Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aleksandra Voyçik
Aleksandra Voyçik (d. 5 mart 1985) — Polşanı təmsil edən bədii gimnast. Aleksandra Voyçik 2004-cü ildə Polşanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Aleksandra Voyçik 2004-cü ildə Polşanın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Aleksandra Zavistovska, Anna Mrozinska, Malqorzata Lavrinoviç, Martina Dabkovska və Custina Banasiak ilə birgə təsnifat mərhələsində 41.775 xal toplayaraq 10-cu yeri tutdu və mübarizəni dayandırdı.
Ponçik
Ponçik və ya donut – qızardılmış xəmirdən hazırlanan yemək növü. Şəkər və yağla zəngindir. Ponçikin bir çox çeşidi mövcuddur və amerikalılar tərəfindən naharda yeyilir. İki formada hazırlana bilər: simit donut və dəliksiz (dairə şəklində) ponçik. Ponçik şokolad, mürəbbə, krem kimi çox müxtəlif əlavələrlə birlikdə yeyilə bilər.
Xocik
Xocik — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xocik kənd inzibati ərazi dairəsində kənd. Oykonimin "kiçik kənd" mənasında olması ehtimal edilir. Yaşayış məntəqəsini İranın Xocik kəndindən köçüb gəlmiş ailələr salmışlar. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Xocik kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Xocik Qubadlı rayonunun tərkibinə daxil edilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Xocik kəndi Həkəri çayının sahilindədir. 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.
Vorvik Universiteti
Vorvik Universiteti (ing. University of Warwick) — İngiltərənin Koventri şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Vorvik Universiteti 100 ən yaxşı ali məktəb arasında 58-ci yerdə sıralanmışdır. 2010-cu il üzrə "Times Higher Education World University Rankings"in 200 universitetdən ibarət olan reytinq cədvəlinə Vorvik Universiteti daxil edilməmişdir. 2011-2012-ci tədris ilinin yekununa əsasən Vorvik Universiteti QS World University Rankings tərəfindən tərtib edilmiş "Dünyanın 50 gənc universitetinin reytinq cədvəli"ndə 3-cü pillədə olmuşdur. Yakubu Qovon – Nigeriyanın sabiq prezidenti; Valentina Ştrasser – Syerra-Leone Respublikasının sabiq rəhbəri; Vernon Koaker – Böyük Britaniyanın Dövlət Təhlükəsizlik, Terrorizmlə Mübarizə, Cinayət və Mühafizə naziri; Kim Hauells – Böyük Britaniyanın xarici işlər naziri; Devid Devis – Britaniya Mühafizəkarlar partiyasının siyasətçisi; Baronessa Amos – Avropa İttifaqının Afrika İttifaqında (53 Afrika dövlətindən ibarət) xüsusi nümayəndəsi, Böyük Britaniya lordlar palatasının sabiq lideri; Baronessa Morris – Böyük Britaniyanın təhsil məsələləri üzrə sabiq dövlət katibi, Leyborist partiyasının üzvü; Çan Yun Han – Honq-Konq Qanunvericilik şurasının sabiq üzvü; Corc Saitoti – Keniyanın sabiq vitse-prezidenti; Devid Li – Şərqi Asiya bankının sədri və baş icraçı direktoru; Corc Kanyeihamba – Uqanda prezidentinin hüquq məsləhətçisi; Merfin Cons – BBC İdarəçilər Şurasının üzvü, Banqor Uels Universitetinin vitse-kansleri; Ouayn Ceyms – Milli Tələbə Təşkilatının sabiq prezidenti; Tomas Samner (Stinq) – məşhur musiqiçi; Tom Solesbari – avarçılıq üzrə Olimpiya çempionu; Stiv Heyuey – "Liverpul" klubunun futbolçusu; Mark Hyuz – futbol meneceri. Lamiyə Əliyeva, Dünya universitetləri: Uorvik Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 24.12.2010, № 50.
Leonid Kozik
Leonid Kozik (belar. Леанід Козік; 13 iyul 1948, Borisov, Minsk vilayəti – 5 avqust 2023) — Belarus Həmkarlar İttifaqları Federasiyasının rəhbəri (2002-ci ildən). Daha əvvəl isə Belarusun Prezident Administrasiyası rəhbərinin müavini olmuşdur. Federasiyanın prezidenti seçildikdən sonra, 2003-cü ildən təşkilata dövlət subsidiyalarının qəbulu başlamışdır.
Robert Nozik
Robert Nozik (16 noyabr 1938[…], Bruklin, Nyu-York ştatı – 23 yanvar 2002[…], Kembric, Massaçusets) — Amerikalı filosof, "Anarxiya, Dövlət və Ütopiya" kitabı ilə tanınır. Robert Nozik, miqrant bir ailənin övladı olaraq Bruklində doğulmuşdur. Nozik 1959-cu ildə Kolumbiya Universitetindən məzun olarkən sosialist görüşlü və solçu qruplaşmalarından birinin üzvü idi. Daha sonra siyasi fikirləri Prinston,Oksford və Rokfeller universitetlərində işlədikdən sonra 1965-ci ildə Harvard universitetinə qəbul olmuşdur.1969-da fəlsəfə professoru olmuş və ömrünün sonuna kimi orada işləmişdir.
