Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Audit
Audit — əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir. Bir sıra ölkələrdə audit dedikdə, müəssisələrin yoxlanılması və onun maliyyə hesabatı haqqında fikir söylənilməsi başa düşülür. Britaniya Audit Praktikasi Komitəsinin 1989-cu ildə verdiyi tərifə görə, Böyük Britaniyada audit “qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilmiş bütün qaydalara riayət olunmaqla, müəssisənin mühasibat hesabatı barədə peşəkar fikir ifadə etmək məqsədilə həmin hesabatın xüsusi təyin edilmiş auditor tərəfindən müstəqil öyrənilməsi deməkdir.” Qanuna əsasən ABŞ-də səhmləri qiymətli kağızlar birjasında qiymətləndirilməyə buraxılan bütün səhmdar cəmiyyətlərinin maliyyə fəaliyyəti auditdən keçməlidir. Qərbdə (ABŞ) auditə verilən ən məqbul təriflərdən biri aşağıdakı kimidir: Audit (auditing) elə bir prosesdir ki, onun vasitəsilə səlahiyyətli sərbəst işçi kəmiyyətcə qiymətləndirilə bilən və spesfik təsərrüfat sisteminə aid olan informasiyanın müəyyən edilmiş meyarlara uyğunluq dərəcəsini müəyyənləşdirmək və bunu öz rəyində ifadə etmək üçün həmin informasiya haqqındə sübutlar toplayır və onları qiymətləndirir. Amerika Mühasibat İşi Assosiasiyasının auditin əsas prinsipləri üzrə komitəsi auditə aşağıdakı tərifi vermişdir. “Auditin – iqtisadi hərəkətlər və hadisələr haqqında obyektiv məlumatlar alınmasının və qiymətləndirilməsinin, onların müəyyən meyara uyğunluğu səviyyəsinin müəyyənləşdirilməsinin və nəticələrin əlaqədar istifadəçilərə verilməsinin sistemli prosesidir.” Amerika mütəxəssislərinin qeyd etdikləri kimi audit iqtisadi obyektin (müstəqil təsərrüfat bölməsinin) fəaliyyətinə və vəziyyətinə dair faktların və ya bu cür fəaliyyət və vəziyyət barədə informasiyanın toplanmasından və qiymətləndirilməsindən ibarət olan və müəyyən edilmiş meyarlar əsasında həmin fəaliyyətə keyfiyyət cəhətdən rəy verəcək səlahiyyətli sərbəst şəxs tərəfindən həyata keçirilən fəaliyyət növüdür. Deməli, audit dedikdə, maliyyə hesabatının müstəqil yoxlanması və bu barədə fikir ifadə olunması başa düşülür. Auditin kifayət qədər böyük tarixi var və müxtəlif tərcümələrdə “o dinləyir” və ya “dinləyici” mənalarını verir.
Budin
Buda (mac. Buda) - Macarıstan krallığının mərkəzi olmuş tarixi şəhər. Budin şəhərinin yerləşdiyi tarixi yer Budapeşt şəhərindən keçən Dunay çayının cənub tərəfi hesab olunur. Osmanlı imperiyası və Macarıstan krallığı arasında 1526-cı ildə baş vermiş Mohaç döyüşü nəticəsində şəhər Osmanlı imperiyasının nəzarəti altına keçmişdir.
Budi
Budi (ukr. Буди, rus. Буди) — Ukraynanın Xarkov vilayətinin Xarkov rayonunda yerləşən kənd tipli yaşayış məntəqəsi. Merefanın sol sahilində, Donun drenaj hövzəsində yerləşir. 2022-ci ilin məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 5,829 nəfərdə ibarətdir. 2024-cü ilin 26 yanvar tarixinədək Budi şəhər tipli qəsəbə statusuna malik olub. Həmin tarixdə isə yaşayış məntəqəsinin şəhər tipli qəsəbə statusu ləğv edilərək, kənd tipli yaşayış məntəqəsi statusuna çevirilmişdir.
