Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bekeş (medye)
Bekeş (mac. Békés) — Macarıstanın medyesi, Rumıniya ilə sərhəddə Cənubi Alföldə yerləşir . İnzibati mərkəzi — Bekeşçaba. Həmçinin Yas-Nadkun-Solnok, Çonqrad və Xaydu-Bixar medyeləri ilə sərhəddir. == Demoqrafiya == 2001-ci ilin əhalinin siyahıya alınması nəticəsində 392 nəfər təşkil edirdi. Əhalinin 60 % çoxu şəhər şəraitində yaşayır. Dominant millət - macarlar. Onlardan əlavə slovaklar (təx. 7000), qaraçılar (5000), rumınlar (4000), almanlar (1500) və serblər (400) yaşayırlar. == İnzibati-ərazi bölgüsü == === Yaraşlara bölünməsi === 2013-cü il iyulun 15-dən Macarıstanda medyenin köhnəlmiş ərazilərin əvəzinə yaraşlara bölünməsi qüvvəyə mindi.
Dyörd von Bekeşi
Dyörd von Bekeşi-(mac. Békésy György, 3 iyun 1899[…], Budapeşt – 13 iyun 1972[…], Honolulu) macar əsilli ABŞ fiziki. "Qulaq ilbizinin stimullaşdırılmasında fiziki mexanizmin kəşflərinə görə" fiziologiya və tibb üzrə Nobel mükafatı laureatıdır. == Həyatı == Dyörd von Bekeşi 3 iyun 1889-cu ildə Budapeşt şəhərində anadan olmuşdur. Atası dövlət xadimi olan Bekeşi ailənin 3 övladından ilki idi. Orta təhsilinin Bedapeştdə tamamladıqdan sonra atasının vəzifəsi ilə bağlı Bern şəhərinə göçmüş burada Bern Univeristetində kimya fakültəsini bitirmişdir. Daha sonra 1923-cü ildə Budapeştə qayıdan Bekeşi fizika sahəsində doktorluq dissertasiyasını müdafiə etmişdir. == Fəaliyyəti == Bekeşi eyni il "Macar Telefon İdarəsi"ndə tədqiqat laborantı vəzifəsində çalışmağa başlayır. Işi ilə bağlı Berlinə göndərilən Bekeşi 1926-1927-ci illərdə “Siemens und Halske” şirkətinin labarotoriyasında işləyir. 1939-cu ildə isə Budapeşt Universitetinin eksperimental fizika fakültəsinin professoru olur.
Bekasi
Bekasi — Qərbi Yavada Cakarta metropol sahəsiylə əhatə olunmuş Cakartanın şərq sərhədində yerləşir. Ticarət, biznes və emal sənayesinə görə Cakarta üçün şəhərətrafı ərazi kimi xidmət edir. 210.49 kvadrat kilometr olan 2.66 milyon əhalisi olan Bekasi İndoneziyanın üçüncü ən sıx şəhəridir, lakin Cakarta şəhər aqlomerasiyasının bir hissəsi olduğundan Bandunq ölkənin üçüncü böyük şəhəri kimi tanınır. Bu şəhərin sərhədləri şimal və şərqdə Bekasi inzibati ərazisi (reqens), cənubda Boqor inzibati ərazisi (reqens) və Depok şəhəri, qərbdə isə Şərqi Cakarta şəhəridir. İndoneziyanın ən çox əhalisi olan Cakarta şəhərinə və dünyanın ən çox əhalisi olan şəhərətrafı şəhərdir,lakin hələ də Inçeon və Yokohamanı tərəf irəliləyir. Çoxmillətli şirkətlər çox sayda Bekasi şəhərində məskunlaşmaq üçün bir çox mühacir işçiləri cəlb (əsasən Yapon və Koreya) etmişlər. Yurd şəhəri olaraq Bekasi şəhərində mərkəzi orta peyk şəhərləri inkişaf etmiş, mərkəzi Cakartaya ticarət mərkəzləri, məktəbləri, xəstəxanaları, klub evləri, su parkı və xidmət avtobusları ilə tamamlanmışdır. Bekasi İndoneziyanın ən qədim şəhərlərindən biridir və Tarumanaqara Krallığının paytaxtı tarixinə sahibdir. O zaman Bekası adı Dayeuh Sundasembava idi. Onun mövcudluğunun ən qədim sübutu Tugu yazısına görə 5-ci əsrə aiddir.
