Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bando (şəhər)
Bando (坂東市, Bandō-shi) — Yaponiyanın Kanto bölgəsinin şimalında, İbaraki prefekturasında yerləşən şəhər. Şəhər 22 mart 2005-ci ildə qurulmuşdur. 2015-ci ilin sentyabrının məlumatına görə şəhərin əhalisi 54.349 nəfərdir, hər km² ərazidə 442 nəfər yaşayır. Şəhərin sahəsi 123,03 km²-dir. == Tarix == Meyci dövrü başlamazdan əvvəl müasir Bandonun ərazisi Şimosa əyalətinin tərkibində idi. 1 aprel 1889-cu ildə bələdiyyə sistemi tətbiq olunmağa başlananda İbarakinin Saşima rayonunda İvay kəndinin əsası qoyuldu. İvay kəndi 4 iyul 1900-cu ildə qəsəbə statusu, 1 aprel 1972-ci ildə şəhər statusu aldı. Bando şəhəri 22 mart 2005-ci ildə İvay şəhəri ilə qonşu Saşima qəsəbəsinin birləşdirilməsi nəticəsində yaranmışdır. == Coğrafiya == Şəhər Yaponiyanın Honşu adasında, Kanto regionunun İbaraki prefekturasının cənub-qərbində, Tone çayının şimal sahilində yerləşir. Cənub-qərbdə Çiba prefekturası ilə həmsərhəddir.
Bando şəhəri
Bando (坂東市, Bandō-shi) — Yaponiyanın Kanto bölgəsinin şimalında, İbaraki prefekturasında yerləşən şəhər. Şəhər 22 mart 2005-ci ildə qurulmuşdur. 2015-ci ilin sentyabrının məlumatına görə şəhərin əhalisi 54.349 nəfərdir, hər km² ərazidə 442 nəfər yaşayır. Şəhərin sahəsi 123,03 km²-dir. == Tarix == Meyci dövrü başlamazdan əvvəl müasir Bandonun ərazisi Şimosa əyalətinin tərkibində idi. 1 aprel 1889-cu ildə bələdiyyə sistemi tətbiq olunmağa başlananda İbarakinin Saşima rayonunda İvay kəndinin əsası qoyuldu. İvay kəndi 4 iyul 1900-cu ildə qəsəbə statusu, 1 aprel 1972-ci ildə şəhər statusu aldı. Bando şəhəri 22 mart 2005-ci ildə İvay şəhəri ilə qonşu Saşima qəsəbəsinin birləşdirilməsi nəticəsində yaranmışdır. == Coğrafiya == Şəhər Yaponiyanın Honşu adasında, Kanto regionunun İbaraki prefekturasının cənub-qərbində, Tone çayının şimal sahilində yerləşir. Cənub-qərbdə Çiba prefekturası ilə həmsərhəddir.
Ryuci Bando
Ryuci Bando (d. 2 avqust 1979) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib, 2 qol vurub.
Çando (Vando)
Çando (kor. 장도, 將島) — Koreya boğazında, Koreya yarımadası sahillərində yerləşən, Cənubi Koreya aid olan ada. Kvando adasının qərb sahillərinə yaxın ərazidə yerləşir. İki ada piyada körpüsü vastəsi ilə birləşir. Tarixi park 828–851-ci illərdə mövcud olmuş "dəniz hökmdarı" Çan Boqoya həsr edilmişdir. İnzibati baxımıəndan Vando vilayətinə daxildir.