Audit jurnalı
Audit jurnalı − sistemin subyektlərinin fəaliyyəti barəsində xronoloji nizamlanmış yazıların son nəticənin təftişi məqsədilə əməliyyatların, prosedurların yerinə yetirilməsinə və ya tranzaksiyalar zamanı hadisələrin baş verməsinə səbəb olan və ya şərait yaradan hərəkətlər ardıcıllığının bərpası, baxılması və analizi üçün yetərli olan verilənlər. == Ədəbiyyat == İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Budin əyaləti
Budin əyaləti — Osmanlı imperiyasının əyalətlərindən biri.
Bukit Timah
Bukit Timah (malay Bukit Timah; çin. 武吉知马) — Sinqapurda hündürlüyü 163,63 metr (digər mənbələrə görə 176 m) olan təpə. Bu təpə Sinqapurun ən yüksək zirvəsi hesab edilir. Bukit Timax təpəsi adanın mərkəzində yerləşir. Təpə Sinqapurun mərkəzi bölgəsində, təxminən 10 km şəhər mərkəzindən kənarda yerləşir. Təpənin yerləşdiyi ərazi Bukit Timah adı tanınır. Bölgədə planlaşdırılan rayon da, Bukit Timah (ing. Bukit Timah Planning Area) və ya 11-ci rayon adlanılır (ing. District 11). == Adın mənası və tarixi == «Bukit Timah» — malay dilində «qalaylı təpə» mənasını verir.
Bukit yarımadası
Буки́т (ind. Semenanjung Bukit) — İnmdoneziyanın Bali adasının cənubunda yerləşən yarımmada. Yarımadanın sahəsi 104,13 km², əhalisi isə 64 min nəfərdir. Adının mənası indoneziya dilindən tərcümədə təpə deməkdir. Adanın ən məşhur turizm zonalarından hesab edilir. Bu baxımından yarımadanın şərq qutaracağı olan Nusa-Dua fərqlənir. Burada çoxlu sayda mehmanxanalar və turizm obyektlərinə rastlaşmaq mümkündür. == Coğrafiyası == Bukit yarımadası Malay arxipelaqı, Kiçik Zond adalarına daxil olan Bali adasının cənubunda yerləşir. Təxmini olaraq dairəvi formaya malikdir. Nisbətən qərbdən şərqə doğru uzanır.
Cudit Forsa
Cudit Forsa (d. 7 iyun 1996) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Cudit Forsa, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Cudit Rayker
Cudit Rayker (alm. Judith Rakers‎; 6 yanvar 1976, Paderborn, Şimali Reyn-Vestfaliya) — Jurnalist, 2011 Avroviziya Mahnı Müsabiqəsinin aparıcılarından biri.
Cudit Ridli
Cudit Ridli (ing. Judith Ridley; 2 fevral 1946, Pitssburq, Pensilvaniya) — ABŞ aktrisasıdır. Ən yaxşı rolu Yaşayan ölülərin gecəsi filmində "Cudi" roludur. Bu filmdə iştirak edən Rassell Ştrayner ilə evlilikdən sonra filmlərdə adı Cudit Ştrayner (ing. Judith Streiner) kimi səslənirdi. Film karyerası boyu cəmi iki filmdə rol almışdır.
Daxili audit
Daxili audit — Təsərrüfat subyektinin fəaliyyətinin inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə olunması, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və inkişafına sistemli yanaşmaqla, təsərrüfat subyektinə öz məqsədlərinə nail olmaqda köməklik edən obyektiv, təminatverici və məsləhətverici fəaliyyətdir.
Judit Batler
Judit Batler (ing. Judith Butler; 24 fevral 1956[…], Klivlend, Ohayo) — feminizm, kivr-nəzəriyyəsi, siyasi fəlsəfə və etika mövzularına əhəmiyyətli təsir göstərmiş poststrukturalizm nümayəndəsi olan Amerikalı filosof. Fəlsəfə doktoru, Berklidəki Kaliforniya Universitetinin professorudur (1993-dən). Amerika Fəlsəfə Cəmiyyətinin üzvü (2007), Britaniya Akademiyasının müxbir üzvüdür (2015). Ən məşhur kitabı "Cinsiyyət Problemi: Feminizm və şəxsiyyətin dəyişməsi"-dir (ing. "Gender Trouble: Feminism and the Subversion of Identity"). == Bioqrafiyası == Rus və Macar əsilli yəhudi ailəsində anadan olub. Əvvəl Beninqton kollecində, sonra Yel Universitetində fəlsəfə təhsili alır, burada 1978-ci ildə bakalavr dərəcəsini və 1984-cü ildə doktorluq dərəcəsini alır. 1984–1993-cü illərdə Uesleyan Universitetində, Corc Vaşinqton Universitetində və Cons Hopkins Universitetində dərs demişdir. 1993-cü ildən Berkli Kaliforniya Universitetində ritorika və müqayisəli ədəbiyyat üzrə professordur.