Bemera
Benisa
Benisa (isp. Benisa) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 69,71 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 13369 nəfərə çatmışdır. == Qalereya == == Həmçinin bax == Marina-Alta Denia Xavea == İstinadlar == == Xarici keçidlər == Página oficial del Ayuntamiento de Benisa Arxivləşdirilib 2011-07-23 at the Wayback Machine Índice estadístico de Benisa.
Səkəşam
Sekəşan — Azərbaycan Respublikasının Astara rayonunun Şuvi kənd inzibati ərazi dairəsində kənd. Səkə komponenti fars dilindəki səkən sözündən olub "ev", "məskən", "yaşayış yeri", şam topokomponenti isə qədim türk dillərində "yüksəklik", "hündürlük" mənasındadır (Yüksəkdə yerləşən kənd). Kəndə ilk dəfə olaraq 2020-ci ilin may ayında elektrik enerjisi verilməyə başlanıb.
Betela
İstiot (lat. Piper) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinə aid bitki cinsi.
Beyeş
"Beyeş" ("Biish") məşhur tarixi başqırd xalq mahnısı uzun-kyui. == Tarix == "Beyeş" mahnısı ilk dəfə A. S. Klyuçaryov tərəfindən 1933-cü ildə BASSR-in Temyasovo, Baymakski bölgəsi kənd sakini A. Kərimovun ifasında lentə alınıb. İlk dəfə "Başkort xalq yırdarı" məcmuəsində nəşr edilmişdir. Mahnının müxtəlif versiyaları F. H. Kamayev, L. N. Lebedinsky , K. Y. Rəhimov, instrumental versiyalar — S. T. Rıbakov və "Ural Müsəlmanlarının məişət oçerki ilə musiqi və mahnıları" lentə alınmışdır. == Təsvir == Mahnıda hüquqları uğrunda mübarizə aparan və hakimiyyətin zülmündən gizlənən Beyeş batır təsvir olunur. Rəvayətə görə, 19-cu əsrin ortalarında başqırdlar hərbçi qismində, Rusiyanın müharibələrində və yürüşlərində iştirak etmiş, müdafiə tikililərinin inşası və şəhərlərin abadlaşdırılması ilə məşğul olmuşlar. Hərbi xidmət yükünü çəkmək istəməyən başqırdlar xidmət etdikləri yeri tərk etdilər. Beyeş və ortaqları da bu cür qaçaq əsgərlər idi. Onların ələ keçirilməsi üçün dəstələr quruldu, lakin Beyeş və yoldaşları Abubakir Abdakov, Kunakbay Abdrahimov, Rəhmatulla Barakov, Kurman Ilbakov, Kutluşa Murzaqulov 10 il ərzində — 1838–1848-ci illər arasında ələ keçmədən yaşadılar. Beyeş Verxneuralski rayonunun Kaginski və Avzyano-Petrovski fabrikləri ərazisindəki Burzyanskaya, Tamyanskaya ərazilərində fəaliyyət göstərmişdir.
Emesa
Hüms (ərəb. حمص‎) — Suriyada şəhər. Hüms mühafəzəsinin mərkəzidir. == Tarixi == Hüms bizim eradan əvvəl 2300-cü ilə aid salnamələrdə çəkilir. Şəhər Emesa adlanırdı. Bir müddət Roma imperiyasından asılı olmuşdu.