Banduk
Banduk (çeç. БӀен-дукъ; çeçen. bIо — «qoşun» + duk— «silsilə» sözlərindən) — Çeçenistan Respublikasının Şatoy rayonunda dağ zirvəsi. == Haqqında == Dəniz səviyyəsindən hündürlüyü 1359 metrdir. Banduk dağı dəniz səviyyəsindən 1342 metr yüksəkliklərdə, yaxud da ətraf ərazidən 306 metr hündürlükdə yerləşir. Ətəyində dağın eni 4,5 km-dir. Ən yaxın yaşayış məntəqələri: Zona, Yarış-Mardı, Daçu-Borzoy, Ulus-Kert, Şatoy. Banduk dağı ətrafındakı ərazilər şimal-qərbə doğru təpəlik, cənub-şərqə doğru dağlıqdır. Rayonun ən yüksək zirvəsi Banduk silsiləsidir. Dəniz səviyyəsindən hündürlüyü 1771 metrdir.
Bаydji
Badji — İraqın Səlahəddin mühafəzəsində şəhər.
Lindjo
Lindjo (tələffüz edilir [lǐːndʑɔ]) — Xorvatiyada Dubrovnik şəhərinin və bütövlükdə Dubrovnik regionunun məşhur rəqsi. == Haqqında == Lindjo cənubi Dalmasiyaya aid lijeriki adlı qədimi üç simli musiqi alətinin sədaları altında oynanılır. Bu rəqs növü XVIII əsr sonlarında Şərq Aralıq Dənizindən gəlmiş və XIX əsrdə Adriatik dənizi sahillərində yayılmışdır. Hal-hazırda o Dubrovnikin sahilboyu regionunda, Konavle ərazisində, Peljeşac yarımadasında, Mljet və Lastovo adalarında, Dubrovnikin qərb sahillərində, həmçinin Hersoqovinada geniş şəkildə ifa edilir. Keçmişdə bu rəqs körük alətinin müşayiəti ilə ifa olunurdu. Rəqsin rəhbəri sol dizinə lijerikanı qoyaraq oturaqlı vəziyyətdə oynayır. Bu zaman da sağ ayağı ilə yerə vuraraq rəqs edənlər üçün ritmi tənzimləyir. Rəqqaslar rəqsin rəhbəri ətrafında dairə üzər hərəkt edirlər. Rəqs rəhbəri həm də kimin kimlə rəqs edəcəyinə qərar verir və rəqs edənləri improvizasiyalarda yarışmağa təşviq etməklə yanaşı, rəqs fiqurlarının dəyişməsini də diktə edir. Lindjo rəqsi ənənəsi Dubrovnikin Lindjo Folklor Ansamblı tərəfindən yaşadılır.
Badoo
Badoo — 2006-cı ildə rusiyalı sahibkar Andrey Andreev tərəfindən qurulmuş tanışlıq mərkəzli sosial şəbəkəsidir. Baş ofisi Limasolda, Kiprdə və Londonda və digər ofisləri isə Böyük Britaniyada, Malta, Rusiya və ABŞ-də yerləşir. O, 190 ölkədə fəaliyyət göstərir və 47 fərqli dildə mövcuddur ki, bu da onu dünyanın ən çox istifadə edilən tanışlıq şəbəkəsinə çevirir. Proqram iOS, Android və internetdə mövcuddur. Badoo əsas xidmətlərdən ödənişsiz istifadə oluna bilən freemium modelində işləyir. == Tarixi == Badoo rusiyalı sahibkar Andrey Andreev tərəfindən təsis edilib və 2006-cı ilin noyabrında Moskvada işə salınıb. O vaxtdan bəri ən populyar tanışlıq saytları arasında yer alır. 2016-cı ildə 21 ölkədə ən çox yüklənən tanışlıq proqramı idi.2011-ci ildə Wired Badoo-nu Braziliya, Meksika, Fransa, İspaniya və İtaliyada "kütləvi fenomen" kimi təsvir etdi.
