Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Olenok
Olenok (saxa Өлөөн) — Rusiya ərazisində Şərqi Sibirdən axan çay. Krasnoyarsk diyarı ərazisindən axaraq Yakutiya ərazisində dənizə tökülür. Rusiyanın ən uzun çaylarından biridir. Cəmi 92 km məsafədə naviqasiya mümkündür Çay Orta Sibir öndağlığı ilə Şimali Sibir çökəkliyi ilə axır. Laptevlər dənizinə daxil olan Olenok körfəzinə tökülür. Dənizə töküldüyü yerdə sahəsi 475 km² olan delta əmələ gətirir. Çayın uzunluğu 2292 km, hövzəsinin sahəsi 219 min. km² təşkil edir. Çayın deltasında bir qrup adalar vardır: Canqılax, Kuqun-Arıta, Ulaxan Arı (iri adalar), Bılıktax-Arıta, Oççuquy-Arı, Oqonner-Arıta, Ot-Arı, Bolder-Arıta, Syuqyulder-Arlta, Olete-Arıta, Okuollax-Arıta, Kersyose-Arıta, Xobuox-Arıta, Kasyan-Arıta, Şved-Mayaktax-Arıta, Eppet-Belkey, Kyiryor-Arı, Tonqolox-Belkee, Xastax-Arı, Tiqyan-Arı, Xaxıs-Belkee, Borid-Arıta, İsay-Belkee (kiçik adaları). Çayın dənizə töküldüyü yerdə Şaxtalax-Arı adası yerləşir.
Stenop
Stenop (fr. Sténopé) — obyektivsiz, əvəzində diafraqma şəklində kiçik dəlikdən və qarşısında işıq keçirməz qutudan ibarət fotoqrafik cihazdır. Obyektlərdən əks olunan işıq şüaları kiçik dəlikdən keçərək fotoapparatın divarinda tərsinə çevrilmiş təsvir yaradır. Müasir fotoqrafiyada "pinhol" (ing. Pinhole — "iynə dəliyi") adı da geniş yayılmışdır. Dəliyin diametri ilə dəliklə işığahəssas materialın arasındakı məsafənin nisbətinə əməl edildikdə daha çox sahə dərinliyi olan təsvir əldə edilir. Stenopun əsas üstünlüklərindən biri onun sonsuz sahə dərinliyinə malik olmasıdır. Dəliyin kiçik olması ilə əlaqədar olaraq ekspozisiya üçün saniələrlə, saatlarla hətta günlərlə vaxt tələb edilə bilər. Stenopdan yüxu gördüyümüz təsvirlərə bənzər landşaft şəkilləri çəkmək üçün də istifadə edilir. Stenoplar adətən fotoqraflar tərəfindən əldə düzəldilir.
Tenon
Vətər (yun.tenon, lat.tendo) — əzələnin quruluş hissəsi. Əzələ liflərinin ucları nazikləşərək sərt kollagen birləşdirici toxuma ya vətər liflərinə keçirlər. Bir neçə vətər lifi toplaşaraq ilkin vətər dəstələri əmələ gətirir, bunların birləşməsindən ikinci dərəc bunlardan da üçüncü və dördüncü dərəcə dəstələr əmələ gəlir. Nəhayət son dəstələr toplaşaraq vətəri təşkil edirlər.
Tenor
Bir tenor, vokal diapazonu countertenor və bariton səs növləri arasında olan klassik kişi oxuma səsinin bir növüdür. Kişi səs növlərinin ən yüksəklərindən biridir. Tenorun vokal diapazonu C5-ə qədər uzanır. Kiracılar üçün ən aşağı hədd təxminən A ♭ 2-dir (C-nin altından iki A ♭). Ən yüksək həddə, bəzi tenorlar orta C-dən (F5) yuxarıdakı ikinci F-ə qədər səsləndirə bilərlər. , və tenor buffo və ya spieltenor.
