Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bilyard
Bilyard (fr. billard, bille – şar sözündən) – bir idman növüdür. Son illərdə idman budaqları içində əhəmiyyətli bir yer tutmağa başlamışdır. Bu anda Avropanın ən çox maraqlanılan 5 idmanı arasındadır. Bilyard oynamaq üçün lazım olan alətlər; bilyard masası, kiy, bilyard topları, təbaşir (kiyin topa daha ölçülü vurmasını və gərəksiz yerə sürüşməməsini təmin edir, xüsusilə səhvli vuruşlarda çox işə yarayar), körpü (kiyə görə) (çətin uzanılan toplara çatmağı təmin edir) lazımdır. == Bilyardın özünəməxsus xüsusiyyətləri == Xüsusi stol üzərində şarlarla oyun. Üzərinə mahud çəkilmiş stolun bortlarında 6 luza (tor səbətcikli halqa) var. Bəzi Bilyardlarda luza olmur (məs., fransız Bilyardı). Bilyard 3, 5 və ya 16 (15-i nömrəli, biri nömrəsiz) şarla oynanılır. Şarlar fil sümüyündən və ya mastikadan düzəldilir; luzaya salmaq üçün ona kiy (uzunluğu 1,30–1, 45 m olan davamlı ağacdan düzəldilən xüsusi çubuq) ilə zərbə vurulur.
Bilyard şarı
Bilyard şarı - Bilyard oyununda istifadə olunan iri toplar.Oyunda çəhrayı,qara,qırmızı,qəhvəyi,yaşıl,sarı şarlar olur.Qara şar 7 bal,qəhvəyi,sarı və yaşıl şarlar 3 bal ,çəhrayı şarlar 5 bal ,Qızmızı şarlar 1 bal qazandırır.Bu şarlar (Qəhvəyi,çəhrayı,sarı,yaşıl və qara)sadəcə oyunda xal qazanmaqçündür.Onları səbətə atanda top yenidən stola qoyulur və oyunçunun xalı artır.(çoxballı şarı iki səfə təkrar səbətə atmaq olmaz.)Rəngli şarların hərəsindən bir dənə,Qızmızı şarlar isə 5 dənə olur.Qızmızı şarlar bitəndə digər şarlar səbətə düşsə belə qalır.Ən sonda (şarlar bitəndə) balı çox olan qazanır. == Tarixçə == === Yeni materialdan istifadə === XIX əsrdə Avropada və ABŞ-də bilyard oyunu çox populyar olmuşdur. Bu oyunun kütləviliyinə əngəl olan yeganə amil onun şarları idi. Çünki bilyard şarları əvvəllər fil sümüyündən hazırlandığı üçün çox baha idi. 1860-cı illərdə bilyard şarlarının düzəldilməsi üçün fil sümüyünə alternatıv bir material icad edənə 10 min dollar dəyərində mükafat da ayrılmışdı. Bu məbləğ, o dövrlər üçün çox nəhəng bir məbləğ idi. Fil sümüyünə alternativ olan bir material dedikdə, bu material bilyard şarlarının bütün əlamət və keyfiyyətlərini özündə əks etdirməli idi. Belə ki, həmin material bərk və ağır, nəmə və zərbələrə qarşı davamlı, sığallı və bir az da elastik olmalı idi. 10 min dollarlıq mükafatı amerikalı ixtiraçı D. Hayett almışdır. O, 1869-cu ildə ilk dəfə olaraq çox ucuz bilyard şarları hazırlamışdır.
Robert Balard
Robert Balard (ing. Robert Duane Ballard) - ABŞ dəniz donanmasının istefada olan dənizçisi. 1985-ci ildə Atlantik okeanı 4.000 metr dərinliyində Titanik gəmisinin qalıqlarını aşkarlamışdır.