Banda
Banda — iki və daha çox şəxsdən ibarət olub iştirakçıları arasında möhkəm təşkilati birlik olan, basqınlar etmək məqsədilə birləşən insanlar birliyi. Bəzi cinayətkar bandaların üzvləri özlərinin sadiq olduqlarını və adətən oğurluq və zorakılıq kimi cinayətləri törətməyə qadir olduqlarını sübut etməlidirlər. Bandanın üzvünə qanqster deyilir. Bir çox banda dəstələri tarix boyu böyük şöhrət qazanmışlar; məsələn, İtaliya mafiyası, rus mafiyası, irland mafiyası, yəhudi mafiyası, polyak mafiyası, alban mafiyası, Yaponiyada yakudza, Çində triada, Yeni ingiltərə bandaları, Yamaykada Duş Posse və Yardi, afroamerikalılardan ibarət Krips və Bludz, latinoların bandalarından Mara Salvatruça, ağdərili bandalardan Ari qardaşlığı və motosikletçilərdən ibarət banda olan Cəhənnəm mələkləri. == Mənası == Banda ingilis dilində "gang" sözü ilə ifadə olunur. "Gang" sözü qədim ingilis dilindəki "getmək" mənasına gələn "gan" sözünün feli sifət formasıdır. Bu isə qədim skandinav dilindəki "səfər, səyahət" mənasına gələn "gangster" sözü ilə eyniköklü sözdür. Ümumiyyətlə, söz bir qrup insan mənasına gəlir və işlənmə yerindən asılı olaraq neytral, müsbət və ya mənfi mənada istifadə edilə bilər. == Tarixi == Amerika tarixində banditizmin rolundan danışarkən Barrinqton Mur qeyd edirdi ki, qanqsterizm əhəmiyyətli dərəcədə qanunçuluğun olmadığı cəmiyyətlərdə peyda olur. O, Avropa feodalizmini "əsas etibarilə cəngavər anlayışı vasitəsilə hörmət qazanan qanqsterizm" kimi xarakterizə edirdi.Bandaların böyük bir qismi, məsələn, xaşxaşilər, tuqilər, Çin triadaları, yapon yakudzası, irland mafiyası, Panço Vilyanın dəstəsi, ölü dovşanlar, Vəhşi Qərbin bandaları, Baueri oğlanları, italyan mafiyası, yəhudi mafiyası və rus mafiyası kimi mafiya ailələri əsrlərdir ki, mövcuddur.
Bandl
Bandl (ing. bundle — bağlama, büküm, boğça) — oyun və kompüter sənayesində bir neçə məhsuldan və ya xidmətdən ibarət, lakin bütov vahid bir məhsul və ya xidmət kimi satılan komplektə deyilir. == Bandl nümunələri == Bu strategiya (bandl yaratmaq) daha çox kompüter proqramları biznesi (məsələn, mətn prosessoru, cədvəl və verilənlər bazasının bir ofis proqramına yerləşdirilməsi), kabel televiziyası sənayesi (məsələn, ABŞ-də adi kabel adətən birdəfəyə bir çox kanalları bir qiymətə təklif edir) və fast fud sənayesi (bir neçə yemək bir yemək kimi təqdim olunur) üçün xarakterikdir. Oyun komplektləri və bir neçə funksiyanı özündə cəmləşdirən brauzer bandlları (ing. browser bundles) da daha geniş yayılmaqdadır.
Bandar-loq
Bandar-loq(hind बन्दर-लोग) – İngilis yazıçısı Redyard Kiplinqin "Cəngəlliklər kitabı"nda yaratdığı uydurulmuş meymun xalqıdır. İngilis dilindən olan bir sıra tərcümələrdə cəm şəklində — bandarloqlar kimi tərcümə olunur., == Xarakteristikası == Hindi dilindən tərcümədə Bandar sözü "meymun", log sözü isə "xalq" anlamına gəlir. Bu iki sözün birləşməsi olan "Bandar-log" sözü "meymun xalqı" mənasını verir. Kiplinq Bandar-loq haqda belə yazmışdır: "Onlar hamısı özlərinə başçı seçmək, öz qanunlarını qurmaq, öz adətlərini fikirləşmək üçün yığışırlar, lakin onların yaddaşı növbəti günə qədər qalmadığından heç vaxt fikirləşdiklərini həyata keçirə bilmirlər". Özlərinə bəraət qazandırmaq üçün hətta belə bir deyim də tərtib etmişdilər: "Bandar-loqun indi nə haqda düşündüyünü, cəngəlliklər sonra düşünəcək". "Cəngəlliklər kitabı"nda Bandar-loq haqqında daha çox "Kaa-nın ovu" hekayəsində oxuya bilərik. Bu hekayədə Bandar-loq görünüşcə meymuna bənzəyən Mauqlini oğurlayırlar. Mauqli meymunların "Biz güclüyük! Biz azadıq! Biz heyran olunmağa layiqik!
