Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vyetnamca
Vyetnam dili (3 milyon xaricdə olanlar daxil olmaqla)(tiếng Việt; 㗂越) Vyetnamın milli və rəsmi dilidir.Vyetnam dili Vyetnam xalqının və üç milyon xaricdə yaşayan Vyetnamlıların ana dilidir.Avstroasiya dil ailəsinin bir hissəsidir.
Vyetnamca Vikipediya
Vyetnam Vikipediyasi (vyet. Wikipedia tiếng Việt) — Vikipediyanin vyetnam dilində olan bölməsi. Vyetnam vikipediyasinin ilk məqaləsi 2002-ci ilin noyabr ayında oldu. Əsl inkişafı yalniz 2003-cü ildə bölmənin yenidən buraxılışından sonra baş verdi. 9 aprel 2015-ci il tarixinə səhifədə 1,131,950 məqalə var.
Vyetnamda müharibə
Vyetnam müharibəsi, Azərbaycandilli sovet mənbələrində Vyetnamda Amerika təcavüzü - Vyet Konq kimi tanınan Şimali Vyetnamın kommunist hərəkatı və müttəfiqlərinin Cənubi Vyetnam və onun əsas müttəfiqi olan ABŞ-yə qarşı durduğu uzunmüddətli və baha başa gələn bir münaqişə olmuşdur. Müharibə 1954-cü ildə, Şimali Vyetnamda Xo Şi Min və onun kommunist Vyet Minh partiyasının hakimiyyətə gəlməsi ilə başlamış və iki fövqəldövlət, ABŞ və SSRİ arasında Soyuq Müharibə nəticəsində daha da şiddətlənmişdir. Vyetnam müharibəsində yarıdan çoxu Vyetnamın dinc əhalisi olmaqla, 3 milyon insan (58 000 amerikalı) həlak olmuşdur. 1969-cu ildən etibarən, ABŞ-nin müharibəyə ən yaxından cəlb olunduğu dövrdə Vyetnam münaqişəsində 500 000 nəfərdən çox hərbi qulluqçu iştirak etmişdir. 1973-cü ildə prezident Riçard Niksonun ABŞ qüvvələrinin geri çəkilməsi haqqında əmrindən həm əvvəl, həm də sonra ABŞ-də müharibə əleyhdarı qüvvələrin artması amerikalılar arasında daha ciddi fikir ayrılıqlarının yaranmasına səbəb olmuşdur. 1975-ci ildə kommunist qüvvələrin Sayqonu ələ keçirməsi ilə Vyetnam müharibəsi bitmiş və növbəti il ölkə Vyetnam Sosialist Respublikası adı altında birləşdirilmişdir. İkinci Dünya müharibəsi dövründə Yaponiya Cənub-Şərqi Asiyada, Hind-Çin yarımadasının şərq ucqarında yerləşən və 19-cu əsrə qədər Fransanın hakimiyyəti altında olmuş Vyetnama qoşun yeritdi və onu işğal etdi. Çin və Sovet kommunizmindən ilhamlanan Ho Çi Minh Yaponiya və Fransa müstəmləkə idarəçiliyi ilə mübarizə aparmaq üçün Vyet Minhi, Müstəqil Vyetnam Liqasını yaratdı. 1945-ci ildə Yaponiya müstəqil Vyetnamın idarəsini Fransız təhsilli İmperator Bao Daiyə buraxaraq öz qoşunlarını geri çəkdi. Ho Çi Minhin Vyet Minh qüvvələri dərhal ayağa qalxaraq Hanoyun şimal şəhərini ələ keçirdi və Honun prezidentliyi altında Demokratik Vyetnam Respublikasını (VDR) elan etdi.
Vyetnamda din
Vyetnamda din— vyetnamlıların əksəriyyəti heç bir mütəşəkkil dinə riayət etmir. Vyetnama gələn ilk dinlər Mahayana Buddizmi, Konfutsiçilik və Taoizmdir; onlara üç din (tam giáo) deyilir. 2010-cu ildəki hesablamalara görə, Vyetnam xalqının əksəriyyəti xalq dinlərinə etiqad edir (45,3%). Əhalinin 16,4%-i Buddist, 8,2%-i Xristian, 30%-ə yaxını isə heç bir dinə bağlı deyildi. Rəsmi olaraq Vyetnam Sosialist Respublikası kommunist hökuməti tərəfindən elan edildiyi kimi ateist dövlətdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2018-ci il statistikasına əsasən, buddistlər ümumi əhalinin 14,9%-ni, xristianlar 8,5%-ni (katoliklər 7,4% və protestantlar 1,1%), Hoahao buddistləri 1,5%-ni və kaodaizm ardıcılları 1,2%-ni təşkil edir. Digər dinlərə Hinduizm, İslam və Bəhai inancı daxildir ki, bu da əhalinin 0,2%-dən azını təşkil edir. Hökumət statistikasına daxil edilməyən xalq dinləri (əcdadlara, tanrılara və ilahələrə sitayiş) 1980-ci illərdən etibarən yenidən canlanmağa başlamışdır. Buddizm Vyetnama eramızın 2-ci əsrində gəldi. Çindən Mahayana Buddizmi təxminən eramızın 300-cü illərində Hong Hi Deltasına daxil oldu.