Kekeş
Kekeş (mac. Kékes) — Macarıstanda dəniz səviyyəsindən 1015 metr yüksəklikdə yerləşən ən yüksək dağ. == Haqqında == Heves əyalətinin Matra dağ silsiləsində Dyöndyöş şəhərinin şimal-şərqinin 12 km-liyində yerləşir. Balaton gölü və Dunay çayından sonra Macarıstanın üçüncü ən çox turist ziyarət edən bölgəsidir. Kekeş adı dağı əksər hallarda mavi rəngə çalmasından götürülmüşdür. Macar dilində kek sözü mavi, kekeş sözü isə mavitəhər mənasını verir.
Bekiya adası
Beqiya (ing. Bequia, "Buludlar adası") — Qrenadin arxipelaqının (Kiçik Antil adaları) ən böyük adasıdır. Sent-Vinsent adasından 14 km cənub-qərbdə yerləşir. Sahəsi 18 km² təşkil edir. Əhalisi təqribi olaraq 5 min nəfərdir. İnzibati mərkəzi Port-Elizabet şəhəridir. Sent-Vinsent və Qrenadinin ərazisinə daxiıdir. Əvvəllər ada gəmiqayırma və balina ovu məntəqəsi rolunu oynayırdı. Hazırda isə turizm mərkəzidir. Burada yeganə əlverişli buxta Admiralti-Beydir.
Bektaş xan
Bektaş xan Qorci (vəfatı 1639) olaraq da bilinən Bektaş xan I Şah Səfinin (1629-1642) dövründə 1631-1638-ci illəri arasında Bağdad qubernatoru (bəylərbəyi) vəzifəsini icra edən Səfəvi məmuru və qulamı. 1623-39-cu illərdə davam edən Osmanlı-Səfəvi müharibəsi zamanı Osmanlılar şəhəri ələ keçirdikdə onun vəzifəsi 1638-ci ildə başa çatdı. == Tərcümeyi-hal == Bektaş xan Mirimanidze sülaləsinin üzvü idi, bu sülalənin üzvləri I Şah Abbasın hakimiyyətinin (1588-1629) gəlişi ilə Səfəvi sıralarında durmadan yüksəlmiş, lakin əvvəllər də nüfuzlu vəzifələr tutmuşdu. Bacısı oğlu Səfiquli xanın (Mirman Mirimanidze) ölümündən sonra onun yerinə Bağdad qubernatorluğuna Bektaş xan keçdi. Bektaş xan əvvəlki mühasirələrdə zədələnmiş istehkamları xeyli təmir etdi. O, həmçinin düşmənin divarlara yaxınlaşmaması üçün də geniş tikinti işləri aparmışdır. 1638-ci il tarixli Osmanlı mühasirəsi zamanı Bektaş xan sərt müqavimət göstərdi və şəhərin ələ keçirilməsinə qədər təxminən altı həftə çəkdi. Bektaş xan Bağdadın süqutundan bir il sonra vəfat etdi. == İstinadlar == == Mənbələr == Bengio, O.; Litvak, Meir. The Sunna and Shi'a in History: Division and Ecumenism in the Muslim Middle East.
Berəsb (Urmiya)
Berəsb (fars. براسب‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 815 nəfər yaşayır (117 ailə).
Betesda (Merilend)
Betesda, ABŞ-nin Merilend ştatının Montqomeri qraflığında yerləşən siyahıyaalma məntəqəsidir. Əhalisi 2013-cü ildəki statistik məlumatlara əsasən 63,374 nəfər təşkil edir.
Bəkəki eli
Bəkəki eli İranın Fars ostanında Şiraz şəhərinin Kuhmərə Sorxi məntəqəsinin Mərvək dağında yaşayan eldir.Bəkəkilər Kuhmərə dilinin Bəkəki dialektində danışırlar və şiədirlər. == Oymaqlar == Rəyisi == Mənbə == Abdulla Şəhbazi, Naməlum el:Frasın Sorxi dağ sakinləri barədə araşdırma, Tehran:Ney nəşri,1986. Abdulla Şəhbazi,Ellər və köçərilər tanıdılması üçün müqəddimə,Tehran:Ney nəşri,1989.