Dieqo Brandao
Diyeqo Pereyra Brandao - Braziliyalı UFC döyüşçüsü. 1987-ci ildə Braziliyanın Mayamisi sayılan Fortaleza şəhərində anadan olmuşdur. 2005-ci ildən peşəkar döyüşlərə başlayan Diyeqo UFC-nin keçirdiyi bir çox şou xarakterli yarışlardada iştirak etmişdir,ümumilikdə MMA üzrə keçirdiyi 28 döyüşdən 18 qalib,10-da isə məğlub olmuşdur.Braziliya ciu-citsusu üzrə qara kəmər ustasıdır.
Diyeqo Brandao
Diyeqo Pereyra Brandao - Braziliyalı UFC döyüşçüsü. 1987-ci ildə Braziliyanın Mayamisi sayılan Fortaleza şəhərində anadan olmuşdur. 2005-ci ildən peşəkar döyüşlərə başlayan Diyeqo UFC-nin keçirdiyi bir çox şou xarakterli yarışlardada iştirak etmişdir,ümumilikdə MMA üzrə keçirdiyi 28 döyüşdən 18 qalib,10-da isə məğlub olmuşdur.Braziliya ciu-citsusu üzrə qara kəmər ustasıdır.
Marlon Brando
Marlon Brando (3 aprel 1924[…], Omaha, Nebraska – 1 iyul 2004[…], Los-Anceles, Kaliforniya) — məşhur Amerika kinoaktyoru. İki dəfə Oskar mükafatı sahibi. Müasir Amerika kinosunun ən dahi aktyorlarından biridir. 1999-cu ildə "Time" jurnalı "Əsrin 100 dahi adamı"nı seçdi. Onlar arasında Çarli Çaplin və Marlon Brando yeganə peşəkar aktyor idi. Martin Skorseze onun haqqında bildirirdi: "O müəyyənedici nişanədir. Kinoda Brandoya qədər və Brandodan sonra anlayışları mövcuddur." == Həyatı == Marlon Brando 1924-cü il aprelin 3-də Nebraska ştatının Omaha şəhərində anadan olub. Atası kimyəvi dərmanlar düzəldilən zavodda çalışırdı. Onlar İllinoysa köçürlər və 11 yaşı olarkən valideynləri ayrılır. Anası Marlonu və digər iki uşağını özü ilə birlikdə anasının yanına, Kaliforniyaya aparır.
Sandro Botiçelli
Sandro Botiçelli (təq. 1445, Florensiya, Florensiya Respublikası – 17 may 1510[…], Florensiya, Florensiya Respublikası[…]) — Florensiya boyakarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri. O, Lorenso Mediçinin saray rəssamı olmuşdur. Əsl adı Alessandro Mariano di Amedeo Filipepi olsa da Sandro çağrılıb. Florensiyada, dəriçi ailəsində anadan olub. Antonio adlı, amma Botiçelli (çəllək) ləqəbli, qızıl ustası olan böyük qardaşı tərəfindən tərbiyə alıb. Qardaşının ləqəbi Sandroya da keçib. Fra Filippo Lippinin (1406-ya yax. – 1469) şagirdi olub. Lippi Florensiyadan köçəndən sonra Botiçelli Verokkio emalatxanasına (1467–1468) düzəlir.
