Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bednota (qəzet)
Bednota — Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr edilmiş gündəlik leqal bolşevik qəzeti. 14 sentyabr 1919-cu il tarixindən, həmin ilin 26 oktyabrına qədər fəaliyyət göstərən qəzetin cəmi 30 nömrəsi buraxılmışdır. Qəzetin məsul redaktoru Əliheydər Qarayev olmuş, qəzetdə Bakı fəhlələrinin həyatından, həmkarlar ittifaqları, fəhlə konfransı, digər fəhlə təşkilatlarının fəaliyyətindən, fəhlələrin kollektiv müqavilə uğrunda mübarizəsindən bəhs edən materiallar, Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin, Kommunist İnternasionalının bir sıra rəsmi sənədləri dərc olunmuşdur. Azərbaycanda sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizə aparmış, davamlı olaraq Azərbaycanın müstəqilliyi əleyhinə yönəldilmiş məqalələrlə çıxış etmiş, buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən bağlanmışdır.
Bellota
Benoa burnu
Benoa burnu həmçinin Tacunq-Benoa (ind. Tanjung Benoa) — İndoneziyaya məxsus olan Bali adasının cənub hissəsində yerləşən burun. Adanın istirahət-turizm bölgələrindən biridir. Burunun sahəsi 5,24 km² təşkil edir. Burun ərazisi Tacunq-Benoa inzibati vahidliyinə daxildir. Burada iki kənd yerləşir. Kəndlərin hər ikisində ümumilikdə 5463 nəfər yaşayır. == Coğrafi yerləşməsi == Burun Bali adasının cənubunda yerləşən Bukit yarımadasının bir hissəısini təşkil edir. Öz növbəsində dənizin daxilinə uzanan bir qumlu dili xatırladır. Burunun ərazisi cənubdan şimala istiqamətlənir.