Kənar audit
Kənar audit — müstəqil bir audit təşkilatı (auditor) tərəfindən bir təsərrüfat subyekti ilə müqavilə əsasında bir təsərrüfat subyektinin maliyyə hesabatlarının əhəmiyyətli təhriflərdən azad olduğuna dair əsaslı əminlik əldə etmək və bu barədə fikir bildirmək məqsədi ilə aparılan yoxlama auditor hesabatının forması. Xarici audit sənayenin özəlliklərinə əsasən ümumi audit, sığorta təşkilatlarının auditi, bankların auditi və birjaların, büdcədənkənar fondların və investisiya institutlarının auditi kimi bölünür. Xarici audit həm qanunun tələbi, həm də təsərrüfat subyektinin sahiblərinin təşəbbüsü ilə həyata keçirilə bilər. == Haqqında == Kənar audit yoxlaması müəssisələrə maliyyə fəaliyyətinin düzgünlüyü haqqında əminlik verir və kənar auditorlar (audit şirkətləri) tərəfindən maliyyə hesabatlarının və mühasibat uçotunun düzgünlüyünün qiymətləndirilməsi ilə həyata keçirilir. Kənar auditin cəlb olunmasının əsasən iki səbəbi vardır. Bu səbəblər də kənar auditi iki hissəyə ayırır: Dövlət orqanlarının tapşırığı ilə məcburi (icbari) audit; Dövlət orqanları tərəfindən məcburi olmayan audit Bir çox hallarda kənar audit yoxlaması dövlət orqanları tərəfindən qanunla tələb olunur. Bu əsasən müəssisələrin vergi öhdəliklərini düzgün yerinə yetirib-yetirmədiklərini müəyyən etmək üçün həyata keçirilir. == Auditorların hesabatı == Xarici auditorların əsas vəzifəsi hesabatlarda təqdim olunan maliyyə məlumatlarının etibarlılığı barədə rəy hazırlamaqdır. Üç növ audit hesabatı mövcuddur: Şübhəsiz ki, müsbətdir — maliyyə hesabatları maliyyə vəziyyətini, əməliyyatların nəticələrini və pul vəsaitlərinin hərəkətlərini sədaqətlə əks etdirir. Kvalifikasiyaları müsbətdir — hesabatlar, müəyyən maddələr istisna olmaqla, maliyyə vəziyyətini, əməliyyat nəticələrini və pul vəsaitlərinin hərəkətini kifayət qədər əks etdirir.
Yudit Hauser
Yudit Hauser (d. 23 sentyabr 1992) — Almaniyanı təmsil edən bədii gimnast. Yudit Hauser 2012-ci ildə Almaniyanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yudit Hauser 2016-cı ildə Almaniya bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mira Bimperlinq, Nikola Müller, Kamilla Pfeffer, Katrin Pul və Sara Radman ilə birgə təsnifat mərhələsində 49.650 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Yudit Polqar
Yudit Polqar — macarıstanlı şahmatçı. Yudit Polqar 15 yaşında ikən dünyanın ən gənc qrosmeysteri adını alaraq, Bobi Fişerin rekordunu bir ay təzələyib. Onun atası ona və bacılarına şahmatı hələ evdə ikən körpə yaşlarında öyrətməyə başlayıb. Ata bütün dünyaya sübut etmək istəyirdi ki, əgər uşaqlar şahmatı öyrənməyə çox erkən yaşda başlasalar, daha çox uğur əldə edə bilərlər.