Sandro Bottiçelli
Sandro Botiçelli (təq. 1445, Florensiya, Florensiya Respublikası – 17 may 1510[…], Florensiya, Florensiya Respublikası[…]) — Florensiya boyakarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri. O, Lorenso Mediçinin saray rəssamı olmuşdur. Əsl adı Alessandro Mariano di Amedeo Filipepi olsa da Sandro çağrılıb. Florensiyada, dəriçi ailəsində anadan olub. Antonio adlı, amma Botiçelli (çəllək) ləqəbli, qızıl ustası olan böyük qardaşı tərəfindən tərbiyə alıb. Qardaşının ləqəbi Sandroya da keçib. Fra Filippo Lippinin (1406-ya yax. – 1469) şagirdi olub. Lippi Florensiyadan köçəndən sonra Botiçelli Verokkio emalatxanasına (1467–1468) düzəlir.
Sandro Matsola
Alessandro "Sandro" Matsola (it. Alessandro "Sandro" Mazzola; 8 noyabr 1942, Turin) — italiyalı keçmiş futbolçu. Müxtəlif dövrlərdə hücumçu və yarımmüdafiəçi kimi çıxış edib. 1968 Avropa çempionu və 1970 milli komanda ilə vitse dünya çempionu. Hal-hazırda RAI-də idman şərhçisi işləyir. == Karyera == Öz dövrunun məşhur futbolçusu Valentino Matsolanın oğlu, Ferrucco Matsolanın böyük qardaşı. Karyerasında ancaq bir klubun, Milanın "İnter" klubunun heyətində çıxış edib. Karyerasında debüt oyunu 10 iyun 1961-ci il tarixində, komandasının "Yuventus" klubuna 1: 9 hesabı ilə məğlub olduğu oyunda olub. Ümumilikdə "İnter"də 565 oyunda 160 qol vurub. "İnter"in heyətində A Seriyasında isə 418 oyun keçirib və 116 qol vurub.
Sandro Nikolas
Alessandro Heinrich Rütten (d. 4 oktyabr 1996, Haynsberq, Şimali Reyn-Vestfaliya, Almaniya) və ya səhnə adı ilə Sandro Nikolas — Amerikan-Yunan əsilli Almaniya müğənnisi. O, Kipri Rotterdamda keçirilən 2020 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək. == Həyatı və musiqi karyerası == Sandro Nikolas 1996-cı ilin oktyabr ayında Almaniyada dünyaya gəlmişdir. Onun atası milliyətcə amerikan, anası isə yunandır. O, alman, ingilis və yunan dilində səlis danışa bilir. Kiçik yaşlarından gitarada ifa etməyi öyrənən Sandro 15 yaşından mahnı bəstələməyə başlamışdır. 2018-ci ildə gənc ifaçı Almaniyanın The Voice səs yarışmasında iştirak edərək, yarımfinal mərhələsinədək yüksələ bilmişdir. 2019-cu ildə isə o Soçidə keçirilən Yeni Dalğa musiqi festivalında Amerika Birləşmiş Ştatlarını təmsil etmişdir. İfaçı Sandro Nikolas psevdonimi ilə ilk dəfə həmin festivalda çıxış etmişdir.
