Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vine
Vine — Twitter tərəfindən 2013-cü ilin yanvar ayında istifadəyə təqdim edilən pulsuz video paylaşma tətbiqi. Tətbiq, istifadəçinin maksimum 6 saniyəlik qısa videolar çəkməsini təmin edir. Çəkilən videolar Facebook və Twitter üzərindən paylaşıla bilir.Həmçinin, Dünyada və Türkiyədə gündəlik həyatda istifadə edilən tətbiqi halına gəlmişdir. 27 oktyabr 2016-cı ildə tətbiqin bağlanacağı çatdırılmışdır.İstifadəçilərin videoları Vine tətbiq daxilində yayımlanırdı və Facebook, Instagram və Twitter kimi digər xidmətlərdə də bu videoları paylaşmaq mümkün olurdu. Vine tətbiqi, digər istifadəçilərin yaydığı video materiallara, mövzu qruplarına və populyar meyilli video materiallara nəzər salmaq üçün də istifadə edilə bilirdi. Vine Instagram və Mobli kimi məşhur tətbiqlərlə yarışmağı bacarmışdır. 2015-ci ilin dekabr ayında, Vine, 200 milyon aktiv istifadəçiyə malik idi. == Tarixçəsi == Vine, Dom Hofmann, Rus Yusubov və Kolin Kroll tərəfindən 2012-ci ilin iyun ayında yaradılıb. Şirkət, 2012-ci ilin oktyabr ayında Twitter tərəfindən 30 milyon dollarlıq bir hesabat ilə satın alındı. Vine rəsmi olaraq 24 yanvar 2013-cü il tarixində İOS cihazları üçün pulsuz bir proqram olaraq açılıb.
Vijn (personaj)
Vijn (ing. Vision; azərb. Görünüş‎) — Marvel Comics nəşriyyatı tərəfindən 1968-ci ildə uydurulan komiks personajı. Vijn bir canlı olmayıb, robotdur. Lakin insan kimi düşünüb hərəkət edə bilməkdədir. Əsasən Qisasçılar komandasının üzvüdür. Robot olmasına baxmayaraq Qırmızı cadugər ilə evlənmiş, hətta Qırmızı cadugərin sehri vasitəsilə 2 uşağı olmuşdur. == Keçmişi == === Düzəldilməsi === Vijn bir robotdur. Qisasçıların qatı düşməni olan digər robot olan Altron-5 tərəfindən hazırlanmışdır. O, 1930-cu illərdə Fineas Horton adlı bir alim tərəfindən yaradılan android əsasında düzəldilmişdir.
Vine (İzer)
Vine (fr. Vinay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38559. Kommunanın 2012-ci il üçün əhalisi 3987 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 168 ilə 580 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 26 km qərbdə yerləşir.
Vize Kırklareli
Vize — Kırklarelinin təbiətində, İstanbuldan 140 km məsafədə tarixi və təbii gözəllikləri ilə önə çıxan bir ilçədir. "Cittaslow" deyilən sakit şəhər adı ilə Türkiyədəki 10 ilçədən biri olmuşdur. 2015 Türkiyə statistika qurumunun məlumatlarına görə rayon əhalisi 13.095 nəfərdir. Vize eyni zamanda Bolqarıstan şəhərlərinə bənzər Frakiyadakı Qara dəniz ilçələrindən biridir. Vize Yunanıstan və Bolqarıstan ilə mədəniyyət və turist mübadiləsini davam etdirən Balkan ilçəsidir. == Tarixi == Tarixdə fərqli adlarla tanınan şəhər Buzia, Bizye, Bida, Biza, Vuza, Vizii və nəhayət, Vize kimi tanınır. Adının kökü Buzasdan gəlir, Bizas Poseydonun bir oğlunun adıdır. Eyni zamanda Buzas Frak dilində keçi deməkdir və Frakiyalılar üçün bu çox işlədilən bir addır. Həmçinin Byzas adının əfsanəvi bir Frakiya kralının adından gəldiyi deyilir ki, bu da Byzas su pərisi Semestranın oğludur. Vizedə ilk dəfə Frakyalıların bir qolu olan Astaylar məskunlaşmışdı.
