Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qondola
Qondola (it. gondola) Venesiyada bir qayıq növü olub onu idarə edən şəxs isə qondolyer adlandırılır. İlk dəfə XI əsrdə istifadəsinə başlanılmışdır. Ensiz uzun qayıq olub, adətən uzunluğu 11 m, eni isə 1,5 m olur. 2-6 nəfərlik oturacaqlara malikdir. Zamanında Venesiyada bu qayıqlar həm sərnişin, həm də ticarət üçün malların daşınmalarında istifadə olunurdusa, müasir dövrdə həm ekzotik taksi, həmdə turist gəzintiləri üçün istifadə olunur. Belə ki Venesiyaya səfər edən hər bir turist bu cür romantik ritual gəzintidən istifadə etməyə çalışır. Qondola onun sarğı hissəsində ayaq üstə dayanmış qondolyer tərəfindən uzun avar ağacı vasitəsilə idarə edilir. Qondolanın əsas gövdəsi və ona bitişik və yuxarı kandarları, qabırğaları palıd ağacından, göyərtəsi şam ağacından, kənarları və sarğı hissəsi qara şamdan, yan və ön oturacaqlar qoz ağacından, sahilə açılan platforması isə gilas ağacından, qayıq ucluqları cökə və fıstıq ağacından, iç üzlük lövhələri qarağac və ağ şam ağacından hazırlanır. Bir qondola 280 hissədən ibarətdir.
Kondole
Kondole – Cənubi Avstraliya aborigenlərinin mifologiyasından bir personaj. Balinaya dönmüş sevimsiz və kobud insan. == Mif == Kondole haqqında əfsanə əsasən Enkanter-Bey bölgəsində yayqındır. Çox qızmar bir yay keçirdi, buna görə də bütün ayinlər gecə keçirilirdi. Ayinlərin aparılması üçün odun sönməməsinə nəzarət edəcək insan lazım idi. Odla bacara bilən yeganə insan Kondole idi, lakin o, ayinlərdə iştriak etmək istəmirdi və buna görə odu kolların içində gizlədir. Erkəklər onunla uzun müddət mübahisə edir, sonar isə onlardan biri Kondoleyə nizə atır və kəllə sümüyünü deşir. Bundan sonra bütün erkəklər kenquru, opossum, quş və digər heyvanlara çevrilirlər. Kondole isə balinaya dönür, kəllə sümüyündəki dəlik isə onun nəfəs borusu olur. Aborigenlər Kondoleni dünyanın ilk balinası sayırlar.
Ondol
Koreya ənənəvi memarlığında Ondol(ON-dol; /ˈɒn.dɒl/, (koreyaca: 온돌) və yaxud gudeul (koreyaca:구들) Kang adlı yataq sobasına bənzəyən yeraltı isitmə sistemidir, hansı ki odun tüstüsündən birbaşa istilik köçürməsilə qalın döşəmənin altı qızdırılır. Ənənəvi ondolun əsas komponentləri mətbəx və ya yataq otağından əlçatan agungi(soba), üfüqi və şaquli tüstü keçidləri üçün qaldırılmış hörgü döşəməsi və bacadır. Qızdırılan döşəmə tüstünün istiliyini düzgün paylamaq üçün qurulan daş dirəklərlə dəstəklənir. Ondolun istifadəsi günümüzdəki Şimali Koreyada arxeoloji yerlərdə tapılmışdır. Şimali Koreyanın Hamgyeongbuk-do bölgəsindəki Unggi şəhərində eramızdan 5000 il əvvələ aid Neolit dövrünə məxsus arxeoloji yerdə qazılmış bir yaşayış yerində gudeul aşkar edilmişdir. Erkən dövlərdə ondol evi və ya yeməyi isitmək üçün istofadə olunan gudeul olaraq adlandırılırdı. Düyü bişirmək üçün sobada ocaq qalandığı zaman alov üfüqi istiqamətdə hərəkət edirdi, çünki bacanın girişi sobanın yanında idi. Bu tənzimləmə çox vacib idi, çünki bu tənzimləmə tüstünün yuxarıya doğru getməsinə imkan verməyərək alovun tez sönməsinin qarşısını alırdı. Ondol(yeraltı isitməli) otaqlar yaratmaq üçün bütün otaqlar isitmə sobalarının üzərində qurulmağa başladı. Gudeul sözü doğma Koreya sözüdür.
Nichi Vendola
Nichi Vendola (26 avqust 1958 - Bari, İtaliya) - İtaliyalı siyasətçi.
Yundola buxtası
Yundola buxtası (bolq. залив Юндола, ‘Zaliv Yundola’ \'za-liv 'yun-do-la\) — 1.34 km uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən 670 m şimalda yerləşmişdir. Lavrenov burnundan qərbdə yerləşmişdir. Buxta cənubi Bolqarıstandakı Rodof dağları ilə Rila dağı arasında qalan Yundola çökəkliyinin adını daşıyır. Yundola buxtası 62°20′22″ c. e. 59°35′00″ q. u. koordinatlarında yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.