Sandro Ramirez
Sandro Tonali
Sandro Tonali (it. Sandro Tonali ; 8 may 2000, Lodi, Lombardiya) — İtaliyalı peşəkar futbolçu. Orta xətt oyunçusudur. İngiltərə Premyer Liqasında çıxış edən "Nyukasl Yunayted" klubunun və İtaliya milli komandasının yarımmüdafiəçisi. == Klub karyerası == === Breşiya === Sandro Tonali "Pyaçentsa" və "Breşiya" klublarının yetirməsidir. O, 26 avqust 2017-ci ildə "Breşiya"nın səfərdə "Avellino" klubu ilə oyununda peşəkar karyerasında debüt edir.28 aprel 2018-ci il tarixində "Salerintana" klubuna qarşı oyunda Sandro Tonali ilk qolunu vurur. 25 avqust 2019-cu ildə "Breşiya"nın heyətində "Kalyari" klubuna qarşı oyunda meydana çıxmaqla İtaliya A Seriyasında debüt edir. === Milan === 9 sentyabr 2020-ci il tarixində Tonali "Milan" klubunun oyunçusu kimi təqdim edilir. Müqaviləyə görə futbolçu ilk mövsümu 10 milyon avro qarşılığında icarə əsasında "Milan"da oynayacaq, sonra isə "Milan" klubu daha 10 milyon avro ödəyərək futbolçunun transfer hüququnu alacaq. Həmçinin "Breşiya" klubunun əlavə olaraq bonuslar şəklində 15 milyon avro və Tonalinin mümkun olacaq satışından 10 faiz qazanmaq hüququda transfer müqaviləsində öz əksini tapır.
Sandro Vaqner
Sandro Vaqner (alm. Sandro Wagner‎; 29 noyabr 1987[…], Münhen) — Almaniya futbol meşqçisi və hücumcu mövqeyində çıxış etmiş keçmiş peşəkar futbolçusu. Hazırda Regionliqa Bavariya çempionatında çıxış edən "Unterhaxing" klubuna başçılıq edir.
Andro Kobaladze
Aktyor — gürcü əsilli aktyor Sovet filmlərində əsasən Stalin rollarında çəkilib.
Banda dənizi
Banda dənizi (ing. Banda Sea) — Sakit okeanının qərbində, Malay arxipelaqında yerləşən adalar arasında yerləşir. Adalar dənizin sərhədlərini təşkil edir. Şimalda Buru və Seram, cənub-qərbdə Timor, şərqdə Tanimbar və Aru adaları arasında yerləşir. Dənizin sahəsi 714,000 km², şimaldan cənuba eni 500 km, şərqdən qərbə uzunluğu 1000 km, ən dərin yeri 7440 m təşkil edir. Dəniz mərcan rifləri ilə zəngindir. Əsas limanı Ambondur. == Ədəbiyyat == Tomascik, Tomas. The Ecology of the Indonesian Seas. Oxford: Oxford University Press, 1998.
Banda gölü
Vanda gölü — Antarktidanın Viktoriya Torpağı ərazisində, Rayt vadisində yerləşən göl. Gölə Oniks çayı tökülür. Gölün uzunluğu 5 km, maksimal dərinliyi 69 metr təşkil edir. Yeni Zelandiyaya məxsus Vanda stansiyası gölün sahilində 1968-ci ildən 1995-ci ilə qədər fəaliyyət göstərmişdir. Göl duzludur. Onun suyu dəniz suyundan on dəfələrlə duzludur. Hətta Ölü dənizini dəfələrlə üstələyir. Ola bilsin ki, dünyanın ən duzlu gölü olan Assal gölünü belə üstələyir. Suyunun temperaturunda təbəqələşmə müşahidə edilir. Alt təbəqədə 23 °C, orta təbəqədə temperatur 7 °C, üst təbəqədə 3–4 °C. Transantarktik dağları cərgəsində olan çoxlu sayda olan duzlu göllərdən biridir.
Banyo (Alye)
Banyö (fr. Bagneux) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qərbi Mulen kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03015. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 288 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 167 nəfər (15-64 yaş arasında) 141 nəfər iqtisadi cəhətdən, 26 hərəkətsiz (fəaliyyət göstərici 84,4%, 1999-cu ildə bu göstərici 72,2%) idi. Fəal olan 141 nəfərdən 134 nəfər (74 kişi və 60 qadın), 7 nəfər işsiz (3 kişi və 4 qadın) idi. Aktiv olmayan 26 nəfər arasında şagird və ya tələbə, 12 nəfər təqaüdçü, 7 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.