Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Stolbı Dövlət Təbiət Qoruğu
Stolbı dövlət təbiət qoruğu - Şərqi Sayanın şərq hissəsində, Orta Sibir yaylası ilə sərhəddə, Krasnoyarsk diyarı ərazisində yerləşən qoruq. Mühafizə olunan ərazinin təbii sərhədləri Yeniseyin sağ qollarıdır: şimal-şərqdə - Bazaixa çayı, cənub və cənub-qərbdə Mana və Bolşaya Slizneva çayları. Şimal-şərqdən «stolbı»Krasnoyarsk şəhərinə bitişikdir. Qoruğun mühafizə zonasının sərhəddinə bir şəhər avtobus dayanacaq vardır. 1925-ci ildə Krasnoyarsk şəhər sakinlərinin təşəbbüsü ilə mənzərəli qayalar ətrafındakı təbii kompleksləri - sienit qalıqlarını qorumaq üçün qurulmuşdur. Hal-hazırda onun sahəsi 47,219 ha-dır. YUNESKO-nun Ümumdünya irsi Fondunun siyahısına təqdim edilmişdir. Altay-Sayan Ekoregion Təbiət Qoruqları və Milli Parklar Birliyinin üzvüdür. Qoruğun florasına təxminən 740 damarlı bitki və 260 növ yosun daxildir. Şərqi Sayansının orta dağlarına xas olan tayqa meşələri geniş ərazini tutur.
Tolpis
Tolpis (lat. Tolpis) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
STEPI
STEPI — Koreya Elm və Texnologiya Siyasəti İnstitutu STEPI Koreya Qabaqcıl Elm vəTexnologiya İnstitutunun (KAIST) filialı olaraq Elm və Texnologiya Siyasəti Mərkəzi (CSTP) kimi yaradılmışdır. Dr. Jongwook Lee CSTP-nin 1-ci prezidenti olmuşdur. 1993-cü ilin martında CSTP Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) adlandırıldı. 1999-cu ilin yanvar ayında "Dövlət elmi-tədqiqat institutlarının yaradılması, fəaliyyəti və təşviqi haqqında qanun"a əsasən STEPİ-nin İqtisadiyyat və Sosial Elmlər üzrə Milli Tədqiqat Şurasının nəzdində elmi-tədqiqat institute kimi yenidən qurulması təsdiqləndi. Milli tədqiqat və inkişaf layihələrinin planlaşdırılması, qiymətləndirilməsi və idarə edilməsinin əsas funksiyaları, eləcə də sənaye və texnologiya siyasətinin tədqiqat funksiyası da STEPI-yə verildi. 2002-ciilin aprel ayında STEPI-nin nəzdində Yeni Texnologiyaların İqtisadi Təhlili Mərkəzi fəaliyyətə başlamışdır. 2005-ci ildə STPEI-nin strukturu İqtisadiyyat və Sosial Elmlər üzrə Milli Tədqiqat Şurasından İqtisadiyyat üzrə MilliTədqiqat Şurasına uyğun dəyişdirildi. Dövlət elmi-tədqiqat institutlarının yaradılması, fəaliyyəti və idarə edilməsi haqqında (31 may 2005-ci il tarixinə) yenidən işlənmiş qanuna əsasən Humanitar və Sosial Elmlər də onun strukturuna daxil edildi. 2008-ci ildə STEPI çərçivəsində Gələcəyin Elmi və Texnologiyası Strateji Mərkəzi, Yeni İnkişaf Aləti Tədqiqat Mərkəzi və Qlobal Siyasət Araşdırmaları Mərkəzi fəaliyyətə başlamışdır.