Vyetnamda meşəsizləşdirmə
Vyetnamda meşəsizləşdirmə — Vyetnamda meşə torpaqlarının meşə örtüyü olmayan torpaqlara çevrilməsi prosesi. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2005-ci il hesabatına görə, Vyetnam dünyada əsas meşələrin meşəsizləşdirməsinə görə Nigeriyadan sonra ikinci yerdədir. Bununla belə, ümumi meşə örtüyünə gəldikdə, Vyetnam meşə keçidinə məruz qalmışdır. Onun meşə örtüyü 1990-cı illərin əvvəllərindən, onilliklər ərzində baş tutan meşəsizləşdirmədən sonra artmışdır. 2005-ci ilə kimi, Vyetnamın torpaq örtüyünün 39.7%-i, yəni 12,931,000 hektar ərazi meşə ilə örtülmüşdür. Buna baxmayaraq, yalnız 85,000 hektar (torpaq örtüyünün 0.7%-i) ərazi ən çox biomüxtəlifliyə malik olan əsas meşə növündə idi.
Vyetnamda rabitə
Vyetnam rabitəsi – Vyetnam iqtisadiyyatında rabitə dinamik inkişaf edən sahədir. Beynəlxalq Elektrikrabitə İttifaqının qərarına əsasən, Vyetnam rabitə bazarında artım və telekommunikasiyanın modernləşmə tempinə görə dünyanın lider onluğuna daxildir və bu göstəricilərə görə 2002-ci ildə 2-ci yeri tutmuşdur. İlbəil ölkədə rabitə sahəsində irəliləyiş qeydə alınır. Hələ 1986-cı ildə ölkədə aparılan islahatlar zamanı cəmi 80 min telefon xətti mövcud idi, yəni demək olar ki, min nəfərə 1 telefon düşürdu. 1994-cü ildə çətinliklər aradan qaldırıldı və nəticədə 100 nəfərə bir telefon xətti düşürdü. 2001-ci ildə bu göstərici 4,5, 2003-cü ildə isə 7,5 telefon xəttinə bərabər idi. Bununla yanaşı kənd yerlərində rabitədən geniş istifadəni nəzərə alaraq 6 min poçt şöbəsi və mədəniyyət mərkəzləri açılmışdır. Hökumət 2005-ci ilin sonuna bütün kənd yaşayış məntəqələrinin telefonlaşdırılmasını qarşısına məqsəd qoymuşdur. 2001-ci ildə "poçt xidməti və telekommunikasiyanın inkişaf strategiyası"na uyğun olaraq 2005-ci ilin sonuna Vyetnamda hər 100 nəfərə 8–10, 2010-cu ildə isə 15–18 telefon düşəcəyi nəzərdə tutulub. 2020-ci ildə isə B-İSDN, ATM, SDH və digər texnologiyalar əsasında rabitə infrastrukturunun modernləşməsi işinin başa çatdırılması planlaşdırılıb.
Vyetnamda müharibə (1945–1946)
Vyetnamda 1945–1946-cı illər müharibəsi, britaniyalılar tərəfindən "Masterdom" əməliyyatı (ing. Operation Masterdom) və vyetnamlılar tərəfindən Cənub Müqavimət müharibəsi (vyet. Nam Bộ kháng chiến) — İkinci Dünya müharibəsi zamanı Yaponiyanın danışıqsız təslim olmasından sonra ölkənin cənub yarısına nəzarət etmək üçün Vyetnam kommunist hərəkatı olan Vyetminə qarşı, əsasən, Britaniya–Hindistan və Fransa işçi qrupunun, həmçinin Yaponiyanın Cənubi Ekspedisiya Ordu Qrupundan qoşunlarının iştirak etdiyi silahlı münaqişə. Tanınan üç Hind-Çin müharibələrinə nisbətən daha çox gözardı edilir, 1945-ci ildən 1946-cı ilə qədər Yaponiya qüvvələrinin təslim olmasını qəbul etmək üçün Sayqona eniş edən Britaniya işğal qüvvələrinin nəticəsində yaranan qısamüddətli, lakin əhəmiyyətli ilk münaqişəni nəzərdən qaçırılır. Vyetmin koalisiya birləşmələri tərəfindən məğlub edilmiş və Vyetnama nəzarət Fransa müstəmləkə imperiyası tərəfindən yenidən gücləndirilmiş, bu da Birinci Hind-Çin müharibəsi ilə nəticələnmişdir.
