Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ares
Ares — Yunan mifologiyasında cəsarət və müharibə ilahı. Zevs və Heranın oğludur. Simvolu kərkəsdir. 12 Olimp ilahından biridir. Afrodita ilə sevgi macəraları ilə məşhurdur. Qədim Roma mifologiyasında Mars kimi tanınır. Spartalılar ona sitayiş edir, afinalılara qarşı onlara kömək etməsini istəyirdilər. == Ares və Afrodita == Apollon Ares və Afroditanı sekslə məşğul olarkən gördü. Apollon bunu Afroditanın əri Hefestə xəbər verdi. Onları bu vəziyyətdə görən Hefest onları biabır etmək qərarına gəldi.
Arəş
Arəş Ləbaf (23 aprel 1977, Tehran) — Iran əsilli İsveç müğənnisi, bəstəkar, prodüser. == Həyatı == Arəş Ləbafzadə 1977-ci ildə İranın paytaxtı Tehran şəhərində anadan olub. Babası Ərdəbildən olan azərbaycanlı idi. Avroviziya Mahnı Müsabiqəsində çıxış edən ilk iranlı olduğu bildirilir.10 yaşına qədər Tehranda yaşayıb. Sonra ailəsi ilə birlikdə İsveçin Uppsala şəhərinə köçüb. Burada Arəş dostları ilə birlikdə yaşıdları üçün mahnılar oxumağa başlayır. Soyadını da elə o zaman dəyişib Ləbaf (isv. Labaf) edir. 5 il sonra isə Malmöyə köçür. Arəşin əvvəllər BBC və Əl-Cəzirə telekanallarına verdiyi müsahibələrdə anasının əfqan, atasının fars mənşəli olduğunu bildirdiyinə dair iddialar da mövcuddur.
Brest
Brest (poles. Бе́ресть, belar. Брэст) — Belarusun cənub-qərbində şəhər, Brest vilayətinin və bu vilayətin Brest rayonunun inzibati mərkəzi. Brest şəhəri Brest rayonunun tərkibinə daxil deyil.
Brez
Brez (fr. Braize) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03037. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 286 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 183 nəfər (15-64 yaş) arasında 124 nəfər iqtisadi fəal, 59 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,8%, 1999-cu ildə 72.3%). Aktiv olan 124 nəfərdən 111 nəfər (62 kişi və 49 qadın) işləyir, 13 nəfər işsizdir (7 kişi və 6 qadın). 59 hərəkətsiz 9 nəfər arasında şagird və ya tələbə, 22 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
BƏƏS
Ərəb Sosialist Bəəs Partiyası (ərəb. حزب البعث العربي الاشتراكي‎) yaxud sadəcə Bəəs (dirçəliş) — Suriya və İraqda ərəb sosialist partiyası. == Tarixçə == Tarixən iki qanadı olub, İraq və Suriya. Səddam Hüseyn devrildikdən sonra, Suriyada ki, qanadı yeganə mövcud olan qanadıdır. 1947-ci il aprelin 7 Dəməşqdə Mişel Əfləq və Səlahəddin Bitar tərəfindən Ərəb dirçəlişi partiyası adı ilə yaradılmışdır. 1954-cü ildə Əkrəm Hövraninin sosialist partiyası ilə birləşmişdir və o vaxtdan indiki adını daşıyır.Əsas məqsədləri sosializmin qurulması və ərəblərin birləşdirilməsi, partiyanın ideoloqiyasının əsası "panərəb hərəkatı" ideyası. Partiyanın lozunqu "Birlik, Azadlıq, Sosializm".İraqda 1963-cü il fevralın 8, Suriyada isə 1963-cü il 8 martda iqtidara gəlmişdir. Həmin ilin noyabrında İraqda iqtidardan uzaqlaşdırılıb, 1968-ci il iyulun 17-dən yenə iqtidarı ələ almış, 2003-cü ildə yenə iqtidardan uzaqlaşdırılıb. 1966-cı ildə Suriyada iqtidar Bəəs partiyasının sol qanadına keçir (Səlah Cədid və Nür-əd-din əl Atası), İraq qanadı bu çevrilişlə razılaşmır və 1968-ci ildə hakimiyyətə gələndən sonra partiyanın yaradıcıları Mişel Əfləqə və Şibl əl Əysamiyə sığınacaq verir. Suriyada Mişel Əfləqə və onun yaxın silahdaşlarına 70-ci illərdə dövlət çevrilişi cəhdi ittihamı ilə qiyabi olaraq ölüm hökmü çıxarılır.
