Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vaqon
Vaqon (fr. wagon, araba mənasını verən ing. waggon sözündən) ― dəmiryolu nəqliyyatı sistemində yük və ya sərnişin daşınması üçün istifadə olunan nəqliyyat vasitəsi. Vaqonlar bir-birinə bağlandıqda və bir və ya daha çox lokomotiv tərəfindən dartılanda qatar yaranır. Alternativ olaraq, bəzi sərnişin vaqonları öz-özünə hərəkət edir.
Sanitar vaqon
Sanitar vaqon ― xüsusi qatar növü. Ən çox buxar lokomotivi (dizel lokomotivi), vaqonlar və s. daxil olmaqla hərbi əməliyyatlar zamanı yaralıların və xəstələrin təxliyəsi və tibbi yardım üçün nəzərdə tutulmuşdur. Xəsarət alanların daşınması və müalicəsi üçün xüsusi təchiz olunmuş, eləcə də mətbəx, aptek, işçi vaqonları, meyit vaqonları və sair kimi köməkçi vaqonlardan ibarətdir. Yaralıların daşınması üçün dəmiryol qatarları Amerikada vətəndaş müharibəsi (1861-1865) və 1870-1871-ci illərdə Fransa–Prussiya müharibəsi zamanı geniş istifadə edildi. Alman 36 təcili yardım qatarı ordusunda 40 minə qədər xəstə və yaralı nəql etdi. 2010-cu ildən etibarən Rusiyada dəmir yolu qatarları bazasında beş səyyar konsultativ diaqnostika mərkəzi fəaliyyət göstərir: «Здоровье», «Доктор Войно-Ясенецкий — Святитель Лука», «Терапевт Матвей Мудров», «Академик Федор Углов» və «Хирург Николай Пирогов». Qatarlarda müayinədən dərhal sonra lazımi dərmanların alınması üçün aptek mövcuddur. Suveren bir qurum olan Malta Suveren Hərbi Ordeninin (SMOM), Sərəncamın Hərbi Korpusu olaraq bilinən hərbi şöbəsi vasitəsilə fəaliyyət göstərən xəstəxana vaqonları qədim tarixə malikdir . Bu cür vaqonların istismarı İkinci Dünya Müharibəsində ən yüksək həddə çatdı, lakin SMOM bu gün də belə qatarların istifadəsini davam etdirir.
Paqon
Poqon (rus. погон) — xüsusi geyim formalarında çiyin üstdə daşınan hərbi rütbənin yerləşdiyi geyim elementi və ayrı — ayrı nazirliklərə, idarə və təşkilatlara mənsub olma fərqlənmə nişanları. Hərbi və ya başqa rəsmi paltarda çiyinə tikilən və ya yapışdırılan fərqlənmə nişanı. Hal-hazırda dünyanın bütün ordularında istifadə edilir. İlk dövrlərdə poqonlar çiyində asılan qılınc və patron qutusunun kəmərinin sürüşüb düşməsinin qarşısını almaq üçün istifadə edilirdi.
Vaqo
Vaqo — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Toponim talış dilindəki vaqo sözündən olub "ağac kömürü hazırlamaq üçün çala" deməkdir. Orxan Abbasov (alim) (1980–) — fəlsəfə doktoru, dosent. Məhərrəm Abiyev (1973–1993). Zülfü Ağayev (1977–2020).
