Esq ask
Dastan – Mərkəzi Asiya, İran, Türkiyə və Azərbaycan şifahi xalq ədəbiyyatının növlərindən biri. Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr, həm də nəzm hissələri olur. Dastandakı hər hansı bir əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı şeir parçaları da verilir. Bu xüsusiyyətinə görə dastan bəzən epik-lirik adlanan xüsusi bir ədəbi növə aid edilir. Dastanın nəzm hissəsi, adətən, qoşma və gəraylılardan ibarət olur və saz havası üstündə oxunur. Dastanlar mövzu və məzmunlarına görə iki növə bölünür: qəhrəmanlıq dastanları, məhəbbət dastanları. == Növləri == === Qəhrəmanlıq dastanları === Qəhrəmanlıq dastanlarında xalqın həyatı ilə bağlı tarixi hadisələrdən, onun haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizədən bəhs edilir. Belə dastanların qəhrəmanları xalq içərisindən çıxmış mərd və igid insanlar olur. Ən məşhur qəhrəmanlıq dastanları Kitabi-Dədə Qorqud, Koroğlu və Qaçaq Nəbi, Qaçaq Kərəmdir. Qəhrəmanlıq dastanları əsasən, xalq qəhrəmanları haqqında olan rəvayət və nəğmələr əsasında yaranır.
Aşk-ı Memnu
Aşk-ı Memnu (teleserial) 4 Sentyabr 2008-ci ildə 24 İyun 2010-cu qədər Kanal D kanalında nəşr olunan və 2 mövsüm davam edən Türk romantik drama serialıdır. Kerem Çatay tərəfindən yaradılan dizi İstanbulda eyni evdə yaşayan iki insanın qadağan eşqini və ətraflarındakı həyatı mövzu alır. Serial, Halit Ziya Uşaklıgilin eyni adlı romanı əsasında ekranlaşdırılıb. Aşk-ı Memnu, Türk televiziya tarixinin ən məşhur və ən çox izlənilən serialı olmuşdur. Final bölümü, tamaşaçıların təxminən% 73.7'ini ekran başına çəkmişdir. Serial, atasının ölümündən sonra Adnan Bəy ilə evlənən Bihter Yöreoğlunu və yoldaşının qardaşıoğlu Bəhlül ilə yaşadığı "qeyri-etik" eşq üzərində sıxlaşır. Bihter və hələ universitetdə oxuyan əyləncə düşkünü Behlülün, Adnan Bəydən və evdə yaşayan digər insanlardan gizli bir münasibətləri olur. Onların həyatlarına və yaşadıqları dramatik hadisələrə Mademoiselle De Courton (Deniz), Firdevs Yöreoğlu, Peyker Önal, Nihal Ziyagil və Bülent Ziyagil ilə digərləri də daxil olur. == İstehsal == Serialın ssenarisi Ece Yörenç və Mələk Gençoğlu tərəfindən yazılmışdır. Rejissor kreslosunda Hilal Saral yer almışdır.
Aşk İnsanı Değiştirir
Aşk İnsanı Değiştirir — Yıldız Tilbənin 2009-cü ildə çıxardığı 13-cü albomu.
Villenyev d'Ask
Vilnöv-d'Ask (fr. Villeneuve-d'Ascq) - Fransada şəhər. == Coğrafiya == Ərazi - 27,46 km² Əhalisi - 65 000.
Vilnöv-d'Ask
Vilnöv-d'Ask (fr. Villeneuve-d'Ascq) - Fransada şəhər. == Coğrafiya == Ərazi - 27,46 km² Əhalisi - 65 000.
AEK
AEK BK —
AKŞ
Amerika Konfederativ Ştatları (həmçinin Konfederativ Ştatlar, Konfederasiya, AKŞ, ing. Confederate States of America, The Confederacy, CSA) — de-fakto müstəqil, tanınmamış dövlət. 1861-1865-ci illərdə ABŞ-nin quldarlıq tərəfdarı olan 11 cənub ştatının ABŞ-nin tərkibindən çıxdıqlarını elan edərək (sesessiya) yeni dövlətdə birləşmələri nəticəsində yaranmışdır. Həmin illəri əhatə edən vətəndaş müharibəsi nəticəsində məğlub olan Konfederativ Ştatların ərazisi ABŞ tərəfindən ələ keçirilərək 10 ildən artıq davam edən Cənubun rekonstruksiyası prosesindən sonra təkrarən ABŞ-nin tərkibinə qatılmışdır. == Tarixi == === Yaranması === Amerika Konfederativ Ştatları 1860-cı il prezident seçkilərində quldarlığın qatı əleyhdarı Avraam Linkolnun ABŞ prezidenti seçilməsinin təsdiqlənməsindən dərhal sonra, yəni 4 fevral 1861-ci ildə 6 cənub ştatı (Cənubi Karolina, Missisipi, Florida, Alabama, Corciya və Luiziana) tərəfindən elan olunmuşdur. Bu 6 ştat və martın 2-də onlara qoşulan Texas ABŞ-nin tərkibindən çıxdıqlarını və 1787-ci il Konstitusiyası ilə federal hökumətə həvalə edilən hüquqların ştatların öhdəsinə geri qaytarıldığını elan etdilər. Bu hüquqlara ştatların ərazisindəki hərbi obyektlər, limanlar və gömrüklər üzərində nəzarət, vergi və rüsumların yığılması daxil idi. AKŞ-nin yaranmasından bir ay sonra, martın 4-də ABŞ-nin 16-cı prezidenti Avraam Linkoln səlahiyyətlərinin icrasına başladı. Öz inauqurasiya çıxışında o, sesessiyanı hüquqi cəhətdən əsassız adlandırdı və cənub ştatlarına qarşı hərbi əməliyyatlara başlanmayacağını, lakin federal mülkiyyətin qorunması və vergi yığımı üzərindəki nəzarətin qorunması üçün güc tətbiq edilə biləcəyini bildirdi. 12 aprel 1861-ci ildə Cənubi Karolina ştatının qoşunları general Pyer Boreqarın rəhbərliyi altında ştatın ərazisindəki Çarlston limanında yerləşən Samter hərbi istehkamını bombalayaraq, buradakı qarnizonu təslim olmağa məcbur etdi.