Vize adası
Vize adası və ya Vize Torpağı — Şimal Buzlu okeannın Kara dənizi sularında yerləşən ada. Kara dənizinin şimalında qərarlaşır. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisində qərarlaşır. == Tarixi == === Açılış tarixi === 1910-cu illərdə Georgi Lvoviç Brusilovun təşkil etdiyi ekspedisiya zamanı Müqəddəs Anna buxarlı şxununu Kara dənizində dreyf edərirdi. 1914-cü ildə gəmi sulara qər olur. Ancaq gəmi şturmanı Valerian İvanoviç Albanov gəmi jurnalını vilas edə bilir. 1924-cü ildə sovet okeanoqrafı, metroroloqu və qütb araşdırmaçısı Vladimir Yuleviç Vize gəminin buzlara sıxılaraq dreyf etdiyi əraziləri tətqiq etmişdir. O, gəminin məhv olmasının səbəbini onun adaya sıxılaraq parçalanmasında görürdü. Hətta gəminin batdığı ərzinin ada olmasını bildirmişdir. «Georgi Sedov» gəmisində 1930-cu ildə Vize Otto Şmitdin təşkil etdiyi ekspedisiyada özü tərəfindən ehtimal edilən adanı kəşf etmişdir.
Brüssel Vrije Universiteti
Brüssel Vrije Universiteti (nid. Vrije Universiteit Brussel) — Belçika Krallığının Brüssel şəhərində yerləşən tədqiqat universiteti. Ali təhsil müəssisəsi 1834-cü ildə vəkil Piyer Teodor Verhaqen tərəfindən Azad Brüssel Universiteti olaraq təsis edilmişdir. 1970-ci ildə isə sözügedən qurumun bölünməsi nəticəsində meydana çıxmış iki universitetdən biri kimi Vrije Universiteti fəaliyyətini müstəqil davam etdirmişdir. Hazırda, 8 fakültədə bakalavr, magistr və doktorantura proqramları üzrə təhsil alan 19245 tələbəsi vardır. Brüssel şəhərinin tələbə sayına görə ən böyük universitetlərindən biri olmaqla yanaşı, İksel, Jet, Anderlext və Qoyk şəhərlərində yerləşən kampuslara malikdir. Brüssel Universitetlər Assosiyasiyasının üzvü olan ali təhsil müəssisəsinin dərc etdiyi məqalələr ortalama istinad sayına görə Belçikada ilk sırada yerləşir. QS World University Rankings-in 2021-ci il üçün dərc etdiyi siyahıya görə Brüssel Vrije Universiteti dünya sıralamasında 200-cü sırada yerləşir. Bununla yanaşı, Vrije Universiteti Belçika üzrə milli sıralamada ilk beşlikdə mövqe tutmuşdur.Müxtəlif sahələrdə görkəmli şəxsiyyətlər yetişdirən Brüssel Vrije Universitetinin məzunları sırasında çoxsaylı alim, siyasətçi və incəsənət xadimləri vardır.
Marten-de-Vive
Marten-de-Vive (fr. Martin-de-Viviès) — Fransanın Cənub və Antarktika ərazilərinə daxil olan yeganə daimi yaşayış məntəqəsi. Hind okeanının sahilində, Amsterdam adasının şimalında yerləşir. Yaşayış məntəqəsi həmdə inzibati vahidliyin mərkəzi rolunu oynayır. Qəsəbdə daimi olaraq 20 - 40 nəfər daimi əhali yaşayır. Koordinatları: 37°48′ c. e. 77°34′ ş. u..
Vaira Vike-Freiberqa
Vayra Vike-Freyberqa (latış. Vaira Vīķe-Freiberga‎; 1 dekabr 1937, Riqa) — Latviya Respublikasının 6-cı və ilk qadın Prezidenti (8 iyul 1999 — 8 iyul 2007) olub. O, bütövlükdə Şərqi Avropada ilk qadın prezident olub. Cəmi səkkiz il ərzində (1999-2007) ölkəsinin həm Avropa İttifaqına, həm də NATO-ya üzv olmasına nail olan dövlət xadimidir. O, bu gün də beynəlxalq siyasətdə xüsusi fəallığı ilə seçilən, BMT-nin baş katibinin xüsusi elçisi, 2006-cı ildə BMT-nin baş katibliyinə rəsmi namizəd olmuş zərif xanım, güclü və peşəkar siyasətçi və əsl liderdir. == Həyatı == Vayra Vike-Freyberqa 1 dekabr 1937-ci ildə Riqada anadan olub. Dənizçi Karlis Vikislə Annamariya Vikenin ailəsində dünyaya gələn Vayranın uşaqlığı çətinliklər içində keçib. Onun doğulmasından bir neçə həftə sonra atası Atlantik okeanında faciəli şəkildə həlak olur. Bir neçə il sonra anası dənizçi Edqar Xermanoviçlə evlənir. 1944-cü ildə, keçmiş Sovet İttifaqının Latviyanı ikinci işğalı başlayan zaman onun ailəsi Almaniyaya üz tutur.
