brufen 2021
brusellyoz 2021
OBASTAN VİKİ
Brus-le-Şato
Brus-le-Şato (fr. Brousse-le-Château, oks. Brossa) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Rom-de-Tarn kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12037. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 40 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 165 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 104 yaşda olan (15-64 yaş arasında) 62 nəfər iqtisadi fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 59,6%, 1999-cu ildə bu göstərici 69,8%).
Revest-de-Brus
Revest-de-Brus (fr. Revest-des-Brousses, oks. Revèst dei Damas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Banon kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04162. 2008-ci ildə əhalinin sayı 248 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 154 nəfər (15-64 yaş) arasında 105 nəfər iqtisadi fəal, 49 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,2%, 1999-cu ildə 69.4%). Fəal olan 105 nəfərdən 95 nəfər (56 kişi və 39 qadın), 10 nəfər işsiz (5 kişi və 5 qadın) idi.
Aleksey Brusilov
Aleksey Alekseyeviç Brusilov (rus. Алексей Алексеевич Брусилов; 3 avqust 1853, Tiflis – 17 mart 1926[…], Moskva) — rus və sovet hərb xadimi və hərbi pedaqoqu, kavaleriya generalı (6 dekabr 1912-ci ildən), general-adyutant (10 aprel 1915-ci ildən), Rus ordusunun Ali baş komandanı (22 may — 19 iyul 1917), Qırmızı Ordunun baş kavaleriya inspektoru (1923). == Həyatı == Aleksey Brusilov mənşəcə Brusilovlar zadəgan ailəsindəndir. 1853-cü ildə Tiflisdə rus generalı Aleksey Nikolayeviç Brusilovun ailəsində anadan olub (1787-1859). Anası Mariya-Luis Antonovna mənşəcə polyak idi və kollec assessoru A. Nestoyskinin ailəsindən olmuşdur. 27 iyun (9 iyul) 1867-ci ildə Pajeski Korpusuna daxil olmuşdur. 17 iyul 1872-ci ildə korpusu bitirmiş və 15-ci Draqun Tver alayı sıralarına daxil olmuşdur. 1873-1878-ci illərdə - alayın adyutantı olmuş, Qafqazda 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsinin iştirak etmişdir. Türk qalaları Ərdahan və Qarsın ələ keçirilməsində fərqlənmiş, buna görə də 3-cü və 2-ci dərəcə Müqəddəs Stanislav ordeni və 3-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilmişdir. 1879-1881-ci illərdə eskadron komandiri və alay təlim komandasının rəisi olmuşdur.
Brusaporto
Brusaporto (it. Brusaporto) — İtaliyada kommuna. Lombardiya bölgəsində yerləşir. Berqamonun inzibati mərkəzinə tabedir. Milanın təxminən 50 kilometr (31 mil) şimal-şərqində və Berqamodan təxminən 9 kilometr (6 mil) cənub-şərqdə yerləşir. Sahəsi 5 km² ərazini tutur. Əhalisi 5600 nəfərfir (2018). Poçt kodu 24060. Telefon kodu 035 Kommunanın hamisi Antakyalı Müqəddəs Marqaretdir. Onun şəninə 20 iyulda bayram qeyd olunur.
Bruselyoz
Bruselyoz – zoonoz infeksion-allergik xəstəlikdir, Brucella cinsi bakteriyaları tərəfindən törədilir. Bəzən – vaxtında aparılmamış diaqnostikada və gecikmiş müalicədə xəstəlik xronik residivləşən gedişə malik olur. Xəstəlik infeksion patologiyanın ümumi əlamətləri, həmçinin yerli zədələnmə əlamətləri, əsas eti- barilə daima inkişaf edən dayaq-hərəkət aparatının zədələnməsi ilə səciyyələnir. == Tarixi məlumat == Bruselyoz Aralıq dənizi zonasında qədim vaxtlardan çox vaxt "aralıq dənizi qızdırması" adı altında məlumdur. XIX əsrin ikinci yarısında xəstəlik Britaniya hərbi və hərbi-dəniz bazasında (malta adası) hərbi xidmət keçmiş ingilis əsgərləri arasında baş vermişdir. Xəstəlik Malta qızdırması adını almışdır, onun mənşəyinin açıqlanması üçün Bryusun (Bruce) rəhbərliyi altında elmi ekspedisiya təşkil olunmuşdur. Həkim- lərin işi olduqca məhsuldar olmuşdur: törədici (Micrococcus me- litensis) aşkar edilmişdir, infeksiya mənbəyi təyin edilmiş, hərbi qulluqçuların yoluxması üsulu, həmçinin profilaktika metodu işlənib hazırlanmış və effektiv şəkildə həyata keçirilmişdir (qay- nadılmamış keçi südünün istifadəsinə qadağa qoymaq). Klinik əlamətinə görə müasir bruselyozu xatırladan bu xəstə- lik bəşəriyyətə hələ eradan əvvəl 2400-cü ildə məlum idi. Bu xəs- təliyə dair ilk elmi axtarışlar coğrafi cəhətdən Aralıq dənizinin adaları və sahilləri ilə bağlıdır. Özünəməxsus xüsusiyyətlərə malik bu xəstəliyin yaranma səbəblərinin anlaşılmasında dönüş mərhələsi D. Bruce tərəfindən 1887-ci ildə törədicinin aşkar edilməsi oldu.
