Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nitsa
Nitsa (fr. Nice) — Fransada şəhər. Fransız Rivyerasının ən çox səyahət edilən şəhəri – Nis şəhəri soyuq şimal küləklərindən qoruyan Dəniz sahili Alp dağları ilə əhatə olunan Mələklər buxtasının sahilində yerləşir. == Coğrafiyası == Nitsa Avropa qitəsinin cənubunda və Fransanın cənub-şərq hissəsində yerləşir. Nitsa – Alp, Provans, Korsika və İtalyanın görüşdükləri yerdir. Şəhər Mavi sahilin ən mənzərəli mərkəzi hissəsində yerləşir. Arxa planda Alp dağlarının zirvələri görünür. Bu zirvələrdən bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 3000 metrə çatır. Nitsa əlverişli iqlimə malikdir. Nitsanın iqlimi mülayim və sabitdir (havanın temperaturu +10 dərəcədən aşağı, yayda isə +25 dərəcədən yuxarı olmur).
Pitsa
Pizza (it. pizza) — İtalyan mənşəli xəmir yeməyidir. Üzərinə bir çox ərzaq məhsulu qoyula bilər. Pendir, sosis, pomidor, kolbasa, bibər, zeytun, qarğıdalı kimi əsas ərzaqlarla yanaşı, bir çox fərqli məmulatların qoyulduğu pizzalar da var. Xüsusilə, ana vətəni olan İtaliyada və Amerika Birləşmiş Ştatlarında bir çox pizza növü yaradılmışdır. Dünyanın bir çox yerində pizza evə çatdırma xidməti vasitəsilə gətirildiyi üçün istehlak səviyyəsi olduqca yüksəkdir. == Pizzanın yaranma tarixi == Ola bilər ki, əsl pizza Qədim Yunanıstanda meydana gəlmişdir. Rasional yunanlar xəmiri şirə ilə yoğururmuşlar, bu xörək onlar üçün azuqə mənasını ifadə edirmiş. Əldə olunan yeməyi onların allahları sayılan Elladaya göndərirmişlər. Yunanların vaxtıilə hazırladığı bu pizza "plakuntos" adlandırılırmış.
Vıksa
Vıksa — Rusiya Federasiyasında yerləşən şəhər Nijeqorod vilayətinə daxildir
Elitsa Todorova
Elitsa Todorova (Bolqarca: Елица Тодорова; 2 sentyabr 1977, Varna) — Bolqarıstanlı müğənni. == Həyatı == 2 sentyabr 1977-ci ildə anadan olmuşdur. Elitsa Todorova Stoyan Yankulov ilə birlikdə 2007 Avroviziya Mahnı Müsabiqəsində Bolqarıstanı təmsil etmiş və Bolqarıstana 5-ci yeri qazandırmışdılar. Elitsa və Stoyan 2013-cü ildə yenidən öz ölkələrini Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və Bolqarıstanı finala keçirə bilməyiblər.
Vratsa vilayəti
Vratsa vilayəti (bolq. Област Враца) — Bolqarıstanın şimal-qərb zonasında yerləşən vilayət. Sahəsi 3619.7 Km2 olan Vratsa vilayətinin əhalisi, 2011-ci ilə olan məlumata görə 186 848 nəfərdir. == İnzibati əraziləri == Vratsa vilayəti 10 icmadan ibarətdir. Vratsa vilayətinin inzibati paytaxtı Vratsa şəhəridir. == Əhalisi == Vratsa vilayətinin əhalisinin 92.73 faizi milliyətcə bolqar, 6.18 faizi isə milliyətcə qaraçıdır.
Vita
Vita Tbilisi BK — Tbilisidə Basketbol klubu.
Nitsa (rayon)
Nitsa (fr. Nice) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Dənizkənarı Alplar. Suprefektura — Nitsa. Rayon əhalisi 2006-cı ildə 521 254 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 170 nəf / km². Rayon ərazisi — 3067 km².