Vayra Vike-Freyberqa
Vayra Vike-Freyberqa (latış. Vaira Vīķe-Freiberga‎; 1 dekabr 1937, Riqa) — Latviya Respublikasının 6-cı və ilk qadın Prezidenti (8 iyul 1999 — 8 iyul 2007) olub. O, bütövlükdə Şərqi Avropada ilk qadın prezident olub. Cəmi səkkiz il ərzində (1999-2007) ölkəsinin həm Avropa İttifaqına, həm də NATO-ya üzv olmasına nail olan dövlət xadimidir. O, bu gün də beynəlxalq siyasətdə xüsusi fəallığı ilə seçilən, BMT-nin baş katibinin xüsusi elçisi, 2006-cı ildə BMT-nin baş katibliyinə rəsmi namizəd olmuş zərif xanım, güclü və peşəkar siyasətçi və əsl liderdir. == Həyatı == Vayra Vike-Freyberqa 1 dekabr 1937-ci ildə Riqada anadan olub. Dənizçi Karlis Vikislə Annamariya Vikenin ailəsində dünyaya gələn Vayranın uşaqlığı çətinliklər içində keçib. Onun doğulmasından bir neçə həftə sonra atası Atlantik okeanında faciəli şəkildə həlak olur. Bir neçə il sonra anası dənizçi Edqar Xermanoviçlə evlənir. 1944-cü ildə, keçmiş Sovet İttifaqının Latviyanı ikinci işğalı başlayan zaman onun ailəsi Almaniyaya üz tutur.
Vijn (Marvel Comics)
Vijn (ing. Vision; azərb. Görünüş‎) — Marvel Comics nəşriyyatı tərəfindən 1968-ci ildə uydurulan komiks personajı. Vijn bir canlı olmayıb, robotdur. Lakin insan kimi düşünüb hərəkət edə bilməkdədir. Əsasən Qisasçılar komandasının üzvüdür. Robot olmasına baxmayaraq Qırmızı cadugər ilə evlənmiş, hətta Qırmızı cadugərin sehri vasitəsilə 2 uşağı olmuşdur. == Keçmişi == === Düzəldilməsi === Vijn bir robotdur. Qisasçıların qatı düşməni olan digər robot olan Altron-5 tərəfindən hazırlanmışdır. O, 1930-cu illərdə Fineas Horton adlı bir alim tərəfindən yaradılan android əsasında düzəldilmişdir.
Günd-i Vilə (Üşnəviyyə)
Günd-i Vilə (fars. گندويلا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 681 nəfər yaşayır (150 ailə).
C'est la vie
C'est la vie, Fransızcada həyat budur, əsl həyat, ya da həyat belədir! kimi bir məna daşıyan sözdür. Çox tez-tez istifadə edilən, birinin başına gəlmiş bir hadisə üzərinə söylənən və hadisəyə açıqlama gətirən qısa və aydın bir sözdür. Bu söz insanlara, başına gələnlərin bir tale olduğunu, əldən başqa birşey gəlmədiyini və hər kəsin başına gələ biləcəyini qısaca anlatmaq və təsəlli vermək məqsədilə deyilir. Həmçinin aşağıdakı mənalarda istifadə edilir: C'est la Vie, Kanada radio proqramı. C'est la Vie, Jennifer Babcockun cizgi serialı. C'est la Vie (Paryż z pocztówki)", 1987-ci ilə aid Andrzej Zaucha-nın bir mahnısı. C'est la Vie, Greg Lake-nin 1977-ci ildə çıxan albomu Works Volume I da bir mahnı. C'est la Vie, Beau Williams-ın Bodacious! Adlı albomundan 1984-cü ildə çıxan single.
Grand Theft Auto: Vice City
Grand Theft Auto: Vice City Rockstar North tərəfindən hazırlanaraq, Rockstar Games tərəfindən bazara çıxarılan Grand Theft Auto (GTA) seriyasının bir parçasıdır. Sony PlayStation 2 üçün 2002 tarixində bazara çıxarılan oyun, 2003-də Windows əməliyyat sistemi işlədən kompüterlər və Microsoft Xbox platformuna uyğunlaşdırılmışdır. 2004-ün yay aylarında Multi Theft Auto adlı modun MTA 0.5 versiyasına uyğunlaşdırılmışdır. 2010-da Mac OS X əməliyyat sistemi işlədən kompüterlərə uyğunlaşdırılmışdır. 2012-də iOS və Android əməliyyat sistemi işlədən cihazlara uyğunlaşdırılmışdır. Oyunun əsas qəhrəmanı Tomi Versettidir. Bir davam oyunu olaraq görülsədə oyunda danışılanlar Grand Theft Auto III-də olan əvvəlki mövzu qalmaqdadır. Oyun Mayami şəhərinin planında yaradılan “Vice City” adlı uydurma bir şəhərdə cərəyan edir.
