VİTSE-KONSUL
VİZA
OBASTAN VİKİ
Vitse-prezident
Vitse-prezident (ing. Vice President) — hökumətin icraedici strukturunda əhəmiyyətinə görə prezidentdən sonra ikinci məsul şəxs hesab olunur. Vitse-prezidentin əsas funksiyası ondan ibarətdir ki, o, prezidentinin vəfatı, istefası və ya hakimiyyətdən uzaqlaşdırılması hallarında prezidenti əvəz edir. Vitse-prezidenti həm də Milli Məclisə də rəhbərlik etdiyi üçün onun hakimiyyətin icraedici, yoxsa qanunverici qoluna mənsub olması mübahisəlidir.
Vitse-admiral
Vitse-admiral — Azərbaycan Hərbi Dəniz Qüvvələrində ali hərbi rütbə. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə general-leytenant rütbəsidir.
Vitse krallıq
Vitse-krallıq ("Vitse-kral": "kralın nümayəndəsi", "vitse-prezident" və ya "vitse-admiral") — vitse-kral tərəfindən idarə edilən koloniya idarəetmə sistemi. Qeyri-məhdud hakimiyyətə malik olan monarxın həmin yerdəki nümayəndəsi. Vitse-kral vəzifəsi vərəsəlik yolu ilə keçmir və monarx tərəfindən təyin edilir.
Vitse-kral

Vitse-krallıq

Prezident
Prezident (lat. pre - "əvvəl" və sedere - "oturmaq" sözlərindən, "öndə oturan" mənasını verir) — seçki yolu ilə müəyyən olunan dövlət və ya inzibati-ərazi vahidinin rəhbəri, yaxud kollegial orqanın, ictimai birliyin və ya kommersiya təşkilatının sədri. Bəzi ölkələrdə isə (məsələn, ABŞ-də) bu vəzifəni nə vaxtsa tutmuş bütün şəxslərə ömürlük verilən titul. Prezident idarə üsuluna sahib olan ölkələrdə prezident icraedici hakimiyyətin rəhbəri, parlament idarə üsuluna sahib ölkələrdə isə yalnız dövlət başçısıdır. Müasir dövrdə bəzən seçki yolu ilə deyil, dövlət çevrilişi yolu ilə hakimiyyətə gələn diktatorlar da özlərini rəsmi olaraq prezident adlandırırlar. Tarixdə ilk dəfə "prezident" titulunu milli rəhbər mənasında istiqlaliyyət müharibəsi dövründə Corc Vaşinqton istifadə etmişdir. 1787-ci ildə ABŞ Konstitusiyası qəbul olunanadək o, Britaniya İmperiyasına qarşı üsyan qaldıran ştatların "Kontinental konqres"inin prezidenti olmuş, sonradan isə ABŞ-nin prezidenti seçilmişdir.
ABŞ vitse-prezidenti
Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti (ing. Vice President of the United States) — ABŞ federal hökumətinin icraedici strukturunda əhəmiyyətinə görə prezidentdən sonra ikinci məsul şəxs. Vitse-prezidentin əsas funksiyası ondan ibarətdir ki, o, ABŞ prezidentinin vəfatı, istefası və ya hakimiyyətdən uzaqlaşdırılması hallarında onu əvəz edir. ABŞ vitse-prezidenti həm də ABŞ Konqresinin yuxarı palatası olan Senata da rəhbərlik etdiyi üçün onun hakimiyyətin icraedici, yoxsa qanunverici qoluna mənsub olması mübahisəlidir. ABŞ-nin hazırkı vitse-prezidenti Kamala Harrisdir. == ABŞ vitse-prezidentlərinin siyahısı == 7 vitse-prezident vəzifə başında vəfat etmiş (hamısı öz əcəli ilə, ən son 1912-ci ildə Şerman), 2-si istefa vermiş (Kelhun və Aqnyu), 9-u prezidentin ölümü və ya istefası nəticəsində prezident olmuş, 3-ü vəzifədə olduğu müddətdə keçirilən seçkilər nəticəsində prezident seçilmiş (Adams, Van Buren və ata Buş), biri isə (Nikson) — vitse-prezidentlik müddəti başa çatdıqdan 8 il sonra prezident seçilmişdir.