Nitsa FK
"Nitsa" Futbol Klubu fr. Olympique Gymnaste Club de Nice-Côte d'Azur,(Fransızca tələffüz: [ɔlɛ̃pik ʒimnast nis kot dazyʁ] və ya OGC Nice) — eyni adlı şəhəri təmsil edən Fransanın futbol klubu. Klub 1904-cü ildə yaradılıb və hazırda Futbol üzrə Fransa Çempionatında liqa 1 -də oynayır. Ev oyunlarını Alyans Rivyera stadionunda oynayır. Nitsa Futbol Klubu Lyusyen Favre tərəfindən idarə olunur və müdafiəçi Pavel Baysse klubun kapitanıdır. Nitsa klubuGymnaste Club de Niceadı altında yaradılıb və Fransa futbolunun birinci diviziyasında yaradıcılarından biridir. Klub dörd dəfə liqa 1 və üç dəfə Coupe de France turnirinin qalibi olmuşdur. Nitsa Nouma Andoire, İngiltərli Uilyam Berri və Jan Luçano kimi məşqçilər tərəfindən idarə olunan 1950-ci ildə mükafatların əksəriyyətini əldə edən klubdur. Klub ötən finalda penaltilər seriyasında Guingamp 4–3 hesab ilə məğlub olduqdan sonra sonra 1997-ci ildə Coupe de France turnirinin qlibi olub. Nitsa klubunun rəngləri qırmızı və qaradır.
Nitsa OGK

Nitsa sazişi
Nitsa sazişi və ya Nitsa müqaviləsi — 2001-ci ildə Fransanın Nitsa şəhərində Avropa Parlamentinin sədri Nikol Fontenin iştirakı Avropa İttifaqı Şurasının görüşündə dövlət və hökumət başçıları tərəfindən imzalanıb. İrlandiyalı seçicilər ilk referendumdan sonra müqaviləni imzalamaqdan imtina etsələr, 2002-ci ildə II referendumdan sonra müqaviləyə razılıq verdilər. Nitsa müqaviləsi 2003-cü ildə üzv dövlətlər tərəfindən ratifikasiya olunaraq qüvvəyə mindi. Müqaviləyə əsasən Aİ-nin vahid valyutası olan avronu və eyni zamanda 3 sütunlu idarə sistemini yaradan Maastrix müqaviləsinə, həmçinin Avropa İqtisadi Cəmiyyətinin və Avropa Atom Birliyinin əsasını qoyan Roma müqavilələrinə dəyişikliklər edildi. Nitsa müqaviləsinin əsas məqsədi Avropa İttifaqı institutlarını genişləmə prosesinə hazırlamaq idi. Nitsa Müqaviləsi ilə Parlamentin qanunvericilik və nəzarət səlahiyyətləri artırılır və ixtisaslı səs çoxluğu Şura daxilində daha çox sahəyə şamil edilir.
Ritsa gölü
Ritsa gölü (gürc. რიწა; abx. Риҵа; rus. Рица) ― de fakto olaraq tanınan Abxaziya dövlətinin şimalında yerləşən dağ gölü. Göl subalp çəmənlikləri, dağ meşələri ilə əhatə olunmuşdur. Suyu təmiz və soyuqdur. Ətrafında hündürlüyü 2 220–3 500 metr olan dağlar yerləşir. Euksin-Kolçik enliyarpaqlı meşələri buradadır və xeyli şümşad ağacı bitir. 70 metrə qədər hündürlükdə gölün ətrafında Şərqi Qaradəniz küknarının nümunələri tapılmışdır. Gölü qorumaq üçün 1930-cu ildə Ritsa Dövlət Təbiət Qoruğu (162,89 km²) qurulmuşdur.