Luis de Qonqora
Luis de Qonqora (isp. Luis de Góngora y Argote, 11 iyul 1561–23 may 1627)— İspaniya şairi, barokko üslubi cərəyanının banisi. == Həyatı == XVII əsr ispan ədəbiyyatında barokko ədəbi cərəyanının ən böyük şairi Don Luis de Qonqora-i-Arqote olmuşdur. Servantes onu "nadir və təkrarolunmaz bir dahi" adlandırmışdır. Qonqora öz orijinal poeziyası ilə barokko ədəbiyyatında qonqorizm, kultizm, kulterianizm adları ilə səciyyələnən bir cərəyanın yaranmasına səbəb olmuşdur. O, 1561-ci ildə Kordovada qədim zadəgan ailəsində doğulmuşdur. Atası Fransisko de Arqote Kordova şəhər hakimi idi. İlk təhsilini şair evdə almış, Salamanka universitetində oxumuşdur. Qonqora təhsilini bitirib keşiş rütbəsi alır və bir vəzifə tutmaq arzusu ilə Madridə gəlir. Lakin latın və yunan dillərini mükəmməl bilməsi və aristokratlığı ona kömək etmir.
Todorka Kondova-Zafirovska
Todorka Kondova-Zafirovska (mak. Тодорка Кондова-Зафировска 1 fevral 1926, Pirlepe – 29 may 2003, Skopye) — Yuqoslaviya teatr və kino aktrisası, rejissor, müəllim. Todorka Kondova-Zafirovska 1926-cı ildə Prilepdə anadan olub. Sənətkarın böyük bacısı Dimitar Kondovadır. 1945-ci ildə qurulan Makedoniya Xalq Teatrında ilk dəfə Makedoniya dilində olan "Platon Kreçet" (1945) tamaşasından oynayır. 1948-ci ildə təhsilini Belqrad Teatr Sənətləri Akademiyasının rejissorluq şöbəsində başlayır. 1952-ci ildə Makedoniya Respublikasına qayıdır, burada aktyorluq dərsləri verməyə başlayır. Skopye Universitetinin Dram sənətləri fakültəsində ilk qadın dosent olur. Bir mçüddət sonra "Aktyorluq" tamaçasını yazır. 1965-ci ildə Todorka Kondova-Zafirovska Makedoniya Xalq Teatrından ayrılır.
Şuyçi Qonda
Şuyçi Qonda (d. 3 mart 1989) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Kondoa qaya təsvirləri
Kondoa İranqi qayaüstü təsvirləri — Tanzaniyanın mərkəzindəki mağara divarlarında yer alan bir sıra qədim rəsmlərdir. Kondoa bölgəsi təsirli qaya təsvirləri kolleksiyasına görə 2006-cı ildə UNESCO-nun Ümumdünya irsi elan edilmişdir. Bu əraziyə daha əvvəl, 1937-ci ildə Tanzaniya Antikalar İdarəsi tərəfindən milli abidə adı verilmişdi. Tanzaniya Antikalar İdarəsi tərəfindən bəzi rəsmlərin 50.000 ildən çox yaşı olduğuna inanılır. Lakin, bu təsvirlərin ümumilikdə 2000 yaşı var. Rəsmlərdə uzanan insanlar, heyvanlar və ov səhnələri təsvir edilmişdir. Köhnə rəsmlər ümumiyyətlə qırmızıdır və ovçu-toplayıcılar ilə əlaqələndirilir. Lakin tez-tez bu fiqurlar sonradan çəkilmiş, aqro-pastoralistlərə aid ağ rəngli rəsmlər ilə üst-üstə düşür. Bu təsvirlər Orta Daş dövründən Son Daş dövrünün əvvəlinə qədər uzanır və bu da rəsmləri bu keçid dövründəki mədəniyyət dəyişikliklərini öyrənmək üçün yaxşı bir kolleksiya halına gətirir. Bu ərazinin landşaftı Masai çölünün qərb çevrəsini təşkil edən iri qranit daşları ilə xarakterizə olunur.
Uzaq məsafədən yer kürəsini zondla tədqiqi
Uzaqdan zondlama — yerdə müşahidədən fərqli olaraq obyektlə fiziki təmasda olmadan obyekt və ya hadisə ilə bağlı informasiyanın əldə olunmasıdır. Məsafədən zondlama coğrafiya və bir çox Yer elmləri bölmələri (məsələn, hidrologiya, ekologiya, okeanoqrafiya, geologiya) daxil olmaqla çoxsaylı sahələrdə istifadə olunur; onun hərbi, intellektual, kommersiya, iqtisadiyyat, humanitar tətbiqietmələri də var. Müasir istifadədə bu termin Yerdə (həm yer səthində, həm də atmosfer və okeanlarda) təbliğ siqnalları (yəni elektromaqnit radiasiyası) vasitəsilə obyektləri müəyyən edib təsnifləşdirmək üçün aero sensor texnologiyalarının istifadəsini nəzərdə tutur. Uzaqdan müəyyən etmə iki cürə olur: passiv və aktiv. Obyektin buraxılan və ya əks olunan radiasiyanı müşahidə edən sensorlara passiv uzaqdan müəyyən etməsi deyilir. Beləliklə, buraxılan günəş şüaları passiv sensorlarla ölçülən radiasiyanın ən adi bir mənbəyidir. Aktiv sensorlar isə, tərsinə, buraxılan enerjini obyetktin öyrənməsi üçün istifadə olunur. Misal üçün, radar, obyekti aşkər edib, onun yerini, sürətini və istiqamətini müəyyən edir. Məsafədən zondlama vasitəsilə təhlükəli və çətin keçmə yerlərdən vizual və digər məlumatları toplamaq mümkün olur.