Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bonsay
Bonsay (盆栽, azərb. "dibçəkdə ağac"‎) — dibçəkdə və kiçik məkanda cırtdan ağac yetişdirmək sənəti. Bonsay sənəti Çində yaranmışdır. Bonsay sözü çinlilərin "pen-çay" kəlməsinin yaponlaşdırılmış variantıdır. Bonsayın vətəni Yaponiyadır, tərcümədə dayaz qabda bitki deməkdir. Onlar təbii şəraitdə böyüyən ağacın kiçilmiş nümunəsi olub, dibçəkdə becərilir, özünün minatür görünüşü ilə insaları valeh edir. Yaponiyada bonsay incəsənəti hələ bizim eranın VI əsrində yaranmış, becərilmə üsulları inkşaf etdirilərək bütün dünyaya yayılmışdır. Son dövrlərdə alimlər tərəfindən aparılmış tədqiqatlar nəticəsində məlum olunmuşdur ki, bansayın vətəni Yaponiya olmasına baxmayaraq hələ eramızdan iki min əvvəl Qədim Çin incəsənətində də qablarda dekorativ ağaclar becərilirdi. Avropada və digər ölkələrdə isə bonsayın yayılması əsasən XX əsrin əvvəllərinə təsadüf edilir. Təbii şəraitdə böyüyən bansaylara düzgün aqrotexniki qulluq edildikdə 100 il yaşaya bilər.
Bonsai Kitten
Bonsai Kitten (azərb. Bonsay pişikləri‎) — oxuculara pişik balasını bir bankada necə böyütmək barədə təlimat verdiyini iddia edən yalançı bir veb sayt idi. Düşüncəyə görə böyüdükcı pişik balasının sümükləri bonsay bitkisi kimi qabın şəklini almalı idi. Sayt Michael Wong Chang ləqəbli Massaçusets Texnologiya İnstitutu tələbəsi tərəfindən hazırlanmışdı. Veb sayt bir çox insanın bunu ciddi qəbul etməsi və heyvan hüquqları təşkilatlarına şikayət etməsi ilə qəzəb doğurdu. Miçiqan Heyvanlara Qəddarlığın Qarşısının Alınması Cəmiyyəti bildirdi ki, "saytın məzmunu saxta olsa da, apardığı təbliğat heyvanlara qarşı zorakılığa səbəb ola bilər". Veb sayt hazırda fəaliyyət göstərmir. == Veb saytla bağlı narahatlıqlar == 30 oktyabr 2000-ci ildə "BonsaiKitten.com", "Cruel.com" saytında "Günün Qəddar Saytı" kimi təqdim edildi. Şiakryətlərdən sonra bağlantılar silindi. Lakin BonsaiKitten.com saytına olan keçidlər bütün dünyaya yayıldıqdan sonra bir çox heyvansevər Heyvanların Rifahı İnstitutuna və Birləşmiş Ştatların Humanitar Cəmiyyətinə şikayətlər göndərdilər.
Bonasa
Bonazi tetrası (lat. Bonasa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Bondaj
Bondaj (Azərbaycan dilində Əsarət) cinsi partnyorun razılığına əsasən estetik, erotik və/yaxud duyğusal məqsədlər üçün bağlanmasından və/və yaxud da məhdudlaşdırılmasından ibarət olan BDSM növüdür. Bir partnyor digərini simlər, qandallar, göz bağları, yaxalıqlar, yapışqan lentlər, tıxaclar, pranqalar və digər fiziki məhdudlaşdırıcılardan istifadə edərək bağlayır. Əsarət əsasən, lakin hər zaman yox, cinsi tətbiqdir. Bu, sadomazoxizm və ya dominantlıq və tabelik kimi digər BDSM tətbiqləri ilə əlaqəli ola və ya olmaya bilər. Aktiv partnyorun öz partnyorunu bağlamasının müştərək səbəbi hərəkətləri məhdudlaşdırılmış partnyorun tabe olma vəziyyətindən asılı olaraq nəzarət hissinin və gücün müvəqqəti ötürülməsi yolu ilə həzz almağa çalışmasıdır. Sadomazoxist insanlar üçün bondaj əsasən bağlanan tərəfdaşın digər sadomazoxist davranışlar üçün daha əlçatan olan bir məqsəd üçün bir vasitə kimi istifadə olunur. Bununla belə, bondaj təkbaşına da istifadə edilə bilər, burada hərəkətləri məhdudlaşdırılmış partnyor özünü çarəsiz və hərəkətsiz hiss edərək bundan Cinsi həzz alır, aktiv partnyor isə bağlı partnyorunu qarşısında görməkdən məmnunluq və vizual həzz alır.