Tenöy
Tenöy (fr. Theneuille) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03282. 2008-ci ildə əhalinin sayı 396 nəfər təşkil edirdi. 2007-ci ildə 243 yaşda olan (15-64 yaş arasında) 160 nəfər iqtisadi fəal, 83 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 65.8%, 1999-cu ildə 64.2%) idi. Fəal olan 160 nəfərdən 141 nəfər (79 kişi və 62 qadın), 19 nəfər işsiz (9 kişi və 10 qadın) idi. 83 hərəkətsiz 20 nəfər arasında şagird və ya tələbə, 38 nəfər təqaüdçü, 25 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Tənək
Mədəni üzüm (lat. Vitis vinifera) - üzüm cinsinə aid bitki növü. Аzərbаycаn, Оrtа Аsiyа, Rusiya, Ukrayna, Moldaviya, Gürcüstan, Türkiyə, İrаn, Əlcəzаir, Аvrоpа və Şimаli Аmеrikа ölkələrində təbii аrеаllаrı vаrdır. Naxçıvan MR, Zаqаtаlа-Bаlаkən, Lеrik, Yаrdımlı, Оğuz, Qəbələ, Хаnlаr rаyоnlаrı ərаzilərində yаyılmışdır. Аzərbаycаnın nаdir, rеlikt bitki növüdür.VU D2. Meşələrdə, düzənliklərdən başlayıb orta dağ qurşağına qədər olan ərazilərdə rast gəlinir. Azərbaycanda arealı geniş deyildir. Mеşə üzümü sаrmаşаn və dırmаşаn bitkidir. Gövdəsinin rəngi bоzumtul olub nazik çıxıntılıdır. Yаrpаqlаrı sаdə, dilimlidir.
Utena
Utyana (lit. Utena) — Litvada şəhər. Narkunay kurqanının ətəyində I–II əsrlərə aid olan insan fəaliyyətinin izləri tapılıb. Hesab edirlər ki, şəhərin adı içindən axan Utyanele çayından götürülüb. Daha romantik versiyası isə Narkunay kurqanının yanında qala tikən Utyanis knyazı barəsindədir. Yepiskop M.Valançyusun "Antanas Tryatininkasın hekayələri"ndə də bu barədə söz açılır. Hekayəyə görə, Areqala Lyutauras knyazının oğlu kimi Utyanis Litvanın böyük knyazı titulunu almışdı. Qalanın tikintisi zamanı işçilərdən biri dağdan yıxılıb boynunu qırmışdı. Kahinin fikrincə, bu onun əlamətidir ki, gələcək qalanı dağıtmaq istəyəni də belə aqibət gözləyir. Əslində Narkunay şəhərinin adı əhl-səliblərin yürüşlərində tez-tez çəkilir.
Aortal stenoz
Aortal stenoz (daralması, qısa AS) — bədənin ən iri arteriyası sayılan, bütün bədənə qan aparan aortanın daralması. Stenozun yerindən asılı olaraq 3 növü ayırd edilir. Ən yayqın biçimi valvulyar (qapaq) daralmadır (75–80%). Aortal qapaq ürəyin sol mədəciyi və aorta arasında yerləşir. Sol mədəciyin və ürək çəpərinin əzələ kütləsinin böyüməsi və sol mədəciyin çıxış yolunun daralmasıyla səciyyələnən hipertrofik kardiomiopatiya da qazanılmış aortal stenozlardan sayılır. == Etiologiya == 70 yaşından erkən özünü büruzə verən aortal qapaq stenozu çox vaxt anadangəlmə ikitaylı aortal qapaq qüsuruyla bağlıdır. Anadangəlmə aortal qapaq stenozu daha çox kişi şeylaqlarında rast gəlinir, aortanın koarktasiyası və qalxan hissəsinin genişlənib yırtılmaya (disseksiya) uğramasına səbəb ola bilər. == Növləri == Aortanın 3 yerində anadangəlmə daralma ola bilər: Qapaq stenozu (valvulyar stenoz) Qapaqüstü stenoz (supravalvulyar stenoz) Qapaqaltı stenoz (subvalvulyar stenoz) == Əlamətlər == Xəstəliyin simptomları qüsurun dərəcəsindən asılıdır. Çox vaxt yüngül və orta dərəcəli qüsurlu insanlar şikayətsiz olur, və xəstəlik özünü ağır dərəcəyə çatanda büruzə verir. İlk bəlirti fiziki iş zamanı ortaya çıxan təngnəfəslik ola bilər: o, da o qədər xəfif ola bilər ki, xəstə onu sezməyə bilər.