Dəmiryol bərəsi
Dəmiryol bərəsi — Dəmiryol qatarlarını dənizlərdən, boğazlardan keçirən gəmi. Məsələn, Bakı-Türkmənbaşı bərələri.
Dərb Beheşt
Dərb Beheşt — İranın Kirman ostanının Ciruft şəhristanının Sarduiyə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,456 nəfər və 562 ailədən ibarət idi.
Monqol ləkəsi
Monqol ləkəsi — insanın bel və arxa nahiyələrində rast gəlinən göyümtül ləkə. Bu əsasən melamin piqmentinin derma qatına yığılması ilə əlaqədardır. Bu adın verilməsi əsasən ilk dəfə monqol uşaqlarında aşkarlanması ilə əlaqədar olmuşdur. Əslinə qalanda isə nəyinki monqoloid irqinə mənsub insanlarda həm də digər irqin nümayəndələrində belə müşahidə edilir. «Monqol ləkəsi» yeni doğulan uşaqlarda açıq-aşkar şəkildə müşahidə edilən bir izdir. Əsasən uşaqların 12-14 aylığında tamamən yoxa çıxır. Nadir hallarda zəif şəkildə yetkin insanlarda görünə bilir. Sarı-göy-qara rənglərinin yarışığına bənzəyir. Diametri elədə böyük olmayan qəpik böyüklükdə olur. Bəzən diametri 6-10 sm ola bilir.
Safet Berişa
Safet Berişa (11 Noyabr 1949 – 19 Oktyabr 2016) — Müdafiəçi kimi çıxış etmiş Albaniya futbolçusudur. Berişa Teuta Durres FK, Partizan Tirana FK, Albaniya milli futbol komandasında çıxış etmiş və 20 müxtəlif kubokun sahibi olmuşdur. Berişa kiçik yaşlarından ögey valideynləri tərəfindən saxlanılmışdır. Uşaqlıq illəri də Durres şəhərində keçmişdir. Berişa ilk gənclik karyerasına Teuta Durres FK klubunda başlamışdır. 1992-ci ildə o, ailəsi ilə birlikdə İtaliyaya mühacirət olunmuşdur. Əvvəlcə Bari, sonra isə Arezzo şəhərində yaşamağa başlamışdır. Berişa təcili yardım maşını ilə sürücü kimi çalışmağa başlamışdır.
Tobias Bekett
Tobias Bekett (ing. Tobias Beckett) — "Ulduz müharibələri" franşizasında personaj. İlk dəfə 2018-ci ildə çəkilmiş "Han Solo: Ulduz müharibələri. Hekayələr" filmində nümayiş olunmuş, burada Vudi Harrelson tərəfindən canlandırılmışdır. O, "Qırmızı şəfəq" cinayət sindikatında işləyən oğru və Han Solonun müəllimidir. Bekket sonradan Soloya xəyanət etmiş və nəticədə onun tərəfindən öldürülmüşdür. Personaj Robert Lüis Stivensonun "Dəfinələr adası" romanından dəniz qulduru Con Silverə əsaslanmışdır. Ssenari müəllifləri Lourens və Conatan Kezdan "Solo" filminin ssenarisini yazmağa başlamazdan əvvəl kitabı yenidən oxumuşdur. Onlar Bekett və Han Solo arasında "Dəfinələr adası" romanından Silver və Cim Hokins arasındakı münasibətə oxşar bir şey yaratmağa çalışmışdırlar.. ABŞ aktyoru Vudi Harrelson "Han Solo: Ulduz müharibələri.
