Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Güntay Gəncalp
Güntay Gəncalp (Mənuçehr Cavanşir) — şair, yazıçı, araşdırmaçı. == Həyatı == Güntay Gəncalp 1966-cı il 21 dekabrda İranın Muğan məntəqəsi, Xoruzlu mahalının Limli kəndində anadan olub. İbtidai təhsili Limli kəndində, orta məktəbi Ərdəbildə bitirib. Orta məktəbdə oxuduğu zaman ana dili və ədəbiyyatı ilə çox maraqlanıb. O zaman inqilab yenicə olduğundan türk dilində qəzetlər yenicə işıq üzü görürdü. == Əsərləri == === Kitabları === Əvəllər Güntay Cavanşir, daha sonralar Güntay Gəncalp adı ilə yazılar yazıb, tərcümələr edib. Bakıda 6, İranda 2 kitabı çap olunub. Bütün insanlar qardaşdır Mahatmaq Qandi Tərcümə: Güntay Gəncalp 2011-ci il "Tahirə Qurrət-ul Eyn" Dörd pərdəli pyes . "Səməd Behrəngi" Oynav(pyes) http://gencalpguntay.blogspot.com/2010/11/smd-behrngi-oynav-pyes.html Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Səməd Behrənginin "Qaraca balıq" hekayəsinin davamı olaraq, yazdığı "Qırmızı balıq" və bir də "Qocabəylilər" adlı böyük romanı bu günlərdə Bakıda çap olunacaq. === Məqalələri === "Axundovçuluq və antiaxundovçuluq üzərinə" "Türkiyə- İran ilişkiləri və İran türkləri" "Hüseyin Cavidin təsvir etdiyi Atatürk obrazı" Pro.
Quntis Ulmanis
Quntis Ulmanis və ya 1939–1955-ci illərdə sahib olduğu Quntis Rumpitis (13 sentyabr 1939, Riqa) — Latviyalı Dövlət və Siyasi Xadim; 8 iyul 1993-cü ildən 8 iyul 1999-cu ilə qədər Latviya Respublikasının 5-ci Prezidenti və Latviya Respublikasının Milli Silahlı Qüvvələrinin Ali Baş Komandanı olan Quntis Ulmanis, Latviya Seyminin V (1993) və X (2010–2011) çağırış üzvü olub. Quntis Ulmanis 1939-cu il sentyabrın 13-də Riqa şəhərində anadan olub. Quntis Ulmanisin babasının qardaşı Sovet işğalından əvvəl mövcud olan Latviya dövlətinin sonuncu Prezidenti Karlis Ulmanisdir. Quntis Ulmanis və ailəsi 1941-ci ildə Sibir regionuna sürgün olunub və 1946-cı ildə Riqa şəhərində yaşamamaq şərti ilə Latviyaya dönmələrinə icazə verilib. Ulmanis ailəsi əvvəlcə Kuldiq rayonunun Edole qəsəbəsində, sonra isə Yurmala şəhərində yaşayıb. Orta təhsilini Yurmala şəhərində alan Quntis Ulmanis, 1963-cü ildə Latviya Universitetini iqtisadçı ixtisası üzrə bitirib. 1963–1965-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra Quntis Ulmanis, inşaat sahəsində iqtisadçı olaraq çalışdı. Daha sonra Riqa Tramvay-trolleybus İdarəsində çalışan Quntis Ulmanis, Riqa şəhər İcra Komitəsinin rəhbərinin müavini təyin edildi. Amma bir neçə aydan sonra sahib olduğu Ulmanis soyadına görə işdən qovuldu.