Vindovs Vista
Windows Vista — "Microsoft"un "Windows NT" əməliyyat sisteminin əsas buraxılışı. Bu, 8 noyabr 2006-cı ildə istehsala buraxılmış, 30 yanvar 2007-ci ildə "Windows Marketplace"də satışa çıxarılmışdır. "Windows"un rəqəmsal distribusiya platforması vasitəsilə təqdim edilən ilk buraxılışı idi. Bu, "Windows XP"dən (2001) sonra "Windows"un daha yeni versiyası idi. İkisinin buraxılışı arasında olan beş illik boşluq ardıcıl "Windows" buraxılışları arasında o dövrdə ən uzun müddət idi. "Microsoft" "Vista"nı "Longhorn" kod adı altında 2001-ci ildə, XP-nin buraxılmasından qısa müddət əvvəl inkişaf etdirməyə başlamışdı. Bu, XP ilə "Blackcomb" kod adlı növbəti əsas "Windows" versiyası arasındakı boşluğu aradan qaldırmaq üçün kiçik bir təkmilləşdirmə kimi nəzərdə tutulmuşdu. Bu, inkişaf prosesi tədricən davam etdiyi müddətdə "Blackcomb"un bir çox xüsusiyyətlərini mənimsəmiş və əsas "Windows" buraxılışı olaraq dəyişdirilmişdir. "Vista" yenilənmiş qrafik istifadəçi interfeysini və "Aero" adlı vizual üslubunu, "Windows Search"i, yenidən işlənmiş şəbəkəni, audio, çap və displey alt sistemlərini və digər dəyişikliklər arasında "Windows DVD Maker" kimi yeni multimedia alətlərini təqdim etmişdir. "Vista" ev şəbəkəsindəki maşınlar arasında əlaqə səviyyəsini yüksəltmək məqsədi daşıyırdı.
Vitse-admiral
Vitse-admiral — Azərbaycan Hərbi Dəniz Qüvvələrində ali hərbi rütbə. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə general-leytenant rütbəsidir.
Vitse-prezident
Vitse-prezident (ing. Vice President) — hökumətin icraedici strukturunda əhəmiyyətinə görə prezidentdən sonra ikinci məsul şəxs hesab olunur. Vitse-prezidentin əsas funksiyası ondan ibarətdir ki, o, prezidentinin vəfatı, istefası və ya hakimiyyətdən uzaqlaşdırılması hallarında prezidenti əvəz edir. Vitse-prezidenti həm də Milli Məclisə də rəhbərlik etdiyi üçün onun hakimiyyətin icraedici, yoxsa qanunverici qoluna mənsub olması mübahisəlidir.
Vitse krallıq
Vitse-krallıq ("Vitse-kral": "kralın nümayəndəsi", "vitse-prezident" və ya "vitse-admiral") — vitse-kral tərəfindən idarə edilən koloniya idarəetmə sistemi. Qeyri-məhdud hakimiyyətə malik olan monarxın həmin yerdəki nümayəndəsi. Vitse-kral vəzifəsi vərəsəlik yolu ilə keçmir və monarx tərəfindən təyin edilir.
Windows Vista
Windows Vista — "Microsoft"un "Windows NT" əməliyyat sisteminin əsas buraxılışı. Bu, 8 noyabr 2006-cı ildə istehsala buraxılmış, 30 yanvar 2007-ci ildə "Windows Marketplace"də satışa çıxarılmışdır. "Windows"un rəqəmsal distribusiya platforması vasitəsilə təqdim edilən ilk buraxılışı idi. Bu, "Windows XP"dən (2001) sonra "Windows"un daha yeni versiyası idi. İkisinin buraxılışı arasında olan beş illik boşluq ardıcıl "Windows" buraxılışları arasında o dövrdə ən uzun müddət idi. "Microsoft" "Vista"nı "Longhorn" kod adı altında 2001-ci ildə, XP-nin buraxılmasından qısa müddət əvvəl inkişaf etdirməyə başlamışdı. Bu, XP ilə "Blackcomb" kod adlı növbəti əsas "Windows" versiyası arasındakı boşluğu aradan qaldırmaq üçün kiçik bir təkmilləşdirmə kimi nəzərdə tutulmuşdu. Bu, inkişaf prosesi tədricən davam etdiyi müddətdə "Blackcomb"un bir çox xüsusiyyətlərini mənimsəmiş və əsas "Windows" buraxılışı olaraq dəyişdirilmişdir. "Vista" yenilənmiş qrafik istifadəçi interfeysini və "Aero" adlı vizual üslubunu, "Windows Search"i, yenidən işlənmiş şəbəkəni, audio, çap və displey alt sistemlərini və digər dəyişikliklər arasında "Windows DVD Maker" kimi yeni multimedia alətlərini təqdim etmişdir. "Vista" ev şəbəkəsindəki maşınlar arasında əlaqə səviyyəsini yüksəltmək məqsədi daşıyırdı.
