Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Peronizm
Peronizm (isp. Peronismo) və ya xustisializm (isp. Justicialism — «ədalətçilik») — Argentinada prezident Xuan Peronun siyasəti ilə əlaqələndirilən siyasi ideologiya. Bu, XX və XXI əsrlərin Argentina siyasətində təsirli bir hərəkat olmuşdur. 1946-cı ildən bəri peronistlər namizəd olmağa icazə verilən 13 prezident seçkisindən 10-da qalib gəliblər. İdeologiya "milliyətçilik və əməkçiliyin qeyri-müəyyən qarışığı" və ya populizm kimi təsvir edilmişdir. Siyasi hərəkat olaraq peronizm iki əsas istiqamətə malikdir. Sağ istiqamət siyasi və iqtisadi konsepsiyaya malikdir və Xuan Peron ilə eyniləşdirilir, sol istiqamət isə sosial yönümlüdür və Evita Peron ilə əlaqələndirilir. Перонизм / Е. А. Ларин // Большая российская энциклопедия : [в 35 т.] / гл. ред.
Eqoizm
Eqoizm (lat. ego - mən) — insanın cəmiyyətə və digər insanlara münasibəti baxışından səciyyələndirən həyat prinsipi və əxlaqi keyfiyyət. Eqoist insan öz davranışında yalnız özünün mənafeyini əsas tutur, cəmiyyətin və ətrafdakıların mənafeyi ilə hesablaşmır. Eqoizm fərdiyyətçiliyin təzahür formalarından biridir. Eqoizm xüsusi mülkiyyətçilik münasibətləri üçün daha səciyyəvidir. Əxlaqi keyfiyyət kimi eqoizm bəşəriyyətin əxlaqi şüuru tarixində adətən mənfi qiymətləndirilmiş, lakin mübarizə dövründə hər bir fərdin xoşbəxtliyə səy göstərmə hüququnun əsaslandırılmasında müəyyən rol oynamışdır.
Qəraim dili
Kəraim dili — Kəraimlərin dili, Türk dillərinin Qıpçaq dilləri qrupuna aiddir. Karaim dili və ya türkcəsi danışıq dili kimi işlədilir. Yəhudi dinindən olan karaimlər Litva, Ukrayna və Polşanın bəzi şəhərlərində yaşayırlar. Ədəbi dilləri yoxdur, amma yazıları vardır. Əvvəllər ibrani, sonralar isə kiril əlifbasını işlətmişlər. Əhalinin 1989-cu ildə həyata keçirilən ümumi siyahıya alınmasına görə keçmiş SSRİ-də 2600 nəfər karaim yaşamışdır. Onların 21 %-i karaim dilini işlətmişdir. Kəraim dilinin Krım dialekti mövcuddur.
Əbu Səid Gərdizi
Əbu Səid Gərdizi, (Farsca: ابوسعید عبدالحی بن ضحاک بن محمود گردیزی, Abu Saʿīd Abdul-Hay ibn Dhaḥḥāk ibn Maḥmūd Gardēzī) (ölüm 1061) — İran əsilli coğrafiyaşünas və tarixçi. Erkən XI yüzillikdə Gərdizdə (indiki Əfqanıstanda şəhər) "Zeyn ül-Əxbār" adlı kitabını yazdı. Gərdizinin bu əsəri Şərqi İranda İslam tarixi üçün çox önəmlidir. Gerdîzî (müəllif Orhan Bilgin), səhifə 29–30. // Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi. Cild XIV. Ankara: Türkiye Diyanet Vakfı Yayınevi, 1996, 554 səhifə.