QRANİ́T

[ ital. ] Çox bərk süxur (daş).
Daş qayaya baxdım, dedim: qranitin nə bərkdir; Dedi: sənin tanklarından mənim daşım köyrəkdir. R.Rza.

// Qranitdən düzəldilmiş, tikilmiş.
Mirzə qəbiristanlığa nəzər saldı… Adamboyu başdaşılar, qranitdən yonulmuş büstlər, dəmirdən şəbəkə hasarlar… İ.Məlikzadə.

// Müqayisələrdə möhkəmlik, sarsılmazlıq, davamlılıq, bərklilik mənasında.
Aslan qranit külçəsi kimi ağır və güclü idi. M.İbrahimov.

Etimologiya

  • QRANİT 1. lat. granum – buğda, dən 2. Farslar buna “sənge xare” (bərk daş) deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
QRANATATAN
QRANLIQ

Digər lüğətlərdə