Bonkey
Bonkey (盆景, azərb. podnos mənzərəsi‎) – Yaponiya miniatür mənzərə sənəti. Bonkey 3 ölçülü mənzərələrin müvəqqəti və ya daimi miniatür təsviridir. Bu zaman əsasən daş, qum, sement kimi materiallardan istifadə olunur. Bonsay və saykey kimi digər yapon sənət növlərindən fərqli olaraq bonkeydə canlı element istifadə olunur. Bonsay canlı ağaclar, saykey isə canlı ağac və digər tərəvəzləri özündə ehtiva edir. == Haqqında == Podnos üzərində qumla müstəvi şəkilli mənzərələr yaratmaq sənəti olan bonsekidən fərqli olaraq bonkey mənzərələrin 3 ölçülü təsviridir və bəzən daimi saxlanıla bilər. Bonkeydə çox vaxt quru materiallardan istifadə olunsa da, axan su və dəniz kənarı mənzərələri də təsvir olunur, bunun üçün müxtəlif rəngli çınqıl və qumlardan istifadə olunur. Bəzən bonkeydə insanların, tikililərin, körpüləri və digər elementlərin miniatür fiqurları da öz əksini tapır. Bonkeyin əsas məqsədi nümayiş üçün estetik görünüşlü miniatür mənzərələr əldə etməkdir.
Boşnak
Boşnaklar, (bosn. Bošnjaci, Bošnjani) — İslamı qəbul etmiş slavyan əsilli millət. Əksəriyyəti Bosniya və Herseqovina və Serbiyada yaşayırlar. Bundan əlavə, Xorvatiya, Monteneqro, Sloveniya, Kosovo, Şimali Makedoniya və Türkiyədə xeyli sayda boşnak yaşamaqdadır. Türkiyədə isə 2.000.000 boşnak var. Boşnaklara qədim dövrlərdə "Bosnjanin" (lat. Bosnensis) olaraq adlandırılardı, orta əsr Bosniya dövlətinin sakinləri mənasını verirdi. Boşnaklar, əsrlər boyu dinə əsaslanan bir şəxsiyyət müəyyən daxilində yer almışlar, Bosniya və Herseqovina və Sancak bölgəsində yaşayan Ortodoksal və ya Katolisizm isə Serb və ya Xorvat xalqlarının bu bölgələrdə uzantıları olaraq qəbul edilmişlər. 1963-cü ildə Yuqoslaviyanın sosialist Federal Cumhuriyyətinə keçməsi ilə Bosniya və Herseqovina Sosialist Respublikası rəhbərliyi altında serblərin hakim mövqeyinin zəifləməyə başlaması boşnaklar üçün yeni milli identikliyin müəyyənləşdirilməsi üçün yol açmışdı. == Coğrafi bölgü və əhali == Serbiya və Monteneqro 2002 və 2003 siyahıyaalma məlumatlarına görə, əhəmiyyətli bir boşnak əhalisi mövcud olmaqdadır.
Vonsan
Vonsan (kor. 원산시) — Şimali Koreyanın şərq sahilində yerləşən liman şəhəri və hərbi dəniz bazası. 2013-cü il hesablamalarına əsasən, şəhər əhalisinin sayı 329,207 nəfər olmuşdur.
Bohay
Bohay (kor. 渤海, 발해) — Koreyanın şimalında Şimal-Cənub dövlətləri dövründə mövcud olmuş dövlət. 698-ci ildə Kral Go tərəfindən qurulmuş,926-cı ildə Kidanlar tərəfindən süquta uğradılmış və torpaqları Liao və Koquryo krallıqları arasında bölüşdürülmüşdür.