Ərəş
Yaşayış məntəqələriƏrəş sancağı - Şirvan əyalətinin sancağı Ərəş sultanlığı Ərəş qəzası 1873-1926 Ərəş (şəhər) — Azərbaycanın Şirvan (indiki Yevlax rayonu) ərazisində mövcud olmuş şəhər. Ərəş (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd.
Burk-an-Bres
Burk-an-Bres (fr. Burk-an-Bres) — Fransanın şərqində şəhər. En departamentinin inzibati mərkəzi. == Əhalisi == Əhalisi 40,1 min (2010). == Coğrafiyası == Yura dağlarının ətəyində, Ressuz çayı sahilində yerləşir. Avtomobil və dəmiyolları qovşağı. == Tarixi == Roma yaşayış məskəninin yerində meydana gəlmişdir. Təqribən 1250-ci ildə şəhər statusunu almışdır. 12-ci əsrdən Savoyya hersoqluğunun tərkibində olmuş, 1601-ci ildə Fransanın tərkibinə qatılmışdır. == Memarlığı == Bru monastırı (1506–12; Cənubi Niderland, İtaliya, Burqundiya və Fransa ustaları; 3 kluatrdan biri 15-ci əsr), onun nəzdində son qotika üslubunda kilsə (1513–32; memar L. van Bohem; J. Perrealın layihəsinə əsasən; zəngin heykəltaraşlıq dekoru olan qala fasadı; Lion emalatxanalarında hazırlanmış A. Dürer və Tisianın əsərlərinin motivləri üzrə xorun polixrom vitrajları, 1525–31); Notr-Dam kilsəsi (1505–1654), karkaslı evlər (15 əsrin sonu – 16-cı əsr), Savoyya hersoqlarının qəsri (16-cı əsr), Burmayer məhəlləsinin imarətləri (18-ci əsr), Ratuşa (1771), teatr (1787) var.
Monrevel-an-Bres
Monrevel-an-Bres (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Beş
Beş — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Dörddən sonra, altıdan əvvəl gəlir. == Ümumi məlumat == Saylar sırasında beşin məxsusi yeri və icra rolu vardır. Beş sayı sol əlin çeçələ, adsız, orta, şəhadət barmaqlarından sonra say saymaq vəzifəsini üzərinə alan baş barmaqla bağlıdır. Sözsüz ki, bu, məsələnin görünən tərəfidir. Burada görünməyən tərəf fərqli-fərqli mədəniyyətlər əhatəsində simvollaşan sakral-sehr koduna daxildir. Məsələ belədir ki, bəzi yerlərdə və bəzi hallarda barmaqları beş sayını göstərən əlin özü elə "beş" adı daşıyır. Xalqımızın təsəvvüründə beşin say olaraq həm müstəqim, həm də məcazi mənası vardır. Misal üçün, "Beş barmağın beşi də bir deyil", "Dünya beş gündür, beşi də qara", "Beş günlük dünyadı da", "Beş kişidən biri" və s. deyimlər, "Xəmsə" adı ilə beş saylı əsərlərin yazılması bu sıraya daxildir.
Abrəs (Sərab)
Abrəs (fars. ابرس‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 318 nəfər yaşayır (70 ailə). == Coğrafi yerləşməsi == Sərab şəhristanının Mərkəzi bölgəsinin Razılıq kəndistanında, Sərab şəhərindən şimalda, Sərab-Təbriz avtomobil yolunun 5 kilometrliyindədir.