Soldi
Soldi (azərb. Pul‎) — İtaliyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Mahmud "Soldi" mahnısı ilə İtaliyanın əsas musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında qalib gəlmişdir. Qələbənin ardınca Mahmud bu mahnı ilə İtaliyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil edəcəyi öz təsdiqini tapmışdır. Bir neçə ərəb sözünün də işlədildiyi mahnı Çarli Çarlz, Dario "Dardust" Faini və Mahmudun əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. İtaliya hit-paradlarında birinciliyə yüksələn mahnını Mahmud dostları ilə birlikdə ikən yazmağa başlamış, lakin bəstənin yekunlaşması uzun zaman almışdır. Mahnıda trap, hip-hop musiqisi ilə birlikdə Yaxın Şərq elementlərindən də istifadə olunmuşdur. Yalançı, ziddiyyətli və etibarsız ata obrazını özündə canlandıran mahnının sözlərində Mahmudun onu uşaq ikən tərk edən atası ilə münasibəti diqqət mərkəzinə gətirilir. Pul ata ilə oğul arasında münasibətlərin pozulmasına səbəb olan əsas amil olaraq göstərilir. Mahmud mahnının sözlərinin onda xatirələri canlandırdığını və hər bir misrada böyük qəzəb olduğunu söyləmişdir.
Çolpı
Çolpı — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 2024 nəfərdir. Kənddə "İmam Əli" məscidi dini icması fəaliyyət göstərir.
Inula stolzii
Inula stolzii (lat. Inula stolzii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Paphiopedilum stonei
Paphiopedilum stonei (lat. Paphiopedilum stonei) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. Cypripedium stonei Hook. (basionym) Cypripedium platytaenium Rchb.f.
Pyotr Stolıpin
Stolıpin Pyotr Arkadyeviç (d. 1862 - ö. 1911) — rus dövlət xadimi, Rusiya imperiyası daxili işlər naziri. 1885-ci ildə Sankt-Peterburq universitetini bitirərək Torpaq nazirliyində işə düzəlib. 1905-ci ildə 1-ci dövlət dumasının buraxılmasından sonra çar onu daxili işlər naziri təyin edir və həmin ilin 8 iyununda nazirlər sovetinin sədri olur. Bu vəzifədə o bir çox qanun layihələrini qəbul etdirir. 9 noyabr 1906-cı ildə qəbul edilmiş "kəndli torpaq sahibkarları və torpaqdan istifadə haqqında" qanuna əsasən icmalar ləğv olunurdu və kəndlilərə şəxsi istifadə üçün torpaq sahələri verilirdi. 31 mart 1908-ci ildə dövlət duması qarşısında Amur dəmir yolunun tikintisi məsələsini qaldırmışdı.
Smolnı kafedralı
Smolnı kafedralı (rus. Смольный собор) — Peterburqun mərkəzində, Neva çayının sol sahilində yerləşən Smolnı monastırının memarlıq ansamblına daxildir. Bina həmçinin klassik musiqilərin ifa olunması üçün ayrılmış konsert meydançası hesab olunur (Rastrelli meydanı 3/1) 1740-cı ildə Rus çar taxtının varisi Yelizaveta Petrovna ömrünün son illərini yüz iyirmi nəcib qızların əhatəsində monastırın sülh və sakitliyində keçirmək qərarına gəlir. Artıq imperatriça olarkən, o gənc yaşlarında yaşadığı Smolnı (yəni "qatran") sarayının yerində monastır inşa etdirmək qərarına gəlir. Monastır kompleksinin tərkibinə ev kilsələri, kafedral, zəng qülləsi və nəcib ailələrdən olan qızlar ücün institut daxil olmalı idi. Kafedralın memarı — Françesko Bartolomeo Rastrellidir. Kilsənin təntənəli təməlqoyma mərasimi 30 oktyabr 1748-ci ildə keçirilmişdir. 1749-cu ildən tikinti işlərinə Rastrelli ilə birgə işləyən Kristian Knobel rəhbərlik etmişdir. 1751-ci ilə bütün hazırlıq və təməl işləri tamamlanmış və kafedralın tikintisinə başlanılmışdır. Tezliklə Prussiya ilə yeddiilik müharibə başlanılır və bu zaman inşaat üçün maliyyələşdirmə kifayət qədər olmur və tikinti işləri artıq aşağı templə davam edir.