ABŞ vitse-prezidentləri

Qırğızıstanın vitse-prezidenti
Qırğızıstanın vitse-prezidenti — 1990-cı ilin dekabr ayında yaradılmış Qırğız Respublikası hökumətində siyasi vəzifə. Vəzifə 1993-cü ildə ləğv edildi. Prezidentin vəzifələrini yerinə yetirmək iqtidarında olmadığı təqdirdə vitse-prezident onun səlahiyyətlərini öz üzərinə götürmək tapşırığı verilmişdir. 2007-ci il konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq bu məsuliyyəti baş nazir daşıyır.
SSRİ Vitse-prezidenti
İndoneziyanın vitse-prezidenti
İndoneziya Respublikasının vitse-prezidenti (ind. Wakil Presiden Republik Indonesia) İndoneziya Respublikasının ardıcıllıq xəttində birincidir. İndoneziya vitse-prezidentliyi Müstəqilliyə hazırlıq işləri üzrə Tədqiqat Komitəsi (BPUPK) tərəfindən 1945 Konstitusiyasının formalaşdırılması zamanı yaradılmışdır.İdarə ilk olaraq 18 avqust 1945-ci ildə Məhəmməd Hattanın səsləndirilməsi ilə seçildiyi zaman tam dolduruldu. Seçki İndoneziya Müstəqilliyi üzrə Hazırlıq Komitəsi (PPKI) tərəfindən aparıldı, çünki vitse-prezident seçkiləri üçün məsuliyyət daşıyan qurum Xalq Məşvərət Məclisi (MPR) hələ yaradılmamışdı. 16 oktyabr 1945-ci ildə Hatta Mərkəzi İndoneziya Milli Komitəsinə (KNIP) prezidentlə bərabər statusu daşıyan vitse-prezident fərmanını açıqladı. Bu fərmanın nəticəsi olaraq KNIP dövlət başçısı ilə hökumət başçısının rolunu 11 noyabr 1945-ci ildə ayırdı.Yeni bir konstitusiya hələ qurulmamış olsa da, İndoneziya de-fakto Parlament Demokratiyası idi. 1945 Konstitusiyası: Vitse-prezidentliyə namizəd İndoneziya mənşəli olmalıdır. Müvəqqəti Konstitusiya: Vitse-prezidentliyə namizəd ən azı 30 yaşında bir İndoneziya vətəndaşı olmalıdır. O, arzuolunmaz hesab edilən və ya ləğv edilən seçkilərdə iştirak etmək hüququna malik olan biri ola bilməz. O, həmçinin özəl korporasiyalarla əlaqəli olmamalıdır.
Müvəqqəti prezident
Müvəqqəti prezident (ing. Acting president) və ya prezident səlahiyyətlərinin icraçısı — bir şəxsdir ki, əgər prezident mövcud olmaya (məsələn; xəstə ola və ya məzuniyyət əsasında) və ya prezident vəzifəsi boş olsa (məsələn; ölüm, zədə, istefası və ya vəzifədən azad edilməsinə görə) bir təşkilatın və ya ölkə prezidentinin rolunu müvəqqəti olaraq doldurur.