Vaqon-Li hadisəsi
Vaqon-Li hadisəsi — 1933-cü ildə Vaqon-Li şirkətinin müdirinin türkcə danışan işçisinə şirkətin rəsmi dilinin fransızca olduğunu bildirərək, pul və işdən uzaqlaşdırma cəzaları verməsilə başlamış hadisədir. Yataqlı və yeməkli vaqonları olan farnsız dəmiryolu şirkəti Vaqon-Li şirkətində 22 fevral 1933-cü il tarixindü belçikalı müdir Jannoni telefonda türkcə danışan işçi Naci bəyə şirkətin rəsmi dilinin fransızca olduğunu bildirərək, 25 qəpik pul vəzası və 15 gün işdən uzaqlaşdırma cəzası verdi. Bu hadisə dövrün qəzetlərində əks olununca, 25 fevral 1933-cü ildə Peyami Safa, Cahid Arf kimi tanınmış şəxslərin də olduğu, Darülfünün və Milli Türk Tələbə Birliyi tələbələri toplanıb şirkətin Bəyoğlunda olan şirkət bürosu önündə etiraz nümayişləri başlatdılar. Daha sonra hadisələr də daha da böyüdü. Şüşələri qıraraq ofisə daxil olan tələbələr Mustafa Kamalın divarda asılı olan rəsmini aldıqdan sonra, ofisi dağıtdılar. Qrup əllərində Mustafa Kamalın rəsmi və türk bayraqları ilə şirkətin Qaraköy bürösuna gəlmiş, eyni şəkildə Mustafa Kamalın rəsmini aldıqdan sonra ofisi dağıtmışdırlar. Ən sonunda İstanbul valiliyinin önünə gələn kütlə qəzet binalarının önündə bir müddət nümayişə davam etmişdirlər və əllərindəki Mustafa Kamal rəsmlərini xalq evinə təslim etdikdən sonra dağılmışdır. Baş verənlərdən sonra şirkət Naci bəyi işə bərpa etmiş, etnik azlıqların və qeyri-müsəlmanların daha çox yaşadığı Pera ətrafında bir çox xarici şirkət türkcə addan istifadə etməyə başlamış və yenidən "Vətəndaş, türkcə danış!" kompaniyasi başladılmışdır. Vaqon-Li şirkəti daha sonra Osmanlı dövləti dövründən qalan bir çox xarici şirkət kimi milliləşdirilmişdir. Vətəndaş, türkcə danış!
Kоmpyеn vaqonu
Kompyen vaqonu
Kоmpyеn vaqonu (fransız tarixşünaslığında Wagon de l’Armistice — "barışıq vaqonu" da adlanır) — 1918-ci ildə birinci Kоmpyеn sülh sazişinin (1918) (Alman imperiyasının kapitulyasiyası) və ikinci Kоmpyеn sülh sazişinin (1940) (Fransanın kapitulyasiyası) imzalandığı dəmiryolu vaqonu. == Birinci Dünya Müharibəsi və sonrakı dövr == Vaqon 1914-cü ildə Saint-Denidəki Compagnie Internationale des Wagons-Lits şirkəti tərəfindən restoran-vaqon kimi istifadəyə verilmişdi. Lakin sonra Marşal Foşun qərargah-vaqonuna çevrildi və 1918-ci ildə marşal tərəfindən Almaniya ilə barışıq imzalamaq üçün seçilmişdi. Bu vaqonda I Dünya Müharibəsində hərbi əməliyyatların dayandırılması haqqında 1918-ci il noyabrın 11-də Kompyen şəhəri yaxınlığında Fransanın Pikardi bölgəsində Antanta və Almaniya İmperiyası arasında barışıq imzalanmışdı. Müharibələrarası dövrdə vaqon əvvəlcə prezident Millerandın şəxsi vaqonu kimi istifadə olunmuşdu. O, 1920-ci ilin dekabrında bu vaqonda Verdenə səfər etmişdi. Sonra isə vaqon Parisdə Əlillər Evində və "Barışıq Sahəsi"ndə nümayiş olunmuşdur. 1927-ci il noyabrın 11-də "Barışıq Sahəsi"ndə vaqon üçün xüsusi bina inşa edilmişdir. == İkinci Dünya müharibəsi == 1940-cı ilin iyununda fransız qoşunları Üçüncü Reyxin ordusu tərəfindən məğlub edildikdə, Adolf Hitlerin birbaşa əmri ilə vaqon bu binadan çıxarıldı, bunun üçün hətta divarı partlatmaq lazım gəldi. Fransanı alçaltmaq niyyətində olan Hitler Fransanın Almaniyaya faktiki təslim olmasını nəzərdə tutan İkinci Kоmpyеn sülh sazişinin imzalanmasının orada olmasını istədi.
