Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baqasun
Baqasun – Göyçə bölgəsində Qelam dağ silsiləsinin cənub-qərb yamacında zirvə adı. Başqa adı Bağarsuq. == Həmçinin bax == Göyçə mahalı == Ədəbiyyat == Mirmahmudova S.N. Ermənistanda türkmənşəli yer adları. Bakı, 1995. Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan. Bakı, 1992.
Baysun
Baysun(özb. Boysun/Бойсун) — Özbəkistanın Surxandərya vilayətində şəhər. Baysun rayonunun mərkəzi. Şəhər ətrafının UNESCO-nun Ümumdünya irsi siyahısına salınması təklif olunub.. == Tarixi == == Coğrafiyası == == Əhalisi == == İqtisadiyyatı == Özbəkistanın kömür ehtiyatı nisbətən az olsa da, Əngren (Daşkənd vilayətində), Şarqun və Baysun (Surxandərya vilayətində) yataqları əsas kömür yataqlarıdır. Kömürün kəşf olunmuş ehtiyatı 2 mlrd tondur.
Bağin
Bağin— İranın Kirman ostanının Kirman şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,616 nəfər və 1,903 ailədən ibarət idi.
Bağıstan (Urmiya)
Bağıstan (fars. باغستان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 309 nəfər yaşayır (82 ailə).
Bağışlı (Xudafərin)
Bağışlı (fars. باغشلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 25 nəfər yaşayır (6 ailə).
Malik Bağışov
Şəhid Malik Sədaqət oğlu Bağışov (18 avqust 1974, Lerik – 1995) — şəhid. 18 avqust 1974-cü ildə Lerik şəhərində ziyalı ailəsində doğulmuşdur. 1981-ci ildə hazırda adını daşıyan M.Bağışov adına şəhər 3 saylı tam orta məktəbin 1 ci sinfinə getmiş, 1991 ci ildə A. Nuriyev adına şəhər 1 saylı riyaziyyat təmayüllü orta məktəbinin 10 cu sinfini bitirib, Bakı Maşınqayırma Texnikumuna daxil olmuşdur. 1992 ci ildə təhsilini yarıda qoyaraq Vətənin dar günündə onun müdafiəsinə qoşulmuşdur. Beləliklə qısa hərbi təlim keçdikdən sonra Malik ön cəbhəyə düşmənlə mübarizəyə yollanmışdır. Döyüş əməliyyatlarında Ağdam, Füzuli, Xocavənd, Beyləqan rayonunun, Haramı düzündə düşmənə ağır zərbələr endirərək həddini bildirmişdir. Buna görə yüksək Komandanlıq tərəfindən cəsur və qorxmaz döyüşçü kimi tanınmışdır. 20 fevral 1995 ci ildə döyüş tapşırığını yerinə yetirərkən minlərlə övladlarımız kimi düşmən gülləsinə tuş gəlmiş və "Şəhidlik" zirvəsinə ucalmışdır. Malik Sədaqət oğlu Bağışovun Fevralın 20-si anım günüdür. Anım günü ilə əlaqədər adını əbədiləşdirən şəhər 3 saylı tam orta məktəbində müəllim və şagirdlərin iştirakı ilə tədbir keçrilir.
Əlimərdan Bağışov
Bağışov Əlimərdan Aşur oğlu (9 aprel 1958) — ATU-nun Urologiya kafedrasının professoru, tibb elmləri doktorudur. 09 aprel 1958-ci ildə Masallı rayonunun Tüklə kəndində anadan olmuşdur. 1975-ci ildə bu kənddə orta məktəbi bitirmişdir. 1976–1978-ci illərdə keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. 1986-cı ildə Azərbaycan Tibb İnstitunun (hazırkı Universitetin) müalicə-profilaktika fakültəsini adlı təqaüdlə bitirmiş və Urologiya kafedrasında elmi işçi kimi saxlanmışdır. 1992-ci ildə bu kafedranın nəznində aspiranturanı bitirərək "Mamalıq və ginekoloji praktikada sidik yolları zədələnmələrinin operativ müalicəsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və Rusiya AAK-nın qərarı ilə Tibb Elmləri namizədi alimlik dərəcəsini almışdır. Həmin ildə urologiya kafedrasının assistenti, 1997-ci ildə dosent, 2017-ci ildə kafedranın professoru təyin olunmuşdur. 2008-ci ildə "Qadınlarda fiziki gərginlik zamanı sidik saxlanmazlığı (sidiyin stress inkontinensiyası) — etiopatogenez, diaqnostika və müalicəsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Elmi tədqiqat işlərini Rusiya Hərbi Tibb Akademiyasının Urologiya kafedrası və klinikasında aparmışdır. 2009-cu ildə tibb üzrə elmlər doktoru adını almışdır.