Quti
Quti Ernandez (isp. José María Gutiérrez Hernández, 31 oktyabr 1976, Madrid) – Quti adı ilə tanınan, İspaniyalı, peşəkar futbolçu. Hücumameyilli yarımmüdafiəçi kimi çıxış etmişdir. Hazırda isə furbol məşqçisi kimi fəaliyyət göstərir. Quti karyerası ərzində, demək olar ki, yalnız Real Madrid klubunda oynayıb. O burada 542 rəsmi oyunda iştirak edib və uzun müddət komandanın vitse-kapitanı olub. Quti Real Madriddə 15 titul qazanmağa nail ola bilib, bunlardan ən mühümləri üç dəfə UEFA Çempionlar Liqası qalibi və beş dəfə La Liqa çempionu olmaqdır. O, Real Madriddən sonra peşəkar karyerasını Türkiyənin Beşiktaş PFK klubunda davam etdirib. Quti, İspaniya milli komandası ilə 13 dəfə meydana çıxıb və 1999-cu ildə debüt edib. == Karyerası == === Real Madrid === Torrexon de Ardozda anadan olan Quti, 1986-cı ildən etibarən Real Madridin futbol akademiyasında oynamağa başlayıb.
Qutuy Xatun
Qutuy Xatun — Elxanilər dövlətinin qurucusu Hülakü xanın arvadı və 1284-cü ildən 1284-cü ilə qədər Elxanilər dövlətini idarə etmiş Əhməd Təkudar xanın anası. O, oğlunun hakimiyyəti illərində dövlət məsələlərində mühüm sözə sahib olmuşdur. Qarabağlar türbə kompleksinin bir hissəsi onun xatirəsinə ucaldılmışdır. O, ata tərəfdən Konqratlar tayfasına, ana tərəfdən isə Çingiz xanın soyuna mənsubdur. Onun anası Çingiz xanın nəvəsi olmuşdur. O, dini etiqad etibarilə Nestorian xristian idi. Hülakü xan onunla Güyük Xatunun ölümündən sonra evlənmişdi. O, Hülakü xanın Monqolustanda qalan qohumlarının Elxanilər dövlətinə gəlişlərinin ikinci dalğasında onun yanına gəlmişdir. O, 1265-ci ildə əri ilə görüşməyə gedərkən Hülakü xan vəfat etmişdir. Ona bu məlumat Bədəxşanda (müasir Tacikistan) olarkən, Hülakü xanın varisi Abaqa xan tərəfindən çaldırılmışdı.
Quti Xatun
Quti Xatun — Elxanilər dövlətinin qurucusu Hülaku xanın arvadı. Hülaku xanın yeddinci oğlu Elxanilərin üçüncü hökmdarı (1282-1284) Əhməd Təkudar xanın anasıdır. Konkurat (monqol) qəbiləsindəndir. Qarabağlar türbəsi onun şərəfinə inşa edilmişdir.
Quti dövləti
Kuti — tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno–siyasi birliklərdən biri. E.ə. III minillikdə Urmiya gölünün Cənub və Cənub – Qərb hissəsində kuti (quti) tayfa birləşməsi mövcud idi. Həmin minilliyin ikinci yarısında kutilərin dövlət halında birləşməsi başlanmışdı. Kutilər İkiçayarasında baş verən hadisələrə müdaxilə edirdilər. Onlar Şumer – İkçayarası ilə müttəfiq münasibətləri saxlayır, lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Epik əsərlərdən məlumdur ki, Naram-Suen Urmiya gölü hövzəsindəki tayfalara qarşı təcavüzkar siyasət yürüdürdü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya gölü ətrafı etnoslar Ummanmanda – "Manda ordusu" adlandırılmışdır. Müttəfiqlərə qarşı göndərilmiş Akkad ordusu məğlubiyyətə uğradıldı. Naram-Suen eyni zamanda şumerlərin dini mərkəzi olan Nippur şəhərinə də ordu göndərir və buradakı Enlil məbədini dağıtmaq istəyir.
Quti Xatun məqbərəsi
Quti Xatun Məqbərəsi — orta əsrlərə aid Azərbaycan memarlıq abidəsi XIV əsrdə Qarabağlar memarlıq kompleksində inşa edilmişdir. Tədqiqatçıların fikrincə, kompleksin qoşa minarələrini bağlayan baştağın (monqol hökmdarı Sultan Əbu Səidin 1316–35 dövründə tikilmişdir) üzərində Elxanilər sülaləsinin və dövlətinin banisi Hülaku xanın arvadı Quti xatunun adının yazılması məqbərənin onun şərəfinə inşa olunduğunu göstərir. Bax Qarabağlar türbəsi. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 288. ISBN 5-8066-1468-9.