Stapli qoruğu
Sataplia qoruğu — Gürcüstanın Çxaltub bələdiyyəsinə bağlı qoruğ. Qafqazın cənub-şərq silsiləsində, Stapli dağında yerləşir. Qoruğun əsası 1935-cildə qoyulub, indiki sərhədlərnən—1957-ci ildə. Qoruğ həmişə yaşıl meşələrin Kolxid növünün və geologiya, arxeologiya abidələrinin qorunması məqsədi ilə qurulub. Qoruğun sahəsi 354 hektardır, 348 hektarı meşə sahəsidi. Qoruğun relyefi dağlıqdır, iqlimi isə subtropikə yaxındır. Qoruqda nadir meşə ağacları yetişir, onlardan: tis, kolxidi samşiti, kolxidi padubu, meşə fıstlğı və s. 20 növ ağac endemik sayılır. Qoruğda dovşan, tülkü, çaqqal və barsuk vardır. Qoruğun ərazisində sönmüş vulkanın krateri, daş dövrünə aid ilk insan məskənləri, dinazavorların daşlaşmım ayaq izləridə vardır.
Stormi Deniels
Stormi Deniels və ya Stefani Qreqori Klifford (17 mart 1979, Baton-Ruj, Luiziana, ABŞ) — ABŞ pornoaktrisası. Porno karyerasına 2000-ci ildə başlayıb.
Konrad Stoltz
Konrad Stoltz (23 oktyabr 1973) — CAR-ı təmsil edən triatlonçu. == Karyerası == Konrad Stoltz CAR-ı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 20-ci pillədə başa vurdu. Daha sonra Konrad Stoltz CAR-ı 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı nəticəsiz başa vurdu.
Riçard Smolli
Riçard Smolli (ing. Richard Errett Smalley; 6 iyun 1943[…], Akron[d], Ohayo – 28 oktyabr 2005[…], Hyuston, Texas[…]) — amerikalı fizik, 1996-cı ildə Robert Kerl və Harold Kroto ilə birlikdə Karbonun yeni formalarının — fullerenlərin kəşfinə görə Nobel mükafatı aldı. Rays Universitetində universitet professoru, ABŞ Milli Elmlər Akademiyasının üzvü (1990 il). O, Miçiqan Universitetində oxuyub və 1965-ci ildə bakalavr dərəcəsini alıb. 1973-cü ildə Prinston Universitetində fəlsəfə doktoru dərəcəsi almışdır. R. Smolli təhsilini və elmi dərslərini kimya sənayesindəki işiylə birləşdirdi, burada mühəndislik bacarıqları və idarəetmə təcrübəsi əldə etmişdir. Dissertasiyasını müdafiə etdikdən sonra Çikaqo Universitetinə daxil olan Smolli və həmkarları yeni bir istiqamət — səsdən sürətli axınlarda lazer spektroskopiyasını inkişaf etdirirlər. 1976-cı ildə ailəsi ilə birlikdə Texas ştatının Hyuston şəhərinə köçürlər və Rays Universitetində dosent kimi işləməyə başlayır. Spektroskopiya sahəsində işini davam etdirən Smolli, müxtəlif maddələrin lazerlə buxarlanması və sonradan səsdən sürətli axınlarda soyuması zamanı əmələ gələn atom klasterlərinin tərkibini təhlil edir. Bu texnikadan istifadə edərək, 1985-ci ildə Britaniyanın Sasseks Universitetindən universitet həmkarı Robert Kerl və Harold Kroto ilə əməkdaşlıq edərək, o, karbonun sferaya bənzər yeni formalarını — fullerenləri kəşf etdi.
Ağsu (Silopi)
Ağsu — Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1916-cı il və 1928-ci illərdə qeyd Harbol və ya Hərbol kimi istinad edilir. Əvvəllər Mardin vilayətinin Silopi rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Silopi rayonuna birləşdirilib.