Varqa Yudit
Varqa Yudit (mac. Varga Judit; 10 sentyabr 1980, Mişkolç) — Macarıstan hüquqşünası, siyasətçi və dövlət xadimi. Fidez partiyasının üzvü. 2019-cu il iyulun 12-dən ədliyyə naziri vəzifəsini icra edir. 2018–2019-cu illərdə Macarıstan Baş Nazirinin Aparatında Macarıstanın Avropa İttifaqı işləri üzrə Dövlət Katibi olmuşdur. == Bioqrafiya == 10 sentyabr 1980-ci ildə Mişkols şəhərində anadan olmuşdur. 1993–1999-cu illərdə Mişkolsdakı Avas Gimnaziyasında oxuyub. 1999–2004-cü illərdə Mişkols Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2002–2004-cü illərdə isə respublika təqaüdü almışdır. 2003-cü ildə o, Nyurtingen-Qayslingen İqtisadiyyat və Ekologiya Ali Məktəbinin Erasmus tələbə təşəbbüsündən təqaüdünü alır.
Audit yoxlaması
Audit yoxlaması — müəssisə və ya təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin auditor tərəfindən maliyyə hesabatlarına dair təqdim edilmiş sənədlər əsasında aparılan audit. Audit məcburi ola bilər, yəni qanunla müəyyən edilmiş müəyyən müddətlərdə, təşəbbüskar isə müəssisə (təşkilat) rəhbərliyinin qərarı ilə həyata keçirilə bilər. Auditor mühasibat balansı məlumatlarının və müəssisənin maliyyə nəticələrinin etibarlılığını təsdiq etdikdə auditin nəticələri müsbət, təsdiq etmədikdə isə mənfi ola bilər. == Auditlərin mərhələləri və xüsusiyyətləri == Auditin mərhələlərlə aparılmasının üstünlüyü ondan ibarətdir ki, müştəri cari hesabat dövrünə dair rəy almaq və cari maliyyə ilinin sonunadək dəyişikliklər etmək imkanına malikdir. === Auditor qiymətləndirir === müştərinin biznesinin xüsusiyyətləri təşkilati və daxili nəzarət nəzərdən keçirilən dövrdə mühüm hadisələr müştərinin fəaliyyətini tənzimləyən qanunlara uyğunluq ən böyük əməliyyatlar üçün: təsdiqedici sənədlərin yoxlanılması əməliyyatların mühasibat uçotu registrlərində və maliyyə hesabatlarında əks etdirilməsi anbarlardakı malların əhəmiyyətli qalıqlarının inventarlaşdırılmasında iştirak === Auditi kim aparır === Audit fəaliyyəti audit təşkilatları və ayrı-ayrı auditorlar tərəfindən həyata keçirilir.
Sosial audit
Sosial audit — təşkilatın fəaliyyətini və üslubunu qiymətləndirmək, hesabat vermək, təkmilləşdirmək prosesi, bütövlükdə cəmiyyətə təsirini ölçmək vasitəsi. Sosial auditin köməyi ilə korporativ sosial məsuliyyət dərəcəsi ölçülə bilər. Keyfiyyətin idarə edilməsi və insan resurslarının inkişafı üçün əlverişli şərtləri seçmək üçün ilk növbədə təşkilat daxilində rəsmi və qeyri-rəsmi davranış qaydalarını, şirkətin fəaliyyətində maraqlı olan tərəflərin fikirlərini qiymətləndirir. Daxili maliyyə auditi kimi, sosial audit də tədqiqat meyarlarının aydın şəkildə tərtib edilməsini tələb edir: şirkət hansı nəticələrə nail olmaq istəyir, hansı ictimai qrupların onun biznesinin uğuruna təsir etməsi və onun effektivliyinin hansı göstəricilərlə ölçülməsi. == Həmçinin bax == İctimai kapital Vətəndaş cəmiyyəti Sosioiqtisadiyyat İnsan kapitalı == İstinadlar == == Ədəbiyyat == Социальный аудит: учебное пособие / Под общ. редакцией д.э.н., проф. А.А. Шулса, д.э.н. Ю.Н. Попова. – М.: Издательский дом «АТИСО», 2008.
Ali audit qurumu
Ali audit qurumu — hökumət fəaliyyətlərinin auditini həyata keçirən müstəqil dövlət səviyyəli qurum. Əksər ali audit qurumları öz ölkələrinin mövcud qanunvericiliyə uyğun olaraq təsis edilmişdir. Ali audit qurumları dövlət vəsaitlərinin istifadəsinə nəzarət edir, dövlət maliyyə hesabatlarının keyfiyyətini və düzgünlüyünü yoxlamaqla ölkədə nəzarətin və hesabatlılığın təmin edilməsində mühüm rol oynayır. Azərbaycan Respublikasının ali audit qurumu Azərbaycan Respublikasının Hesablama Palatasıdır.