Nazir -prezident
Baş nazir — hökumətin başçısı. Bir sıra ölkələrdə bu dövlət postu praym-ministr adlanır. (Fransızca-le premier—birinci) — birinci, baş nazir. Dövlət başçısı postunun hökumət başçısı postundan ayrı olduğu ölkələrdə hökumət başçısı. Bəzi ölkələrdə baş nazir birbaşa parlament seçkilərində seçilir, bəzilərində dövlət başçısının təqdimatı ilə parlament təsiq edir. Bəzilərində parlamentin təqdimatı ilə dövlət başçısı təsdiq edir.Dualist və parlamentli respublikalarda icra hakimiyyətini Baş nazir həyata keçirir,prezident formal xarakter daşıyır. Türkiyə, Böyük Britaniya, Fransada Baş nazir, Rusiya Federasiyasında hökumətin sədri; Latviyada — nazirlərin prezidenti; Almaniya və Avstriyada — kansler; Bolqarıstanda — nazir - sədr adlanır. Baş nazir vəzifəsi ilk dəfə XVI — XVII əsrlərdə Qərbi Avropa ölkələrində təsis edilib. Fransada XVI—XVII əsrlərdə baş dövlət naziri vəzifəsi var idi. Türk dövlətlərində müvafiq olaraq vəzir və baş vəzir vəzifələri var idi.
Prezident.az
president.az — Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Saytın hal-hazırkı versiyası 2007-ci ilin sentyabr ayında hazırlanmışdır. Sayt 1998-ci ilin may ayında qeydiyyata alınsa da, 2007-ci ilin oktyabrından etibarən KİV nümayəndələri üçün prezidentin fəaliyyəti ilə bağlı məlumatlar və fotoşəkillər, 2010-cu ilin iyul ayından etibarən isə gündəlik yenilənməklə fəaliyyət göstərir. Saytda dövlət başçısının fəaliyyətini əks etdirən materiallar, o cümlədən görüşlər, səfərlər, qəbullar, çıxışlar, mətbuat konfransları, müsahibələr, habelə göndərilmiş və qəbul edilmiş məktublar, imzalanmış fərmanlar, sərəncamlar, müraciətlər, bəyannamələr, bəyanatlar, qanunlar və digər sənədlər yerləşdirilir. Həmçinin, saytın hər bir istifadəçisi Azərbaycan Respublikasının Prezidentinə məktub göndərmək, təklif və arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə müraciət etmək imkanına malikdir. Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibinin xidməti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi tərəfindən həyata keçirilir. President.az saytının iOS və Android əməliyyat sistemləri üçün mobil tətbiqləri yaradılmışdır. Bu tətbiqlər saytdakı xəbərləri birbaşa telefondan və planşetdən oxumağa imkan verir. iPhone və iPad qurğuları üçün tətbiqləri "iTunes"dan, Android əməliyyat sistemi ilə işləyən mobil telefonlar və planşet qurğuları üçün isə "Google Play"dən endirmək mümkündür.
Prezident (2007)
Prezident (ağac)
Prezident — ABŞ-nin Kaliforniya ştatı, Nəhəng Sekvoya Milli Parkı, Nəhəng Meşədə mövcud olan Nəhəng sekvoyadendron (Sequoiadendron giganteum) növünə aid böyük ağac. “Prezident” dünyanın üçüncü ən böyük sekvoyasıdır (2012-ci ildə National Geographic jurnalında yayımlanan bir hesabata görə, “Prezident”-in həcmi “General Qrant”-ın həcmini 15% üstələyərək dünyanın ikinci ən böyük ağacına çevrilir). Bununla belə, canlı bir ağacın həcminin dəqiq ölçülməsi çox çətin bir iş olduğundan, həcm müxtəlif yollarla ölçülə bilər (bütün budaqları və ya yalnız böyük budaqların nəzərə alınması, yeraltı kök hissəsini nəzərə alınması və ya almaması və s.). Milli parkın rəsmi veb səhifəsində hələ də "Prezident"-in dünyada üçüncü böyük sekvoya olduğu göstərilmişdir. Ağacın 3240 yaşında olduğu təxmin edilir ki, bu da onun planetdəki ən qədim yaşıyan ağac olması deməkdir. Ağac adını 1923-cü ildə ölümüş ABŞ-nin 29-cu Prezidenti Uorren Hardinqin şərəfinə adlandırılmışdır. Prezidentin yanında Konqres Qrupu adlanan iki orta ölçülü sekvoya böyüyür: Palata və Senatı təmsil edirlər.