Le plus beau jour de ma vie
Le plus beau jour de ma vie (azərb. Həyatımın ən gözəl günü‎)— Belçikanı 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Moni Mark fransız dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyildir.
Aidə
Aida və ya Aidə — Qadın adı. Aida Abdullayeva — musiqiçi, Azərbaycan Respublikasının əməkdar artisti. Aida İmanquliyeva — şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi. Aida Şahmurova — Baş elmi tədqiqatçı, professor. Aida Qasımova — professor, filologiya elmləri doktoru Aida Bağırova — Şərqşünas alim, Yaxın Şərq üzrə ekspert Aida Predele — latviyalı dövlət və siyasi xadim Aida HüseynovaAida Hüseynova (aktrisa) Aida Hüseynova (musiqişünas)Aidə Şahbazova — Azərbaycan dilçi alimi, professor.DigərAida (opera) — İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi opera əsəri. AIDA (marketinq) — hər hansı bir malı almaq qərarını verəndə alıcı reaksiyasının baş verən ardıcıl etaplarıdır.
Ailə
Ailə sözü — aralarında qohumluq münasibəti olan insanlar üçün işlədilir. == Ailəm == Ailə sosiologiya baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyidir. Ailə sözü Qərbdə əsasən ana-ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəminə deyilir. Biologiyada ailə sözü bir-birlərinə qohumluq dərəcəsi baxımından bir qrupda birləşən heyvanat ya da nəbatat üçün işlədilir. == Sözün mənşəyi == Ailə sözünün əsli ərəbcədən gələn عائلة (ailə) sözündəndir. Bu söz ərəbcədə dayanmaq mənasında olan عول (avl) kökündəndir. Bir-birlərinə dayanan, etimad edən insanlar üçün işlədilir. Ailə sözü müştərək xüsusiyyətləri olan elmi, texniki və sosial qruplar üçün də işlədilir. Misal üçün, bir istehsalçının bir məhsul xəttindəki məhsullara o istehsalçının məhsul ailəsi də deyilə bilər.
Anje
Anje və ya Anjers (Angers) — Fransanın qərbində şəhər. Men və Luara departamentinin inzibati mərkəzi. Əhalisi 158,6 min (2005). Anju tarixi vilayətinin əsas şəhəridir. Nəqliyyat qovşağı, Men çayı sahilində gəmi dayanacağı var. Mədəniyyət və ticarət mərkəzidir. Maşınqayırma, metallurgiya, aviasiya, elektron, toxuculuq, yeyinti, ayaqqabı sənayesi müəssisələri, muzeylər, memarlıq abidələri (12–17-ci əsrlər), universitet var.
Binə
Binə (dağ) — Şərur rayonu ərazisində dağ. Binə (Xəzər) — Bakının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Binə (Xocavənd) — Bakının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Binə (yaşayış məskəni) — müvəqqəti yaşayış məskənlərinin ilkin tipi olaraq bu və ya digər kəndin salınmasında başlanğıc mərhələ rolunu oynayan yer.
Birə
Birə — müxtəlif bakteriyaların, virusların, parazit qurdların və xəstəlik törədən ibtidailərin daşıyıcılarıdır. Onlar məməlilər, quşlar va digər heyvanların üzərində və yuvalarında yaşayır. Birələr qanla qidalanır. Bəzi növləri qansormadan 18 aya qədər yaşaya bilir. Fəallığından asılı olaraq onları qış və yay birələri adlandırırlar. Taun xəstəliyinin yayılması yetkin birələr vasitəsilə həyata keçirilir. Onlar gəmiricilər üzərində yaşayıb xəstəliyin yayılmasına (epidemiyalara) səbəb olur. Birələr həm də tulyaremiya, qarayara, bruselyoz, cüzam və s. xəstəliklərin törədicilərini də daşıyır. Birələr - qansoran həşəratlar qrupuna daxildir.