Böyük dördlük (audit)
«Böyük dördlük» — dünyanın dörd ən böyük auditoriyası və konsaltinq şəbəkəsi:Deloitte, PricewaterhouseCoopers, Ernst & Young və KPMG. Tək şirkətlər deyil həmçinin beynəlxalq şirkətlər şəbəkələridir və bu şəbəkələrdəki şirkətlərin çoxu yalnız bir ölkədə fəaliyyət göstərir. == Tarixi == Əvvəllər səkkiz böyük firma təşkil edirdi və bunlar toplu olaraq "Böyük Səkkiz" adlanırdı. 1989-cu ildə «Deloitte, Haskins and Sells» и «Touche Ross» «Deloitte & Touche» (indiki «Deloitte») birleşmesini, «Ernst & Whinney» и «Arthur Young & Co» «Ernst & Young» nun birleşmesi baş verdi. 1998-ci ildə «Price Waterhouse» və «Coopers & Lybrand» в «PricewaterhouseCoopers»-a birləşdi. Nəhayət, 2002-ci ildə «Arthur Andersen» böyük müştəri axınının getməsi yaşadı, şirkət fəaliyyətini dayandırdı və «böyük səkkiz» «böyük dördlük» oldu.
Cudit O'Di
Cudit O'Di (ing. Judith O'Dea; 20 aprel 1945) — ABŞ aktrisasıdır. Ən yaxşı rolu "Yaşayan ölülərin gecəsi" filmində Barbara roludur. Cudit O'Di şifahi kommunikasiyalar tədrisi ilə məşğul olan "O'Dea Communications" firmasının sahibəsidir. == Seçilmiş filmoqrafiya == 1968: Yaşayan ölülərin gecəsi == İstinadlar == == Xarici keçidlər == Cudit O'Di — IMDb səhifəsi. O'Dea Communications.
Beynəlxalq audit standartları
Beynəlxalq audit standartları (BAS) (ing. International Standards on Auditing (ISA)) — audit fəaliyyəti üçün beynəlxalq peşəkar standartlar. Onlar Beynəlxalq Mühasiblər Federasiyası tərəfindən Beynəlxalq Audit və Təminat Standartları Komitəsi vasitəsilə nəşr olunur.
Ali Audit İnstitutlarının Beynəlxalq Təşkilatı
Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı və ya AAİBT (ing. International Organi zation Of Supreme Audit Institutions – INTOSAI) – INTOSAI BMT- yə və ya onun ixtisaslaşmış agentliklərinə üzv olan ölkələrin ali audit institutlarının peşəkar beynəlxalq təşkilatıdır. INTOSAI 1953-cü ildə o dövrdə Kubanın Ali Audit Təşkilatının rəhbəri olan Emiliyo Fernandez Kamusun təşəbbüsü ilə formalaşıb. Həmin vaxt 34 ölkənin ali audit institutunun iştirakı ilə Kubada INTOSAI-nin I konqresi keçirilmişdir. Bu gün isə təşkilatın 186 üzvü vardır. INTOSAI muxtar, müstəqil və qeyri- siyasi təşkilatdır. O, BMT-nin İqtisadi və Sosial Şurası yanında xüsusi konsultativ statusa malik qeyri-hökumət təşkilatıdır. Bir çox onilliklər ərzində təşkilatın Baş Katibliyinə Avstriya Audit Təşkilatı ev sahibliyi etmişdir. Hal-hazırda da təşkilatın mənzil-qərargahı Vyanadadır. 1977-ci ildə INTOSAI Lima Deklarasiyasını qəbul etmişdir.