Arəş (müğənni)
Arəş Ləbaf (23 aprel 1977, Tehran) — Iran əsilli İsveç müğənnisi, bəstəkar, prodüser. == Həyatı == Arəş Ləbafzadə 1977-ci ildə İranın paytaxtı Tehran şəhərində anadan olub. Babası Ərdəbildən olan azərbaycanlı idi. Avroviziya Mahnı Müsabiqəsində çıxış edən ilk iranlı olduğu bildirilir.10 yaşına qədər Tehranda yaşayıb. Sonra ailəsi ilə birlikdə İsveçin Uppsala şəhərinə köçüb. Burada Arəş dostları ilə birlikdə yaşıdları üçün mahnılar oxumağa başlayır. Soyadını da elə o zaman dəyişib Ləbaf (isv. Labaf) edir. 5 il sonra isə Malmöyə köçür. Arəşin əvvəllər BBC və Əl-Cəzirə telekanallarına verdiyi müsahibələrdə anasının əfqan, atasının fars mənşəli olduğunu bildirdiyinə dair iddialar da mövcuddur.
Baltic Bees
Baltic Bees (azərb. Baltika Arıları‎) – Latviya paytaxtı Riqadan 60 kilometr qərbdə yerləşən Tukums şəhərində bazalaşmış mülki aerobatika nümayişi komandasıdır. Şou təyyarəsi kimi 6 ədəd Aero L-39 Albatros istifadə olunur. Aviaşou 20 dəqiqə müddətində davam edir. Onlar Qərbi və Şərqi Avropada, Rusiyada, eləcə də Çində uçuşlar həyata keçirirlər.
Bertolt Breşt
Bertolt Brext və ya Bertolt Breşt, (Üqen Bertolt Fridriş Breşt adıyla doğuldu, 10 fevral 1898[…], Auqsburq, Almaniya imperiyası, Bavariya Krallığı – 14 avqust 1956[…], Şərqi Berlin) — Alman şair, dramaturq, teatr rejissoru və teatr islahatçısı idi.
Bred Delson
Bred Delson (1 dekabr 1977) — Linkin Parkın gitaraçısı. 1996-ci ildə qrubu yaradanlardan biri olmuşdur. = Həyatı = Bred Agura orta məktəbində qrubun digər üzvü Mayk Şinoda ilə eyni məktəbdə oxumuşdur. Onların keçmişdən arzuları biryerdə qrup yaratmaq idi. Məktəbi bitirdikdən sonra 1994-də Rob Bourdon ilə tanışdılar və qruba zərb aləti çala bilən biri əlavə olundu. 1995-də Bred, Mayk, və Rob "Xero" adlı bir qrub yaratmağı müzakirə etdilər və 1996-da bu qrup yarandı. Sonralar qrupun adı Linkin Park olaraq dəyişir və Brad Linkin Parkın gitara çalanı olur.
Breq çayı
Breq (alm. Breg‎) — Almaniya ərazisindən axan çay. Dunay çayının ən uzun qolu olaraq sol hissədən ona tökülür. Mənsəbinin hündürlüyü 1078 metr yüksəklikdən başlayır. Şvarsvald ərazisindən başlanğıcını götürür. Donauşinqen şəhəri yaxınlığında Briqax çayı ilə birləşir. == Etimalogiya == Breq — slaviyan mənşəli söz olub sahil deməkdir.
Brest (Fransa)
Brest (fr. Brest) – Fransanın şimal-qərbində yerləşən şəhər. Eyniadlı rayonun mərkəzidir.
Brest (dəqiqləşdirmə)
Brest
Brest (rayon)
Brest (fr. Brest) — Fransanın Bretan regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Finister. Suprefektura — Brest. Rayonun əhalisi 2006-cı ildə 361 877 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 257 nəf / km² . Rayon ərazisi — 1408 km².