Vaqo bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bakı vaqon təmiri zavodu
"Bakı vaqon təmiri zavodu" (əvvəllər Bakı təmir zavodu, Oktyabr İnqilabı adına Bakı vaqon təmiri zavodu) — Bakı şəhərində yerləşən Azərbaycanın sənaye müəssisəsi. == Tarix == Zavod 1892-ci ildə alman sahibkar Karl Eyzenşmidtin neft avadanlıqlarının təmiri emalatxalarının əsasında təşkil edilmişdir. 1920-ci ildən Zaqafqaziya dəmiryollarının əsas emalatxanasına çevrilir. 1930-cu ildə Bakı təmir zavodu, 1933-cü ildə isə — Oktyabr İnqilabı adına Bakı vaqon təmiri zavodu adlandırılır. == Məhsulları == Zavod ilk məhsullarını hələ 1919-cu ilin əvvəllərində buraxmışdır. Burad ailk dəfə neftçıxartma və neftayırma sənayesi avadanlıqlarına aid məhsullar olmuşdur. 1920-ci ildən isə paravozların təmiri, ehtiyat hissələrinin hazırlanması, avadanlıqlarda nasazlıqların aradan qaldırılması, elerktrostansiyaların təmirti kimi işləri həyata keçirir. 1933-cü ildən Böyük Vətən müharibəsinə qədər vaqon-0sisternlərin təmirini gerçəkləşdirir. Müharibə dönəmində isə cəbhə üçün (mərmi, mina korpusu, əl qumbarası) silah-sursat hazırlayırdı.. 1992-ci ilə qədər isə sisterin təmiri, vaqon təkər çütlərinin hazırlanması və təmiri, ehtiyat hissələrinin istehsalı həyata keçirilirdi.
Vaqan Dərbət Aran
Vaqan Dərbət Aran — Yuxarı Qarabagın Xacın nahiyəsində kənd adı Vaqan Dərbət Aran — Yuxarı Qarabağın Xaçın nahiyəsində kənd adı. XIII əsrdə gəlmiş monqol mənşəli Dərbət tayfası Qarabağda məskunlaşdıqda iki Dərbət adlı kənd yaranmışdı. Onlardan biri Dərbət-Aran (yəni Aran kəndi yaxınlığında Dərbət kəndi), digəri isə Cinli-Dərbətli (yəni Cinli kəndi yaxınlığında Dərbət kəndi) adlandırılmışdır. Daha sonra Dərbət-Aran kəndindən Daş-Dərbət Aran və Vaqan Dərbət Aran kəndləri yaranmışdır. Bax: Aran və Aran-Daş. Qarabağ Ədəbiyyat Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966.
Qızıl Daqon Paqodası
Şvedaqon paqodası — Myanmarın Yanqon şəhərində yerləşən zərli stupa. Şvedaqon Myanmadakı ən müqəddəs Buddist paqodadır. Çünki, burada indiki Kalpanın dörd əvvəlki Buddanın qalıqlarının olduğu güman edilir. Bu qalıqlara Kakusandhanın əsası, Konaqamananın su filtri, Kassapa paltarının bir parçası və Qautama başının səkkiz teli daxildir. 51 metr (167 fut) hündürlüyündə Sinquttara təpəsində tikilmiş , 112 m (367 fut) hündürlüyü olan paqoda dəniz səviyyəsindən 170 m (560 fut) hündürlükdədir və Yanqon siluetinə hakimdir. Yanqonun binaların maksimum hündürlüyünü dəniz səviyyəsindən 127 metr (417 fut) hündürlüyə (paqodanın dəniz səviyyəsindən hündürlüyünün 75%-i) qədər məhdudlaşdıran rayonlaşdırma qaydaları Şvedaqonun şəhərin siluetində önə çıxmasını təmin edir. Əfsanəyə görə, Şvedaqon paqodası 2500 ildən çox əvvəl — Budda hələ sağ olarkən — inşa edilmişdir ki, bu da onu dünyanın ən qədim Buddist stupasına çevirəcəkdir. Buddhavaṃsa görə, Tapussa və Bhallika adlı Ukkalajanapadadan olan iki tacir Budda ilə qarşılaşdıqda Bodh Qayadan keçirdilər. O zaman rajayatana ağacının altında oturaraq yeni əldə etdiyi Buddalığın səadətindən zövq alan Budda onların düyü tortu və bal təkliflərini qəbul etdi və əvəzində onlara dharmanın bir hissəsini öyrətdi . Bununla da onlar ilk adi şagirdlər oldular.