AMK
Azərbaycan Milli Konservatoriyası
APK
APK — Android proqram arxivi.
ASE
Azərbaycan Sovet Ensiklopediyası və ya qısaca ASE (azərb-kiril. Азәрбајҹан Совет Енсиклопедијасы (АСЕ)) — 10 cilddən ibarət Azərbaycan dilində ensiklopediya. == Tarixi == "Azərbaycan Sovet Ensiklopediyası"nın nəşr edilməsi haqqında" qərar Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən 1965-ci il 30 dekabrda verilmişdir. Qərara əsasən, oncildlik "Azərbaycan Sovet Ensiklopediyası (ASE)" və "Azərbaycan SSR" xüsusi cildi (Azərbaycan və rus dillərində) buraxılmalı idi. Həmin dövrdə respublikada ensiklopediya nəşretmə təcrübəsi olmadığına və peşəkar kadr azlığına baxmayaraq, 1970-ci ildə Rəsul Rzanın rəhbərliyi ilə ASE-nin "Azəri Sovet Ensiklopediyası" adlı 1-ci cildi buraxıldı. Sov.İKP MK Siyasi Bürosunun qərarına əsasən, həmin cild sovet ideologiyasının tələblərinə cavab verməyən nəşr hesab edilərək 20 min nüsxəlik ilk tirajı qısa müddətdə satışdan yığışdırılaraq mütləq əksəriyyəti məhv edildi. Rəsul Rza baş redaktor vəzifəsindən azad olundu.Azərbaycan KP MK-nın 1975-ci il 24 oktyabr tarixli qərarı ilə bərpa olunan ASE-nin ümumi nəşri 1987-ci ildə başa çatdırılsa da, xüsusi cild buraxılmadı. Halbuki onun bütün cildlərində Azərbaycanla bağlı bəzi məqalələr yeri gəldikcə "Azərbaycan SSR" xüsusi cildinə istinadən verilmişdi. SSRİ-də "perestroyka" başlayanda da "Azərbaycan SSR" xüsusi cildinin nəşri baş tutmadı.Azərbaycan Sovet Ensiklopediyası 1976–1987-ci illərdə kiril əlifbası ilə nəşr edilmişdir. Hazırda Azərbaycan dilində ensiklopedik informasiya bazalarından ən mükəmməlidir.
ASP
ASP (ing. Active Server Pages) — veb səhifələrin kodlanması üçün əlifba. Maykrosoft (Microsoft) tərəfındən hazırlanmışdır.
ASQ
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və ya Azərbaycan Ordusu — Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumağa həsr olunmuş hərbi təşkilat. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Birləşən qüvvələrə Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Milli Qvardiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti daxildir.1918-ci ilin mayın 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində Azərbaycanın Silahlı Qüvvələrinınin yaradılması qeyd edilib. 1918-ci ilin mayın 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edilib. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan edib. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradılıb. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edilib. Azərbaycan Respublikasının 1894–1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırılıb.1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilib, Azərbaycan ordusunun 21 generallarından 15-i bolşeviklər tərəfindən güllələnib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edilib.
Ark
Ark — L'Arc~en~Ciel qrupunun albomudur.
Arsk
Arça və ya Arsk (tatar. Арча; rus. Арск) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Asi
Asi (عاصی - üsyançı):
Asku
Asku (fr. Ascou) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Aks-le-Term kantonuna daxildir. Kommunanın dairəsi — Fua. INSEE kodu — 09023. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 129 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 83 yaşda olan (15-64 yaş arasında) 62 nəfər iqtisadi fəal, 21 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74,7%, 1999-cu ildə 73.2%). Fəal olan 62 nəfərdən 54 nəfəri (28 kişi və 26 qadın), 8 nəfər işsizdir (5 kişi və 3 qadın). 21 hərəkətsiz 3 nəfər arasında şagird və ya tələbə, 12 nəfər təqaüdçü, 6 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Aşa
Əşə (tatar. Әшә, Əşə, başq. Әшә, Əşə, rus.