Autenik mətn
Autenik mətn — Hansısa bir sənədin orijinal mətni. Beynəlxalq hüquqda beynəlxalq müqavilənin mətninin qəbul olunmasına prosesi autenik mətnin müəyyən edilməsi adlanır.
FK Utenis
FK Utenis (Litva dilində-Futbolo klubas "Utenis") — Litvanın futbol klubu. Utena şəhərində yerləşir. == Tarixi == 1933-cü ildə yaranan komanda. Utenis stadionunda keçirir.
Həzrət Urtenov
Həzrət Urtenov(1907–1955) —qaraçaylı şairi. == Həyatı == Həzrət Urtenov qaraçay poeziyasının banilərindən biridir. O, Böyük Qaraçaydakı Kart Yurd (Kart-Curt) aulunda doğulduğundan əksər əsərlərini "Həzrət Kart-Yurdlu" təxəllüsu ilə yazmışdır. Doğma aulda mədrəsədə təhsil aldıqdan sonra, elə oradaca ibtidai məktəbi rus dilində başa vurub Simferopolda Krım-Tatar Pedaqoji Texnikumunda təhsilini (1926) davam etdirib. Ərəb, rus və bir sıra türk dillərini (qumux, Krım-tatar və s.) mükəmməl bilirdi. XX əsrin 20-ci illərindən Həzrət Urtenov Krım ədəbi həyatı ilə yaxından bağlı olur. Bu bağlılıq gənc H. Urtenovun istedadanın daha da çiçəklənməsinə və inkişafına kömək etməklə, onun poetik ustalığının formalaşmasında mühüm rol oynayır. Pedaqoji Texnikumda yerliləri – qaraçay şairi Həsən Bostanov və malkar şairi Səid Şahmurzayevlə birgə təhsil alır. Adları çəkilən bu ziyalılar arasındakı dostluq ömur boyu möhkəmləndirilib və inkişaf etdirilib. Qaynar Krım mühiti, burada vətənpərvər ruhlu insanlarla ünsiyyət, iştirak etdiyi ədəbi-bədii dərnəklərdə olan istedadlı tələblərlə apardığı diskussiya və mübahisələr Həzrətin dünyagörüşünün formalaşmasına güclü təkan verir.
Olenok körfəzi
Olenok körfəzi — Laptevlər dənizində yerləşən körfəz. Körfəzin uzunluğu 65 km, eni isə 130 km-dir. Ən dərin yeri 15 metrdir. Lena deltasından qərbdə yerləşir. İlin böyük qismi buzla örtülüdür. Avqust-sentyabr ayları buzdan azad olur. Körfəzin suyu az duzludur. Bu səbəbdən burada şirin su balıqlarını görmək olar. Körfəzə Olenok çayı tökülür. Şərq sahillərini Lena deltası şəkilləndirir.
Olenok ulusu
Olenok ulusu (saxa Өлөөн улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Olenok kəndidir. Ulusun sahəsi 318.0 min km²-dir. Saxanın ən böyük ulusudur. Sahəsi Saxa Respublikasındakı ən kiçik olan Meqino-Xanqalas ulusundan 27 dəfə daha böyükdür. Ulus şimaldan Anabar ulusu, şimal-şərqdən Bulun ulusu, şərqdən Jıqan, Vilyoy ulusu, Yuxarı Vilyoy ulusu, cənub-şərqdən Nyurba ulusu, cənubdan Mirnı ulusu ilə həmsərhəddir. Həmçinin Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ilə həmsərhədə malikdir. Respublikanın şimal-qərbində, Arktika Dairəsindən kənarda, Olenok və Anabar çaylarının hövzələrində yerləşir. Yakutskdan rayon mərkəzinə getmək üçün min kilometrdən çox yol qət etmək lazımdır. Avtomobil yolu ilə 2026 km, su ilə 3989 km.
Utenis FK
FK Utenis (Litva dilində-Futbolo klubas "Utenis") — Litvanın futbol klubu. Utena şəhərində yerləşir. 1933-cü ildə yaranan komanda. Utenis stadionunda keçirir.
