Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Viktor Bondarev
Viktor Nikolayeviç Bondarev (rus. Виктор Николаевич Бондарев; d. 7 dekabr 1959, Voronej, SSRİ) Rusiya Silahlı Qüvvələrinin general-polkovniki. 1 avqust 2015-ci il tarixindən etibarən Rusiya Aerokosmik Qüvvələrinin Komandanıdır. Bu vəzifəyə təyin olunmazdan əvvəl Rusiya Hərbi Hava Qüvvələrinin Komandanı olmuşdur. Bondarevin hərbi karyerası 1977-ci ildə Sovet Hərbi Hava Qüvvələrinə qoşulduqdan sonra başlamışdır. O, 1981-ci ilə qədər Borisoqlebsk şəhərində yerləşən Boris Aviasiya Təlim Mərkəzində, 1992-ci ilə qədər isə Qaqarin Hərbi Hava Qüvvələri Akademiyasında təhsil almışdır. 2004-cü ildə General heyəti üçün Hərbi Akademiyanı bitirmişdir. O, Boris Aviasiya Təlim Mərkəzində eskadrilya komandiri təyin olunmazdan əvvəl, Hücum Aviasiyası Alayında xidmət etmiş və Sovet hərbi qüvvələrinin tərkibində Əfqanıstan müharibəsində iştirak etmişdir. Voronej vilayətinin Buturlinovka şəhərində yerləşən 899-cu Döyüş Aviasiyası Alayının komandiri vəzifəsinə yüksələn Bondarev bu alayın tərkibində Çeçen-Rus müharibələrində iştirak etmişdir.
Bakı bonları
Bakı bonları (bon-pul nişanları, alıcılıq və ödəmə vasıtəsı kimi istifadə olunanan qısamüddətli borc öhdəliyidir) — ilk dəfə 1918-ci il fevralın 5-də Zaqafqaziya Komissarlığı tərəfindən, sonra isə müstəqil Cənubi Qafqaz respublikası arasında razılaşma əsasında buraxılmışdır. 1918-ci ilin yazında Bakı şəhər özünüidarə orqanı və şəhər təsərrüfatı şurasında da bonlar buraxılmışdır. == Sonrakı inkişafı == Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yeni bonlar buraxılması haqqında Gürcüstan və Ermənistanla apardığı danışıqlar, irəli sürülən şərtlər Azərbaycan üçün sərfəli olmadığından, uğursuzluqla nəticələndi. Bununla əlaqədar, 1918-ci il 18 iyulda Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin sədri Fətəli xan Xoyski İstanbuldakı Azərbaycan nümayəndə heyətinə Türkiyədə Azərbaycan bonlarının hazırlanmasını sifariş etməyi tapşırdı. Türkiyədəki danışıqları nəticəsində kredit biletləri buraxmaq qərara alındı. Türkiyə Dəniz Nazirliyinin mətbəəsi bonların çapını öz üzərinə götürdü. 1918-ci il 22 sentyabrda respublikada pul dövriyyəsi məsələsi həll olunana qədər 10, 25 və 50 manatlıq Bakı şəhər pul nişanlarının buraxılması qərara alındı həmin pul nişanlarının buraxılması dövriyyədən çıxarılması qaydaları müəyyən olunarkən, Bakı şəhər özünüidarə orqanının və keçmiş şəhər təsərrüfatı şurasının dövriyyədəki pul nişanları ilə əlaqədar qəbul etdiyi qaydalar əsas götürüldü. 1918-ci il 9 oktyabrda Hökumət respublikada dövriyyədə olan pul nişanları üçün vahid məzənnə müəyyən etdi. 1919-cu il 27 yanvarda Gürcüstanla birgə Cənubi Qafqaz nümunəli 40 milyon bon buraxılması qərara alındı (respublikaların hərəsi 20 milyon bon almalı idi). 1919-cu il 30 martda Cümhuriyyət Hökuməti mövcud pul nişanlarından əlavə, 100 manatlıq pul əskinaslarının yeni seriyasının buraxılmasına icazə verildi.
Bandari musiqi
Bandari musiqi (fars. بندری‎) — İranın cənubdan, Fars körfəzi ətrafında gəlir. Cənubda Ərəb ölkələri ən yaxın olduğu kimi, bu, ərəb musiqi təsiri ilə İran musiqi stili, va toy zamanı ifa olunur.
Zaqafqaziya bonları
Zaqafqaziya bonları — Zaqafqaziya Komissarlığının pul nişanı. İlk dəfə 1918-ci il fevralın 5-də buraxılmıdı. Zaqafqaziya seymi dövründə və sonralar müstəqil Cənubi Qafqaz respublikaları yarandıqdan sonra da işlənən Zaqafqaziya bonları bu respublikalar arasındakı razılaşmalar əsasında buraxılmışdı. İlk razılaşma 1918-ci il iyunun 20-də Gürcüstanla Ermənistan arasında, daha sonra, 1918-ci il sentyabrın 6-da Azərbaycan, Gürcüstan, Ermənistan arasında əldə olunmuşdu. Sonralar bir neçə dəfə — 1918-ci il noyabrın 15-də Azərbaycanla Gürcüstan, 1919-cu il fevralın 12-də və mayın 7-də Gürcüstanla Ermənistan, sonuncu dəfə isə 1919-cu il iyunun 4-də Azərbaycan, Gürcüstan və Ermənistan arasında razılaşmalar əldə edilmişdi. Azərbaycanda Gürcüstan arasında 1918-ci il noyabrın 15-də imzalanmış müqaviləyə əsasən, Azərbaycan və Gürcüstanın səlahiyyətli nümayəndələrinin 1918-ci il 6 sentyabr tarixli sazişinə olavə olaraq, Zaqafqaziya Komissarlığının daha 160 milyon rubl məbləğində (Azərbaycan və Gürcüstan respublikalarının hər birinin ehtiyacı üçün 80 milyon rubl) birgə bonlar buraxılması barədə razılıq əldə olunmuşdu. Bonlar respublikalarm hökumətlərinə, onlar ekspedisiyadan daxil olduqca, Dövlət bankının Tiflis kontoru tərəfindon buraxılırdı. Tərəflərdən heç birinin digərinin xəbəri və razılığı olmadan Zaqafqaziya bonlarını hazırlamağa və buraxmağa ixtiyarı yox idi. 1919-cu il 4 iyun tarixli sazişə əsasən, Azərbaycan, Gürcüstan və Ermənistanın hər birinə, əlavə olaraq, 100 milyon rublluq Zaqafqaziya bonu buraxmaq qorara alınmışdı. Həmin sazişlə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu məbləği, habclə 1919-cu il 12 fevral tarixli müqaviləyə əsasən ona düşən 80 milyon rublluq bonları (cəmi 180 milyon) almışdı.