Bonab
Bünab (yerli xalqın ləhcəsində bəzən Binab) (fars. بناب‎)— İranın Şərqi Azərbaycan ostanındakı Bünab şəhristanının inzibati mərkəzi. 2006-cı ilin hesablamalarına görə əhalisinin sayı 75 332 nəfərdir. Əhalisi azərbaycanlılardan ibarətdir və regionun ümumi dili Azərbaycan dilidir. Bünab şəhəri Marağa şəhəri və Urmiya gölünün arasında yerləşir. == Tarixi yerlər == Səvər kəndi, Qoyunlar və Çaxmaqlar köhulləri, Geymasxan kəndi, Siçan təpəsi, Erməni təpəsi, Çimən təpəsi, Supigan Qara Təpəsi, Gəzöviş Qara Təpəsi, Garaküllük təpəsi, Quruq təpəsi, Pus təpəsi, Süpigan yer altındakı köhüllər, Zuvara qəbirləri, İskəndər qalası, Qızlar qalası, Qarqa dərəsi,… Beş gözlü körpü, Meydan məscidi, Mehrava məscidi, Zərgərlər məscidi, İsmayıl bəy məscidi, Göy məscid, Həci Fətulla Hamamı, Mehrava hamamı, Seyfullama evi, Hac Əli Bəzzaz evi,… == Mədəniyyəti == Bünabın Kababı bütün dünyada tanınmışdır. Binabın Zuvara kəndinin üzümü dünyada ən yaxşı üzümdür və habelə binab xiyarı iranda tanınmışdır. İndilikdə Binabda olan Universitetlər (Kolleclər) bunlardılar: Azad İslam Universiteti, Pəyam-i Nur Universiteti (PNU), Enginering state university (Tabriz university), Power state university, Səhənd Universiteti, IT university. Bünabda olan fabrikaların sayı 100-dən artıqdır. Bünab kəndlərində yaşayanlar əkinçiliklə də məşğuldurlar.
Sonay
Sonay — Azərbaycan folklorunda yazın son aylı gecələridir. Azərbaycan mifik düşüncəsində Günəş və Ay əbədi aşiqdir. Onlar heç vaxt bir-birlərinə qovuşmurlar. Sonay payız gecə-gündüz bərabərliyi zamanı baş verir. Beləliklə, Sonayın bütöv ayı çıxanda günəş batır. Bu əbədi aşiqlərin bir neçə dəqiqə ərzində üz üzə görüşə biləcəyi vaxtdır. O gecə Sonayın görünüşü sevgi ilə dolu hesab edilir. Əsli və Kərəmin sevgi hekayəsi əslində Sonayın sevgisinin təkrarıdır. Bu iki aşiq bir-birini axtarır. Bir az bir-birlərin görüb yenə itirirlər.
Farkaş Bolyay
Farkaş Boyyay (ing. Farkas Bolyai; 9 fevral 1775[…], Buya[d], Sibiu[d] – 20 noyabr 1856[…] və ya 21 noyabr 1856, Tırqu-Mureş[d], Mureş) — Macar riyaziyyatçısıdır; 1832-ci ildə isbat etmişdir ki, istənilən iki eyni çoxbucaqlı eyni tərkiblidir.
Farkaş Boyyay
Farkaş Boyyay (ing. Farkas Bolyai; 9 fevral 1775[…], Buya[d], Sibiu[d] – 20 noyabr 1856[…] və ya 21 noyabr 1856, Tırqu-Mureş[d], Mureş) — Macar riyaziyyatçısıdır; 1832-ci ildə isbat etmişdir ki, istənilən iki eyni çoxbucaqlı eyni tərkiblidir.
Kansay Yamamoto
Kansay Yamamoto (山本 寛斎, Yamamoto Kansay, 8 fevral 1944, Yokohama – 21 iyul 2020[…], Tokio) – Yaponiya dəb dizayneri. Avanqard kolleksiyalarına və Devid Boui ilə əməkdaşlığına görə tanınır. 2020-ci ildə leykoz xəstəliyindən ölmüşdür. == Həyatı == Kansay Yamamoto 1944-cü ildə doğulmuşdur. İnşaat mühəndisliyi üzrə təhsil aldıqdan sonra dəb ilə maraqlanmağa başlamışdır. 1971-ci ildə Londonda çıxış edən ilk Yaponiya dizayneri olmuşdur. Bu çıxışından sonra teatr dizaynları beynəlxalq uğur qazanmışdır. Bu dövrdə Elton Con, Con Lennon və Stivi Vander kimi musiqiçilərlə dostluq əlaqələri qurmuşdur. Londondakı uğuru Devid Bouinin diqqətini cəlb etmiş və 1973-cü ildə onunla əməkdaşlıq qurmuşdur. Yamamoto 2016-cı ildə verdiyi müsahibədə qeyd etmişdir ki, Boui onun Londonda satılan qadın geyimlərini tapdıqdan sonra onunla maraqlanmağa başlamışdır.