Patris de Mak-Maqon
Mari Edm Patris de Mak-Maqon (fr. Marie Edme Patrice Maurice, Count de MacMahon, Duke de Magenta; 13 iyun 1808, Syulli[d] – 17 oktyabr 1893[…], Monkresson[d]) — fransız hərb və siyasi xadim, marşal, 1873-1879-cu illərdə Üçüncü Fransa Respublikasının prezidenti. Adolf Tyer 1872-ci ilin may ayının 10-da istefaya getdikdən sonra prezident vəzifəsinə Mak Maqon təyin edildi. Mak Maqon hakimiyyətə gəldikdən sonra hakimiyyət orqanlarında respublikaçıları monarxist qüvvələrlə əvəz etməyə başladı. Mətbuat üzərində nəzarət gücləndirildi. Bu arada monarxistlər arasında hakmiyyətə kimin gətirilməsi barəsində ortaq bir fikir qəbul edildi. Belə ki, nəzərdə tutldu ki, qraf Şambor V Henrix adı ilə hakimiyyətə gətirilsin və onun varisi olmadığına görə Paris qrafı ona varis təyin edilsin. 1873-cü ilin payızında hər kəs Şamborun hakimiyyətə gəlişini gözlədiyi bir vaxtda Fransa hökumətinə yerlərdən xəbər gəlməyə başlayır: Fransanın bütün şəhər və departamentlərinin əksəriyyətində xalq monarxiyanın bərpasını istəmir. Yerlərdə xüsusi komitələr yaradılmış və monarxın ayağı Fransaya dəyən kimi yerlərdə inqilabi hərəkat yüksələcək və Fransa yenidən inqilabın pəncəsinə düşəcəkdir. Buna qətiyyən yol vermək olmazdı.
Aqone
Aqone (fr. Aghione, kors. Aghjone) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Vetsani kantonuna daxildir. Kommunanın dairəsi — Bastiya. Kommunanın INSEE kodu — 2B002. == Əhalisi == 2008-ci ildə kommunanın əhalisi 233 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli yaşda olan 158 nəfərdən (15–64 yaş) 99-u iqtisadi fəal, 59-u qeyri-fəal (fəaliyyət göstəricisi 62,7%, 1999-cu ildə 52,5%) olmuşdur. Fəaliyyətdə olan 99 nəfərdən 85 nəfəri işləyir (63 kişi və 22 qadın), 14 nəfər isə işsiz (6 kişi və 8 qadın).
Aqonj
Aqonj (fr. Agonges) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Suvinyi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03002. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 363 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 221 nəfər (15–64 yaş arasında) arasında 153 nəfər iqtisadi fəal, 68 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici — 69,2%, 1999-cu ildə 67,0%). Fəal 153 nəfərdən 139 nəfər (77 kişi və 62 qadın) işləyir, 14 nəfər işsizdir (7 kişi və 7 qadın). 68 hərəkətsiz 22 nəfər arasında şagird və ya tələbə, 17 nəfər təqaüdçü, 29 digər səbəblərə görə hərəkətsizdir.
Araqon
Araqon — Şimali İspaniyada avtonom bölgə. Rəsmi adı Comunidad Autónoma də Aragóndur. Sahəsi 47,719 km², əhalisi isə 1,277,471 nəfərdir (2005).