Şimali Vyetnamda parlament seçkiləri (1960)
Şimali Vyetnamda parlament seçkiləri — 8 may 1960-cı ildə Şimali Vyetnamda keçirilən parlament seçkiləri. Yalnız Vyetnam Vətən Cəbhəsini (Vyetnam Fəhlə Partiyasının müxtəlif blok partiyaları və peyk təşkilatları ilə alyansı) təmsil edən namizədlər seçkiyə qatılmış, əlavə 59 yer isə 1946-cı ildə Cənubi Vyetnama çevrilən vilayətdən seçilən deputatlar üçün ayrılmışdır. Seçici fəallığının 99,9 faiz olduğu qeyd edilmişdir.
Şimali Vyetnamda parlament seçkiləri (1964)
Şimali Vyetnamda parlament seçkiləri — 26 aprel 1964-cü ildə Şimali Vyetnamda keçirilən parlament seçkiləri. Yalnız Vyetnam Vətən Cəbhəsini (Vyetnam Fəhlə Partiyasının müxtəlif blok partiyaları və peyk təşkilatları ilə alyansı) təmsil edən namizədlər seçkiyə qatılmışdır. Seçici fəallığının 98% olduğu qeyd edilmişdir.
Şimali Vyetnamda parlament seçkiləri (1971)
Şimali Vyetnamda parlament seçkiləri — 11 aprel 1971 ildə Şimali Vyetnamda keçirilən parlament seçkiləri. Yalnız Vyetnam Vətən Cəbhəsini (Vyetnam Fəhlə Partiyasının müxtəlif blok partiyaları və peyk təşkilatları ilə alyansı) təmsil edən namizədlər seçkiyə qatılmışdır. Seçici fəallığının 98.9% faiz olduğu qeyd edilmişdir.
Şimali Vyetnamda parlament seçkiləri (1975)
Şimali Vyetnamda parlament seçkiləri — 6 aprel 1975-ci ildə Şimali Vyetnamda keçirilən parlament seçkiləri. Vyetnam Vətən Cəbhəsi 424 yerin hamısını qazanmışdır. Seçici fəallığının 98,26% olduğu qeyd edilmişdir. Bu, Şimali Vyetnamda keçirilən son seçkilər idi, çünki növbəti il Vyetnamın yenidən birləşmişdir.
Vyetnama Hərbi Yardım Təminatı Komandanlığı
Vyetnama Hərbi Yardım Təminatı Komandanlığı (ing. U. S. Military Assistance Command, Vietnam), VHYTK və ya MACV — Vyetnam müharibəsi zamanı mövcud olan və bütün ABŞ qoşunlarına rəhbərlik edən ABŞ Müdafiə Departamentinin nəzdində birgə qərargah strukturu. Əvvəlcə VHYTK yalnız Cənubi Vyetnama hərbi yardımın göstərilməsinə nəzarət edən Vyetnamda Hərbi Yardım Təminatı Məsləhət Qrupunun köməkçi təşkilatı hesab olunurdu. Komandanlıq 8 fevral 1962-ci ildə ABŞ-nin Cənubi Vyetnama göstərdiyi hərbi yardımın həcminin genişləndirilməsi ilə əlaqədar yaradılmışdır. 15 may 1964-cü ildə artıq çox böyük olan məsləhət qrupu VHYTK-yə daxil edilmişdir. 29 mart 1973-cü ildə VHYTK ləğv edilmişdir. Onun əvəzinə bir sıra VHYTK funksiyalarını (Paris sülh sazişinə əsasən qoyulmuş məhdudiyyətlər ilə) özündə saxlayan və Sayqonun süqutuna qədər fəaliyyət göstərən Sayqon müdafiə attaşe ofisi fəaliyyət göstərmişdir. "ADVISING THE REPUBLIC OF VIETNAM" (ingilis). richmond.edu. 2008-12-03 tarixində arxivləşdirilib.