Prezident (dəqiqləşdirmə)
Prezident
Prezident Kitabxanası
Prezident Kitabxanası (ABŞ)
Prezident Sarayı
Prezident sarayları — Tarix boyu, Azərbaycan imperiya və dövlətlərində başçıların və onların hökumətlərinin sarayları mövcud olmuşdur, buna misal olaraq Şirvanşahlar Sarayı, Bayat qalası, Həşt-Behişt sarayı və s. nümunə göstərə bilərik (bax: Tarixi Azərbaycan dövlətlərinin rəsmi sarayları). AXC dövründən başlayaraq bugünə qədər Azərbaycan Respublikası Prezidenti və Hökumətinin rəsmi dövlət sarayları mövcuddur və istifadəsinə görə bir-neçə yerə bölünür: Rəsmi İqamətgah Prezident Administrasiyası və İşlər İdarəsi Qonaqqarşılama Sarayı Ziyafət və şənlik imarətləri İstirahət iqamətgahları (paytaxtda və bölgələrdə) Prezident sarayı (Türkiyə) — Türkiyənin paytaxtı Ankarada yerləşən və 2014-cü ildən Türkiyə prezidenti tərəfindən istifadə edilən rəsmi prezident sarayı.
Prezident rejimi
Prezident üsulu idarəetmə də adlandırılan bu rejim, parlamentar sistemdən xeyli fərqlənir. Prezident rejiminin başlıca xüsusiyyətlərini bu şəkildə sıralaya bilərik: Prezident rejimi, bərk/qatı bir hakimiyyətlər ayrılığı prinsipinə söykənir. Qanunvericilik və icra hakimiyyətləri bir-birindən qəti xəttlərlə ayrılmışdır. İcra etmə, xalqın seçdiyi Başçı, qanunuma isə Konqres tərəfindən yerinə yetirilər. Dövlət Başçısı, icra vəzifəsini tək başında əlində məbləğ. Başçı, həm dövlət başçısı, həm hökumət başçısı vəzifəsini icra edər. Prezident rejimində, parlamentar rejimdəkinin əksinə icra etmənin yasamayı dağıt/paylaması, yasamanın da icra etməyi salması imkanı yoxdur. Qanunvericilik və icra arasındakı əlaqələrdə qopuqluğu aradan qaldırmaq üzrə, bir "yoxlama və tarazlıq sistemi" inkişaf etdirilmişdir. İcra etmənin bəzi əməliyyatları, məsələn üst səviyyə idarəçilərinin təyin edilməsi Senatın təsdiqini tələb edir. Buna qarşılıq, Başçının da yasamadan keçən qanunları veto etmə səlahiyyəti var.
Prezident respublikası

Prezident sarayları
Prezident sarayları — Tarix boyu, Azərbaycan imperiya və dövlətlərində başçıların və onların hökumətlərinin sarayları mövcud olmuşdur, buna misal olaraq Şirvanşahlar Sarayı, Bayat qalası, Həşt-Behişt sarayı və s. nümunə göstərə bilərik (bax: Tarixi Azərbaycan dövlətlərinin rəsmi sarayları). AXC dövründən başlayaraq bugünə qədər Azərbaycan Respublikası Prezidenti və Hökumətinin rəsmi dövlət sarayları mövcuddur və istifadəsinə görə bir-neçə yerə bölünür: Rəsmi İqamətgah Prezident Administrasiyası və İşlər İdarəsi Qonaqqarşılama Sarayı Ziyafət və şənlik imarətləri İstirahət iqamətgahları (paytaxtda və bölgələrdə) Prezident sarayı (Türkiyə) — Türkiyənin paytaxtı Ankarada yerləşən və 2014-cü ildən Türkiyə prezidenti tərəfindən istifadə edilən rəsmi prezident sarayı.