Bilad əş-Şam
Bilad əş-Şam (ərəb. بِلَاد الشَّام‎) — Raşidi, Əməvi, Abbasi və Fatimi xilafətlərində vilayət. Vilayət 634–647-ci illərdə müsəlmanlar tərəfindən fəth edilən Bizansın Şərq diosezinin ərazisinə uyğun gəlirdi. Əməvilər dövründə (661–750) Bilad əş-Şam xilafətin paytaxt vilayəti olmuş və vilayətin müxtəlif yerləri Əməvi xəlifələri və şahzadələri üçün iqamətgahı olmuşdur. == Toponim == Bilad əş-Şam adı ərəb dilində "sol tərəfdəki bölgə" kimi tərcümə olunur. Vilayət özlərini doğan günəşə tərəf baxan hesab edən Hicaz (Qərbi Ərəbistan) sakinlərinin baxış bucağından belə adlandırılmışdır. Odur ki, onlar özlərinin sol tərəfində Suriya bölgəsi, sağ tərəfində isə Yəmən bölgəsini ("sağ tərəfdəki bölgə") yerləşdirmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Gil, Moshe. A History of Palestine, 634-1099. Cambridge University Press.
Riçard-Molard dağı
Nimba dağı və ya Riçard-Molard dağı — Afrikada 3 respublikanın ərazisində yerləşən Nimba dağı və onun ətrafındakı əraziləri əhatə edən qorunan təbiət ərazisidir. 1981-ci ildə 155-ci üzv kimi YUNESKO-nun Ümumdünya irsi sıyahısına salınmışdır == Haqqında == Heyvan növləri arasında müxtəlif antilop cinsləri, böyük pişiklər, müşk pişiyi və müxtəlif məməli və sürünənlər də vardır. Burada daşları alət və vasitə olaraq istifadə edən şimpanzelər də yaşayır. Nimba Dağı Qvineya, Kot-d'İvuar və Liberiya arasında yerləşir. Kot-d'İvuarda qalan hissə mühafizə olunan bölgəyə daxil deyil. Nimba Dağı 1 752 metr yüksəklikdə olub 40 km-lik bir dağ silsiləsinin hissəsidir. Təbiət Qoruma Sahəsi yüksək otlaq, savanna düzənliyi və yağış meşələrindən ibarətdir. Kütləvi olaraq Liberiyadan qaçqınların gəlməsindən sonra Qvineya 1992-ci ildən bəri bu sahədə dəmir filizinin çıxarılmasına icazə vermiş və bu bölgəni təhlükə altına atmışdır. Nəzarətsizlik, qanunsuz ovlanma və yanğınlar bölgənin təbiətinə böyük zərər yetirir. Bu səbəblərdən 2013-cü ildən təhlükə altındakı abidələr siyahısındadır.
Bilbord
Bilbordlar (ing. billboard) — iriölçülü reklam elanlarının yerləşdirilməsi üçün nəzərdə tutulan müstəqil konstruksiya. İlk bilbordlar Amerikada təxminən 100 il əvvəl yaranmışdır. O zaman reklam məqsədilə xüsusi qurğulardan deyil, icarəyə alınan münasib sahələrdən istifadə olunurdu ki, bilavasitə onların üzərinə reklam elanları – billar – yapışdırılırdı. Sonradan həmin sahələri bilbord (ingilis dilindən tərcümədə elan lövhəsi) adlandırmağa başladılar. Azərbaycanda xüsusi qurğu şəklində hazırlanan ilk bilbordlar 90-cı illərin əvvəlində yaranmağa başladı. Bilbordların ən geniş yayılan formatı 3X6m, nisbətən daha az təsadüf olunan ölçüsü 3X12m təşkil edir, lakin son zamanlar supersayt və brandmauer kimi yeni, reklam sahəsinin genişləndirilməsinə meyli olan formatlar da get-gedə populyarlıq qazanır. Qeyd edək ki, bilbordun 2-ci adı da var – biqbord (böyük lövhə). == Mənbə == Bilbordlar.
Birlad
BIRLÁD — (rum. Bârlad [bɨrˈlad])Ruminiyanınnın ş.-ində, Vasluy judetində şəhər. Əh. 67,3 min (2006). Moldova yüksəkliyinin c.-unda, Bırladçayının (Siret çayının qolu) sahilindədir. Nəql. qovşağı (o cümlədən Buxarest–Kişinyov avtomobil yolu). Arxeoloji məlumatlara görə, təqr. 13 əsrin 2-ci yarısında yaranmışdır, yazılı mənbələrdə 15 əsrdən qeyd olunur. 1401 ildən Moldova knyazlığının tərkibində olmuşdur; Krım tatarlarının, osmanlıların, kazakların və polyakların yürüşləri zamanı dəfələrlə dağıdılmışdır (1440, 1659, 1711).