Kansay regionu
Kansay regionu (関西地方, Kansai-chihō) və ya Kinki regionu (近畿地方, Kinki-chihō) — Yaponiyanın Honşu adasının mərkəz-cənub hissəsində yerləşən region. O, yeddi prefekturadan ibarətdir: Hyoqo, Nara, Şiqa, Vakayama, Mie, Osaka və regionun mərkəzi olan Kioto. == Adı == Kansay sözü yapon dilində sərhəddən qərbdə deməkdir. Bu ad müasir Şiqa prefekturada yerləşən, X əsrdə Kanto və Kansay regionları rəsmən bölən sərhədlə bağlıdır. Məhz buna görə də Kanto sözü yaponca sərhəddən şərqdə deməkdir. Kinki sözü kin (近, yaxınlıq) və ki (畿, İmperiya paytaxtı) sözlərdən ibarətdir, çünki keçmişdə Yaponiya İmperiyasının paytaxtı bu regionda yerləşən Kioto şəhərində idi. == Coğrafiya == Kansay regionu şimalda Yapon dənizi ilə, cənubda isə Sakit okean ilə sulanır; şərqdə o, Çubu, qərbdə isə Çuqoku regionu ilə həmsərhəddir; cənub-qərbdə onu Şikoku adasında yerləşən eyniadlı region ilə Naruto boğazı ayırır. Naruto boğazının üzərində Kansay regionun Avaci adasını Çuqoku adası ilə Onaruto körpüsü birləşdirir. === Parklar === İse-Şima Milli Parkı Yoşino-Kumano Milli Parkı === Dağlar === Çuqoku dağların şərqi hissəsi === Göllər === Biva gölü === Çaylar === Kuzuryu çayı Kita çayı Yura çayı Yodo çayı Yasu çayı Katsura çayı Kamo çayı Kizu çayı Doton çayı Yamato çayı Maruyama çayı Kako çayı İbo çayı Kinokava çayı Yamato çayı Kumano çayı Muko çayı == Əhali == Kansayın Kioto, Osaka və Kobe şəhərlərdən ibarət olan urbanizasiya əhali sayısına görə Böyük Tokio Ərasisindən sonra Yaponiyanın ikinci ən böyük urbanizasiya ərazisidir. == Tarix == Regionda yerləşən Nara şəhəri Yaponiyanın ilk daimi paytaxtı olub.
Kensay qəbiristanlığı
Kensay qəbiristanlığı (qaz. Кеңсай) — Qazaxıstanın ən məşhur və ən gözəl nekropollarından biridir. Qəbiristanlıq Qazaxıstanın bir nömrəli fəxri xiyabanı sayılır. Burada bir çox siyasi xadimlər, mədəniyyət və incəsənət adamları və məşhurlar dəfn edilmişdir. == Tarixi == Qazaxıstanın ən məşhur məzarlığı Kensay qəbiristanlığıdır. Qəbiristanlıq XIX əsrin sonlarından başlayaraq, Almatı şəhəri böyüdükcə salınmağa başlanmışdır. Qəbiristanlıq Qazaxıstanın bir nömrəli fəxri xiyabanı statusuna malikdir. Kensayda ölkənin məşhur siyasi xadimləri, alimləri, mədəniyyət və incəsənət adamları və hərbiçiləri dəfn edilmişdir. Məzarlıq böyük təpənin arasında yerləşdiyindən adını burdan götürmüşdür. Belə ki, Qazax dilində "Kensay" sözü "böyük dərə" deməkdir.