Azərbaycan Respublikasının vitse-prezidenti
Azərbaycan Respublikasının vitse-prezidenti — Azərbaycan Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə 60 gün müddətində növbədənkənar Azərbaycan Respublikasının Prezident seçkiləri keçirilir. Bu halda yeni prezident seçilənədək Azərbaycan Respublikasının prezident səlahiyyətlərini Birinci vitse-prezident icra edir. Bu müddət ərzində Birinci vitse-prezident istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə, Azərbaycan Respublikasının vitse-prezidenti Birinci vitse-prezident statusu almış olur və Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edir. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş nazirinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir. Həmin səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədrinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir. Azərbaycan Respublikası vitse-prezidentlərinin toxunulmazlığı adlı yeni maddə əlavə olunub: Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.
La Plata vitse krallığı
Rio-de-la-Plata vitse krallığı (isp. Virreinato del Río de la Plata) — İspaniyanın Cənubi Amerikada yerləşən vitse krallığı. Bu krallığa günümüzdə mövcud olan Argentina, Uruqvay, Paraqvay və Boliviya kimi dövlətlərin ərazisini təşkil edirdi. 1776-cı ildə Peru vitse krallığından ayrılması nəticəsində meydana gəlmişdir. Öz mövcudluğunu 1810-cu il may ayına qədər qoruya bilmişdir. O dönəmdə siyasi və ictimai hadisələrin nəticədində vitse kral hakimiyyətdən uzaqlaşdırılmışdır. Bu hadisə tarixə may inqilabı kimi düşmüşdür. Paytaxtı —Buenos Ayres, Montevideo.
Qazaxıstan Respublikasının vitse-prezidenti
Qazaxıstan Respublikasının vitse-prezidenti — 1991-1996-cı illərdə Qazaxıstan Respublikasında mövcud olan vəzifə. Belə bir vəzifə tutan ilk və yeganə şəxs Erik Maqzumoviç Asanbaev idi. 16 dekabr 1991-ci ildə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev tərəfindən bu vəzifəyə təyin edildi və 22 fevral 1996-cı ildə vəzifəsindən uzaqlaşdırıldı. Qazaxıstan SSR Prezidentinin müavini vəzifəsi, Qazaxıstan SSR-in 1990-cı il 24 aprel tarixli “Qazaxıstan SSR Prezidenti vəzifəsinin təsis edilməsi və dəyişikliklər və Qazaxıstan SSR Konstitusiyasına (Əsas Qanuna) əlavələr ". Ona görə: Qazaxıstan SSR Başçısının müavini, Qazaxıstan SSR Prezidentinin tapşırığı ilə onun ayrı-ayrı funksiyalarını yerinə yetirir və Prezidentin olmadığı və ya vəzifələrini icra edə bilmədiyi təqdirdə Prezident əvəz edir. Qazaxıstan SSR Prezidenti bu və ya digər səbəbdən vəzifələrini icra edə bilmirsə, Qazaxıstan SSR-nin yeni Prezidenti seçilənə qədər onun səlahiyyətləri Qazaxıstan SSR Prezidentinin müavininə verilir və bu mümkün deyilsə, Qazaxıstan SSR Ali Sovetinin Sədri. Qazaxıstan SSR Prezidentinin müavini ilk dəfə Qazaxıstan SSR Ali Soveti tərəfindən altı il müddətinə seçildi. Bu vəzifəyə Qazaxıstan SSR Ali Soveti, əvvəllər Qazaxıstan SSR Ali Soveti sədrinin birinci müavini vəzifəsini tutan Tereşenko Sergey Aleksandroviçi seçdi. Bu vəzifəni 1990-cı il aprelin 24-dən mayın 13-dək tutmuşdur. Mayın 13-də Serqey Tereşenko CPM Çimkent Regional Komitəsinin birinci katibi təyin edildi və prezident müavini vəzifəsi boş qaldı.

Digər lüğətlərdə