Arqon
Arqon (Ar) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 18-ci element. O, nəcib qazdır, 1894-cü ildə havadan ingilis fiziki Con Vilyam Rele (1842-1919) və şotland kimyaçısı Vilyam Ramzay tərəfindən ayrılmışdır. O, heç bir maddə ilə reaksiyaya girmir və buna görə də bu adı almışdır, yunanca argos - “fəaliyyətsiz”. Bu adı kimyaçı X.C.Madan təklif etmişdir. O, 1894-cü ilin avqustun 13-də Oksfordda Britaniya elmə dəstək assosiasiyasının iclasına sədrlik edirdi və həmin iclasda Reley və Ramzay yeni qazın kəşfi haqqında məlumat verirdi. 1904-cü ildə Vilyam Ramzay arqon və digər təsirsiz qazları kəşf etdiyi üçün kimya üzrə Nobel mükafatına layiq görülüb, fizik Con Vilyam Strett (lord Reley) həmin ildə mahiyyətcə eyni kəşfə görə fizika üzrə Nobel mükafatına layiq görülüb. Elektrikli işıqlandırma lampalarında və fluoressensiya balonlarda istifadə edilir. Elektrik arxlarıyla edilən kəsici və qaynaq əməliyyatlarında, həmçinin, silikon və germanium kristallarının istehsalında qoruyucu soyqaz olaraq istifadə edilir. Titan və bənzəri reaktiv elementlərin əldə edilməsində rol oynayır. Radiasiya səviyyələrini ölçən Geiger sayğaclarında da istifadə edilir.
Baqan
Paqan müasir Myanmanın ərazisində yerləşən qədim paytaxt şəhərdir. Şəhər İrivadi çayının qərb sahili boyunca 145 km cənubi-qərbdə Mandalaya, Maquey dairəsində Çauk şəhəri yaxınlığında yerləşir. Hazırda qədim şəhərin yerində arxeoloji zona məbədlər, monastırlar yerləşir. Aşkar mədəni və tarixi əhəmiyyətinə baxmayaraq, siyasi səbəblərdən YUNESKO-nun Dünya İrsi siyahısına salınmadı. == Tarixi == Paqan xarabalıqları 40 км² sahəni əhatə edir. Məbədlərin əksəriyyətinin XI-XIII əsrlərdə tikildiyi Paqan şəhəri Krallığın paytaxtı idi. Krallığın paytaxtını kral Pinbya 874-cü ildə Paqana köçürüb. 1287-ci ildə bu səltənət Monqollar tərəfindən işğal edilmişdir. Bu şəhər monqollar tərəfindən talan olunaraq çoxlu dini əşyalar oğurlandı.
Baron
Baron — ad. Baron Bosiyev — Osetiyalı yazıçı, şair, sovet mədəniyyət və ədəbiyyat xadimi. Baron Zemo — Marvel Comics tərəfindən yaradılmış anti-qəhrəman. Baron Münxhauzen — uydurma Almaniya zadəganı.
Bağin
Bağin— İranın Kirman ostanının Kirman şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,616 nəfər və 1,903 ailədən ibarət idi.
Canon
Canon Inc. (yap. キヤノン株式会社) — mərkəzi Yaponiyada yerləşən şirkət. Optik məhsulları, tək linza güzgü fotoaparatı və rəqəmli kameraları, printer ve skaner alətləri ilə tanınır. == Tarixi == Takeshi Mitarai, Goro Toshida, Saburo Uchida və Takeo Maeda Canon Inc. şirkətinin əsasını qoymazdan əvvəl 1937-ci ildə "Precision Optical Instruments Laboratory" (Həssas Optik Alətlər) şirkətini qurmuşdu. 1933-cü ildə Yaponiyada əsası qoyulan Canon şirkəti öz işinə Tokioda Takikavaya (Takekawaya Building) binasındakı birotaqlı optik laboratoriyadan başlamışdır. Laboratoriyanı 1933-cü ildə Qoro Yosida (Goro Yoshida) kürəkəni Saburo Utida (Saburo Uchida) ilə birgə yaratmışdı. 1934-cü ildə onlar ilk məhsulları olan 35 mm-lik fotokameranı yaratmağa nail olmuşlar. Yosida kameranı budda rəhmdillik allahının şərəfinə Kvanon (Kwanon) adlandırmışdır.