Milyard
1.000.000.000 (bir milyard) — 999.999.999-dan üstün, 1.000.000.000.000-dən əvvəlki təbii say. Elmi yazılarda 109 kimi yazılır. Cənubi Asiya ölkələrində ingiliscə ona 100 kurur (crore) deyilir. Milyard termini 1.000.000.000i rəqəmini ifadə etmək üçün istifadə edilə bilər. SI Giga prefiksi bu ədədi + 1.000.000.000 dəfə baza bölməni göstərir.
Riçard
Riçard — kişi adı. I Riçard — Plantagenetlər sülaləsindən ingilis kralı. II Riçard — Plantagenetlər sülaləsindən ingilis kralı. III Riçard — Plantagenetlər sülaləsindən ingilis kralı. Riçard Stolman — amerikalı azad proqram təminatı fəalı, haker və proqramçı. Riçard Dokinz — britaniyalı etoloq,ateist alim,təkamülçü bioloq və yazıçı Riçard Nikson — Riçard Conson — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 9-cu vitse-prezidenti. Riçard Stoun — ingilis iqtisadçı. 1984-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb Riçard Morninqstar — ABŞ Dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi (2009-2012). Riçard Meyer — ABŞ-lı memar.
Siland
Silend — Şimal Dənizində yerləşən virtual dövlət. Dünyanın ən kiçik tanınmayan ölkəsidir.. == Tarixi == Psevdo ölkə britaniyalı leytenant Roy Beyts tərəfindən neft platformasının üzərində qurulub. İngiltərə ordusunun keçmiş leytenantı Roy Beyts 1967-ci ildə Böyük Britaniyanın yaxınlığındakı neft platformalarından birini zəbt edərək, orada "Siland" adı verdiyi ölkəsini qurub. Britaniya Kral Donanması leytenantı adadan uzaqlaşdırmağa səy göstərsə də platformadan açılan xəbərdarlıq atəşinə məruz qalan donanmanın əsgərlərinin cəhdi uğursuzluqla nəticələnib. Sonrada həbs edilən leytenantın məhkəmə işində hakimlər hadisənin İngiltərə sərhədlərindən kənarda baş verdiyini bildirərək, Roy Beytsi sərbəst buraxıılması barədə hökm çıxarırlar. 1974-cü ildə Britaniyanın Konstitusiya məhkəməsinə müraciət edən leytenant dövlətin simvolu olan bayraq, milli marş və Siland dollarının qəbul edilməsinə nail olur. Özünü Siland knyazı adlandıran keçmiş hərbçinin ölkəsi heç bir dövlət tərəfindən tanınmayıb. Maraqlıdır ki, 550 kvadratmetr əraziyə malik olan dövlətdə çevrilişə belə cəhd edilib. Belə ki, leytenantın platforma-dövlətdə olmadığından istifadə edən Beyts ailəsinin üç üzvü vertolyotla platformaya gələrək, leytenantın oğlunu mətbəxə həbs edirlər.
Sivard
Sivard (ing. Seward) - Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Bicar
Bicar şəhəri (az.-əbcəd بایجار Baycar‎, fars. بیجار‎, kürd. Bîcar) — İranın qərbində yerləşən şəhər. Kürdüstan ostanında yerləşən Bicar şəhristanının inzibati mərkəzi. .2006-cı ilin siyahiyəalınması əsasında bu şəhərin 46.156 nəfər ahalisi var.
Bihar
Bihar (orijinal adı बिहार) — Hindistanda ştatdır. Mərkəzi Patna şəhəridir. Əhalisi 84 milyondur.