Torben Vosik
Torben Vosik (8 oktyabr 1973) — Almaniyanı təmsil edən stolüstü tennisçi. Torben Vosik Almaniyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Vorvik Tibb Məktəbi
Vorvik Tibb Məktəbi (ing. Warwick Medical School) — Vorvik Universitetinin Tibb fakültəsinin nəzdində olan təhsil müəssisəsi. 2000-ci ilin sentyabrında fəaliyyətə başlamış və ilk tələbələrini də elə həmin il qəbul etmişdir. 2004-cü ildə bu məktəbi 64 məzun bitirmişdir. Həmin ilin oktyabrında isə məktəbə 403 tələbə qəbul edilmişdir. Məktəbin fəaliyyəti sayəsində Vorvik Universiteti 2007-ci ildən tibb üzrə elmi dərəcə vermək hüququ əldə etmişdir. Vorvik Tibb Məktəbi universitetin bir çox bölmələri ilə birgə fəaliyyət göstərərək beynəlxalq səviyyədə tibbi araşdırmalar aparır. Məktəb Koventri və Vorvikşir NHS Trust universitet xəstəxanaları, Vorvikşir Diabet, Endokrinologiya və Metabolizm İnstitutu ilə əməkdaşlıq edir. 2009-2010-cu tədris ilində Vorvik Tibb Məktəbində 1 il təhsil alan əcnəbi tələbələr üçün 13720, 2-4 il təhsil alan tələbələr üçün isə 24990 funt-sterlinq olmuşdur.
Vorvik İncəsənət Mərkəzi
Vorvik İncəsənət Mərkəzi (ing. Warwick Arts Centre) — Böyük Britaniyanın Londondan kənarda yerləşən ən böyük mədəniyyət mərkəzidir; Vorvik Universitetinə məxsusdur. Mərkəz Cek Martin ailəsinin Vorvik Universitetinə xeyriyyə yardımları hesabına yaradılmışdır. 2009-cu ilin yazında yenidən tikilmiş binası istifadəyə verilmişdir. Mərkəzdə hər il 3000-dən çox müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərə klassik və müasir musiqi, dram, rəqs, komediya, film və təsviri incəsənət aiddir. Mərkəzin ildə 300000-dən çox ziyarətçisi olur. Burada konsert zalı, iki teatr, kinozal, Mid qalereyası, musiqi mərkəzi, konfrans zalları, lüks otaqlar, restoran, kafe, mağazalar, iki bar, kitab mağazası və s. mövcuddur. Mərkəzin Battervort zalı 1500-dən çox tamaşaçı tutumuna malikdir.
Vörcin (Formula-1 komandası)
Vörcin (ing. Virgin Racing) avtomobil yarış komandası, 2010-2011-ci illərdə Formula 1-də iştirak etmişdir.Bu yarışda iştirak etmək üçün komanda, hüquqları 2009,12 iyunda alır. Koomandanın prototipi Formula 3 yarışlarında iştirak edən Manor Motorsport idi və komanda 2010-cu il başlanğıc sezonda Manor Grand Prix adı altında çıxış etməli idi. Lakin komanda Richard Branson tərəfindən alındı və Virgin Racing adına dəyişdirildi. Komanda Britaniya lisenziyasına sahib idi. Nikola Fomeko rəhbərlik etdiyi Marusya motors komandanın sponsoru idi. Həmçinin Fomenka mühəndislik şöbəsinə rəhbərlik edirdi. 2010 cu ildə komanda bütövlükdə satıldı və Marussia Virgin Racing adına dəyişdirildi. 2012-ci ildə Komanda Rusiya bayrağı altında fəaliyyət göstərdi və ad dəyişilərək Маруся oldu. Vörcin və Marusya komandaları Cosworth mühərriklərindən istifadə edirdi.
Riçard Nevil (Vorvik qrafı)
Riçard Nevil (ing. Richard Neville; 22 noyabr 1428, Noric – 14 aprel 1471, Barnet borosu, Böyük London regionu[d]) — ingilis əsilzadəsi, Güllər müharibəsi dövrünün mühüm tarixi şəxsiyyətlərindən biri. Evlilik yoluyla Vorvik qrafı, dövrün ən zəngin və güclü ingilis əsilzadəsi oldu. Güllər müharibəsinin ilk illərində qohum olduğu York ailəsini dəstəkləsə də, daha sonra Lankasterlərin cəbhəsinə qoşuldu və 2 kralın taxtdan endirilməsinə təsir etdi. İlk başda siyasi mübarizə olaraq başlayan sürtüşmə, atası Salisburi qrafı ilə Yorklu Riçardın döyüş meydanında öldürülməsinin ardından üsyana çevrildi. Bibisi oğlu olan Yorklu Eduardla birləşərək VI Henrini taxtdan endirdi və onu IV Eduard adıyla taxta çıxardı. Bu səbəblə bir çox mənbədə Kral Yaradan (ing. Kingmaker) olaraq adlandırılır. Ancaq xarici siyasət və kralın Yelizaveta Vudvillə olan evliliyi səbəbilə IV Eduardla münasibətləri pisləşdi. Kralın qardaşı Klarens hersoqu Corc Plantageneti taxta çıxarmağı planlaşdırdı ancaq uğursuz bir cəhdin ardından VI Henrini yenidən taxta çıxardı.