Brest müqaviləsi
Brest-Litovsk sülh müqaviləsi – Rusiya Sovet Federativ Sosialist Respublikasının yeni bolşevik hökuməti ilə İttifaq Dövlətləri (və ya Dördlər ittifaqı — Almaniya İmperiyası, Avstriya-Macarıstan İmperiyası, Osmanlı dövləti və Bolqarıstan krallığı) arasında imzalanmış sülh müqaviləsi. Sülh müqaviləsi Osmanlı dövlətinin torpaq qazandığı son müqavilədir. Müqavilə 2 aylıq sürən danışıqların nəticəsində, Ukraynanın Alman nəzarəti altında olan Bialstok-Grodna əyalətinin Brest-Litovsk şəhərində (Polyak dilində: Brześć Litewski, Alman dilində: Friedensvertrag von Brest-Litowsk, 1945-ci ildən bəri sadəcə Brest) imzalandı. Müqavilə bolşevik hökuməti tərəfinin müharibədə Almaniya və Avstriya-Macarıstan qüvvələrinin irəliləməsinin dayandırılması mövzusu üzərində idi. Bununla da, Sovet Rusiyası keçmiş Rusiya imperiyasının İttifaq ölkələrinə dair heç bir öhdəliyini yerinə yetirməmişdir. Müqavilə 1918-ci il martın 3-də Brest-Litovskda imzalanmış, martın 15-də 4-cü Ümumrusiya Fövqəladə Sovetlər Qurultayı, sonra isə 22 martda Almaniya reyxstaqının razılıq verməsindən sonra, martın 26-da Almaniya imperatoru II Vilhelm tərəfindən təsdiq olunmuşdur. == Müharibənin arxa planı == === Son hərbi manevrlər === === Ərazi dəyişiklikləri === Sülh müqaviləsi Rusiyanın I Dünya müharibəsindən çıxması ilə nəticələndi. Müqaviləyə əsasən, Bolşevik Rusiyası Baltikyanı ərazilərini Almaniyaya verərək idarəçilikdən imtina etdi, bu ərazilər Almaniyanın vassalına çevrilərək kiçik krallıqlara bölündü. Rusiya həmçinin Cənubi Qafqazda yerləşən əyalətini — Qarsı Osmanlı İmperiyasına verərək oradan imtina etdi və Ukrayna Xalq Respublikasının müstəqilliyini tanıdı. Konqresdə Polşanın müqavilədə qeyd olunmaması və Almanların Polşa təmsilçilərinin iştirakını tanımaması mübahisələrə və etirazlara səbəb oldu.
Brest qalası
Brest qalası və ya köhnə adı ilə Brest-Litovsk qalası — Brest, Belarusiyada və ya əvvəlki adı ilə Belorusiya Sovet Sosialist Respublikasında yerləşən 19-cu əsrdə aid Rusiya qalası. 1941-ci il iyunun 22-də İkinci Dünya Müharibəsində Barbarossa əməliyyatının başlaması ilə faşist Almaniyası Sovet İttifaqını işğal etdi. Brest qalasına 1965-ci ildə müharibənin şərq cəbhəsində Brest-Litovsk döyüşündə göstərdiyi müdafiəyə görə Qəhrəman qalası adı verilmişdir. Qəhrəman qalası adı Qəhrəman şəhər tituluna uyğun gəlirdi. 12 sovet şəhəri bu ada layiq görülüb. Brest qalası 135 metr yüksəklikdə yerləşir. == Açıqlama == Brest qalası 19-cu əsrin əvvəllərində tikildiyindən Ulduz qalasının konturlarını qoruyub saxlamışdır. Qalanın özəyini təşkil edən Hisar qalası, Buq çayının və Muxavets çayının iki qolunun ortasındakı adada yerləşir. Adada 4 mərtəbəli yarımqüllələr və iki mərtəbəli kazarmalar tikilib. 1,8 km uzunluğunda olan kazarmada 500 otaq var və çox möhkəm qırmızı bloklardan ibarət qalın divarları ilə 12.000 əsgər qəbul edə bilir.
