Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fəridə Vəzirova
Vəzirova Fəridə Şamil qızı — azərbaycanlı ədəbiyyatşünas, tənqidçi, 1963-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1956), professor (1980), əmək veteranı (1981). == Həyatı == Fəridə Vəzirova 15 fevral 1924-ci ildə Qaryagin rayonunun Sərdarlı kəndində anadan olmuşdur. O, Bakı şəhərindəki 171 saylı orta məktəbi bitirdikdən sonra, 1940-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdu, 1942-ci ildə komsomolun çağırışı ilə könüllü olaraq orduya getmişdir, orduda sıravi döyüşçü, rabitəçi kimi fəaliyyət göstərmişdir. 1945-ci ilin oktyabrında ordudan tərxis olunduqdan sonra təhsilini davam etdirmiş, Stalin təqaüdü almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Fəridə Vəzirova 1948-1949-ci illərdə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi kimi işləmişdi, 1949-1952-ci illərdə ADU-nun aspiranturasında oxumuşdu, bu vaxta qədər dövri mətbuatda çıxış etməsinə baxmayaraq, onun ilk ədəbi tənqidi məqaləsi Mədinə Gülgünün "Təbrizin baharı" kitabına yazdığı eyni adlı məqaləsi olmuşdur. O, "Azərbaycan" jurnalında tənqid şöbəsinin müdiri işləmiş, (1952-1953) illərdə ADU-nun Filololgiya fakültəsində Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim, dosent, sonra isə professor olmuşdur. Əmək və müharibə cəbhəsində fəaliyyətinə görə 8 medalla təltif edilmişdir. Fəridə Vəzirova 1986-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Mənbə == Ənvər Çingizoğlu. Sərdarlı kəndi.
Sara xanım Vəzirova
Sara xanım Nəcəf bəy qızı Vəzirova (1889, Bakı – 1961, Bakı) — azərbaycanlı pedaqoq, ictimai xadim, Bakıda ikinci rus-müsəlman qız məktəbinin müdirəsi. Sara xanım Vəzirzadə 5 mart 1887-ci ildə İrəvan quberniyasının Dilican kəndində, azərbaycanlı dramaturq Nəcəf bəy Vəzirovun ailəsində anadan olmuşdur. Onun ailəsi 1895-ci ildə Bakıya köçmüş və Sara Müqəddəs Nina qız gimnaziyasında təhsil almağa başlamışdır. O 1907-ci ildə təhsilini bitirmiş, İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbində dərs deməyə başlamışdır. Vəzirova daha sonra 1910-cu idə açılan ikinci rus-tatar qızlar məktəbinə müdir təyin olunmuşdur. Sara xanım 1894-cü ildə Rəşid bəy Axundovla ailə qurmuşdur. Üç qızı vardı. Sara Vəzirova 1961-ci ildə vəfat etmişdir. Ənvər Çingizoğlu. Vəzirovlar.