Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Brüster qanunu
Brüster qanunu — dielektrikin (qaytarıcı səthin) n sındırma əmsalı ilə pol yarlaşma bucağı arasındakı əlaqəni gös tərən qanun; bu bucaq altında dielektrikin səthinə düşən polyarlaşmamış (təbii) işıq əks olunduqda (qayıtdıqda) tam polyarlaşır. Bu zaman işıq dalğasının elektrik vektorunun düşmə müstəvisinə perpendikulyar (yəni ayırıcı müstəviyə paralel) olan yalnız Es komponenti əks olunur. Düşmə müstəvisindəki Ep komponenti isə əks olunmur, sınır. Bu, tgφB=n olduqda baş verir. φB Brüster bucağı adlanır. Sınma qanununa görə sinφB/sinψ=n (ψ – sınma bucağı) olduğundan, Brüster qanunundan cos φB= sinψ və ya φB+ ψ=90° alınır, yəni sınan və əks olunan şüa lar arasındakı bucaq 90°-yə bərabərdir. Qanun David Brüster tərəfindən 1815-ci ildə müəyyən edilmişdir. Brüster qanununun fiziki izahı aşağıdakı kimidir. Düşən dalğanın elektrik sahəsi (Edüş.) dielektrikdə sınan dalğanın elektrik vektorunun (Esın.) istiqaməti ilə üst-üstə düşən istiqamətdə elektronların rəqsini yaradır. Bu rəqslər ayırıcı səthdə əks olunan dalğanı (Eəks ol.) həyəcanlandırır.
David Brüster
David Brüster (11.12.1781, Roksbro qraflığı, Cedboro – 10.2.1868, Melroz yaxınlığında Allerbi) — ingilis fiziki, London Kral Cəmiyyətinin üzvü (1815), Peterburq Elmlər Akademiyasının əcnəbi fəxri üzvü == Həyatı == Edinburq Universitetində oxumuşdur. 1838– 59-cu illərdə Sent-Andrusda kolleclərin rəhbəri və universitetin professoru, sonra Edinburqda universitet professoru olmuşdur. 1849-cu ildən Britaniya elmlərin inkişafı assosiasiyasının prezidenti idi. == Fəaliyyəti == Əsas elmi əsərləri fiziki və tətbiqi optikaya, elmin tarixinə həsr olunmuşdur. Biroxlu və ikioxlu kristallarda işığın xromatik polyarlaşmasının təsvirini vermişdir (1813– 14). 1815-ci ildə dairəvi pol yarlaşmanı kəşf etmiş və əks olunma (qayıtma) zamanı işığın polyarlaşmasını tədqiq edərək, Brüster qanununu müəyyən etmişdir. Süni anizotrop mühitlərdə şüanın ikiqat sınması hadisəsini kəşf etmişdir. Mayaklar üçün linzalar quraşdırmış, kaleydoskop ixtira etmiş (1816) və stereoskopu təkmilləşdirmişdir. İ. Nyutonun bioqrafiyasının müəllifidir. == İstinadlar == == Xarici keçidlər == The Brewster Kaleidoscope Society Works by David Brewster at Project Gutenberg Works by or about David Brewster at Internet Archive Brewster's (1834) "On the colours of natural bodies," Transactions of the Royal Society of Edinburgh, vol.
Li Brister
Li Qrear Brister (ing. Lee Greer Brewster; 27 aprel 1943, Honaker[d], Virciniya – 19 may 2000, Nyu-York, Nyu-York ştatı) — Amerikalı dreq-kvin, transseksual aktivist və pərakəndə satıcı idi. O, Stounvall-dan əvvəlki fəallar qrupunun, Queens Azadlıq Cəbhəsinin qurucu üzvü idi. 1970–1980-ci illərdə Drag jurnalını nəşr etdirdi. Brister 1970-ci ildə ABŞ-də ilk Qürur bayramı — Kristofer Küçə Qurtuluş Günü üçün vəsait toplamağa kömək etdi. O, bir neçə il ərzində vəsait toplamaqda və ing. Christopher Street Liberation Day təşkilini kömək etməyə davam etdi. Li Brister homofil və gey azadlıq hərəkatlarında fəal idi, Nyu-Yorkun Mattaçin Cəmiyyəti, eləcə də Küçə Transvestitləri Fəal İnqilabçıları ilə işləyirdi. == Şəxsi həyatı == Li Brister 1943-cü il aprelin 27-də Virciniya ştatının Honaker şəhərində anadan olub. O, atasının kömür mədənçisi kimi çalışdığı Qərbi Virciniyada böyüyüb.
Tiny Toon Adventures: Buster Busts Loose!
Tiny Toon Adventures: Buster Busts Loose - Yaponiyanın "Konami Corporation" oyun şirkəti tərəfindən 1992-ci ildə yaradılan macəra oyunudur.
Tiny Toon Adventures: Buster’s Hidden Treasure
Tiny Toon Adventures: Buster’s Hidden Treasure — Yaponiyanın "Konami Corporation" oyun şirkəti tərəfindən 1993-cü ildə yaradılan macəra oyunudur. "Tiny Toon Adventures" seriyanın bu epizodu resenziya saytlarında yüksək mövqe qazanmışdır. == Hekayə == Dovşanlardan xoşlanmayan qəddar varlı Montana Maks Baster Banni adında dovşanın sevgilisi Bebs Bannini qaçırır. Bu müddətdə isə pis Cin qızılları oğurlayır. Baster Banni həm sevgilisini, həm də qızılları tapmaq üçün macəralara qatlaşmağa məcbur olur. Oyundakı raundlar müxtəlif yerlərdə: Meşədə, qarda, dağda, adada və s. Hər raundun sonunda Boss vardır. Baster Banni Bossları məğlub etdikdən sonra onlara işləyən köməkçilər Banninin tərəfinə keçir. Gəmi raundunda Montana Maks ilə vuruşur və ona qalib gəlir. Bu raundda qızılları tapır.