Leon Bonnat
Leon Bonna (fr. Léon Joseph Florentin Bonnat; 20 iyun 1833[…], Bayonna[d], Atlantik Pireney, Fransa – 8 sentyabr 1922[…], Monşi-Sent-Elua[d], Uaza (departament), Fransa) — Fransız rəssam və bir çox tanınmış rəssamın müəllimi. == Həyatı == Leon Bonna 1833-cü ildə anadan olub. Federiko Madrazodan Madriddə rəssamlıq təhsili alıb. İlk əsərləri dini mövzulara həsr edib. 1875-ci ildə tanınmış amerikalıların və avropalıların portretlərini çəkib. O, Dieqo Velaskes kimi ispanyalı rəssamlardan təsirlənib. Adolf Tyers, Viktor Hüqo, Hippolit Tayn, Lui Paster, Jan Ogüst Dominik Enqr və digər tanınmışların portertlərini çəkib. Təxminən 200 portretin müəllifi olub. 1888-ci ildə Paris Gözəl İncəsənət Akademiyasında müəllim kimi fəaliyyət göstərib və 1905-ci ildə akademiyada idarəçi olaraq fəaliyyət göstərib.
Sonqay (dövlət)
Sonqay — XV-XVI əsrlərdə Afrikada mövcud olmuş, Niger çayının orta axarında indiki Niger, Nigeriya və Mali dövlətlərinin ərazisini əhatə edən dövlət. Sonqay imperiyasının əsası, əfsanəvi məlumatlara görə, IX əsrdən Qao əyalətində mövcud olmuş kiçik çarlıq tərəfindən qoyulmuşdur. XI əsrdə yerli hakim islam dinini qəbul etmiş və sonrakı 300 il ərzində onun davamçıları öz hakimiyyətlərinin müasir Mali dövlətinin əksər ərazilərinə yayılmasına nail olmuşlar. Sonqay imperiyasının əsası 1462–1492-ci illərdə hakimiyyətdə olmuş Ali Ber tərəfindən qoyulmuş və o, 7 illik mühasirədən sonra tuareqləri Tambuktudan qovaraq Cenneni ələ keçirmişdir. Ali Beri hakimiyyətdə əvəz edən oğlu bütpərəst maldarlarla müsəlman tacirlər arasında tarazlığı qoruya bilməmiş və 1493-cü ildə hakimiyyətdən devrilmişdir. Sonqay dövlətinin üçüncü hökmdarı, 1493–1528-ci illərdə hakimiyyətdə olmuş Məhəmməd Askiyanın dövründə dövlət özünün ən yüksək inkişaf səviyyəsinə çatmışdır. Askiya titulu daşıyan bu sülalənin hökmdarları 1591-ci ilədək, Cudar paşa ölkəni işğal edənədək hakimiyyətdə qaldılar. Bu işğaldan sonra sonqaylar Mərakeş sultanı Əhməd-əl-Mənsurdan asılı vəziyyətə düşdülər. Куббель Л. Е. Сонгайская держава: Опыт исследования социально-политического строя / Отв. ред.
Sulaj-Bonval
Sulaj-Bonval (fr. və oks. Soulages-Bonneval) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Layol kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12273. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 165 km şimal-şərqdə, Rodezdən isə 45 km şimal-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 273 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 174 nəfər arasında (15-64 yaş) 137 nəfər İqtisadi cəhətdən fəal, 37 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 78.7%, 1999-cu ildə 77.9%).
Tensay Okamura
Tensay Okamura (岡村 天斎, Okamura Tensai) və ya doğum adı ilə Yutaka Okamura (岡村 豊, Okamura Yutaka) – Yaponiya anime rejissoru və animasiyaçısı. Okamura Kanaqava prefekturasının Yokohama şəhərində böyümüşdür. Vaseda Universitetinin elm və mühəndislik fakültəsindən məzun olmuşdur. 1991-ci ildə adını Tensay olaraq dəyişdirmişdir. Vaseda Universitetində təhsil alarkən universitetinin manqa tədqiqat cəmiyyətinin üzvü idi. Həmçinin digər animasiyaçılarla tanışlığı var idi. Universitetdə ikən ilk azad animesini istehsal etmişdir. Universitetdən məzun olduqdan sonra Okamura bir dostunun tövsiyəsi ilə Madhouse studiyasına qoşulmuşdur. "Lensman: Secret of The Lens" animasiyaçı kimi işlədiyi ilk anime idi. 1989-cu ildə "YAWARA!