Bilal
Bilal — kişi adı. Bilal Həbəşi — Məhəmməd peyğəmbərin (s) səhabəsi. İlk müəzzin. Bilal Dadaşov — Azərbaycanın Əməkdar elm xadimi Bilal Dündar — Avropa Azərbaycan Konqresinin vitse-prezidenti Bilal İsmayılov — filologiya elmləri doktoru, professor. Bilal Məmmədov — Azərbaycan Bayrağı Ordeni (1994), Vətən uğrunda (25.06.2008) medallı Qarabağ müharibəsi iştirakçısı. Bilal Əliyev — Azərbaycan müğənnisi; Azərbaycanın xalq artisti.
Bаlаd
Balad — İraqın Səlahəddin mühafəzəsində şəhər.
Aslanürəkli Riçard
Şirürəkli Riçard (ing. Richard the Lion Heart, fr. Richard Cœur de Lion; 8 sentyabr 1157 — 6 aprel 1199) — Plantagenetlər sülaləsindən ingilis kralı. == Həyatı == Dünya tarixində "Şirürəkli Riçard" kimi məşhur olan ingilis kralı II Henrinin oğlu Fransanın Akvitaniya vilayətində doğulmuşdur. Bütün dünyada ləyaqət və alicənablıq rəmzi olan Riçardın(1157 — 1199) həyatı gərgin vuruşlarda, döyüşlərdə və intriqalarda keçmişdir. O zaman Fransanın bəzi hissələri İngiltərənin əlində idi. Belə vilayətlərdən biri Fransanın cənub-qərb əyaləti olan Akvitaniya idi. Bu vilayəti və hersoq dərəcəsini ona atası bağışlamışdı. Lakin kralın üç oğlu vardı. Oğullar ataya qarşı qiyam qaldırdılar.
Belqard-Pusyo
Belqard-Pusyö (fr. Bellegarde-Poussieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Boreper kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38037. Kommunanın 1999-cu il üçün əhalisi 851 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 229 ilə 436 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 45 km cənubda, Qrenobldan 65 km qərbdə yerləşir.
Billiard topulqası
Billiard topulqası (lat. Spiraea × billardii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Amerika, Şimali Avropa və Asiyanın ərazisində yayılmışdır. == Botaniki təsviri == Yarpaqların rəngi zəngin palitraya malikdir: zərif yaşıldan gümüşüyə, payız dövründə isə sarı çalarlardan bənövşəyi və al qırmızıyadək dəyişir. Təbii formaları topulqaya şar, kaskad və ya piramida, sallaq və ya sürünən görünüş verir. Topulqanın çiçəkləri xırda və gözəldir. Onlar çoxsaylı süpürgəvari, qalxanvari, sünbülvari və ya piramidal çiçək qrupları ilə açılır. == Ekologiyası == Çöl və dağ bitkisi hesab edilir. Qış şəraitinə, tüstüyə, qaza davamlıdır. == Azərbaycanda yayılması == Mədəni şəraitdə becərilir.
Bilyar burnu
Bilyar burnu (bolq. нос Биляр, ‘Nos Bilyar’ \'nos bi-'lyar\) — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının Barkley körfəzi sahillərindən 350 m şimal-qərbdə yerləşən burundur. Burun buzlaqlardan azaddır.Burun Bolqarıstannda yerləşən, 12-13-cü əsrdə İdil bulqarlarının paytaxtı olan Bilyar şəhərinin adını daşıyır. == Yerləşməsi == Burun Rove burnundan 3 km cənub-qərbdə, Leyr burnundan 4.5 km şimal-şərqdə, Nedelya burnundan 1.7 km şimal-şərqdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
Birlad (çay)
Birlad — (rum. Râul Bârlad) Rumıniyada çay. Siret çayının sol qolu. Uz. 250 km, hövzəsinin sah.7,6 min km2 . Başlanğıcını Bırlad platosunun q. hissəsindən götürür, əsasən, Moldova yüksəkliyi ilə axır. Yaz daşqınları olur,yayda bəzən quruyur. Suvarmada istifadə olunur; dəyirman qurğuları var. Vasluy,Bırlad, Tekuç şəhərləri Birlad sahilindədir.