Utyonok adası
Utyonok adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizində, Demyan Bednıy adalarının qərbində, Komsomoles adasından 10 km şimal-qərbdə yerləşir. Utyonıy adasından şimalda Şimal və Çervkyak adaları (müvafiq olaraq 1,2 və 0,8 km) yerləşir. Adalar arasında qumlu say yerləşir. Cənub-şərqində 1,4 km aralıda Raket adası yerləşir. Uzunluğu 950 metr təşkil edir. Adada iki yüksəklik vardır. Onlar adanın qərb və şərq hissəsində yerləşir. Ən hündür nöqtəsi 13 metrdir.
Anal stenoz
Anal stenoz — Anal kanalın daralması, diametrinin azalması və elastiklik qabiliyyətinin itirilməsi anal stenoz və ya anal darlıq adlandırılır. Anal darlıq həqiqi anatomik darlıq, əzələ sıxlıması və funksional daralma formalarında olur. Anodermada əməliyyatdan sonrakı çapıq toxumasının inkişafı həqiqi anal daralmadır. Anal kanalın normal diametri sakitlikdə 3 sm, açılma zamanı 5–9 sm, tam sıxılma zamanı isə 2,5 sm hədlərindədir.
Steno bredanensis
İridiş delfin (lat. Steno bredanensis) — Delfinlər fəsiləsinə daxil olan növ. İridiş delfinlər cinsinə daxil olan yeganə növ (Steno). Uzunluqları 209–265 sm, sinə üzgəcləri 36–49 sm, bel üzgəci 18–28 sm, çəkisi 90–155 kq təşkil edir. Erkəklər dişilərdən iri olur. Rəngi boz olub ağ ləkələrlə örtülüdür. Bu canlı əsasən tropik və subtropik qurşaqlarda yayılmışlar. Onlara nadir hallarda mükayim enliklərdə görmək olur. Onlara Siam körfəzi, Qırmızı dəniz, Meksika körfəzi, Karib dənizi və Kaliforniya körfəzi. Qidasının əsasını başıayaqlılara daxil olan molyusklar və balıqlar təşkil edir.
Tənək dolması
Yarpaq dolması — ümumi adı dolma olan yeməklərin üzüm yarpağı istifadə edilərək bişirilən xüsusi bir növü. Yarpaq dolmasının tərkibi digər dolmalardan bir az fərqlidir. Haqqında dəqiq tarixi məlumat çox az olsa da Türk — Azərbaycan mətbəxinin əsas yeməklərindən biridir. Bunu dolmanın adı sübut edir. Sonralar Osmanlı İmperiyası vasitəsilə başqa xalqların mətbəxinə daxil olmuşdur. Ət istifadə etmədən bişirilən növü dəli dolma vəya yalançı dolma adlanır.
Tənək ilbizi
Üç tenor
Üç tenor — ispan opera müğənniləri Plaçido Dominqo, Xose Karreras və italyan opera müğənnisi Luçano Pavarottinin birlikdə tarixi çıxışlarına verilən ad.
Lirik tenor
Lirik tenor (tenor "di-grace", it. Tenore di grazia — "lütf tenoru") — yumşaq, gümüşü tembrin səsi, hərəkətliliyi, həmçinin səsin böyük melodikliyinə malikdir. Lirik tenorun səs diapazonu yüksək do², do²-diez səviyyələrə çata bilər, lakin səs gücü baxımından dramatik tenordan xeyli aşağıdır. Lirik tenora o əsərlərin ifası həvalə olunur ki, orada hisslərin lirik diapazonunu ifadə etmək lazımdır, səsin yumşaqlığı, melodikliyi tələb olunur. Xorda lirik tenorlar adətən birinci tenor hissələrinə daxil edilirlər. == Lirik tenorların klassik opera partiyaları == Alfred (Cüzeppe Verdi, "Traviata") Berendey (Nikolay Rimsky-Korsakov, "Qar qız") Verter (Jules Massenet, "Verter") Vladimir İqoreviç (Alexander Borodin, "Şahzadə İqor") Hersoq (Cüzeppe Verdi, "Riqoletto") Qraf Almaviva (Cioacchino Rossini, "Sevilya bərbəri") Hindistanlı qonaq (Nikolay Rimsky-Korsakov, "Sadko") Levko (Nikolay Rimski-Korsakov, "May Gecəsi") Lenski (Pyotr Çaykovski, "Yevgeni Onegin") Nemorino (Donizetti, "Sevgi İksiri") == Həmçinin bax == Tenor Səs tembri Sergey Lemeşev == Ədəbiyyat == Самин Д. К. 100 Böyük Vokalist. Сикур П. И. Mən sənə mahnı oxuyacağam . Гозенпуд А. Qısa opera lüğəti. == Xarici keçidlər == Какие бывают ТЕНОРА?