Vitse-kral
Vitse-krallıq ("Vitse-kral": "kralın nümayəndəsi", "vitse-prezident" və ya "vitse-admiral") — vitse-kral tərəfindən idarə edilən koloniya idarəetmə sistemi. Qeyri-məhdud hakimiyyətə malik olan monarxın həmin yerdəki nümayəndəsi. Vitse-kral vəzifəsi vərəsəlik yolu ilə keçmir və monarx tərəfindən təyin edilir.
Vitse-krallıq

Vjosa Osmani
Vyosa Osmani (alb. Vjosa Osmani-Sadriu 17 may 1982, Mitroviça[d]) — Kosovolu qadın siyasətçi, hüquqşünas, müəllim, Kosovo Demokratik Liqası sədrinin müavini, Kosovo parlamentinin spikeri, Kosovo Parlamentinin, habelə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Parlament Şəbəkəsi Şurasının üzvü. == Bioqrafiyası == 17 may 1982-ci ildə Kosovska-Mitrovitsa şəhərində anadan olmuşdur. Priştina Universitetinin Hüquq fakültəsində oxuyur, bakalavr dərəcəsi alır. 2005-ci ildə ABŞ-nin Pensilvaniyadakı, Pittsburq Universitetindən Hüquq Magistrini alır və 2015-ci ildə Pittsburq Universitetində doktorluq dissertasiyasını müdafiə edərək, Hüquq Doktoru dərəcəsini alır. Priştina Universitetində və Kosovadakı Roçester Texnologiya İnstitutunda dərs demişdir. Pittsburq Universitetində qonaq olan professor olur. Kosovo Respublikası Prezidentinin aparat rəhbəri, xarici siyasət məsələləri üzrə müşaviri və hüquq məsləhətçisi vəzifələrində çalışmışdır. 2008-ci il Kosovo Respublikasının Konstitusiyasını hazırlayan komissiyada prezidentin nümayəndəsi idi. 2009-cu ilin dekabrında Kosovonun müstəqilliyinin qanuniliyinə dair məhkəmə prosesi zamanı BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində hüquq qrupunun üzvü olmuşdur.
Pitsa lövhələri
Pitsa lövhələri — 1935-ci ildə Yunanıstandakı qədim Sikion şəhəri yaxınlığında Pitsada tapılmış dörd taxta lövhədən ibarət dəst. Müəyyən bir nəzir obyektinin salamat qalmış bu fraqmentləri qədim Yunanıstanın arxaik incəsənət dövrünə aiddir və qədim dəzgah rəssamlığının sağ qalmış ən qədim nümunəsi hesab olunur. E.ə. VI əsrə aiddir. Onlar Afina Milli Arxeologiya Muzeyinin eksponatıdır. Bütün lövhələrdən yalnız birində rəsm demək olar ki, tamamilə salamat qalmışdır. Sağ küncdəki ikinci planşetdə profildə dörd qadının təsviri var. Digər iki lövhə paltarın ətəyini təsvir edən fraqmentlərdir.
Qırğızıstanın vitse-prezidenti
Qırğızıstanın vitse-prezidenti — 1990-cı ilin dekabr ayında yaradılmış Qırğız Respublikası hökumətində siyasi vəzifə. Vəzifə 1993-cü ildə ləğv edildi. Prezidentin vəzifələrini yerinə yetirmək iqtidarında olmadığı təqdirdə vitse-prezident onun səlahiyyətlərini öz üzərinə götürmək tapşırığı verilmişdir. 2007-ci il konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq bu məsuliyyəti baş nazir daşıyır.