Bruselyoz (film, 1953)
Bruselyoz qısametrajlı sənədli filmi 1953-cü ildə Bakı Kinostudiyasında istehsal edilmişdir. Film heyvanlarda yoluxucu bruselyoz xəstəliyinin profilaktikasından və müalicə üsullarından söhbət açır. == Məzmun == Elmi-kütləvi film heyvanlarda yoluxucu bruselyoz xəstəliyinin profilaktikasından və müalicə üsullarından söhbət açır.
Brusilov hucumu
Brusilov yaxud Lutsk sıçrayışı — Birinci dünya müharibəsi zamanı rus qoşunlarının kavaleriya generalı Aleksey Brusilovun komandanlığı və Klembovskinin qərargah rəhbərliyi ilə 22 maydan (4 iyun) iyulun sonuna (avqustun əvvəlinə) qədər Avstriya-Macarıstana qarşı keçirdikləri hücum əməliyyatı. == Hücum hazırlıqları == Antanta qüvvələrinin 1916-cı ilin martında Şantiyidə razılaşdıqları 1916-cı il yay hücumu qərarına uyğun olaraq rus cəbhəsində hücum 15 iyuna, fransız cəbhəsində isə 1 iyula nəzərdə tutmuşdu. 1(14) aprel baş qərargahda (Mogilyov) cəbhə komandanları müşavirəsində təsdiq olunan 1916-cı il kampaniyası planına görə, əsas zərbəni Qərb cəbhəsi qoşunları Vilno istiqamətində endirməli idi (1, 2, 4, 10 və 3-cü ordular). Cənub-Qərb (8, 11, 7 və 9-cu ordular) və Şimal (12, 5 və 6-cı ordular) cəbhələrinə isə yardımçı zərbə tapşırılmışdı. Qərargahın 11(24) aprel direktivinə görə Cənub-Qərb cəbhəsi Rovno rayonundan Lutska hücumla Qərb cəbhəsinə dəstək olmalıydı. Lutska əsas zərbənin endirilməsi Qərb cəbhəsinə ən yaxın olan 8-ci orduya həvalə olunmuşu. Cənub-Qərb cəbhəsinin komandanlığı hücuma hərtərəfli hazırlıq keçirmişdi: xüsusilə rəqibin müdafiəsinin kəşfiyyatına (o cümlədən havadan), hücum üçün mühəndis platsdarmlarının hazırlığına (hərəsi 6–8 paralel tranşeya olmaqla), Avstriya-alman mövqelərinə analoji (2–3 möhkəmləndirilmiş zolaq) sahələrinin qət edilməsində qoşunların hazırlığına, piyadaların artilleriya ilə uzlaşması işinə diqqət yetirilmişdi. == Tərəflərin qüvvələri və mövqeləri == Cənub-qərb cəbhəsi Avstriya-alman 4, 1, 2, Cənub və 7-ci orduları üzərində canlı qüvvədə (448 minə qarşı 573 min süngü) və yüngül toplarda (1301-ə qarşı 1770 top) üstünlüyə malik idi, lakin ağır artilleriyada üç dəfə geri qalırdı (545-ə qarşı 168 top). Qüvvə və vasitələrdə üstünlük orduların sıçrayış yerlərində yaradılırdı: piyadalarda 2–2,5 dəfə, toplarda 1,5–1,7 dəfə. Cəbhənin rezervi 5 piyada diviziyadan (o cümlədən Qərargah tərəfindən əlavə edilmiş 5-ci Sibir korpusu) artıq idi.