Cine
Cine (ərəb. جنات‎, fr. Djinet) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 32 metr yüksəklikdə yerləşir.Kommuna paytaxt Əlcəzairdən təqribən 75 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 29 kilometr şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 21,966 nəfər idi.
Cirə
Cirə (lat. Cuminum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsə 4 qəbul edilmiş növ daxildir. == Taksonomiya == Cins 1753-cü ildə Karl Linney tərəfindən Species Plantarum-da təsvir edilmişdir. Tipik növü adi cirədir (lat. Cuminum cyminum). == Növləri == Cuminum borszczowii (Regel & Schmalh. ) Koso-Pol. Adi cirə (Cuminum cyminum L.) Cuminum setifolium (Boiss. ) Koso-Pol.
Civə
Civə (Hg) (farsca: جیوه-jive)– D.İ. Mendeleyevin elementlərin dövri sistemində 80-ci element. == Civənin tarixi == İtalyadakı Monte-Amyata civə yatağı Qədim Roma dövründən istifadə olunur. Civənin bu qədər qədimdən məlum olmasının səbəbi onunla əlaqədardır ki, orada çıxarılan kinovar (civə-sulfid HgS) havada qızdırıldıqda asanlıqla parçalanaraq metallik civə buxarları əmələ gətirir: HgS+O2→Hg+SO2Civə e.ə. II minillikdə insanlara məlum idi. Əlkimyaçılar onu maddələrin qadın başlanğıcı, metalların anası, fəlsəfə daşının əsası hesab edirdilər. Onlar civəni argentium vivum ("CANLI GÜMÜŞ"), hidrargirum ("maye gümüş") və ya Mercurius adlandıraraq onun metalların şahı qızılla yaxınlığını nəzərə çatdırırdılar (işarəsi qızıl olan Merkuri planeti Günəşə ən yaxın planetdir). == Civə təhlükəlidir == .Civə ağır metal, birləşmələri olduqca təhlükəli maddələr olub atmosferi, suyu, qida məhsullarını çirkləndirir. Tərkibində civə olan üzvi birləşmələr, xüsusən metal-civə daha təhlükəlidir. Civə ən toksik metallardan biri olub, ətraf mühitdə geniş yayılmışdır, trofik zəncirdə bioakkumlyasiya və hərəkət etmə qabiliyyətinə malikdir. Civənin qida zənciri üzrə hərəkətini sadə şəkildə aşağıdakı kimi göstərmək olar: su – dib çöküntüləri – biota (bentos, fito – zooplankton), balıqla qidalanan balıqlar və quşlar.
Cizə
Cizə, ə l - C i z ə (الجيزة) – Misirdə şəhər. Qahirənin cənub-qərbində şəhərətrafı. Cizə mühafazasının inzibati mərkəzi. Əhalisi 3,6 mln. (2012); Əhalisinin sayına görə Qahirə və İsgəndəriyyə şəhərlərindən sonra ölkənin üçüncü şəhəri. Nil çayının sol sahilində port. Nəqliyyat qovşağı; Metro xətti ilə Qahirəyə bağlanır. Turizm mərkəzidir. == Tarixi == Cizə yaxınlığında fironların IV sülaləsinin nümayəndələri Xeops (Xufu), Xefren (Xafra) və Mikerinin (Menkaurun) e.ə. 3-cü minilliyin 1-ci yarısında tikilmiş və ellinizm dövrü ədəbiyyatında Dünyanın yeddi möcüzəsi sırasına daxil edilmiş əzəmətli Memfis nekropolu qalmışdır.
Dizə
Dizə (Ordubad) — Azərbaycanın Ordubad rayonunda kənd. Dizə (Culfa) — Azərbaycanın Culfa rayonunda kənd. Dizə (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Dizə nekropolu - Şərur rayonundakı eyniadlı kəndin yaxınlığında yerləşən nekropol. Nəcəfəlidizə (keçmiş yazılış qaydası Nəcəfəli Dizə) — Azərbaycanın Babək rayonunda bir kənd. Dizəzinə dağı - Babək rayonundakı Nəcəfəlidizə kəndinin yaxınlığında, Zəngəzur silsiləsində yerləşən dağ. Kalbaoruc Dizə (keçmiş adı Oruc Dizə) — Azərbaycanın Babək rayonunda bir kənd. Kələntər Dizə — Azərbaycanın Ordubad rayonunda bir kənd. Məmmədrza Dizə (keçmiş adı Yeniyol) — Azərbaycanın Babək rayonunda bir kənd.