Etrit Berişa
Etrit Berişa (10 mart 1989, Priştina) — Albaniyalı peşəkar futbolçu. İtaliyanın "Torino" klubunun və Albaniya milli futbol komandasının qapıçısı. == Karyera == Berişa karyerasına Pristinanın yerli "KF 2 Korriku" klubunun gənclər komandasında başlayıb. 2008-ci ildə İsveçə köçən Etrit, burada "Kalmar" klubunun gənclər komandasına qoşulur. O, 2010-cu ildə "Kalmar"ın əsas komandsına dəvət edilir və tezliklə klubda debüt edir. Etrit Berişa debüt mövsümündə 14 liqada oyununda çıxış edərək özünü əsas komanda oyunçusu kimi göstərir. O, İsveç mepionatının 2011-ci il mövsümundə, klubun əsas qapıçısı kimi mövqeyini möhkəmləndirir. Növbətii mövsüm o, qapıçı olmasına baxmayaraq, meydanda qollarda vurur. O, ilk peşəkar qolunu 12 iyul 2012-ci ildə Şimali İrlandiyanın "Cliftonville" komandasına qarşı Avropa Liqasının seçmə oyununda penaltidən vurur və cəmi bir neçə ay sonra İsveç çempionatında "Helsinqborq" klubuyla görüşdə daha bir dəfə penaltidən fərqlənir. Mövsümdə o penaltidən iki dəfə qol vuran və komandasının liqada dördüncü yeri tutmasına kömək edən qapıçı olaraq, 2013-cü il mövsümundə, İsveç çempionatında ilin qapıçısı mükafatını qazanır.
Betela mastica
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.
Teresa Ribera
Teresa Ribera Rodriges (19 may 1969, Madrid) — ispan hüquqşünası, universitet professoru və siyasətçi, Pedro Sançesin hökumətində Ekoloji Keçid və Demoqrafik Çağırış naziri (2020) və baş nazirin üçüncü müavini (2021). O, 2018-ci ildən, Mariano Raxoya qarşı uğurlu etimadsızlıq səsverməsi təşəbbüsünün ardınca baş nazir Pedro Sançesin hakimiyyətə gəlməsindən sonra İspaniyanın Ekoloji Keçid Naziri vəzifəsində çalışıb, 2020-ci ildə baş nazirin dördüncü müavini, 2021-ci ildə isə üçüncü müavini vəzifəsinə təyin edilib. Ribera 2008–2011-ci illər arasında baş nazir Xose Luis Rodriges Sapateronun hökumətində İqlim Dəyişiklikləri üzrə Dövlət Katibi vəzifəsində çalışıb və 2014–2018-ci illər arasında Parisdə yerləşən Davamlı İnkişaf və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru olub. Ribera Madrid Komplutense Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib, daha sonra Konstitusiya Araşdırmaları Mərkəzində konstitusiya hüququ və siyasi elmlər üzrə daha bir dərəcəyə yiyələnib. O, Madrid Muxtar Universitetinin İctimai hüquq və hüquq fəlsəfəsi kafedrasının dosenti olmuşdur və 2012-ci ildən Dövlət Mülki İnzibatçılarının Ali Qurumunda məmurdur. Ribera dövlət idarəçiliyində İspaniyanın İnkişaf Nazirliyində koordinasiya müdiri və Ətraf Mühit Mühafizəsi üçün Köməkçi Katibinin Kabinetində texniki müşavir kimi müxtəlif texniki vəzifələrdə çalışıb. O, 2004–2008-ci illərdə İqlim Dəyişikliyi İdarəsinin baş direktoru olub və 2008–2011-ci illərdə prezident Sapateronun hökuməti dövründə İqlim Dəyişikliyi üzrə dövlət katibi (Kənd Təsərrüfatı və Balıqçılıq, Qida və Ətraf Mühit Nazirliyində) vəzifəsini icra edib. Ribera Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin Qlobal Liderlik Şurası (UNSDSN), Dünya İqtisadi Forumunun qlobal iqlim dəyişikliyi üzrə məsləhət şurası və BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının (UNFCCC) "Dəyişiklik üçün Momentum" tədbir proqramı da daxil olmaqla bir neçə məsləhət şurasının üzvüdür. Ribera 2013-cü ilin sentyabrında Parisdə yerləşən Dayanıqlı İnkişaf və Beynəlxalq Münasibətlər İnstitutu (IDDRI) ilə əməkdaşlığa başlamış və 2014-cü ilin iyununda onun rəhbərliyini öz üzərinə götürmüşdür. Təşkilat davamlı inkişaf, iqlim dəyişikliyi, biomüxtəlifliyin qorunması, ərzaq təhlükəsizliyi və urbanizasiya prosesinin idarə edilməsi ilə bağlı strateji məsələlərin təhlili ilə məşğuldur.
