Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vaka
Vaka (gürc. ვაყა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 1423 nəfər idi. 2014-cü ildə 1160 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, IV cild, səh.
Ramiro Vaka
Ramiro Vaka Ponse (1 iyul 1999-cu ildə anadan olub) — Boliviya Liqa Nasional B təmsilçilərindən olan Klub Quebraço klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Boliviya futbolçusudur. == Milli karyerası == Vaka Boliviya milli futbol komandasında debütünü 3 iyun 2017-ci ildə Nikaraqua millisinə qarşı oyunda etmişdir. O, 88-ci dəqiqədə Luis Xose Varqası əvəz etmişdir. Yoldaşlıq oyununda Boliviya rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir.
Avka
Avka (iq. Ọka) — Nigeriyanın Anambra ştatının paytaxtı.
Daka
Dəkkə (Dácca, benq. ঢাকা) – Banqladeşin paytaxtı. Dəkkə vilayətinin inzibati mərkəzi. Әhalisi 7,0 mln. (2011). Benqal düzənliyində, Burhi Qanq çayı sahilində, onun Dhalesvari çayına töküldüyü yerin yaxınlığındadır. Ölkənin siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. Mühüm avtomobil və dəmir yolları qovşağıdır. Şəhərdə Sadarqhat çay portu və Ziya beynəlxalq aeroportu var. == Ümumi məlumat == Dəkkədə Banqladeş EA (1973), Cut ETİ (1951), Banqladeş elm və sənaye tədqiqatları şurası (1955), Atom Enerjisi üzrə Banqladeş Komissiyası (1973), Benqal Akademiyası (1972; humanitar elmlər sahəsində tədqiqatlar), Beynəlxalq və Strateji Araşdırmalar İnistutu (1978); ali təhsil müəssisələrindən: Dəkkə Universiteti (1921), Mühəndis-Texnologiya Universiteti (1962), İslam Texnologiya Universiteti (1981; 2001 il -dən indiki adı ilə) yerləşir.
Haka
Haka — Yeni Zelandiya maorilərin mərasim rəqsi və ya maori mədəniyyətində çağırış. Qrup tərəfindən həyata keçirilən duruş rəqsi, güclü hərəkətlər və ayaqların ritmik möhürlənməsi ilə müşayiət olunur.
Kaka
Kaka (port. Kaká; Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[hiˈkaɾdu iˈzɛksõ duˈsɐ̃tus ˈlejt͡ʃi]]]; tam adı Rikardo İzekson dos Santos Leyte port. Ricardo Izecson dos Santos Leite; 22 aprel 1982[…], Qama[d], Federal dairə — braziliyalı futbolçu, Orlando Siti klubunun yarımmüdafiəçisi. Kakanın futbol karyerası 8 yaşında yerli klubların birində başlayıb. Uşaqkən tennis ilə məşğul olub, amma San-Paulu futbol komandası ilə 15 yaşlılar üçün nəzərdə tutulmuş müqaviləni bağlayandan sonra, o, futbolu gələcək sənəti seçdi. 2003-cü ildə İtaliyanın Milan klubu 8,5 milyon avro müqabilində onu transfer etdi. Milandaki karyerası ərzində İtaliya A Seriyasını və Çempionlar Liqasını qazanmışdır, 2007-ci ildə o, FİFA-nın İlin Oyunçusu və Ballon d'Or mükafatlarını almışdır. Milandaki uğurlu çıxışından sonra Kaka 65 miliyon avro müqabilində Real Madridə keçdi. O vaxt üçün bu futbol tarixinin ən bahalı (avro) ikinci transferi idi, yalnız 75 milyonluq Zinəddin Zidandan geridə qalırdı. İspaniyada dörd mövsümdən sonra Kaka 2013-cü ildə bir sezonluq Milana qayıtdı və Milanın formasında özünün 100-cü qolunu vurmağa bacardı.
QAKA
Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları (QAKA) ( rus. А́кты Кавка́зской археографи́ческой коми́ссии (АКАК)) — Qafqaz Canişini Baş İdarəsi arxivindən əldə edilmiş sənədlərin rəsmi nəşri. == Nəşrin içindəçilər == Aktlar 12 cilddən ibarətdir (VI cild 2 hissədə olmaqla).