Vyetnamda 1945-ci il Avqust inqilabı
Vyetnamda 1945-ci il Avqust inqilabı (vyet. Cách mạng Tháng Tám) — İkinci Dünya müharibəsinin sonunda Vyetnamda qısa müddət ərzində mövcud olmuş, yaponpərəst kukla rejimi olan Vyetnam imperiyasını devirən milli azadlıq inqilabı. Avqust inqilabı Vyetnam xalqının XIX əsrin ikinci yarısında ölkəni zəbt etmiş Fransa müstəmləkəçilərinə və 1940-cı ildə Vyetnamı özünə tabe etmiş yapon işğalçılarına qarşı apardığı mübarizənin nəticəsi idi. XIX əsrin ikinci yarısında Vyetnam Fransanın müstəmləkəsi olmuş, 1887-ci ildə yaradılmış Fransa Hind-Çin İttifaqının bir hissəsinə çevrilmişdir. Fransanın süqutundan qısa müddət sonra Hind-Çin müstəmləkə administrasiyası Yaponiyaya güzəştə getməyə məcbur olmuşdur. Fransa Hind-Çini Yaponiyanın iqtisadi və hərbi nəzarəti altına alınmışdı. Vyetnam ərazisinə imperiyanın hərbi birləşmələri daxil edilmiş və ölkədə faktiki olaraq Yaponiya ilə Vişi rejiminin birgə protektoratı qurulmuşdur. Buna baxmayaraq, rəsmi olaraq ölkədəki bütün hakimiyyət general-qubernator Dekunun başçılıq etdiyi Vişi administrasiyasının əlində qalmışdır. 1941-ci ilin mayında Ho Şi Minin başçılıq etdiyi Hind-Çin Kommunist Partiyasının VIII Plenumu keçirilmişdir. Burada "Vyetnam Müstəqillik Liqası" olan Vyetminin yaradılması haqqında rəsmi qərar qəbul edilmişdir.
Vyetnama Hərbi Yardım Təminatı Komandanlığı – Tədqiqat və Müşahidə Qrupu
Vyetnama Hərbi Yardım Təminatı Komandanlığı – Tədqiqat və Müşahidə Qrupu (ing. Military Assistance Command, Vietnam – Studies and Observations Group, MACV-SOG) — Vyetnam müharibəsindən əvvəl və müharibə zamanı gizli qeyri-ənənəvi müharibə əməliyyatları həyata keçirən yüksək dərəcədə məxfi, çoxxidmətli ABŞ xüsusi əməliyyat birlik. 24 yanvar 1964-cü ildə yaradılmışdır. Vyetnam Respublikasında (Cənubi Vyetnam), Vyetnam Demokratik Respublikasında (Şimali Vyetnam), Laosda və Kambocada strateji kəşfiyyat missiyaları həyata keçirmişdir. "MACV-SOG" düşmən əsirlərini ələ keçirmiş, vurulan pilotları xilas etmiş, Cənub-Şərqi Asiyada hərbi əsirləri geri qaytarmaq üçün xilasetmə əməliyyatları aparmış, gizli agent qruplarının fəaliyyəti və psixoloji əməliyyatlar aparmışdır. Birlik Vyetnam müharibəsinin əhəmiyyətli kampaniyalarının əksəriyyətində, o cümlədən ABŞ-nin artan iştirakına səbəb olan Tonkin körfəzi hadisəsində, Polad pələng əməliyyatı, Pələng köpək əməliyyatı, Tet hücumu, Kamboca kampaniyası, Lamşon 719 əməliyyatında və Pasxa hücumunda iştirak etmişdir. Birlik öz fəaliyyətinin Vyetnam Respublikası Ordusunun Strateji Texniki Direktorluğuna köçürülməsini dəstəkləmək üçün 1 may 1972-ci ildə ixtisar edilmiş və Strateji Texniki Müdirliyə Yardım Qrupu 158 adlandırılmışdır. Bu, Vyetnamlaşdırma səylərinin bir hissəsi idi. Vyetnama Hərbi Yardım Təminatı Komandanlığı – Tədqiqat və Müşahidə Qrupu 24 yanvar 1964-cü ildə Vyetnama Hərbi Yardım Təminatı Komandanlığının köməkçi komandanlığı kimi Birləşmiş Qərargah Rəisləri tərəfindən yaradılmış çox məxfi, birgə qeyri-ənənəvi döyüş tapşırıq qrupu idi. Bu, ilk növbədə Birləşmiş Ştatlar Ordusunun Xüsusi Qüvvələrinin, Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin, Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinin, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) şəxsi heyətindən və Birləşmiş Ştatların Dəniz Piyadaları Qüvvələrinin kəşfiyyat bölmələrinin elementlərindən ibarət idi.