Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yevgeniya Berkoviç
Yevgeniya Boriovna Berkoviç (daha çox Jenya Berkoviç kimi tanınır, rus. Евге́ния Бори́совна Берко́вич; 29 aprel 1985, Leninqrad) — Rusiya teatr rejissoru, dramaturq və şairə, Yeddinci Studiyanın üzvü. “Teatr İşləri” cinayət işinin iştirakçısı. 2024-cü il iyulun 8-də 2-ci Qərb Dairə Hərbi Məhkəməsi rejissor Yevgeniya Berkoviç və dramaturq Svetlana Petriyçuku "Finist aydın şahin" tamaşasının quruluşuna görə terrora haqq qazandırmaqda ittiham edərək, altı il müddətinə ümumi rejimli koloniyada həbs cəzasına məhkum edib. Yevgeniya Berkoviç 2007-ci ildə Sankt-Peterburq Teatr Sənəti Akademiyasının teatr menecmenti ixtisasını bitirib. 2003-2008-ci illərdə Sankt-Peterburqda Gənclərin Yaradıcılıq Teatrında rejissor və müəllim kimi çalışıb. 2008-ci ildə Kirill Serebrennikovun kursunu bitirərək Moskva İncəsənət Teatr Məktəbi-Studiyasına rejissorluq ixtisasına daxil olub. Təhsil aldığı müddətdə rejissorlar İlya Şaqalov, Maksim Mışanski və Aleksandr Sozonovla birlikdə "Vinzavod Müasir İncəsənət Mərkəzi"ndə nümayiş etdirilən “Qırmızı budaq (Metropolis poeziyası)” poetik tamaşasının səhnələşdirilməsində iştirak etmişdir. Yevgeniya Berkoviç Teatr məktəbini bitirdikdə diplom işi olaraq Moskva İncəsənət Teatrının yaradıcılıq studiyasında Jan Anuyun eyniadlı pyesi əsasında "The Lark" tamaşasını səhnələşdirib (2012). Onun quruluş verdiyi tamaşada Janna Darkın məhkəməsi daxili ədalətin metaforasına çevrilib.
Mixail Berkos
Mixail Andreyeviç Berkos (ukr. Михайло Андрійович Беркос; 22 avqust (3 sentyabr) 1861, Odessa, Xerson quberniyası – 20 dekabr 1919, Xarkov) — yunanəsilli Rusiya və Ukrayna rəssamı. O, əsasən peyzaj janrında çalışmış və Avropa impressionizminin təsirini əhəmiyyətli dərəcədə yaşamışdır. Berkos yağlı boyalarla və akvarellərlə rəsmlər çəkmişdir. O, əsərlərində tez-tez Ukrayna təbiəti mövzusuna müraciət etmişdir. Mixail Andreyeviç Berkos 3 sentyabr 1861-ci ildə indiki Ukraynada, Odessada anadan olmuşdur. Atası Andrey İqnatyeviç Berkos Yunanıstanın təbəəsi olmuş və "Bellino Fender" firmasında xidmət etmişdir. Onun anası Marta İvanovna rus zadəgan ailəsindən idi. Ailə Puşkinskayada yerləşən evlərində yaşayırdı. Mixail Berkos ilk dəfə Odessa Rəsm Məktəbində rəssamlıq təhsili almış, 1877-ci ildə oranı bitirmişdir.