Əlihüseyn Bağışov
Ölsəm... bağışla
Ölsəm… bağışla — II Dünya müharibəsindən sonrakı illərdə baş verən hadisələrdən bəhs edən, dram janrında çəkilmiş bədii film. Film məhəbbət, haqsızlığa qarşı mübarizə və ölüm haqqındadır. Filmin əsas süjet xətti iki gənc arasındakı məhəbbət üzərində qurulmuşdur. Elə bir məhəbbət ki, insan qəlbini pis fikirlərdən, pis əməllərdən xilas edir, onu təmizləyir, paklaşdırır. Həyat filmin qəhrəmanını bir çox sınaqlardan keçirir, sərtləşdirir. Hər addımında haqsızlıqlarla üzləşən Yusif (Fəxrəddin Manafov) onlarla təkbaşına mübarizə aparmalı olur. Amma o, xasiyyətcə mülayim adamdır. Yusif müharibədən sonra xəbər tutur ki, atası haqsız məhkum edilib, sevdiyi qız (Gülzar Qurbanova) onu gözləməyib başqasına ərə gedib. Nə etməli, hər şeyə göz yummalı, yoxsa yenidən mübarizə aparmalı? O, sevdiyi qızla xoşbəxt həyat sürməyi arzulayır.
Bağışla (film, 1983)
Bağışla tammetrajlı televiziya film-tamaşası rejissor Tariyel Vəliyev tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Filmdə Elçinin institut direktorunun müavini təyin olunması hadisələrin mexaniki şəkildə və görünməz qüvvələr tərəfindən idarə edilməsinə səbəb olaraq birinci hissədəki yalnız adı hallanan Vasif obrazını yeni konteksdə təqdim edir. Əsas rolları Firəngiz Mütəllimova, Yaşar Nuri və Rəfael Dadaşov ifa edirlər. == Məzmun == "Səni axtarıram" televiziya tamaşasının davamı olan bu hissədə Elçinin (Yaşar Nuri) institut direktorunun müavini təyin olunması hadisələrin mexaniki şəkildə və görünməz qüvvələr tərəfindən idarə edilməsinə səbəb olaraq birinci hissədəki yalnız adı hallanan Vasif (Rəfael Dadaşov) obrazını yeni konteksdə təqdim edir. İnstituta qayıdan Elçin yenidən Gülnarla (Firəngiz Mütəllimova) qarşılaşır, söz-söhbətlər yenidən bir-birinə calanır.
Bağışlı Məhəllə (Talış)
Bağışlı Məhəllə (fars. باغشلومحله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 523 nəfər yaşayır (110 ailə).
Ölsəm... bağışla (film, 1989)
Ölsəm… bağışla — II Dünya müharibəsindən sonrakı illərdə baş verən hadisələrdən bəhs edən, dram janrında çəkilmiş bədii film. Film məhəbbət, haqsızlığa qarşı mübarizə və ölüm haqqındadır. Filmin əsas süjet xətti iki gənc arasındakı məhəbbət üzərində qurulmuşdur. Elə bir məhəbbət ki, insan qəlbini pis fikirlərdən, pis əməllərdən xilas edir, onu təmizləyir, paklaşdırır. Həyat filmin qəhrəmanını bir çox sınaqlardan keçirir, sərtləşdirir. Hər addımında haqsızlıqlarla üzləşən Yusif (Fəxrəddin Manafov) onlarla təkbaşına mübarizə aparmalı olur. Amma o, xasiyyətcə mülayim adamdır. Yusif müharibədən sonra xəbər tutur ki, atası haqsız məhkum edilib, sevdiyi qız (Gülzar Qurbanova) onu gözləməyib başqasına ərə gedib. Nə etməli, hər şeyə göz yummalı, yoxsa yenidən mübarizə aparmalı? O, sevdiyi qızla xoşbəxt həyat sürməyi arzulayır.
Bağışla, gələ bilmədim (film, 2015)
Bağışla, gələ bilmədim qısametrajlı bədii filmi rejissorlar Faiq Kərimoğlu və Ramin Asimoğlu tərəfindən 2015-ci ildə ekranlaşdırılmışdır. Filmdə İmam Hüseynin Kərbəlada olduğu zaman yaxınlıqdakı zindanda olan dustaqlardan, həmin dustaqların İmam Hüseynin şəhid olması xəbərini eşitməsindən sonra baş verən proseslər öz əksini tapır. Əsas rolları Rasim Balayev, Namiq Ağayev, Kamran M. Yunis, Şamil Süleymanov və Təvəkkül Əliyev ifa edirlər. == Məzmun == Filmdə İmam Hüseynin Kərbəlada olduğu zaman yaxınlıqdakı zindanda olan dustaqlardan, həmin dustaqların İmam Hüseynin şəhid olması xəbərini eşitməsindən sonra baş verən proseslər öz əksini tapır. == Film haqqında == Film Aqşin Fatehin eyniadlı romanının motivləri əsasında çəkilib.