Brest sülhü
Brest-Litovsk sülh müqaviləsi – Rusiya Sovet Federativ Sosialist Respublikasının yeni bolşevik hökuməti ilə İttifaq Dövlətləri (və ya Dördlər ittifaqı — Almaniya İmperiyası, Avstriya-Macarıstan İmperiyası, Osmanlı dövləti və Bolqarıstan krallığı) arasında imzalanmış sülh müqaviləsi. Sülh müqaviləsi Osmanlı dövlətinin torpaq qazandığı son müqavilədir. Müqavilə 2 aylıq sürən danışıqların nəticəsində, Ukraynanın Alman nəzarəti altında olan Bialstok-Grodna əyalətinin Brest-Litovsk şəhərində (Polyak dilində: Brześć Litewski, Alman dilində: Friedensvertrag von Brest-Litowsk, 1945-ci ildən bəri sadəcə Brest) imzalandı. Müqavilə bolşevik hökuməti tərəfinin müharibədə Almaniya və Avstriya-Macarıstan qüvvələrinin irəliləməsinin dayandırılması mövzusu üzərində idi. Bununla da, Sovet Rusiyası keçmiş Rusiya imperiyasının İttifaq ölkələrinə dair heç bir öhdəliyini yerinə yetirməmişdir. Müqavilə 1918-ci il martın 3-də Brest-Litovskda imzalanmış, martın 15-də 4-cü Ümumrusiya Fövqəladə Sovetlər Qurultayı, sonra isə 22 martda Almaniya reyxstaqının razılıq verməsindən sonra, martın 26-da Almaniya imperatoru II Vilhelm tərəfindən təsdiq olunmuşdur. == Müharibənin arxa planı == === Son hərbi manevrlər === === Ərazi dəyişiklikləri === Sülh müqaviləsi Rusiyanın I Dünya müharibəsindən çıxması ilə nəticələndi. Müqaviləyə əsasən, Bolşevik Rusiyası Baltikyanı ərazilərini Almaniyaya verərək idarəçilikdən imtina etdi, bu ərazilər Almaniyanın vassalına çevrilərək kiçik krallıqlara bölündü. Rusiya həmçinin Cənubi Qafqazda yerləşən əyalətini — Qarsı Osmanlı İmperiyasına verərək oradan imtina etdi və Ukrayna Xalq Respublikasının müstəqilliyini tanıdı. Konqresdə Polşanın müqavilədə qeyd olunmaması və Almanların Polşa təmsilçilərinin iştirakını tanımaması mübahisələrə və etirazlara səbəb oldu.
Brest trolleybusu
Brest trolleybusu — Belarusun Brest şəhərində mövcud olmuş elektrikli ictimai nəqliyyat. Trolleybus şəbəkəsi ilk dəfə 18 aprel, 1981-ci ildə istifadəyə verilmişdir. Hal-hazırda trolleybus şəbəkəsində 9 marşrut var. Brest şəhərinin trolleybus xidmətində yalnız bir trolleybus parkı var. == Tarixi == Belorusiya Sovet Sosialist Respublikası hökuməti, Brest şəhərində mövcud olan avtobus xidmətinə yardım etmək üçün, şəhərdə trolleybus xidməti qurmağı planlaşdırırdı. == Marşrutlar == № 1 — Orconikidze (Qatar stansiyası) — Vilayət xəstəxanası. № 2 — Sverdlov — SK "Viktoriya" (Qavrilova küçəsindən keçərək). № 3 — Orconikidze — SK "Viktoriya" (Partizanskiy prospektindən keçərək). № 4 — Orconikidze — KSM. № 5 — "Tsvetotron" zavodu — Vilayət xəstəxanası (Yanka Kupalı küçəsindən keçərək). № 6 — "Tsvetotron" zavodu — Vilayət xəstəxanası (Respublika prospektindən keçərək).
Brest vilayəti
Brest vilayəti (belar. Брэ́сцкая во́бласць) — Belarusda inzibati–ərazi vahidi.
Bret Klar
Bret Klar (27 oktyabr 1972) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Bret Klar Avstraliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Brey adası
Brey adası (ing. Bray Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Adanın sahəsi 689 km²-dir. Sahil xəttinin uzunluğu 166 km-dir. Nisbətən kiçik olan Brey adası Foxs körfəzinin şimal hissəsində yerləşir. Onu Baffin Torpağı adasının cənub sahilindən yalnız 10 kilometrlik ensiz boğaz ayırır. Bu nəhəng adanın Berd yarımadası və Brey adası kiçik İkpik buxtasını təşkil edir. Kox adası Brey adasının şimal-qərbində və Rouli adasının cənub-qərbində yerləşir. Brey adasının uzunluğu 36 km (şimaldan cənuba) və eni 26 km-dir.