Vakx
Dionis, Vakx, Baxus, Bakxus (yun. Διόνυσος, Διώνυσος, lat. Dionysus mənası "iki dəfə ya ikinci dəfə doğulan" deməkdir; yun. Βάκχος, lat. Bacchus) — yunan mifologiyasında Zevsin oğlu, Priapın atası. Olimplərin ən kiçiyi, şərab, bərəkət və teatr tanrısı. Simvolları üzüm tənəyi, sarmaşıq, əsa, bolluq buynuzu. == Doğulması == Zevs Fivan çarı Kadmanın qızına - Smelaya vurulur. Bundan xəbər tutan Hera qisas almaq məqsədilə hiyləyə əl ataraq Smelanı dilə tutaraq tapşırır ki, Zevsdən düyünün onun Hera ilə olan düyünü kimi keçməsini xahiş etsin. Zevs onun xahişini yerinə yetirərək düyünə ildrım çaxdiraraq gəlmiş olur.
Vava
Edvaldu İzídio Netu (port. Edvaldo Izidio Neto; 12 noyabr 1934, Resifi – 19 yanvar 2002, Rio-de-Janeyro), daha çox Vava kimi tanınır ― öz dövrünün ən yaxşı hücumçularından biri sayılan keçmiş Braziliya futbolçusu. Onun ləqəbi "polad sinə" (port. Peito de Aço) idi. O, Sport Resifi, Vasko da Qama, Palmeyras klublarında və Braziliya komandasında mərkəzi hücümçu mövqeyində çıxış etmişdir. == Milli komanda karyerası == Vava 1955-1964-cü illər ərzində Braziliya millisində 20 oyuna 15 qol vurmuşdur. O, 1958 (5 qol vurmuşdur) və 1962 (4 qol vurmuşdur) FİFA Dünya Kuboklarını udan heyətin üzvü idi, Üstəlik, turnirin bombardirlərindən biri olaraq 1962 Dünya Kuboku Qızıl Ayaqqabı mükafatının ortaq mükafatçısı olmuşdur. Vava həm 1958 (iki dəfə) həm də 1962 (bir dəfə) finallarında qol vurmağı bacardı və beləliklə iki fərqli dünya kubokunun finalında qol vuran ilk oyunçu oldu. Ondan başqa bu uğuru ancaq 3 başqa oyunçu təkrarlaya bilmişdir: Pele (1958 və 1970), Paul Braytner (1974 və 1982) və Zinəddin Zidan (1998 və 2006)..
Vaza
Vaza, əsasən çiçək qoymaq üçün istifadə edilən şüşə, farfor, torpaq kimi müxtəlif materiallardan, müxtəlif ölçü və formalarda hazırlana bilən bir qabdır. Bu söz rusca vaza (Ваза) sözündən azərbaycancaya keçib.
Vaşa
Vaşa — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. «Lahıc» turizm zonasında yerləşir. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 5–8 km yolu piyada və ya atla getmək olar. == Əhalisi == 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Vaşa kəndində 28 evdə qədim oğuz türklərindən ibarət 296 nəfər (194 nəfəri kişilər, 102 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı.Kəndin ümumi Əhalisi 117 nəfərdir ki onunda 53 nəfəri kişi, 64 nəfəri qadındır. Əhali maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Çaka
Çaka — Cənubi Afrika Respublikasının ərazisində yaşayan döyüşkən Zulu tayfalarını dövlət halında birləşdirən sərkərdə, KvaZulu (bəzi mənbələrə görə Zulu imperiyası və ya Zululend) dövlətinin banisi və ilk hökmdarı (1816-1828). == Haqqında == Cənubi Afrika Respublikasının ərazisində yaşayan döyüşkən Zulu tayfalarını dövlət halında birləşdirməyə müvəffəq olan Çaka 1787-ci ildə anadan olmuşdur. O, yerli qəbilə başçılarından birinin - Senzanqakonanın nikahdankənar oğlu idi. Çakanın 6 yaşı olanda Senzanqakona onu anası ilə birlikdə saraydan qovmuşdur. 1816-cı ildə kiçik zulu qəbiləsinin inkosu - rəhbəri seçiləndən sonra Çaka Avropa müstəmləkəçilərinə qarşı müharibəyə başlamışdır. Onun təşkil etdiyi güclü orduda qadın və kişilərdən ibarət dəstələr vardı. Ömrünün sonlarında Çakanın yaratdığı dövlətin ərazisi 200 min kv. km, ordusundakı əsgərlərin sayı 50 min nəfər idi. Çakanın ən mühüm tədbirlərindən biri hərbi islahatın keçirilməsi olmuşdu. İslahata əsasən silah daşımağı bacaran 20-40 yaşlı kişilərin hamısı orduya səfərbər olunmuşdu.