Tim Conway
Tim Konuey (ing. Tim Conway; 15 dekabr 1933 – 14 may 2019) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Yanoş Bolyay
Farkaş Boyyay (ing. János Bolyai; 15 dekabr 1802[…], Kluj-Napoka – 27 yanvar 1860[…], Tırqu-Mureş[d], Mureş) — Macar riyaziyyatçısı, Farkaş Bolyayın oğludur; Lobaçevski və Qaussdan asılı olmadan qeyri-evklid həndəsəsini kəşf etmişdir.
Yanoş Boyyay
Farkaş Boyyay (ing. János Bolyai; 15 dekabr 1802[…], Kluj-Napoka – 27 yanvar 1860[…], Tırqu-Mureş[d], Mureş) — Macar riyaziyyatçısı, Farkaş Bolyayın oğludur; Lobaçevski və Qaussdan asılı olmadan qeyri-evklid həndəsəsini kəşf etmişdir.
Bonasa bonasia
Bonazi qarabağırı (lat. Tetrastes bonasia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin qarabağır cinsinə aid heyvan növü.
Benoyn Boyşar
Benoyn Boyşar (çeç. Бенойн БойсхӀар) və ya Baysanqur Benovski (rus. Байсангур Беноевский; 1794 – 1861, Xasavyurd, Dağıstan MSSR) — XIX əsrdə yaşamış çeçenəsilli Şimali Qafqaz komandiri. İmam Şamilin naiblərindən idi. O, 1817–1864-cü illərdə Qafqaz müharibəsində iştirak etmişdir. == Vəfatı == Boyşarın üsyanından təşvişə düşən Rusiya ordusu dərhal hərəkətə keçməyə qərar vermişdir. Musa Kunduxov, Nikolay Kolovaçyov və Artsu Çermoyevin köməyi ilə Rusiya Ordusu Boyşarın yeri ilə bağlı əvvəlcədən kəşfiyyat məlumatlarına görə Belqatoy kəndi ətrafında toplaşmağa başlamışdır. Kunduxov ümumilikdə 15 kəndi dağıtmışdır. Sığınacaqlarını itirən Boyşar və yoldaşları Benoya qayıdıb müqaviməti davam etdirməyə çalışsalar da, sonda əsir düşmüşdülər. Boyşar Xasavyurtda həbs edilmiş və daha sonra general-mayor Pavel Kempertin hökmü ilə asılaraq ölümə məhkum edilmişdir.
Kondo Sensay
Kondo Cuzo (近藤重蔵, 1771, Komaqome[d], Toşima – 16 iyul 1829, Omizo[d], Şiqa) və ya doğum adı ilə Kondo Miroşiqe (近藤守重) – Yaponiya səyyahı və tədqiqatçısı. Tokuqava şoqunluğunun qulluqçusu olmuşdur. Yaponiyanın ən şimal torpaqları olan Ezo adasını və Kuril arxipelağını tədqiq etmişdir. Əsərlərində Sensay (正斎) təxəllüsündən istifadə etmişdir. == Həyatı == Kondo 1771-ci ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur. Şoqunluqda bir sıra kiçik vəzifələr tutduqdan sonra 1798-ci ildə bir neçə məmurla birlikdə Ezo adasını kəşf və tədqiq etməyə göndərilmişdir. O, dörd dəfə Ezoya və Kuril adalarına səfər etmiş, səfərlərinin birində Rusiyanın Kuril arxipelağına daxil olan İturup adası ilə bağlı ərazi payı iddiasına qarşı gələrək adanı Yaponiya torpağı elan etmiş, adadakı bir neçə rus sakinini əsir götürmüşdür. O, səfərləri zamanı yerli tacir Takataya Kaheyin köməkliyindən yararlanmışdır. Kondo şoqunluğa "Henyo bunkay zuko" adlı memorialını və tərtib etdiyi Ezo xəritəsini göndərmiş, Ezonun kolonizasiyasının və ruslardan müdafiəsinin vacibliyini vurğulamışdır. Kuril adalarında yaşayan aynuların yaponlaşdırılmasında iştirak etmişdir.