Faqot
FAQÓT (it. fagotto, alm. Fagott‎, fr. basson, ing. bassoon) - konusvari kanalı və ikiqat qamış dilçəyi olan, nəfəsli musiqi aləti. Faqot ağcaqayından düzəldilir. Faqotun konusvari gövdəsi ikiqat əyilmiş uzun boru formasındadır. Faqot isə XVI əsrdə İtaliyada quraşdırılmışdır, orkestrdə XVII əsrin sonlarından tətbiq edilir, XVIII əsrdən orkestrlərdə daimi istifadə olunur. == Xarici keçidlər == Faqotun iştirakı ilə əsərlər. Faqota həsr olunmuş sayt.
Hagen
Hagen (alm. Hagen‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Amzberq inzibati dairəsində şəhər. Sahəsi 160.4 km2, əhalisi 185 996 nəfərdir (2013).
Haqen
Hagen (alm. Hagen‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Amzberq inzibati dairəsində şəhər. Sahəsi 160.4 km2, əhalisi 185 996 nəfərdir (2013).
Qabon
Qabon (République Gabonaise) — Mərkəzi Afrikada dövlət. Paytaxtı Librevil şəhəridir. Fransanın keçmiş müstəmləkəsidir. Afrika qitəsində ən zəngin və stabil dövlət sayılır. Qabon ərazisində dünyada ən iri qalındərili tısbağa populyasiyası aşkar olunub. Qabonun ilk əhalisinin piqmeylər olduğu ehtimal olunur. 1471-1473 illərdə portuqallar Qabon sahillərinə çatdı. XVII VƏ XVIII əsrlərin başı Avropalılar zənci ticarətiylə birlikdə fil dişi və eboni ticarətinə yönəldi. 1843-cü ildə Fransa qəti olaraq Qabona yerləşdi. Şimal şərqdən gələn fransızlar yerli xalqı püskürdərək ərazini aldı.
Qapon
Georgi Apollonoviç Qapon (rus. Гапон; 5 (17) fevral 1870 – 28 mart (10 aprel) 1906) - 1905-ci il Birinci rus inqilabına bəhanə olmuş 9 yanvar "Qanlı Bazar" hadisəsi ilə nəticələnən Qış sarayına dinçi fəhlələrin yürüşünü təşkil edən keşiş.
Qazon
Qazon — bağ, park və xiyabanlarda dekorativ və s. məqsədlə ot əkilmiş meydança. Adətən qayçı ilə qısa və hamar biçilir. Parter, park və Mavritaniya növləri var. Parter qazonu çiçəklik, dekorotiv ağaclıq, guller hs code 0602905000 həmçinin heykəl, fəvvarə və s. üçün fondur. Park qazonu park, bağça, bulvar və b. yerlərdə salınır. Erkən payız, yaz və yazın əvvəli torpaq daha isti və hava daha sərin olduqda əkin, çəmənlik üçün əsas mövsümdür. Əkindən dərhal əvvəl havalandırma köklərin daha dərin böyüməsinə və daha sıx çəmənliyə kömək edə bilər.
Çağan
Birinci Çağan
Avson
Avson və ya Avzon (q.yun. Αὔσων q.yun. Αὔσων) — qədim yunan mifologiyasında personaj, İtaka çarı Odissey və nimfra Kalipsonun (və ya sehrbaz Kirkinin) oğlu. Başqa bir versiyaya görə, Atlant və Kalipsonun oğlu idi. Lipar və qardaşlarının atası olmuşdur. O, qədim zamanlarda Avzoniya adlanan İtaliyanın cənub-qərbini mənimsəmiş avzonların əcdadı hesab olunurdu.
Avzon
Avson və ya Avzon (q.yun. Αὔσων q.yun. Αὔσων) — qədim yunan mifologiyasında personaj, İtaka çarı Odissey və nimfra Kalipsonun (və ya sehrbaz Kirkinin) oğlu. Başqa bir versiyaya görə, Atlant və Kalipsonun oğlu idi. Lipar və qardaşlarının atası olmuşdur. O, qədim zamanlarda Avzoniya adlanan İtaliyanın cənub-qərbini mənimsəmiş avzonların əcdadı hesab olunurdu.