Bobbi Qiçard
Bobbi Qiçard (29 noyabr 1999) — Yeni Zelandiyalı üzgüçü. Bobbi Qiçard Yeni Zelandiyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Həyatı == Bobbi Qiçard 29 noyabr 1999-cu ildə doğulub. == Karyerası == Bobbi Qiçard birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:15.97 saniyəlik nəticəsi ilə 33 üzgüçü arasında 24-cü oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Boyard qalası
Boyard qalası — Atlantik okeanı sahillərində yerləşən, Fransaya məxsus daşlı qala. == Tarixi == Boyard fransızcadan boyar, boyard, bəzən isə, Bayyard, boyyard kimi də tələffüz olunur). Bu “Daş fort(qala) – Atlantik okeanında, Fransanın Antioş boğazında, İl-d-Eks və Oleron adaları arasında inşa edilmişdir. Bu möhtəşəm tikilinin inşasına 1801-ci ildə başlanılmış, 1857-ci ildə başa çatdırılmışdır. Adada tikilmiş bu qalanın inşası hələ uzaq keçmişdə, 1666-cı ildə nəzərdə tutulmuşdur. Hələ o zamanlar da qalanın inşası hərbi məqsədlər üçün, hərbi mövqe üçün nəzərdə tutulurdu. Qalanın tikilməsi, yadellilərin dəniz hücumlarının qarşısını almaq məqsədi daşıyırdı. 1801-ci ildə qalanın tikintisinə başlayarkən ustalar problemlərlə üzləşmişlər. Belə ki, özül üçün dənizin dibinə qoyulmuş iri daş bloklar, az bir müddətdən sonra ağırlığından dənizin dibinə, quma batırdı. Bu səbəbdən qalanın inşası 1809-cu ildə dayandırılır.
Culiya Gillard
Culiya Qillard (ing. Julia Gillard) — Avstraliyanın ilk qadın baş naziri. == Həyatı == Avstraliyanın baş naziri Culia Qillard Böyük Britaniyada şaxtaçı ailəsində anadan olub. Uşaqlıqdan bronxnevmaniyadan əziyyət çəkən Culiyaya həkimlər sağalması üçün isti iqlimi məsləhət görürlər və bu səbəbdən ailəsi Avstraliyaya köçür. Təhsilini Adelaida Universitetində alır, sonradan Melburn Universitetinə köçürülür və orada 1983-cü ildə Avstraliya tələbələri ittifaqının sədri seçilir. Hüquq ixtisasına yiyələnən Culia 1987-ci ildə hüquq firması olan "Slater and Gordon"da işləməyə başlayır. 1990-cı ildə 29 yaşında firmanın partnyoru olur. 1998-də Avstraliya nümayəndələr palatasına deputat seçilir. 2007-ci ildə parlament seçkilərində partiyaları qalib gələndən sonra Qillard baş nazirin müavini olur. 2010-cu il iyununun 24-də o Avstraliyanın yeni baş naziri təyin olunur.
Culiya Qillard
Culiya Qillard (ing. Julia Gillard) — Avstraliyanın ilk qadın baş naziri. == Həyatı == Avstraliyanın baş naziri Culia Qillard Böyük Britaniyada şaxtaçı ailəsində anadan olub. Uşaqlıqdan bronxnevmaniyadan əziyyət çəkən Culiyaya həkimlər sağalması üçün isti iqlimi məsləhət görürlər və bu səbəbdən ailəsi Avstraliyaya köçür. Təhsilini Adelaida Universitetində alır, sonradan Melburn Universitetinə köçürülür və orada 1983-cü ildə Avstraliya tələbələri ittifaqının sədri seçilir. Hüquq ixtisasına yiyələnən Culia 1987-ci ildə hüquq firması olan "Slater and Gordon"da işləməyə başlayır. 1990-cı ildə 29 yaşında firmanın partnyoru olur. 1998-də Avstraliya nümayəndələr palatasına deputat seçilir. 2007-ci ildə parlament seçkilərində partiyaları qalib gələndən sonra Qillard baş nazirin müavini olur. 2010-cu il iyununun 24-də o Avstraliyanın yeni baş naziri təyin olunur.
Dilara Kurtulmuş
Dilara Kurtulmuş (türk. Dilara Kurtulmuş; 12 may 1998, Avstriya) — Türkiyə aktrisası.