Cuniçi Vada
Cüniçi Vada (和田 純一) – 2020-ci ildən etibarən Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri. Etimadnaməsini 2 sentyabr 2020-ci ildə Azərbaycan prezidenti İlham Əliyevə təqdim etmişdir. 2017–2020-ci illərdə səfir olmuş Teruyuki Katorini əvəz etmişdir. Tokio şəhərində anadan olmuşdur. 1986-cı ildə Tokio Universitetinin hüquq fakültəsindən məzun olmuş, daha sonra Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinə daxil olmuşdur. 2019-cu ildə "Sompo Japan Insurance" şirkətində konsultant kimi fəaliyyət göstərmişdir.
Həsən Saka
Həsən Hüsnü Saka (1885, Trabzon – 29 iyul 1960 və ya 30 iyul 1960, İstanbul) — Sabiq millət vəkili, baş nazir.İlk və orta təhsilini Trabzon İbtidai Məktəbi və Rüştiyesinə tamamladıqdan sonra İstanbul Mercan İdadisinə məzun oldu. Mülküyə Məktəbini 1908-ci ildə bitirdi. Divan-ı Muhasebatta dövlət xidmətinə girdi. 1909-cu ildə təhsil üçün Fransaya göndərildi. 1912-ci ilin noyabrında Paris Siyasi Biliklər Məktəbi diplomatiya şöbəsinə məzun olaraq yurda döndü, köhnə vəzifəsində işə başladı. 1915-ci ilin aprel ayında Maliyyə nəzarəti varidat Ümumi Müdirliyi dividendlər vergisi Apelyasiya Komissiyası 1. Mümeyyizliğine təyin edildi. 1916-cı ilin oktyabrında Eskişehir Region İqtisad direktoru oldu. 4 sentyabr 1918-ci ildə Mülküyə Məktəbi İqtisad müəllimi boynuna götürdü. Osmanlı Mebusan Məclisinin son dövründə Trabzon millət vəkili seçilərək dağılmasına qədər vəzifə etdi.
Maka (kənd)
Maka — Dağıstanın Doqquzpara rayonunda tərk edilmiş kənd. == Haqqında == Maka kəndi Doqquzpara rayonunun şimal-şərq hissəsində yerləşir. XVI əsrdən 1839-cu ilə qədər Maka kəndi Altıpara azad cəmiyyətinə daxil idi. 1839-cu ildə Rusiya imperiyası tərəfindən işğal edilmişdir. Dağıstan vilayətinin Samur dairəsinin Doqquzpara naibliyinə daxil idi. 1929-cu ildə Dağıstan MSSR-in yeni yaradılan Axtı rayonunun tərkibinə daxil edilmişdi. 1934-cü ildə isə yeni yaradılan Doqquzpara rayonunun tərkibinə daxil edilmişdi. 1960-cı illərdə kəndin sakinləri Məhərrəmkənd rayonunun Kuysun kəndində məskunlaşmışdı. Makalıların bir hissəsi Maka-Qazmalarda yaşayır. Maka kəndində məskunlaşamaya qədər ləzgilər, sünni-müsəlman əhali yaşayırdı.
Maka Çiçiua
Maka Çiçiua (gürc. მაკა ჩიჩუა) — Gürcüstan Respublikasının birinci xanımı; rəssam və aktrisa == Ailəsi == Georgi Marqvelaşvili uzun müddət vətəndaş nikahında yaşamışdır. o, Georgi Marqvelaşvili Gürcüstan prezidenti seçildikdən sonra 2014-cü ildə evlənmişlər. Onların nikah mərasimi Gürcüstanın şərqindəki Duşeti şəhərində, prezidentin öz evində baş tutmuşdur. Bu, Gürcüstan prezidentinin ikinci evliliyidir.