Brusit
Brusit (yun. νῆμα — sap, λίθος — daş) — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Manqanbrusit (18%-dək MnO), ferrobrusit (16%-dək FeO), nemalit – lifli brusit. == Xassələri == Rəng – ağ, bəzən yaşılımtıl-ağ, sarımtıl, boz, qəhvəyi; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma səthində sədəfi, nemalitdə – ipəyi; Şəffaflıq – şəffafdan yarımşəffafadək, Sıxlıq – 2,47; S – 2,5; Kövrəkdir; Ayrılma – {0001} üzrə tam mükəmməl; Sınıqlar – hamar; nemalitdə – tikanlı; Morfologiya – kristallar: yastı lövhəcik şəkilli, iynəvarı; Mineral aqreqatları: vərəq - və pulcuqvari, incəlifli (liflərin uzunluğu bəzən 0,5 m-dən çox olur), bütöv sıx, nisbətən az – dənəvər kütlələr, axın formaları, periklaz üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Metamorfik və hidrotermal proseslər zamanı əmələ gəlir. Metamorfik brusitə metamorfikləşmiş dolomit və əhəngdaşlarında periklaz və dolomitin dəyişilmə məhsulu kimi rast gəlinir. Habelə yaşıl şistlərdə və karbonatlı fillitlərdə qeyd edilir. Brusitə maqnezial skarnlarda da rast gəlinir. Hidrotermal brusit serpentinləşmiş massivlərin kəskin qələvi mühitdə hidrolizi zamanı əmələ gəlir.
Brusketta
Brusketta ([brusˈketːa, ] it. bruschetta bəzən bruschetto "bruscare" sözündən götürülmüş mənası közdə közərtmək deməkdir) mərkəzi və cənubi İtaliyada yoxsul insanların yemək üçün hazırladıqları qəlyanaltı — it. antipasti növü. Bura közərtilmi yaxud qızardılmış fal şəklində kəsilmiş çörək, isti-isti üzərinə sarımsaqlı zeytun yağı çəkildikdən sonra üstünə xırda doğranmış, duz-istiotlanmış pomidor qoyulur. İtaliyanın Abruttso bölgəsində ventricina adlı salam ilə hazırlanmış brusketta variasiyası verilir. Çiy donuz əti və donuz sidik kisəsinə qoyulmuş ədviyyatlar yaşlanır və pasta, bəzən, qızardılan açıq çörək dilimlərinə yayılır. Bu yemək köhnəlmiş çörəyi xilas etmək üçün hazırlanmışdır. Toskanada bruskettaya "fettunta" deyilir və mövsümün ilk yağını dadmaq üçün adətən, xüsusilə noyabr ayında, yağsız verilir.
Brusnev adası
Brusnev adası — elə də böyük olmayan, Laptevlər dənizində yerləşən ada. Tiksi buxtasında, Tiksi qəsəbəsindən 5 km şərqdə yerləşir. Ölçüləri 1 – 2 km nisbətindədir. 1903-cü ildə Zarya şxunun komandiri Fyodor Andreyeviç Matisen adanı müdəndis Mixail İvanoviç Brusnevin şərəfinə adlandırılmışdır. Adada onun şərəfinə abidə qoyulmuşdur.
Heyvanlarda Bruselyoz və Vərəmlə Mübarizə (1980)
Heyvanlarda bruselyoz və vərəmlə mübarizə (film, 1980)
Mentha pulegium f. brusanensis
Pulqar yarpızı, Giləmərzə (lat. Mentha pulegium) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Çoxillik, qısa tüklü bitkidir. Gövdəsi düz, yatan və ya bir qədər qalxan çoxbudaqlı, hündürlüyü 15-30 sm-dir. Yarpaqları qısa saplaqlı, 1-2 sm uzunluqda, 5–10 mm enində, oval və ya yumurtavari, ucları küt, qıraqları azacıq dişciklidir. Çiçəkqrupu çoxsaylı, diametri 10–15 mm olan çoxçiçəkli çiçək köbələrindən ibarətdir. Kasacığı ikidodaqlı, xaricdən tüklüdür. Tacı 5–7 mm uzunluqda, kasacıqdan iki dəfə uzun, əlvan çəhrayı rənglidir. Fındıqcıqları xırda, 0,5 mm uzunluqda, yumrudur. Giləmərzə növü Makaroneziya, Avropa, Efiopiya, eləcə də Aralıq dənizi sahillərindən İrana qədər yayılmışdır.