BƏƏS
Ərəb Sosialist Bəəs Partiyası (ərəb. حزب البعث العربي الاشتراكي‎) yaxud sadəcə Bəəs (dirçəliş) — Suriya və İraqda ərəb sosialist partiyası. == Tarixçə == Tarixən iki qanadı olub, İraq və Suriya. Səddam Hüseyn devrildikdən sonra, Suriyada ki, qanadı yeganə mövcud olan qanadıdır. 1947-ci il aprelin 7 Dəməşqdə Mişel Əfləq və Səlahəddin Bitar tərəfindən Ərəb dirçəlişi partiyası adı ilə yaradılmışdır. 1954-cü ildə Əkrəm Hövraninin sosialist partiyası ilə birləşmişdir və o vaxtdan indiki adını daşıyır.Əsas məqsədləri sosializmin qurulması və ərəblərin birləşdirilməsi, partiyanın ideoloqiyasının əsası "panərəb hərəkatı" ideyası. Partiyanın lozunqu "Birlik, Azadlıq, Sosializm". İraqda 1963-cü il fevralın 8, Suriyada isə 1963-cü il 8 martda iqtidara gəlmişdir. Həmin ilin noyabrında İraqda iqtidardan uzaqlaşdırılıb, 1968-ci il iyulun 17-dən yenə iqtidarı ələ almış, 2003-cü ildə yenə iqtidardan uzaqlaşdırılıb. 1966-cı ildə Suriyada iqtidar Bəəs partiyasının sol qanadına keçir (Səlah Cədid və Nür-əd-din əl Atası), İraq qanadı bu çevrilişlə razılaşmır və 1968-ci ildə hakimiyyətə gələndən sonra partiyanın yaradıcıları Mişel Əfləqə və Şibl əl Əysamiyə sığınacaq verir.
Keşa
Keşa (kimi üsullu Ke$ha; əsl adı: Kesha Rosi Seberti ing. Kesha Rose Sebert, 1 mart 1987, Los-Anceles, Kaliforniya) — ABŞ-lı müğənni və bəstəkar. 2005-ci ildə, on səkkiz yaşındaykən, Dr. Luke'un val və nəşriyyat şirkəti ilə saziş imzalamışdır. O zamandan bəri təsirli bir musiqiçi olmasına baxmayaraq, başqa sənətçilər üçün mahnı sözü yazdı (The Veronicas'ın "This Love" adlı mahnısının sözlərini yazmışdır) və arxa vokallarda yer aldı, 2008-ci ildə Britney Spearsın Circus albomunda olan "Lace and Leather "mahnısında arxa vokalda iştirak edən Kesha, yenə eyni il içində Katy Perrynin siyahı başı mahnısı" I Kissed a Girl "ün video klipində iştirak etmişdir. Kesha'nın atılımı isə 2009-cu ilin əvvəlində Flo Rida'nın təklisi "Right Round" mahnısı ilə birlikdə oldu. Amerikalı rap müğənnisi Flo Rida ilə 2009-cu ildə etdiyi "Right Round" adlı düet, Amerikada bir həftə içində 630.000 dəfə endirilərək, Amerikan musiqi tarixində bir həftə içində rəqəmsal olaraq ən çox endirilən mahnısı oldu.