Mixail Vaks
Mixail Vaks (18 iyul 1993-cü ildə anadan olub) — ATP Çelencer Turunda iştirak edən və Rusiya Davis Kuboku komandasının üzvü olan Rusiyalı tennis oyunçusudur. 19 avqust 2013-cü ildə o, Dünya ATP reytinqində 743-cü sırada qərarlaşaraq rekorduna imza atmışdır.
Raka qalası
Raka Qalası (alm. Arch‎) — Sloveniyanın ən qədim, orta əsr qalalarından biridir. Raka, Krşko şəhərində yerləşir. == Tarixi == Raka qalası haqqında 1161-ci ildə yazılmış və 1279-cu ildə Arx qalası kimi açıq şəkildə qeyd olunmuşdur. Qala 12 ci əsrdə qraf Bogen tərəfindən inşa edilmişdir. Daha sonra qraf Andeşeke keçmiş və nəhayət hersoq Spanxem sahibi olmuşdur. 1501-ci ildə Arx ailəsindən olan Leonard Heriç, Raka qalasını Sotsqiyadan olan, cəngavər Yuri Şevroya satdı. 1515-ci ildə üsyançı kəndlilər qalanı yandırıldılar. XVII əsrdə qala, Verniçkeye məxsus idi. Daha sonra bu qala Kaisel ailəsinə satıldı.
Raka qəsri
Raka Qalası (alm. Arch‎) — Sloveniyanın ən qədim, orta əsr qalalarından biridir. Raka, Krşko şəhərində yerləşir. == Tarixi == Raka qalası haqqında 1161-ci ildə yazılmış və 1279-cu ildə Arx qalası kimi açıq şəkildə qeyd olunmuşdur. Qala 12 ci əsrdə qraf Bogen tərəfindən inşa edilmişdir. Daha sonra qraf Andeşeke keçmiş və nəhayət hersoq Spanxem sahibi olmuşdur. 1501-ci ildə Arx ailəsindən olan Leonard Heriç, Raka qalasını Sotsqiyadan olan, cəngavər Yuri Şevroya satdı. 1515-ci ildə üsyançı kəndlilər qalanı yandırıldılar. XVII əsrdə qala, Verniçkeye məxsus idi. Daha sonra bu qala Kaisel ailəsinə satıldı.
Rikardo Kaká
Kaka (port. Kaká; Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[hiˈkaɾdu iˈzɛksõ duˈsɐ̃tus ˈlejt͡ʃi]]]; tam adı Rikardo İzekson dos Santos Leyte port. Ricardo Izecson dos Santos Leite; 22 aprel 1982[…], Qama[d], Federal dairə — braziliyalı futbolçu, Orlando Siti klubunun yarımmüdafiəçisi. Kakanın futbol karyerası 8 yaşında yerli klubların birində başlayıb. Uşaqkən tennis ilə məşğul olub, amma San-Paulu futbol komandası ilə 15 yaşlılar üçün nəzərdə tutulmuş müqaviləni bağlayandan sonra, o, futbolu gələcək sənəti seçdi. 2003-cü ildə İtaliyanın Milan klubu 8,5 milyon avro müqabilində onu transfer etdi. Milandaki karyerası ərzində İtaliya A Seriyasını və Çempionlar Liqasını qazanmışdır, 2007-ci ildə o, FİFA-nın İlin Oyunçusu və Ballon d'Or mükafatlarını almışdır. Milandaki uğurlu çıxışından sonra Kaka 65 miliyon avro müqabilində Real Madridə keçdi. O vaxt üçün bu futbol tarixinin ən bahalı (avro) ikinci transferi idi, yalnız 75 milyonluq Zinəddin Zidandan geridə qalırdı. İspaniyada dörd mövsümdən sonra Kaka 2013-cü ildə bir sezonluq Milana qayıtdı və Milanın formasında özünün 100-cü qolunu vurmağa bacardı.
Suraju Saka
Suraju Saka (5 may 1976) — Konqonu təmsil edən stolüstü tennisçi. == Karyerası == Suraju Saka Konqonu 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Suraju Saka Konqonu 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Suraju Saka Konqonu 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Taka (atoll)
Taka atollu (marş. Tōkā tˠʌɡɑ͡ææ̯, ing. Toke, Taka) — Sakit okeanda 6 adaclqdan ibarəh olan atoll. Patak cərgəsinə daxildir. Adanın quru sahəsi 0,57 km², laqunla birlikdə isə 93,14 km² təşkil edir. == Tarixi == Ada 1816-cı ildə "Ryurik" gəmisində Otto Konsebunun rəhbərlik etdiyi rus ekspedisiyası zamanı kəşf edilir.