Cask
Cask — İranın Hörmüzgan ostanının şəhərlərindən və Cask şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,133 nəfər və 2,406 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
DŞK
DŞK 1938 — (rus. ДШК, Дегтярёва-Шпагина Крупнокалиберный, rum. Degtyaryova-Şpagina Krupnokalibernıy) sovet istehsalı 12,7 mm-lik ağır pulemyotdur. Bəzi hallarda piyadalara kömək etmək üçün də istifadə edilir, bu zaman daşınma məqsədləri üçün iki təkərli yedəkləmə vasitəsinə quraşdırıl və ya qabağına silərlik zireh əlavə edilərək istifadə edilir. Adını silahın konstruktorlarından almışdır. Vasiliy Degtyaryov, silahın ilk versiyasını hazırlamış, Georgi Şpagin bəslənmə mexanizmini inkişaf etdirmişdir və qısaltma adına əsasən Doçka / Doşka adlandırılmışdır. (azərb. “Qızım”, “Şirinim”‎) 12.7 kalibrli olub, 12.7x108mm-lik sursat işlətmişdir. İşləmə mexanizmi qaz mexanizmi, tətik mexanizmi pulemyot mexanizmi əsasında olmuşdur. Atış sürəti dəqiqədə 600 mərmi, mərminin çıxış sürəti 850 m/s, effektiv mənzili 2000 m, maksimum mənzili 3500 m, doldurulması lent əsaslı, nişangahı optik və ya mexaniki olmuşdur.
HSK
Hanyu Shuiping Kaoshi (HSK; Çincə: 汉语水平考试), Çin dili səviyyəsi imtahanı olaraq tərcümə edilir, xarici tələbələr və xaricdəki Çinlilər üçün standart Çin (Mandarin Çin növü) dil biliklərinin standart imtahanıdır. İmtahan Çin Xalq Respublikası Təhsil Nazirliyinin bir qurumu olan Hanban tərəfindən aparılır. == Tarixi == HSK imtahanı ilk dəfə ÇXR-də 1990-cu ildə keçirilmişdir. Bir il sonra bir neçə xarici ölkədə keçirildi. TOEFL-in Çin ekvivalenti olan bu imtahanın nüfuzu dünyada durmadan artır. 2005-ci ildə Beynəlxalq Çin Dili Öyrənmə Cəmiyyətinin Yeddinci Konqresinin İkinci Plenar iclasında, ÇXR Xaricdə Tanıtma üzrə Dövlət Departamentinin (Hanban) Baş Katibi Xu Ling HSK imtahanını sadələşdirmək və populyarlaşdırmaq üçün islahatlar aparmağa başladı. 2009-cu ildə yeni imtahanın qurulması başa çatdı və 2010-cu ilin martından etibarən dünyada yeni HSK imtahanı keçirilməyə başladı. 2009-cu ilin sonunda dünyanın 41 ölkəsində HSK ixtisas imtahanı üçün 106 imtahan mərkəzi fəaliyyət göstərirdi. 2010-cu ilin əvvəlinə qədər onu keçən əcnəbilərin ümumi sayı 1 milyonu keçdi. 2010-cu ildən bəri dünya Konfutsi İnstitutları sisteminə HSK imtahanını vermək hüququ verilmişdir.
KSK
Kommando Spezialkräfte (KSK) — Almaniya Silahlı Qüvvələrinə məxsus xüsusi təyinatlı qüvvələrdirlər. 1996-cı ildə qurulmuşdur. Bunlar briqada ölçüsündədirlər. Baş qərargah Əməliyyat Qüvvələri, Dəstək Qüvvələri və İnkişaf Qrupu olaraq 4 hissəyə bölünürlər. Onlar Əfqanıstanda ISAF kontekstində əməliyyatlarda iştirak etmişdirlər.
MSK
Mərkəzi Seçki Komissiyası (MSK) — Dövlətlərdə ümummilli seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrin) hazırlanmasını və keçirilməsini təmin edir. Seki prosesinə və aşağı seçki komissiyalarının işinə Mərkəzi Seçki Komissiyası rəhbərlik edir. Milli Seçki Komissiyası (MSK) — Dövlətlərdə ümummilli seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrin) hazırlanmasını və keçirilməsini təmin edir. Seki prosesinə və aşağı seçki komissiyalarının işinə Milli Seçki Komissiyası rəhbərlik edir.
Şak
𐕐 (səslənməsi /ʃ/, transkripsiyası Ş, ş) — Alban əlifbasının 33-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Շաք (Şakʿ) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin adı doğrudur və sadə Ş səsini bildirir. Bu səs özünü udi dilində əsasən qoruyub saxlamışdır.