Judit Blant-Litton, 16-cı baronessa Uentvort
Judit Enn Dorota Blant-Litton, 16-cı Baronessa Uentvort (ing. Judith Anne Dorothea Blunt-Lytton, 16th Baroness Wentworth, 6 fevral 1873, London – 8 avqust 1957, Krouli, Uest Sasseks[d]) — ərəb at yetişdiricisi və tennisçi. 1917–1957-ci illərdə Crabbet ərəb damazlığının sahibi olaraq, onun ərəb atı yetişdirilməsində rolu çox böyükdür. Bu gün dünyadakı bütün ərəb atlarının 90 faizindən çoxu öz nəsillərində Crabbet qanını daşıyır.
Judit Blant-Litton (16-cı baronessa Uentvort)
Judit Enn Dorota Blant-Litton, 16-cı Baronessa Uentvort (ing. Judith Anne Dorothea Blunt-Lytton, 16th Baroness Wentworth, 6 fevral 1873, London – 8 avqust 1957, Krouli, Uest Sasseks[d]) — ərəb at yetişdiricisi və tennisçi. 1917–1957-ci illərdə Crabbet ərəb damazlığının sahibi olaraq, onun ərəb atı yetişdirilməsində rolu çox böyükdür. Bu gün dünyadakı bütün ərəb atlarının 90 faizindən çoxu öz nəsillərində Crabbet qanını daşıyır.
Barit
Barit (ağır şpat) – Ba [SO4] — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Barit ümumiyyətlə ağ və ya rəngsizdir və barium elementinin əsas mənbəyidir. Barit qrupu barit, selestin (stronsium sulfat), bucaqsit (qurğuşun sulfat) və anhidritdən (kalsium sulfat) ibarətdir. Barit və selestin bərk məhlul əmələ gətirir (Ba,Sr)SO4. == Növ müxtəliflikləri == Selestinobarit (bəzən 28,3%-ə qədər SrO), xokutolit (17-22% PbO), radiobarit (Ra–n·10-7 q/t-dək). == Xassələri == Rəng – rəngsiz, qar kimi ağ, sarı, cəhrayı, yaşılımtıl, maviyə çalan, az hallarda qəhvəyi, qırmızı; rəngi çox vaxt zonal olur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından sədəfiyədək; Şəffaflıq – su kimi şəffafdan yarımşəffafadək; Sıxlıq – 4,3-4,7; Sərtlik – 3,0-3,5; Kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl, {210} üzrə orta; Sınıqlar – qeyri-hamar; Lüminessensiya – bəzən flüoressensiya, fosforessensiya, termolüminessensiya; Morfologiya – kristallar: yastı, nazik- və qalınlövhəvari; İkiləşmə: nadir rast gəlir, adətən polisintetik; Mineral aqreqatları: dənəvər, sıx, lövhə-, yelpik-, iri vərəq- və torpaqvari ("barit səpələnməsi") kütlələr, kollomorf - zonal əmələgəlmələr, stalaktitlər, druzalar, konkresiyalar, jelvaklar, "qızıl güllər", püruzlar, viterit və kalsit üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Mineralın yataqlarının əksəriyyəti orta- və aşağıtemperaturlu hidrotermal əmələgəlmələrə aid olub, adətən, barit-polimetal, barit-flüorit, barit-kalsit, qızıl-barit, barit-viterit, bəzən, demək olar ki, monomineral barit və s. damarları ilə təmsil olunur. Bəzi əsasi vulkanitlərin badamvari boşluqlarında, sualtı eksqalyasion sulfid əmələgəlmələrində, termal bulaqların çöküntülərində qeyd edilir.
Barıt
Barıt — çoxkomponentli partlayıcı maddə olub, xaricdən oksigen daxil olmadan daxildən yanma və bununla böyük daxili enerjili qaz yaratmaq qabiliyyətinə malikdir. Barıt mərmilərin atılmasında, raketlərin hərəkət etdirilməsində və başqa məqsədlər üçün istifadə edilir. Paralel laylarla yanma zamanı istilik bir laydan başqasına ötürülür. Bununla yanma zamanı qaz əmələ gəlməsini tənzimləmək olur. Bu barıt dənəciyinin ölçüsündən və yanma sürətindən asılı olur. Dənəciyin ölçüsü onun forması, həndəsi ölçüləri ilə təyin olunur. Yanma zamanı bu ölçülər kiçilə və ya böyüyə bilər. Belə yanmaya deqressiv və ya proqressiv deyilir. Qaz əmələgəlməsində müəyyən qanunauyğunluq əldə etmək üçün dənəciklər əlavə yanmayan materialla örtülürlər. Barıtın yanma sürətinə onun tərkibi, başlanğıc temperaturu və təzyiq təsir edir.