Tenor-altino
Tenor altino, tenorino — tenorun ultra yüksək çeşididir. Diapazonu: — mi2, f2-ə qədər. Səs zərifliyi və gurultulu üst notlar ilə fərqlənir. Kiçik oktavanın aşağı yarısının notları kar və ifadəsizdir. Altino adətən daha yüksək kontrtenorla qarışdırılır, baxmayaraq ki, onlar həm səs xarakterinə, həm də anatomiyaya görə fərqlənirlər. Birincisi kifayət qədər maskulin tembrə malikdir və yuxarı notlar alındıqda səs bağları tamamilə sıxılır, ikincisi isə androqin səsə malikdir və yuxarı notlar falsetlə götürülür. Tenorino nadir səsdir, ona görə də onun repertuarı nisbətən kiçikdir. Belə səsə malik müğənnilərə operadan daha çox xorlarda və ya kamera teatrlarında rast gəlinir. N. A. Rimski-Korsakovun "Qızıl xoruz" operasından ulduz seyrçisi D. D. Şostakoviçin "Burun" operasından məhəllə nəzarətçisi A. Salyerinin "Tarar" operasından Kalpiqi M. Ravelin "Uşaq və sehr" operasından balaca qoca (Arifmetika müəllimi) Rodriqo Del Pozo Klaus Florian Foqt Кто такой ТЕНОР-АЛЬТИНО? Какие бывают ТЕНОРА?
Uenlok və Mandevil
Uenlok və Mandevil (ing. Wenlock and Mandeville) — 2012-ci il London Yay Olimpiya Oyunlarının talismanları 2012-ci il London Yay Olimpiya Oyunlarının ilk talismanları metal rəngdə Venlok və Mendevill adlı iki təkgözlü məxluqlar seçilmişdir. Maç Venlok kəndində XIX əsrdə idman oyunları keçirilib. Həmin oyunlar Pyer de Kuberteni Ümumdünya Olimpiya Oyunlarının yaradılmasına ruhlandırıb. Bukinhemşir qraflığında yerləşən Stouk Mandevill hospitalı isə Paralimpiya Oyunlarının dünyaya gəldiyi yer kimi göstərilir. Olimpiadanın talismanı olan kimi Venlok əllərində olimpiya halqalarının sayı qədər — 5 qolbaq gəzdirir. Mendevill isə öz baş forması ilə Paralimpiya Oyunları simvolunu təkrarlayır. Hər iki məxluqun alnında sarı fonarlar yanır. Bu isə London taksilərinin üstündəki analoji işarəni əks etdirir. Bu talismanları rəssam Maykl Morpuqro hazırlamışdır.
Unlu tənək yastıcası
İri tənək hafı
İri tənək hafı (lat. Hippotion celerio ) — pulcuqluqanadlılar dəstəsinin haflar fəsiləsinə aid növ. Nəsli kəsilməkdə olan növdür. Qanadları açıq halda 75 mm-dir. Ön qanadlar qəhvəyimtil-qonur olub, zirvədən əsasa doğru çəpinə xətt keçir, orta hücrənin zirvəsində ağ halqa ilə haşiyələnmiş qara nöqtə vardır. Arxa qanadlar çəhrayı rəngdədir, xarici kənarı tünd haşiyələnmişdir, əsasında da tünd rəngli xətt vardır. Qanadların damarları qaraya çalır. Cənubi Avropa, Kiçik Asiya, Şimali Afrika, Malay Arxipelaqı, Avstraliya, Kanar adaları, Orta Asiya, Cənubi Qafqaz, Azərbaycanda — Talış (Zuvand). Evritop növdür. Kəpənək iyunda uçur, yeganə fərdə yalnız Zuvandda rast gəlinmişdir.