Brusel
Brüssel həmçinin Brüksel (Fransız dili: Bruxelles, Niderland dili: Brussel, Alman dili: Brüssel) - Belçika Krallığının paytaxtı. Haqqında ilk məlumata XI əsr sənədlərində rast gəlinir. 1830-cu ildən Belçikanın paytaxtı, ölkənin iqtisadi, siyasi və mədəni mərkəzidir. == Tarixi == Brüssel şəhərinin adı bruoc (köhnə niderl., «bataqlıq») və sella (köhnə niderl., «məskən») sözlərindən yaranıb, mənası «bataqlıqda məskən» deməkdir. == Coğrafiyası və iqlimi == Brüsselin iqlimi mülayim dəniz iqlimidir. İlin ən isti ayları iyul və avqust aylarıdır, bu vaxt orta temperatur 17 C olur. Ən soyuq ay orta temperaturu 2,5 C olan yanvardır. İllik orta temperatur 9,7 C, il ərzində günəşli saatların sayı 1585-dir. == Əhalisi == 167 498 nəfər.
Brusels
Brüssel həmçinin Brüksel (Fransız dili: Bruxelles, Niderland dili: Brussel, Alman dili: Brüssel) - Belçika Krallığının paytaxtı. Haqqında ilk məlumata XI əsr sənədlərində rast gəlinir. 1830-cu ildən Belçikanın paytaxtı, ölkənin iqtisadi, siyasi və mədəni mərkəzidir. == Tarixi == Brüssel şəhərinin adı bruoc (köhnə niderl., «bataqlıq») və sella (köhnə niderl., «məskən») sözlərindən yaranıb, mənası «bataqlıqda məskən» deməkdir. == Coğrafiyası və iqlimi == Brüsselin iqlimi mülayim dəniz iqlimidir. İlin ən isti ayları iyul və avqust aylarıdır, bu vaxt orta temperatur 17 C olur. Ən soyuq ay orta temperaturu 2,5 C olan yanvardır. İllik orta temperatur 9,7 C, il ərzində günəşli saatların sayı 1585-dir. == Əhalisi == 167 498 nəfər.
Brussels
Brüssel həmçinin Brüksel (Fransız dili: Bruxelles, Niderland dili: Brussel, Alman dili: Brüssel) - Belçika Krallığının paytaxtı. Haqqında ilk məlumata XI əsr sənədlərində rast gəlinir. 1830-cu ildən Belçikanın paytaxtı, ölkənin iqtisadi, siyasi və mədəni mərkəzidir. == Tarixi == Brüssel şəhərinin adı bruoc (köhnə niderl., «bataqlıq») və sella (köhnə niderl., «məskən») sözlərindən yaranıb, mənası «bataqlıqda məskən» deməkdir. == Coğrafiyası və iqlimi == Brüsselin iqlimi mülayim dəniz iqlimidir. İlin ən isti ayları iyul və avqust aylarıdır, bu vaxt orta temperatur 17 C olur. Ən soyuq ay orta temperaturu 2,5 C olan yanvardır. İllik orta temperatur 9,7 C, il ərzində günəşli saatların sayı 1585-dir. == Əhalisi == 167 498 nəfər.
Brusli
Brüs Li (ing. Bruce Lee; çin. 李振藩 Li Jun-fan; 27 noyabr 1940[…], San-Fransisko, Kaliforniya – 20 iyul 1973[…]) — döyüş sənəti üzrə məşhur döyüş ustası, rejissor, ssenarist, idmançı və aktyor, Cit Kun Do döyüş sənətinin yaradıcısı, filosof == Həyatı == 1940-cı ilin səhərində Çin təqviminə görə Əjdaha ilində Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olan Brüs Linin əsl adı Jun-fan Lidir. Atası və anası, Çin operasında aktyor idi. Anası Qreysin sözlərinə görə, ona bir Amerikan adı verməyi fikirləşmirdi. Xəstəxanada işləyən həkimlərdən biri bu körpəyə Brüs deməyə başladı buna görə də anası bu adı dəyişdirməyib ona Brüs adını verdi. Bundan sonra adı Brüs Li oldu. Ailə çox qısa bir müddət sonra Honq Konqa geri döndü. 6 yaşı olanda da o tündxasiyyət idi. Brüs Honq Konqda film karyerasına 8 yaşında başladı.

Digər lüğətlərdə