Bedik
Bədik - türk və tatar xalq inacında əyləncə cini. Türk mifologiyasında ən maraqlı hekayəyə sahib olan varlıqlardan biridir. İlk başlarda pis bir ruh olduğu halda, insanlara və heyvanlara zərər verdiyi üçün evlərdən qovulmaq istənmişdir. Bunun üçün onun şərəfinə mərasimlər təşkil edilmiş və mərasimlər yavaş-yavaş əyləncəli bir hal alınca Bedik də əylənməyə başlamışdır. Mərasimlərdə ondan getməsi xahiş edilir, bunun üçün qafiyəli dualar oxunur. Hətta söz anlamazsa təhdid və təhqirə müraciət edilər. Sırtıq, əsbləri oynadan bir varlıq olduğundan danışılmışdır. == Etimoloji == (Bed/Bet) kökündən törəmişdir. Üz və görünüş mənalarını ehtiva edər. Qədim türkcə "Bedük" sözcüyü böyük mənasını verər.
Bidət
Bidət — kəlimə mənası ilə sonradan ortaya çıxan, yenilik. İslam hüququna görə yeni birşey ortaya çıxarmaq qəbul edilən davranışlardan kənara çıxmaq dinin qəbul edilmiş inancları və ya dinin qanunları ilə kəskin şəkildə ziddiyyət təşkil edən hər hansı inanc və ya nəzəriyyə. Bidətçi bidət tərəfdarıdır. Xristianlıqda, iudaizmdə və islamda bidət bəzən aforozdan tutmuş ölüm cəzasına qədər qınaqla qarşılanmışdır. Bidət dindən, prinsiplərdən və ya səbəblərdən açıq-aşkar imtina etmək olan mürtədlikdən fərqlidir. Bidətşünaslıq bidəti öyrənən elmidir. == İstinadlar == == Əlavə ədəbiyyat == Walter Bauer (1971), Orthodoxy and Heresy in Earliest Christianity, (Philadelphia, Fortress Press (original edition 1934) ISBN 0-8006-1363-5 (on-line: Updated Electronic English Edition by Robert A. Kraft, 1993). Henderson, John B. The Construction of Orthodoxy and Heresy: Neo-Confucian, Islamic, Jewish, and Early Christian Patterns. Albany, NY: State University of New York Press. 1998.
Bodie
Bodi (ing. Bodie) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən kabus şəhər. 1880-ci ildə şəhərdə 2.800 nəfər yaşayırdı. Qızıl hərisliyi dövründə şəhərdə əhali sürətlə artmışdır. 1900-cu ildə qızıl bloklarından birində işin zəifləməsi ilə, şəhər əhalisinin artımı dayanmış, 1910-cu ildən etibarən azalmağa başlamışdır. 1962-ci ildə kabus şəhərin yerləşdiyi ərazi milli parka çevrilmişdir. Hər il Bodie şəhərini 200 min turist ziyarət edir.
Bucin
Bucin (fars. بوجین‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 348 nəfər yaşayır (93 ailə).
BADIL
Fələstinlilərin Yaşayış və Qaçqınların Hüquqları üzrə BADIL Resurs Mərkəzi — fələstinli qaçqınların və məcburi köçkünlərin hüquqlarını qorumaq, onları təşviq etmək öhdəliyi daşıyan müstəqil, insan hüquqları üzrə qeyri-kommersiya təşkilatı. BADIL 1998-ci ilin yanvarında təsis edilmişdir. İsrailəmeylliü "NGO Monitor" qrupunun məlumatına görə, BADIL İsrail hərbi rəsmilərinə qarşı "qanun"la məşğuldur və həmçinin antisemit karikaturalar dərc etmişdir. BADIL BMT-nin İSŞ yanında xüsusi məsləhətçi statusuna malikdir və eyni zamanda çoxlu sayda Fələstin təşkilatı şəbəkələrinin bir hissəsidir. BADIL fələstinli qaçqınların problemləri ilə bağlı ingilis dilində rüblük nəşr olunan "Al-Majdal" jurnalını dərc edir.