Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sororat
Sororat (lat. “soror” - bacı) — nigahın qədim kəbin formalarından biri, arvadı vəfat etmiş kişinin öz subay baldızı ilə evlənməsi. Sororat adəti arvadı vəfat etmiş cavan kişinin subay baldızı ilə evlənməsinə icazə verirdi. Sororat adəti anasız qalmış uşaqların qayğısına qalmaq zərurətilə bağlı idi. Belə hesab olunurdu ki, vəfat etmiş bacının uşaqlarına hamıdan yaxşı ana onların xalası ola bilər.
Vorotan
Şahverdilər (erm. Որոտան; Vorotan) — Ermənstanın Gorus rayonunun Sünik mərzində kənd. Şahverdilər kəndi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına bağlı olmuşdur. Andronikin və Nijdehin quldur dəstələri 1918-ci ilin avqust-sentyabr aylarında kəndə basqın edib dağıtmış, kənd camaatını qətlə yetirmişlər. Sağ qalan əhali kəndi tərk etmək məcburiyyəti qarşısında qalmışdır. SSRİ dövründə bəzi kənd sakinləri geri dönmüş və kənddə yaşamağa başlamışlar. 1961-ci ildə Tatev su-elektrik stansiyası tikilərkən kəndin adı dəyişdirilərək, "Vorotan" qəsəbəsi adlandırılmışdır. 1988-ci ildə kənddə yaşayan azərbaycanlılar Ermənistan SSR-də yaşayan digər soydaşları kimi deportasiyaya məruz qalmışlar və öz yurd-yuvalarını tərk etmişlər. 1933-cü ildə kənddə kolxoz qurulmuş, 1935-ci ildə isə ibtidai məktəb açılmışdır. Şahverdilərdə 8 illik məktəb, kitabxana, klub, tibb məntəqəsi, poçt binası, mağaza fəaliyət göstərirdi.
Koroça
Koroça — Rusiya Federasiyasında yerləşən şəhər, Belqorod vilayətinə daxildir.
Mikola Voroxta
Mikola Voroxta (ukr. Микола Ворохта; 18 iyul 1947) – Odessa şəhərində yaşayan və fəaliyyət göstərən Ukrayna rəssamı. 2014-cü ildə Ukraynanın əməkdar artisti adına layiq görülmüşdür. Mikola Voroxta 1971-ci ildə Odessa Pedaqoji İnstitutunun incəsənət fakültəsini bitirmişdir. 1974–1998-ci illərdə Odessa Dövlət İnşaat Mühəndisliyi və Memarlıq Akademiyasının incəsənət bölməsində mühazirələr vermişdir. 1995-ci ildə Ukrayna Rəssamlarının Milli İttifaqının üzvlüyünə qəbul edilmişdir. Onun rəsm işləri Ukrayna Mədəniyyət Nazirliyi, Slovakiyanın Ukrayna və Rusiya Mədəniyyəti Muzeyi, Palanok Tarix Muzeyi, Odessa Qərb və Şərq İncəsənəti Muzeyi və İlliçivsk İncəsənət Muzeyinin kolleksiyalarına daxil edilmişdir. Bundan əlavə, Ukrayna, Rusiya, Birləşmiş Krallıq, ABŞ, Fransa, Yaponiya, İsveçrə, Norveç, İtaliya, Portuqaliya, Almaniya, Çin və başqa ölkələrdə şəxsi kolleksiyalarda onun əsərlərinə rast gəlmək mümkündür. "Zgurt" adlı rəssam qrupunun yaradıcısı və başçısıdır. Odessa Regional Şurası mədəniyyət və incəsənət sahələrindəki töhfələrinə görə ona fəxri diplom təqdim etmişdir.
Zolotıe vorota metrostansiyası
«Zolotıe vorota» (ukr. «Золоті́ воро́та», ; azərb. Qızıl darvaza‎) — Kiev metropoliteninin 29-cu stansiyası. Stansiya Sresko-Peçerski xəttində, «Lukyanovskaya» və «Dvores sporta» stansiyaları arasında yerləşir. Stansiya 31 dekabr 1989-cu ildə istismara verilib. Stansiya öz adını yaxınlıqda yerləşən şəhərin tarixi ərazisindən almışdır. Ümumi sərnişin istifadəsi — 19,9 min adam/sutka. 2011-ci ildən stansiya "mədəni irs yeri", memarlıq və şəhərsalma abidəsi, monumental sənət abidəsi statusunu əldə etmişdir. Zolotıe vorota stansıyasının ilkin layihəsi daha sadə və bəsit idi. Sonradan həm dərinlik artırıldı, həm də həcmi genişləndirildi.