FIDE
FİDE (fr. Fédération Internationale des Échecs, FIDE) — beynəlxalq şahmat federasiyası, idman təşkilatı. Şahmatın inkişafı və populyarlaşması ilə məşğul olur. Əsası 1924-cü ilin 20 iyulunda Parisdə qoyulmuşdur. 158 milli federasiya, o cümlədən Azərbaycan Şahmat Federasiyası FİDE-nin üzvüdür (2011). Bayrağı, himni və devizi (“Gens una sumus” –“Biz hamımız bir ailəyik”) vardır. 1980 ildən YUNESKO-nun üzvüdür. Mənzil qərargahı Afinadadır. Rəsmi dilləri: fransız, rus, ingilis, alman və ispan. FİDE kişilər və qadınlar arasında dünya və Avropa çempionatları (şəxsi və komanda), Ümumdünya şahmat olimpiadaları (1927 ildən kişilər və 1957 ildən qadınlar arasında) və başqa böyük yarışlar keçirir.
Qitə
Qitə — Yer qabığının böyük massivi. Qitə ərazisinin əksəriyyətində su hövzəsi olmur və kənarları dəniz səviyyəsindən aşağıda yerləşir. "Qitə" anlayışına ekvivalent və ya yaxın olan söz kimi "materik" termini də istifadə olunur. == Anlayış == Qitə spesifik mürəkkəb dərinlik quruluşu ilə səciyyələnən, olduqca iri mühüm qlobal struktur elementdir. Qitə Yerin xarici örtüklərini təşkil edən maddənin uzunmüddətli təkamül prosesində və radiogen istiliyin təsiri ilə planetin ümumi qızması və qismən əriməsi, fiziki-kimyəvi və qravitasion diferensasiyası nəticəsində əmələ gəlmiş heterogen cismdir. Əsasən regional metamorfizm və qranitləşmə ilə əlaqədar olan diferensasion proses nəticəsində Qitə başlıca strukturlara - qırışıqlıq vilayətlərə və platformalara parçalanmışdır. Qitə qabığı maddəsinin planetar ərimə prosesində mantiyanın ümumi diferensasion prosesə məruzqalma dərinliyi 1200-1400 km həddində qiymətləndirilir. Belə hesab edilir ki, kimyəvi tərkibinə görə 300 km dərinliyə kimi qitələr altındakı qabıq okeanlar altındakı qabıqdan fərqlənir. Qitə qabığı altında dalğaötürücü qatın (aşağı sıxlıqlı qat) qalınlığı 50 km yaxın olub, təxminən 100-150 km dərinlikdə yerləşir. Qitə qabığının dabanında təzyiq 1,0-1,5 QPa, temperatur isə 600-7000 C təşkil edir.
Qıjı
Ayıdöşəyi (lat. Dryopteris) Qıjının bir çox növlərindən gülçülükdə istifadə olunur. Erkək qıjı (Dryopteris filix-mas)- açıq sahələrdə yaxşı bitir, Vel (Pteridium aquilinum) bizim planetin ən qədim bitkilərindəndir, Braun cərgəvari (Polystichum braunii) yabanı halda Rusiyanın orta zolağında bitir. Pəncəşəkilli baldırıqara (Adiantum pedatum), skolopendra-şəkilli çalovcuq (Phyllitis scolopendrium) qıraqları dalğavari yarpaqlı bitkidir. Qıjının zəif inkişaf etmiş kök sistemindən ağacların gövdələrinin dekorasiyasında istifadə edilir. Qıjı sporlarla çoxalır. Sporları il ərzində torflu dibçəklərə əkmək olar. Dibçəkləri şüşə ilə örtmək lazımdır. Qıjını kökümsov gövdənin bölünməsi ilə də çoxaltmaq mümkündür. Azərbaycanda erkək qıjı və venera saçlı baldırıqaradan gülçülükdə uğurla istifadə olunur.
Çilə
Çilə — Sufi dərvişlərin nəfslərini tərbiyə edib təsəvvüf yolunda irəlləmək üçün qırx gün inzivaya çəkilib riyazət (dünyanın rahatlıq və ləzzətlərindən əl çəkmə) və ibadətlə məşğul olmaları.
Əvilə
Əvilə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 572 nəfərdir. == Toponimiyası == Yerli əhalinin məlumatına görə, oykonim talış dilində "qıjı" və ya "ayıdöşəyi" bitkisinin adı olan "əvilə" sözündəndir. Tədqiqatçıların fikrincə, əvilə talış dilində "toplu, coxluq, cəmlik" mənalarını bildirir.