Ağtəpə (Silopi)
Ağtəpə — Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda kənd. == Tarix == Kəndin əvvəlki adı 1928-ci ildə qeydlərində Girəgevr idi ki, bu da kürd dilində "ağ təpə" deməkdir. Əvvəllər Mardin vilayətinin Silopi rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Silopi rayonuna birləşdirilib.
Ağulduz (Silopi)
Ağulduz — Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda kənd. == Tarix == Pınarönü kəndinin məzrası olduğu halda 2019-cu ildə kənd statusu almışdır.
Başaq (Silopi)
D — Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda kənd. == Tarix == Kəndin köhnə adı 1928-ci il qeydlərində kürdmənşəli Zidikan və ya Zeydikan kimi qeyd olunur. 2014-cü ildə kənd sakinləri 1990-cı illərdə tərk etdikləri və "qadağan olunmuş ərazi"yə daxil etdikləri Cudi dağının ətəyindəki kəndlərinin əkin sahələrinə qayıtdılar. Əvvəllər Mardin vilayətinin Silopi rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Silopi rayonuna birləşdirilib.
Başverimli (Silopi)
Başverimli — Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda bəldə. == Tarixi == Bəldənin adı 1928-ci il qeydlərində ərəbcə "orta" mənasını verən Vəhsid, 1960-cı il qeydlərində isə Verimli olaraq qeyd edilir. Əvvəllər kənd ikən 1999-cu ildə bələdiyyə statusu alaraq bəldə çevrilmişdir.
Birlikköy (Silopi)
Birlikköy — Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1916-cı il qeydlərində Komada və 1928-ci ild qeydlərində Cumayi kimi xatırlanır. Əvvəllər Mardin vilayətinin Silopi rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Silopi rayonuna birləşdirilib.
Bostancı (Silopi)
Bostancı — Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1916-cı il qeydlərində kürd dilində "reyhanlı" mənasını verən Rihani, 1946-cı il qeydlərində isə Reyhanlı kimi xatırlanır. Əvvəllər Mardin vilayətinin Silopi rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Silopi rayonuna birləşdirilib.
Buğdaylı (Silopi)
Buğdaylı — Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda kənd. == Tarix == Kəndin köhnə adı 1916-cı il qeydlərində kürdmənşəli Takiyan kimi istinad edilir. Əvvəllər Mardin vilayətinin Silopi rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Silopi rayonuna birləşdirilib.
Damlaca (Silopi)
Damlaca — Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1929-cu il qeydlərində Silib kimi istinad edilir. 1994-cü ildə bölgədə baş verən PKK münaqişəsinə görə kənd boşaldılıb. 2004-cü ildə yenidən məskunlaşmağa açıldıqda Beşiktaş adlandırıldı. Əvvəllər Mardin vilayətinin Silopi rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Silopi rayonuna birləşdirilib.
Dədələr (Silopi)
Dədələr — Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1928-ci il qeydlərində kürdcə "dədələr" mənasını verən Babıkan kimi qeyd olunur. Əvvəllər Mardin vilayətinin Silopi rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Silopi rayonuna birləşdirilib.
Çalışqan (Silopi)
Çalışqan — Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda kənd. == Tarixi == Şəhərin adı 1928-ci il qeydlərində ərəbcə "yeni quyu" mənasını verən Qittəyicədid kimi qeyd olunur. Əvvəllər kənd ikən 30 dekabr 1998-ci ildə bələdiyyə statusu alaraq qəsəbəyə çevrilmişdir.
Çardaqlı (Silopi)
Çardaqlı — Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1928-ci il qeydlərində Kolyan kimi istinad edilir. Əvvəllər Mardin vilayətinin Silopi rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Silopi rayonuna birləşdirilib.
Çiftlikköyü (Silopi)
Çiftlikköyü — Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda kənd. == Tarix == Kəndin köhnə adı 1916-cı il və 1928-ci il qeydlərində kürdcə "Bedros təpəsi" mənasını verən Girki Bedras və ya Girikbedro kimi qeyd edilir. Əvvəllər Mardin vilayətinin Silopi rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Silopi rayonuna birləşdirilib.