SSRİ Vitse-prezidenti
İncəsənət Muzeyi (Nitsa)
İncəsənət Muzeyi Nitsa şəhərində (fr. Musée des beaux-arts de Nice) — bələdiyyə muzeyi. Muzey 1932-ci ildə Nitsa şəhərində dünyasını dəyişən müasir posterin təsisçisi, tanınmış rəssam və qrafik rəssamı Jyul Şere adına layiq görülmüşdür. Muzeydə onun əsərlərinin bir kolleksiyası təqdim edilib. == Saray == 1878-ci ildə Rus İmperatoru Aleksandrın 1859-cu ildən bəri gizli məsləhətçisi Şahzadə Lev Kochubey həyat yoldaşı Elizaveta Vasilievna ilə Niceə köçdü. Şahzadə torpaq qazanmışdı və onun adından Mayın 30-dan başlayaraq neo-Renaissance üslubunda bir ev qurmağa başladı . 1881-ci ildə saray tamamlanmadı. Bəlkə də, işin yavaş templəri şahzadənin tikiliyi hələ tikinti mərhələsində satma qərarının səbəbi idi. 18 aprel 1883-cü ildə saray, Amerika sənayeçisi James Thompson tərəfindən alındı. Quruluş mərhələsinin sonunda əsərləri İtalyan memarı Konstantin Skala idarə edir .
İndoneziyanın vitse-prezidenti
İndoneziya Respublikasının vitse-prezidenti (ind. Wakil Presiden Republik Indonesia) İndoneziya Respublikasının ardıcıllıq xəttində birincidir. == Tarixi == İndoneziya vitse-prezidentliyi Müstəqilliyə hazırlıq işləri üzrə Tədqiqat Komitəsi (BPUPK) tərəfindən 1945 Konstitusiyasının formalaşdırılması zamanı yaradılmışdır.İdarə ilk olaraq 18 avqust 1945-ci ildə Məhəmməd Hattanın səsləndirilməsi ilə seçildiyi zaman tam dolduruldu. Seçki İndoneziya Müstəqilliyi üzrə Hazırlıq Komitəsi (PPKI) tərəfindən aparıldı, çünki vitse-prezident seçkiləri üçün məsuliyyət daşıyan qurum Xalq Məşvərət Məclisi (MPR) hələ yaradılmamışdı. 16 oktyabr 1945-ci ildə Hatta Mərkəzi İndoneziya Milli Komitəsinə (KNIP) prezidentlə bərabər statusu daşıyan vitse-prezident fərmanını açıqladı. Bu fərmanın nəticəsi olaraq KNIP dövlət başçısı ilə hökumət başçısının rolunu 11 noyabr 1945-ci ildə ayırdı.Yeni bir konstitusiya hələ qurulmamış olsa da, İndoneziya de-fakto Parlament Demokratiyası idi. == Vitse-prezidentlik == === İdarə üçün istismar tələbləri === 1945 Konstitusiyası: Vitse-prezidentliyə namizəd İndoneziya mənşəli olmalıdır. Müvəqqəti Konstitusiya: Vitse-prezidentliyə namizəd ən azı 30 yaşında bir İndoneziya vətəndaşı olmalıdır. O, arzuolunmaz hesab edilən və ya ləğv edilən seçkilərdə iştirak etmək hüququna malik olan biri ola bilməz. O, həmçinin özəl korporasiyalarla əlaqəli olmamalıdır.
SSRİ vitse-prezidenti
Sovet Sosialist Respublikaları İttifaqı Vitse-prezidenti (rus. Вице-президент Союза Советских Социалистических Республик)) — 1990-cı il dekabrın 27-dən 1991-ci il dekabrın 26-dək SSRİ-nin ən yüksək vəzifələrindən biri. == Tarixi == Vitse-prezident SSRİ Prezidenti ilə vahid tərkib hissəsi olaraq 5 il müddətinə seçilmişdir. SSRİ-nin vitse-prezidenti dövlət prezidentinin tapşırığı ilə onun müəyyən səlahiyyətlərini həyata keçirir, prezident olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədikdə onu əvəz edirdi. SSRİ Prezidentinin səlahiyyətlərini vitse-prezident tərəfindən həyata keçirmək mümkün olmadıqda, onlar SSRİ Ali Sovetinin Sədrinə keçirdi.