Tiki-taka
Tiki-taka (isp. Tiqui-taca) — futbolda oyun taktikası. Tiki-taka top üzərində nəzarətin saxlanılmasına yönəldilmiş qısa ötürmə və fasiləsiz hərəkətin uyğunluğunu təşkil edir. Tiki-taka futbol termini Yohan Kroyffa məxsusdur.
Vaja Lordkipanidze
Vaja Lordkipanidze (gürc. ვაჟა ლორთქიფანიძე; 29 noyabr 1949, Tbilisi) — Gürcüstanın keçmiş dövlət naziri, Gürcüstanın Rusiyadakı səfiri və Gürcüstan Parlamentinin üzvü olan gürcü siyasətçi. == Həyatı == Lordkipanidze 29 noyabr 1949-cu ildə Gürcüstanın Tiflis şəhərində anadan olub. 1973-cü ildə Tbilisi Dövlət Universitetinin və Moskva Elmlər Akademiyasının riyaziyyat şöbəsini bakalavr, sonra doktorantura dərəcələrini bitirib.1983–1986-cı illərdə Eduard Şevardnadzenin Gürcüstan SSR-in birinci katibi olduğu dövrdə Gürcüstan komsomolu Mərkəzi Komitəsinin ikinci, sonra birinci katibi olmuşdur. 1986–1988-ci illərdə Gürcüstan Kommunist Partiyasının Mtasminda Regional Komitəsinin birinci katibi, sonra Gürcüstan Kommunist Partiyasının MK-da şöbə müdiri, 1989–1990-cı illərdə isə Gürcüstan SSR-in Nazirlər Kabineti sədrinin müavini vəzifələrində çalışmışdır. == Siyasi karyerası == Zviad Qamsaxurdiya Gürcüstanın müstəqilliyini əldə etdikdə Lordkipanidze hökuməti Tiflis Tədqiqat İnstitutunda iş tapmaq üçün tərk etdi, lakin Şevardnadzenin 1992-ci ilin yanvarında hakimiyyətə qayıdışı ilə dərhal Gürcüstan Prezidenti Administrasiyasının aparat rəhbəri təyin edildi və 17 yanvar 1995-ci ilə qədər bu vəzifəni tutdu. 1995–1998-ci illərdə Gürcüstanın Rusiyadakı səfiri olub. Abxaziya ilə Rusiya vasitəçiliyi danışıqlarında Gürcüstan tərəfini təmsil edirdi. Rusiya hökumətindəki yüksək vəzifəli məmurlarla yaxşı münasibətlər qurdu, amma parlament daxilində müxalifət partiyaları tərəfindən Rusiyapərəst sayılırdı. Lordkipanidze 31 iyul 1998-ci ildə Nikoloz Lekişvilinin iqtisadi siyasətdəki tənqid səbəbindən istefa etməsindən az sonra 31 iyul 1998-ci ildə Gürcüstanın dövlət naziri təyin edildi.
Vaja Pşavela
Vaja Pşavela (14 (26) iyul 1861 – 27 iyun (10 iyul) 1915, Tiflis) — Gürcüstan yazıçısı. == Həyatı == Vaja Pşavela- əsl adı Luka Raziqaşvili 1861-ci il, 14 iyulda Karqali kəndində anadan olub. Vaja Telavidə ruhani məktəbində oxuyub. 1877–79-cu illərdə Tiflisin iki sinifdən ibarət olan mülki təhsil ocağında oxuyub. Sonra isə 1882-ci ildə Qori müəllimlər seminariyasını bitirib. Bir müddə kənd məktəbində müəllim işləyib. 1883–84-cü illərdə Peterburq unversitetinin hüquq fakultəsində dinləyici olub. Çox qısa müddət sonra kasıbçılıq ucbatından təhsilini buraxıb geri vətənə qayıdıb. 1888-ci ildə o adi kəndli həyatı yaşayıb. Onun ilk əsəri 1879-cu ildə "Droeba" qəzetində çap olunmuşdur.